Məhkəmə qərarları › İş №2-1(103)-2446/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2446/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2446/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və X3 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi barədə yeni qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş FD1.11 Dissertasiya şurasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri" mövzusunda 5310.01-"Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilmişdir.

2. İddiaçının attestasiya işi xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.

3. Ekspert şurası xx.xx.2023-cü il tarixli iclasında plagiat faktlarının olduğunu nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxmış və iddiaçıya elmi dərəcənin verilməsini Komissiyanın Kollegiyasına tövsiyə etməmişdir.

4. Komissiyanın Kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə Nigar Arzu qızı X6 üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq imtina etmişdir.

5. İddiaçıya elmi dərəcənin verilməsindən imtina edilməsi barədə vəsatət qaldıran ali təhsil müəssisəsinə, surəti iddiaçıya olmaqla, xx.xx.2023-cü il tarixli 3-50/2-70/2023 nömrəli məktub göndərilmişdir.

6. İddiaçıya Komissiyaya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciəti əsasında dissertasiya işində aşkar edilmiş plagiat faktları təqdim edilmişdir.

7. İddiaçı işində aşkar edilmiş plagiat faktlarına dair izahatını təqdim edərək Kollegiyanın xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixində şikayət ərizəsi ilə cavabdehə müraciət etmişdir.

8. Kollegiyanın xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmışdır. Komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “İqtisad Elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina barədə” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və N.X6 üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə dair yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 iyun 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Elmi Şurada 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Dissertasiya işinə və avtoreferata verilmiş rəylər müsbət olmuşdur. Elmi Şura üzvləri ona iqtisadiyyat üzrə fəlsəfə doktoru adı verilməsinin lehinə yekdilliklə səs vermişdir. Dissertasiya işinin plagiatı, müdafiə etdiyi Şura tərəfindən Ali Attestasiya Komissiyasının verdiyi proqram əsasında yoxlanılmış və dissertasiyada plagiat olmaması barədə arayış Ali Attestasiya Komissiyasına göndərilmişdir. Bundan başqa, dissertasiyasının plagiatı AMEA-nın İqtisadiyyat İnstitutunda plagiatı yoxlamaq üçün fəaliyyət göstərən xüsusi qrup tərəfindən iki dəfə yoxlanılmış və hər dəfə də, institutun hesabına 300 manat maliyyə vəsaiti köçürülmüşdür. Dissertasiyada plagiat aşkarlanmamışdır. Dissertasiya işi xx.xx.2022-ci il tarixdə təsdiq üçün Ali Attestasiya Komissiyasına təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023cü il tarixdə dissertasiya işinə baxılma müddəti bitdiyindən, iddiaçının atası həmin tarixdə onun müdafiə etdiyi Elmi Şuranın katibinə zəng vuraraq dissertasiyanın təsdiqi ilə maraqlanmışdır. Elmi Şuranın katibi Attestasiya Komissiyası ilə əlaqə saxlayıb bildirmişdir ki, Ekspert Şurasının xx.xx.2023-cü il tarixdə keçiriləcək iclasında onun dissertasiya işi müzakirəyə çıxarılacaq və onu bu iclasa dəvət etmişlər. Atası bildirmişdir ki, həmin dəvətdən onların xəbərləri yoxdur. Onlar isə cavablarında Ali Attestasiya Komissiyasına verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərdiklərini bildirmişlər. Ali Attestasiya Komissiyası dəvət edilən şəxsə məktub göndərməli və bu məktubda dəvətin səbəbləri əsaslandırılmalıdır. xx.xx.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə xaricdə ikinci təhsil alması və Bakıya gəlmək üçün valideynlərinin maliyyə vəsaitlərinin olmaması barədə teleqram vurmuşdur. xx.xx.2023-cü il tarixdə Ekspert Şurası onun iştirak etməməsini bəhanə edərək, dissertasiyanı müzakirəyə çıxartmamışdır. Sonra da, onlara qeyri-rəsmi formada bildirmişlər ki, onun işi heç plagiat yoxlamasından çıxmamışdır. xx.xx.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinin müavini S.Cabarovun ona göndərdiyi məktubu valideynlərinə təqdim etmişlər. xx.xx.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubda bildirilmişdir ki, “Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və iqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 -“Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”. Bu məktubu alandan sonra o, Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının ona verilməsi barədə Komissiya sədrinin adına elektron ərizə ünvanlamışdır. Vəkalətnamə verdiyi üçün, anası da analoji müraciəti etmiş və bundan əlavə Komissiya sədrinin adına iki dəfə teleqram göndərmişdir. Kollegiyanın qərarını və plagiat hesabatını onlara verməmişlər. Bir müddət keçəndən sonra onun elektron poçtuna plagiat faktlar barədə sənəd göndərmişlər. xx.xx.2023-cü il tarixdə bu plagiat faktlarına yazdığı izahatı, Ali Attestasiya Komissiyasının Kollegiyasının onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə Ali Attestasiya Komissiyasının poçt ünvanına göndərmişdir. Eyni vaxtda, valideynləri bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla Ali Attestasiya Komissiyasına göndərmişlər. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası Kollegiyasının qərarını ona verməməkdə məqsədi, bu qərardan məhkəməyə tam əsaslandırılmış iddia ərizəsi ilə müraciət etməyin qarşısını almaq olmuşdur. Atası, mart ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbuluna yazılmış, lakin mart ayının birinci həftəsinin tam olmadığını bəhanə edərək, bu qəbulu keçirməmişlər. Halbuki, Ali Attestasiya Komissiyasının saytında birinci həftənin tam olub-olmaması barədə heç nə yazılmamışdır. Mart ayının 17-də atasını Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədlinin qəbuluna dəvət etmişlər. Atası ondan təkidlə xahiş etmişdir ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əsassız və mənasız olduğunu onlara sübut etsin. Atasının bu xahişini nəzərə almamışlar. Onun müdafiəsindən sonra bütün şura üzvləri onu təbrik edərək bildirmişlər ki, müdafiəsi onların şurasında edilmiş ən yaxşı müdafiədir. Hesab edir ki, onu, müvəffəqiyyətlə müdafiə etmiş şəxsi Ekspert Şurasına çağırmaq qanunsuz hərəkətdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin qərar Azərbaycan Respublikası Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun və “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Həmçinin ərizəçi hesab edir ki, cavabdeh onun anasının 2022-ci ilin iyun ayından başlayaraq bu günə kimi Komissiyada mövcud olan korrupsiya yarada bilən tələblərin ləğv edilməsi istiqamətində apardığı mübarizəyə cavab olaraq ona elmi dərəcə verməkdən imtina cavabdeh tərəfindən qərəzli aparılmış və cavabdehin bu hərəkəti ilə Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində təminat verilən hüququnu pozmuşdur. O, dissertasiyanın yazılmasına böyük əmək sərf etmişdir. X10 Komissiyasının Ekspert Şuralarına çağırılmasına, müdafiə şuralarından plagiatın olmaması barədə arayışlarla Ali Attestasiya Komissiyasına göndərilmiş dissertasiyaların sonradan plagiatlı işlər kimi müdafiə şuralarına qaytarılmasına qarşı apardığı mübarizənin heç bir nəticəsinin olmaması ərizəçinin anasında psixi sarsıntılar yaratmaqla qanında şəkərin miqdarının artmasına səbəb olmuşdur. Ərizəçi və onun digər ailə üzvləri də bu hadisədən mənəvi sarsıntılar keçirmişlər. “Elmi dərəcələr verilməsi haqqında Əsasnamə”nin 6.17-ci maddəsinə əsasən Komissiya iddiaçının dissertasiyasında, avtoreferatında və dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarında istifadə etdiyini aşkarlayarsa, baxılma mərhələsindən asılı olmayaraq, dissertasiyanın və sənədlərin ekspertizası, eyni mövzu və dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dayandırılır”. Digər müəlliflərin materiallarından istifadə deyəndə nə başa düşülməlidir?! “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Bu Qanunun 1.0.23-cü maddəsinə əsasən “elmi plagiat” – müəlifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününki kimi təqdim etməkdir. Buradan belə nəticəyə gəlmək olur ki, “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 6.17ci maddəsində digər müəlliflərin materiallarından istifadə deyəndə, plagiat həddinə kimi istifadə başa düşülür. Yəni bu istifadə nəticəsində istifadə edilmiş material tam və ya qismən mənimsənilməməlidir. Ərizəçinin elektron poçtuna göndərilən plagiat faktları adlandırılan sənəddə göstərilmiş cümlələrlə istinad mənbəyi kimi göstərilən əsərləri tam və ya qismən mənimsəmək mümkün deyildir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş FD1.11 Dissertasiya şurasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri" mövzusunda 5310.01- "Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilmiş və müvafiq attestasiya işi xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. İddiaçı anası X5 2022-cı ilin iyun ayından başlayaraq (vəsatət Komissiyaya daxil olmazdan əvvəlki) qanunvericiliklə nəzərdə tutulmuş elmi dərəcələrin verilməsi şərtləri və qaydalarının iddiaçıya münasibətdə tətbiq edilməməsi, iddiaçının dissertasiya və attestasiya sənədlərinin Komissiyaya göndərilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dəfələrlə eyni məzmunlu müraciətlər ünvanlamış, bununla da, Komissiyanın elmi dərəcələr verilməsi sahəsində fəaliyyətinə kölgə salaraq əsassız iddialar irəli sürmüşdür. Vətəndaşın qeyd olunan müraciətləri Komissiya tərəfindən müvafiq qaydada cavablandırılmış, İddiaçı elmi dərəcə verilməsi ilə bağlı vəsatətin Komissiyaya daxil olmadığı bildirilmişdir. Müvafiq dissertasiya şurası tərəfindən Komissiya qarşısında İddiaçı elmi dərəcə verilməsi ilə bağlı vəsatət qaldırıldıqdan sonra da, X.B.Məmmədova qeyd edilən dövlət orqanları ilə yanaşı daha 23 təşkilata eyni məzmunlu və çoxsaylı müraciətlər ünvanlamışdır. Komissiyaya birbaşa və ya qeyd edilən qurumlardan daxil olmuş təkrar olmaqla eyni məzmunlu 312 müraciətin 14-ü iddiaçının dissertasiya və attestasiya sənədləri hələ Komissiyaya daxil olmadığı dövrə aiddir. Komissiya tərəfindən müvafiq müraciətlər cavablandırılaraq iddiaçıya elmi dərəcə verilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Dissertasiya və attestasiya sənədlərinin ekspertizası zamanı İddiaçı işində elmi plagiat faktları aşkar edilmişdir. İddiaçı Komissiyanın İqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilən iclaslarına dəvət edilməsinə baxmayaraq iclaslara gəlməmiş və heç bir üzrlü səbəb təqdim etməmişdir. Ekspert şurası xx.xx.2023-cü il tarixli iclasında plagiat faktlarının olduğunu nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxmış və iddiaçıya elmi dərəcənin verilməsini Komissiyanın Kollegiyasına tövsiyə etməmişdir. Komissiyanın Kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə Nigar Arzu qızı X6 üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq imtina etmişdir. İddiaçıya elmi dərəcənin verilməsindən imtina edilməsi barədə vəsatət qaldıran ali təhsil müəssisəsinə, surəti iddiaçıya olmaqla, xx.xx.2023-cü il tarixli 3-50/2-70/2023 nömrəli məktub göndərilmişdir. İddiaçıya Komissiyaya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciəti əsasında dissertasiya işində aşkar edilmiş plagiat faktları təqdim edilmişdir. İddiaçı işində aşkar edilmiş plagiat faktlarına dair izahatını təqdim edərək Kollegiyanın xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının atası Nümayəndə1 xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Komissiyanın Elm sahələri üzrə üçüncü şöbəsinin müdirinin, Aparat rəhbərinin və sədr müavininin qəbullarında olmuşdur. Nümayəndə1 iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında işə apellyasiya qaydasında baxılacağı, onun ekspert şurasının üzvləri ilə görüşünün mümkün olmadığı, ekspert şurasının iclasına iddiaçıların dəvət edildiyi izah edilmişdir. Həmçinin İddiaçı aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın yenidən bir neçə müstəqil ekspert tərəfindən araşdırılacağı, iddiaçının iclasa dəvət edilərək müzakirə ediləcəyi bildirilmişdir. Kollegiyanın xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmışdır. Komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir. İddiaçı Komissiyaya xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq onun şikayətinə X2 baxılması barədə tələb irəli sürmüş və şikayəti ilə bağlı onun əvəzindən etibarnamə əsasında atası Nümayəndə1 iştirak edəcəyini bildirmişdir. Komissiyanın xx.xx.2023-cü il tarixli 3-50/2-M-508-4/2023 nömrəli məktubu ilə dissertasiya işi və attestasiya sənədlərinin ekspertizası prosesində dissertasiyanın elmi dəyərinin və iddiaçının bilik səviyyəsinin onun iddia etdiyi elmi dərəcəyə uyğunluğunun qiymətləndirilməsi, elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiya işinin iddiaçının müstəqil elmi işi olmasının müəyyən edilməsi zamanı Komissiyada nümayəndə vasitəsilə təmsil olunmanın nəzərdə tutulmadığı iddiaçının diqqətinə çatdırılmışdır. İqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixli iclasına dəvət olunması haqqında iddiaçıya xx.xx.2023-cü il tarixində elektron məktub göndərilmişdir. İddiaçı Almaniyada təhsil aldığına görə ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixində İqtisad elmləri üzrə ekspert şurasının iclasına distant qoşula biləcəyi barədə məktub və iclasa qoşulmaq üçün link göndərilmişdir. İddiaçı ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. Hazırda iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında iddiaçıya elmi dərəcə verilməsi məsələsinə Komissiya tərəfindən apellyasiya qaydasında baxılmaqdadır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə müvafiq olaraq elm sahələri üzrə elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu"na uyğun olaraq Komissiya verir. Həmin Əsasnamənin 1.3-cü bəndinə görə fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. 6.1-ci bəndinə görə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında baxılır və qərar qəbul edilir. 6.3-cü bəndinə müvafiq olaraq Komissiya dissertasiya və sənədlərin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Müvafiq Əsasnamənin 6.24-cü bəndinə uyğun olaraq Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il müddətində müdafiə etmək hüququ vermir. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, iddiaçıya elmi dərəcənin verilməsi məsələsinə baxılması, ekspertizanın keçirilməsi və yekun qərarın qəbul edilməsi sahəsində Komissiyanın fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Eyni zamanda İddiaçı "qərarın ləğvi, elmi dərəcənin verilməsi barədə yeni qərarın qəbulu” iddiası üzrə iddia tələbi mümkünsüz hesab edilir. Belə ki, Ali Attestasiya Komissiyasının iddiaçı Nigar Arzu qızı X6 üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi barədə yeni qərar qəbul edilməsi” barədə iddia tələbi təmin edilməmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1030/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

14. Ali Attestasiya Komissiyasında iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən qanunsuz imtina və yol verilmiş pozuntular aşağıdakılardır. Məhkəmə cavabdeh inzibati orqanın guya iddiaçını AAK-ın iqtisadi elmləri üzrə Ekspert şurasının xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslarına dəvət etməsini sübut olunmuş fakt kimi qəbul etmişdir. Halbuki, iddiaçı Ekspert şurasının xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslara nə kağız, nə də ki elektron formalarında dəvət barədə sənəd almamışdır. İnzibati orqanda bu sənədlərin iddiaçı tərəfindən alınmasını təsdiqləyən bildirişlər yoxdur.

15. İddiaçının dissertasiyası xx.xx.2022-ci il tarixdə AAK-da təsdiq üçün qeydiyyata alınmışdır. Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin 6.7. maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə dissertasiyaya baxılma müddəti bitmişdir. Həmin Əsasnamənin 6.8 maddəsinə əsasən dissertasiyaya baxılma müddətinin uzadılması barədə əsaslandırılmış qərar qəbul edilməli idi. Bu qərar mövcud deyil. Dissertasiyaya baxılma müddətinin uzadılması barədə qərar qəbul edilsə idi, bu barədə “İnzibati İcraat haqqında” Qanunun 52.3 maddəsinə əsasən ona məlumat verilməli idi. Müddətin uzadılması barədə iddiaçıya məlumat verilməmişdir.

16. AAK haqqında Əsasnamənin 2.0.18-ci bəndinə əsasən, Komissiyanın vəzifələrindən biri, “elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri dissertasiyaların əsas elmi nəticələrinin dərc olunduğu dövri elmi nəşrlərdə, müdafiə edilmiş dissertasiya işlərində, monoqrafiya və dərsliklərdə, tədris-metodiki işlərdə, yaradıcılıq əsərlərində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək”dir. “Müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək” plagiat yoxlanışı həyata keçirtmək demək deyil. Yəni, AAK tərəfindən plagiat yoxlanışı həyata keçirtmək onun vəzifəsi olmadığı üçün, bu yoxlanış qanunsuz hərəkətdir. Hüquqi və fiziki şəxslər tərəfindən iddiaçının dissertasiyasında plagiatın mövcud olması barədə məlumat daxil olmamış və həmin tarixə ola da bilməzdi. Həmçinin nəzərə alınmalıdır ki, dissertasiya işinin plagiatı, dissertasiyanın müdafiə edildiyi Şura tərəfindən AAK-ın verdiyi proqram əsasında yoxlanılmış və dissertasiyada plagiat olmaması barədə arayış AAK-a göndərilmişdir. Antiplagiat proqramlarının aşkarladığı oxşar materiallar və bu oxşar materiallar vasitəsi ilə orijinallıq faizinin təyin edilməsi ilə əlaqədar qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” Qanunlarında, AAK-ın Əsasnaməsində və “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamədə oxşarlıq, orijinallıq, unikallıq, orijinallıq və unikallıq faizləri barədə heç nə yazılmayıb.

17. AAK-ın qəbul etdiyi inzibati akt üçün əsas kimi sənədin iddiaçıya rəsmi sənəd şəklində təqdim edilməməsi: xx.xx.2023-cü il tarixdə iddiaçının elektron poçtuna göndərilmiş 53 səhifədən ibarət “plagiat faktları” adlı sənəd qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirilməmişdir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati akt üçün əsas kimi götürülmüş 53 səhifəlik “plagiat faktları” adlı sənəddə xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə oxşar material aşkarlanması barədə məlumat var. AAK-ın sədr müavini Sakin Cabarovun Bakı İnzibati Məhkəməsinə göndərdiyi 12 sentyabr 2023-cü il tarixli 3- 50/2-450/2023 nömrəli məktubda bu saxtalaşdırmanı linklərin işləməsinə nəzarətlə izah edib. İnzibati akt qəbul ediləndən sonra linklərin açılıb-açılmaması Sakin Cabarovun nəyinə lazım idi? Niyə ancaq bu iki linkin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə açılıb-açılmaması yoxlanılıb? Niyə linklərin açılıb-açılmaması xx.xx.2023-cü il tarixdən sonra yoxlanılmayıb? xx.xx.2023-cü il tarixdə iddiaçı, dissertasiyasında aşkarlanmış plagiatın qeyd edildiyi sənədi istəmişdir. xx.xx.2023-cü il tarixdə bu sənədi iddiaçının elektron poçtuna göndəriblər. Niyə bu sənədi iddiaçıya verməmişdən əvvəl bu linklərin açılıb-açılmaması yoxlanılmayıb? İnzibati akt qəbul edildikdən sonra bu aktın qəbulu üçün əsas kimi götürülmüş sənədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aşkarlanmış oxşarlıqların əlavə edilməsi bu sənədin açıq-aşkar saxtalaşdırıldığına dəlalət etdiyi halda, onun mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir.

18. Birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə araşdırmalı olduğu bu halları araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmişdir.

19. Bundan əlavə, AAK-ın qəbul etdiyi inzibati aktın rəsmi sənəd şəklində iddiaçıya təqdim edilməsini məhkəmə təmin etməmişdir. AAK sədrinin müavini S.Cabarov xx.xx.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubunda bildirirdi ki, “Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və iqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 -“Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”. Bu bildirişdən məlum olur ki, iddiaçıya elmi dərəcənin verilməsindən imtina barədə inzibati akt üçün əsas elmi plagiat və Ekspert şurasının tövsiyəsi olmuşdur. Bu əsaslardan birincisi “plagiat faktları” adlı sənəd iddiaçının elektron poçtuna göndərilmiş, ekspert şurasının tövsiyəsinin iddiaçıya təqdim olunması ilə bağlı 28 iyun 2023-cü il tarixli vəsatəti təmin olunmamış və bu səbəbə görə də iddia ərizəsini dəqiqləşdirmək mümkün olmamışdır.

20. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Kollegiyanın qərarının qeyd olunduğu bir cümlədən və bir səhifədən ibarət sənədi iddiaçının nümayəndəsinə inzibati akt kimi təqdim edib və bildirib ki, Ekspert şurasının tövsiyəsi ekspertlərin rəyləridir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati aktdan Komissiyaya şikayət vermişdir. Şikayət ərizəsinə “plagiat faktları” adlı sənədə iddiaçının yazdığı İzahatı da əlavə etmişdir. Sonra “plagiat faktları” adlı sənədə Geniş izahat da yazıb Komissiyaya göndərmişdir. Bir ay ərzində bu şikayətə baxılmadığı üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. AAK tərəfindən qanunsuz plagiat yoxlanışı inzibati akt qəbul ediləndən sonra da davam etdirilmiş və yeni aşkarlanmış oxşar materialları “plagiat faktları” adlı sənədə əlavə etmək məqsədi ilə iddiaçının iddia ərizəsinə “Etiraz”- da Sakin Cabarov qeyd edib ki, guya Kollegiyanın xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmış və komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir. Bu həqiqətə uyğun deyil. xx.xx.2023- cü il tarixdə komissiya yaradılsaydı, iddiaçının atası, AAK- da xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə şöbə müdirinin, Aparat rəhbərinin və Sakin Cabarovun qəbullarında olanda bu barədə ona məlumat verərdilər. Bu yalançı “komissiya” oyunu, komissiyanın nəticələri və iddiaçının izahatına rəy adı altında “plagiat faktları” adlı sənədə əlavə sənədlər əlavə etmək məqsədi ilə edilib. İddiaçının iddia ərizəsi AAK-ın xx.xx.2023-cü il tarixdə qəbul etdiyi inzibati aktın ləğvi barədədir. Bu inzibati akt, “plagiat faktları” adlı sənəd və ekspert şurasının tövsiyəsi əsasında qəbul edilib. Buna görə də, inzibati aktın qəbulundan sonra yaradılmış hər hansısa bir komissiyanın nəticələri və ya “plagiat faktları” adlı sənədə iddiaçının yazdığı izahata verilən rəy xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati akt üçün əsas ola bilməz və bu sənədlər, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati akt üçün əsas olan “plagiat faktları” adlı sənədə əlavə edilə bilməzlər.

21. İddiaçı məhkəməyə iddia ərizəsi ilə birlikdə “plagiat faktları” adlı sənədin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ekspertizaya göndərilməsi və ekspertizanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və İqtisadiyyat institutunun neft kimyasının iqtisadiyyatı sahəsində tədqiqat aparan alimlərinin iştirakı ilə keçirilməsi barədə vəsatət göndərmişdir, lakin həmin vəsatət də təmin olunmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında “plagiat faktları” adlı sənədin İqtisad İnstitutuna və İqtisad Universitetinə mütəxəssis rəyinə göndərilməsi qərara alınmışdır. Sonradan məlum olmuşdur ki, məhkəmə “plagiat faktları” adlı sənədə rəyçinin cavabı adlı sənədi də əlavə edərək bu sənədləri aidiyyatı olmayan orqanlara - Elm və Təhsil Nazirliyinə, AMEA-ya və Əqli Mülkiyyət Agentliyinə göndərmişdir. Rəyçinin cavabı adlı rəsmiləşdirilməmiş sənədi məhkəmə bilərəkdən bu ünvanlara göndərmişdir. Bu faktın özü də qəbul ediləcək qanunsuz qərara hüquqi don geydirmək məqsədi daşıyırdı. Çünki, bu sənəddə “Elm haqqında” Qanunun 18.5 maddəsində “plagiat faktları” termini “yaradıblar” və bununla da məhkəmə göstərmək istəyib ki, “plagiat faktları” adlı sənədin adı saxta deyil və bu əsasda da Elm və Təhsil Nazirliyinə, AMEA-ya və Əqli Mülkiyyət Agentliyinə göndərdiyi məktublarda elmi plagiat faktları anlayışının geniş izahatının verilməsini xahiş edib. Rəyçinin cavabı adlı sənəd məhkəməyə həm də ona görə lazım olub ki, bu sənəddə “plagiat fakları” adlı sənəddəki plagiat faktlarına 28 səhifəlik yeni aşkarlanmış “plagiat faktları” əlavə edilib ki, bu da böyük qanun pozuntusudur. Çünki, iddiaçıya elmi dərəcənin verilməsindən imtina barədə qəbul edilmiş inzibati akt üçün əsas götürülmüş “plagiat faktları” adlı saxta sənədə inzibati aktın qəbulundan sonra əlavələr etmək, onsuz da qanunsuz olan inzibati aktın qanunsuz yolla “reabilitasiya” edilməsi cəhdindən başqa bir şey deyildi. Belə olan halda süni şəkildə böyük həcmli plagiat görüntüsü yaratmaq cəhdi aşkardır.

22. Məhkəmənin qarmaqarışıq məktublarına AMEA-dan bildirmişlər ki, İqtisadiyyat İnstitutu onun tabeçiliyinə deyil, Elm və Təhsil Nazirliyindən məhkəməyə verilmiş cavabda qeyd edilib ki, məhkəmənin məktubunda qoyduğu mücərrəd, qanunazidd sorğular və xahişlər Nazirliyinin funksiyalarına tabe deyil. “Plagiat faktları” adlı sənəddə qeyd edilmiş plagiat mənbələrinin müəllifləri tərəfindən onların əsərlərini iddiaçı tərəfindən tam və ya qismən mənimsənilməsi, yaxud özününkü kimi təqdim edilməsi barədə Bakı İnzibati Məhkəməsinə şikayət daxil olmamasına baxmayaraq, məhkəmə, iddiaçının dissertasiyasını “plagiat faktları” adlı sənədlə və iddiaçıya məlum olmayan digər sənədlərlə Əqli Mülkiyyət Agentliyinə göndərmişdi. Bu da “plagiat faktları” adlı sənədin İqtisad Universitetinin və İqtisadiyyat İnstitutunun elmi şurasında müzakirəsinin keçirilməsinin qarşısını almaq məqsədi daşımışdır. 20 fevral 2024-cü il tarixdə iddiaçının nümayəndəsinin Bakı İnzibati Məhkəməsinə etdiyi etiraza baxılmamışdır.

23. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda bir sıra amillər təhrif edilmiş, hüquqi qiymətləndirmə düzgün aparılmamışdır. Məhkəmənin “rəyçinin iddiaçının dissertasiya işində aşkarlanmış faktlara dair izahatı” adlandırdığı sənədin xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir və mübahisələndirilən inzibati akt üçün əsas deyil və ola da bilməz. Əgər iddiaçının şikayətinə baxılıb, inzibati akt qəbul edilsə idi, bu sənəd, həmin inzibati akt üçün əsas olacaqdı. Buna görə də məhkəmənin bu sənədə istinad etməsi qanuni hesab edilə bilməz. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında dəfələrlə məhkəmənin nəzərinə çatdırılmışdır ki, Azərbaycanın “Elm haqqında” Qanunda, “Təhsil haqqında” Qanunda oxşarlıq və oxşarlıq əmsalları anlayışları mövcud deyil.

24. Dissertasiyaların plagiat yoxlanışı AAK-ın vəzifələrinə aid deyil. Bu yoxlama dissertasiyanın yerinə yetirildiyi təşkilatda və müdafiə şurasında həyata keçirilməlidir. AAK tərəfindən plagiat yoxlanışı dissertasiyada plagiat olması barədə Komissiyaya daxil olmuş məlumat əsasında həyata keçirilə bilər. Plagiat yoxlanışı, antiplagiat proqramının tətbiqi ilə aşkarlanmış oxşar materialların mülkiyyət hüququnun aspektlərini nəzərə almaqla həqiqi oxşar material olub-olmamasını müəyyənləşdirməkdən, həqiqi oxşar material olduqda bu oxşar materiallarla onların oxşar olduğu materialların aid olduğu mənbənin tam və ya qismən mənimsənilməsini, yaxud özününkü kimi təqdim edilməsini sübut etməkdən ibarətdir. Dissertasiyanın AAK-da plagiat yoxlanışı qüsurla həyata keçirilmişdir. Dissertasiyada plagiat olması barədə məlumat daxil olmamasına baxmayaraq, AAK-da qanunsuz plagiat yoxlanışı həyata keçirilmiş, plagiat yoxlanışının nəticələrinə Azərbaycan Qanunvericiliyində mövcud olmaya “plagiat fakları” adı qoyulmuş, bu sənədə inzibati aktın qəbul olunduğu və ondan sonrakı gün tapılmış oxşar materiallar əlavə edilmiş, oxşar materialları həqiqi oxşar material olub-olmaması müəyyən edilməmiş, oxşar materiallar, onların oxşar olduğu materialların aid olduğu mənbənin tam və ya qismən mənimsənilməsini, yaxud özününkü kimi təqdim edilməsini sübuta yetirilmədən plagiat kimi təqdim edilmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

26. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi şəxsi məlumat vərəqəsində qeyd edilən mobil nömrəsinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 15:56:43 radələrində və xx.xx.2023-cü il tarixdə, saat 17:38:18 radələrində X10 Komissiyasının Ekspert Şurasının müvafiq olaraq xx.xx.2022-ci il tarixə saat 17:00-a və xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş iclaslarına dəvət edilməsi məzmununda “SMS” bildirişlər göndərilmişdir.

27. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiya İclasının 06 fevral 2023-cü il tarixli 3-50/3-2-2-3/2023 nömrəli Protokolundan çıxarışa əsasən Kollegiyanın iclasında Kollegiya üzvləri F.F.Mustafayev (sədr), G.T.Tağızadə (baş elmi katib), sədr müavini S.H.Cabarov, Elm sahələri üzrə birinci şöbənin müdiri G.S.Muxtarova, Elm sahələri üzrə ikinci şöbənin müdir müavini N.A.Ağayeva, Elm sahələri üzrə üçüncü şöbənin müdiri M.M.Məmmədli, Elm sahələri üzrə dördüncü şöbənin müdiri O.Ə.Səmədov, Dissertasiya şuralarının işinə nəzarət və attestasiya sənədləri ilə iş şöbəsinin müdiri Y.H.Əliyev iştirak etmişlər. Analitik təhlil və elektron xidmətlər şöbəsinin müdiri A.A.Hüseynova iclasa dəvət olunmuşdur. İclasda Fəlsəfə doktoru (PhD) elmi dərəcəsi verilməsi haqqında məsələnin müzakirəsi zamanı, İddiaçı “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında Azərbaycan Dövlət İqtisadi Universiteti nəzdində X8 Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş FD 1.11 Dissertasiya şurasının sədri iqtisad elmləri doktoru, professor Yadulla Həsənlinin xx.xx.2022-ci il tarixli 010-073-12xx/xx/2022 nömrəli vəsatəti ilə bağlı M.M.Məmmədlinin məlumatı dinlənilmişdir. M.M.Məmmədli məlumat verərək bildirmişdir ki, Kollegiyanın xx.xx.2022-ci il tarixli iclasında (protokol № 28-K) dissertasiya işi və attestasiya sənədlərinin rəy verilməsi məqsədi ilə iddiaçı dəvət olunmaqla İqtisad Elmləri üzrə ekspert şurasına göndərilməsi barədə qərar qəbul edilmişdir. İqtisad Elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixli qərarı ilə (protokol № 01) aşkarlanmış plagiat faktları nəzərə alınmaqla iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyyə edilməmişdir. Ekspert rəyi mənfi olmuşdur. İddiaçı ekspert şurasının iclasına dəvət edilsə də, ekspert şurasının iclasında iştirak etməmişdir.

28. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Lakin İddiaçı, dissertasiya işi və attestasiya sənədləri Komissiyada, müraciəti əsasında apellasiya qaydasında baxıldığı müddətdə, məhkəməyə müraciət etmişdir. Bunun nəticəsində Komissiyanın Kollegiyasının qərarı ilə İddiaçı apelyasiya müraciətinə baxılması dayandırılmışdır.

Tərəflərin iştirakı:

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;.. 2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək.

32. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. 1.4-cü bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. 2.2-ci bəndinə əsasən dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. 3.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir: 3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır; 3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. 3.2-ci bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir: 3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir; 3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır; 3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir. 3.3-cü bəndinə əsasən dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. 3.4-cü bəndinə əsasən dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. 3.5-ci bəndinə əsasən dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır: 3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir; 3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir; 3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir; 3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir; 3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir; 3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir; 3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir; 3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. 3.6-cı bəndinə əsasən iddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər. 4.1-ci bəndinə əsasən dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksək ixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. 5.2-ci bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir. 5.6-cı bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X2 baxılır və qərar qəbul edilir. 6.3-cü bəndinə əsasən Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

35. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin və dissertasiya işinə rəyin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

38. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, elmi dərəcələrin verilməsi ilə bağlı səlahiyyətlərin məzmunu baxımından dissertasiya işinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq elmi dərəcənin verilməsini fərqləndirmək lazımdır. Fərqləndirmə dissertasiya işinin yuxarıda istinad olunan normalarda təsbit olunmuş kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunması və müəyyən olunmuş nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi inzibati orqanın (hazırkı halda - cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Diskresion səlahiyyətlə müəyyən hüquq normalarına əsasən inzibati orqanın öz qərarını öz mülahizəsinə əsaslanaraq qəbul etdiyi halları tənzimləyir. Bu qayda hüquqi dövlətdə mövcud olan prinsiplərə də uyğundur, çünki inzibati orqan öz mülahizəsini özbaşına deyil, müəyyən qaydalara uyğun reallaşdırır. Onun mülahizəsi ilk növbədə ona verilən səlahiyyətlərin məqsədlərinə uyğun olmalı və bundan əlavə, diskresion səlahiyyət üçün müəyyən edilmiş hüquqi tələblər çərçivəsində (qanunauyğun) həyata keçirilməli və onları aşmamalıdır. Diskresion o deməkdir ki, inzibati orqanın fəaliyyəti qanunla birmənalı və dəqiq müəyyən edilmir və inzibati orqana öz mülahizəsi əsasında hərəkət etmək imkanı verilir. İnzibati orqan bu zaman ancaq qanunun tətbiq edilməsini həyata keçirmir. Diskresion olaraq inzibati orqana qanunla ona icazə verilmiş çərçivədə müəyyən hüquqi nəticələri seçmək imkanı verilir. Ona görə də, məhkəmələr ancaq diskresion səhvin olub-olmamasını yoxlaya bilərlər.

41. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçiribkeçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olubolmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların yuxarıda sadalanmış qanunvericilik normalarının müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdırılmalıdır.

42. Nəzərə almaq lazımdir ki, inzibati orqanın öz qiymətləndirməsinə əsasən qərar qəbul etməsi, yəni işin faktiki hallarını müəyyən etməsi məhkəmə tərəfindən məhdud şəkildə yoxlanıla bilər. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, şəxsin, o cümlədən də, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır.

43. Hazırki işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad Elmləri üzrə Ekspert Şurasının 16 yanvar 2023-cü il tarixli 01 nömrəli iclasının protokolunun qərarına əsasən Ekspert Şurasının 9 üzvünün səs verməsi ilə İddiaçı dissertasiya işində aşkarlanmış plagiat faktları nəzərə alınmaqla “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad elməri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Ali Attestasiya Komissiyasının tələblərinə cavab vermədiyindən onun müəllifinə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi AAK-ın Kollegiyasına tövsiyə olunmamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 fevral 2023-cü il tarixli Kollegiya iclasında Kollegiya üzvləri F.F.Mustafayev (sədr), G.T.Tağı-zadə (baş elmi katib), sədr müavini S.H.Cabarov, Elm sahələri üzrə birinci şöbənin müdiri G.S.Muxtarova, Elm sahələri üzrə ikinci şöbənin müdir müavini N.A.Ağayeva, Elm sahələri üzrə üçüncü şöbənin müdiri M.M.Məmmədli, Elm sahələri üzrə dördüncü şöbənin müdiri O.Ə.Səmədov, Dissertasiya şuralarının işinə nəzarət və attestasiya sənədləri ilə iş şöbəsinin müdiri Y.H.Əliyev iştirak etmişlər. Analitik təhlil və elektron xidmətlər şöbəsinin müdiri A.A.Hüseynova iclasa dəvət olunmuşdur. Fəlsəfə doktoru (PhD) elmi dərəcəsi verilməsi haqqında iclas eşidilmiş, İddiaçı “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövcusunda 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında Azərbaycan Dövlət İqtisadi Universiteti nəzdində X8-Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş FD 1.11 Dissertasiya şurasının sədri iqtisad elmləri doktoru, professor Yadulla Həsənlinin xx.xx.2022-ci il tarixli 010-073- 12xx/xx/2022 nömrəli vəsatəti ilə bağlı M.M.Məmmədlinin məlumatı dinlənilmişdir. M.M.Məmmədli məlumat verərək bildirmişdir ki, Kollegiyanın xx.xx.2022-ci il tarixli iclasında (protokol № 28-K) dissertasiya işi və attestasiya sənədlərinin rəy verilməsi məqsədi ilə özü dəvət olunmaqla İqtisad Elmləri üzrə ekspert şurasına göndərilməsi barədə qərar qəbul edilmişdir. İqtisad Elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixli qərarı ilə (protokol № 01) aşkarlanmış plagiat faktları nəzərə alınmaqla iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyə edilməmişdir. Ekspert rəyi mənfi olmuşdur. İddiaçı ekspert şurasının iclasına dəvət edilsə də, ekspert şurasının iclasında iştirak etməmişdir. Şöbənin təklifi iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi olmuşdur. Müzakirədən sonra yekdilliklə qərar qəbul edilərək İddiaçı 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğu və İqtisad elmləri üzrə ekspert şurasının tövsiyyəsi nəzərə alınaraq imtina edilmişdir. Kollegiyanın qərarı Komissiya sədrinin müvafiq əmri ilə rəsmiləşdirilmişdir.

44. İddiaçı iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyanın rasional istiqamətləri” mövzusunda 5310.1 – “Dünya iqtisadiyyatı” ixtisasında dissertasiya işinə ekspert komissiyasının Kollegiya üzvləri tərəfindən baxılaraq dissertasiya işinə ekspertlər tərəfindən mənfi rəy verildiyindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunması əsası ilə İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq iddiaçıya İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir.

45. Beləliklə də hazırki mübahisəyə münasibətdə məhkəmə tərəfindən qeyd olunan qaydada aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən qiymətləndirmə azadlığının qüsurlu həyata keçirilməsi, qiymətləndirmə kriteriyalarına və metodikasına, eləcə də bərabər yanaşma prinsipinin tələblərinə riayət edilməməsi müəyyən olunmamışdır. Belə ki, hazırki iş üzrə cavabdeh təqdim edilmiş dissertasiya işində aşkarlanmış plagiat faktlara iddiaçının izahatına verilmiş rəyçinin cavabında dissertasiya işinin qiymətləndirməsinin hansı kriteriya və metodikaya, qanunvericiliyin tələblərinə əsasən aparılması əsaslandırılmışdır. İddiaçı tərəfindən də mübahisələndirilən qərarın qəbulu zamanı yol verilmiş pozuntularla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

46. Kollegiya həmçinin iddiaçının dissertasiya işinə baxılması müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, dissertasiya işinə baxılması ilə bağlı müddətlər cavabdeh tərəfindən iddiaçının iştirakının Şuranın iclasında təmin edilməsi məqsədilə uzadılmış, iddiaçının Şuranın təyin edilmiş iclaslarlarında iştirakının təmin edilməsi barədə ona müvafiq sms-bildirişlər göndərilsə də, iddiaçı Şuranın iclaslarında iştirak etməmişdir. Belə ki, iş materiallarında olan iddiaçının təqdim etdiyi şəxsi məlumat vərəqəsində qeyd edilən mobil nömrəsinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 15:56:43 radələrində və xx.xx.2023-cü il tarixdə, saat 17:38:18 radələrində X10 Komissiyasının Ekspert Şurasının müvafiq olaraq xx.xx.2022-ci il tarixə saat 17:00-a və xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş iclaslarına dəvət edilməsi məzmununda “SMS” bildirişlər göndərilmişdir. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə xaricdə ikinci təhsil alması və Bakıya gəlmək üçün valideynlərinin maliyyə vəsaitlərinin olmaması barədə teleqram vurmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı Komissiyaya xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq onun şikayətinə X2 baxılması barədə tələb irəli sürmüş və şikayəti ilə bağlı onun əvəzindən etibarnamə əsasında atası Nümayəndə1 iştirak edəcəyini bildirmişdir. Komissiyanın xx.xx.2023-cü il tarixli 3-50/2-M-508-4/2023 nömrəli məktubu ilə dissertasiya işi və attestasiya sənədlərinin ekspertizası prosesində dissertasiyanın elmi dəyərinin və iddiaçının bilik səviyyəsinin onun iddia etdiyi elmi dərəcəyə uyğunluğunun qiymətləndirilməsi, elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiya işinin iddiaçının müstəqil elmi işi olmasının müəyyən edilməsi zamanı Komissiyada nümayəndə vasitəsilə təmsil olunmanın nəzərdə tutulmadığı iddiaçının diqqətinə çatdırılmışdır. İqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixli iclasına dəvət olunması haqqında iddiaçıya xx.xx.2023-cü il tarixində elektron məktub göndərilmişdir. İddiaçı Almaniyada təhsil aldığına görə ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixində İqtisad elmləri üzrə ekspert şurasının iclasına distant qoşula biləcəyi barədə məktub və iclasa qoşulmaq üçün link göndərilmişdir. İddiaçı ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün səylər göstərdiyini, iddiaçının da onun işinə baxılması barədə məlumatlı olmasını sübut edir.

47. Kollegiya qeyd edir ki, elmi işlərin qiymətləndirilməsi nəticələrinə dair qəbul olunmuş qərarlar məhkəmə tərəfindən yalnız məhdud çərçivədə yoxlanıla bilər. Bu zaman məhkəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Başqa sözlə, məhkəmə inzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarı yalnız qeyd olunan göstəricilər baxımından yoxlamağa haqlıdır. Elmi dərəcənin verilməsi isə dissertasiya işinin qiymətləndirilməsi nəticələrinə bağlıdır. Bu mənada cavabdeh tərəfindən elmi dərəcə qiymətləndirmə nəticələrinin şəxsə elmi dərəcənin verilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunduğu təqdirdə verilir.

48. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(112)-1030/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar