Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2447/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı Abdulkərimov Camaləddin Adışirin oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs qismində Məmmədova Vəfa Elşən qızı) “qeydiyyatdan çıxarılma tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2019 saylı 05.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-464/2019 saylı 25.01.2019-cu il tarixli qərarı ilə iddiaçı Abdulkərimov Camaləddin Adışirin oğlunun üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddia tələbi təmin edilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10, mənzil 71-dən Məmmədova Vəfa Elşən qızının qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. 18.06.2021-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək həmin qərara izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə qərar tam icra edilə bilməmişdir. Belə ki, qərarda üçüncü şəxsin himayəsində olan 06.12.2007-ci il təvəllüdlü azyaşlı X1 haqqında yazılmadığından, mənzildə qeydiyyatda qalmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)- 27113/2018 saylı 02.05.2016-cı il tarixli qətnaməsinə əsasən üçüncü şəxs Məmmədova Vəfa Elşən qızı azyaşlı oğlu ilə mənzildən çıxarılmışdır. İddiaçı hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-464/2019 saylı 25.01.2019-ci il tarixli qərarına iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxs X2 himayəsində olan azyaşlı Elcan Əbdülkərimov ilə birlikdə qeydiyyatdan çıxarılmasına dair izah verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2019 saylı 05.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilərək, ərizəsinin təmin edilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə onun ərizəsinə baxarkən, sübutlarını qəbul etməmişdir. Azyaşlı uşaq ananın himayəsinə verilib və bu haqda qanuni qüvvədə olan qətnamə var. Azyaşlını ayrıca məhkəməyə vermək olmaz, ana harda, azyaşlı uşaq da orada olmalıdır. Ərizədə təqdim etdiyi məqamlar haqqında qanuni qüvvədə olan məhkəmə qətnamələrini ərizəsinə əlavə etməsinə baxmayraq. məhkəmə sübut hesab etməmişdir. Məhkəmə iclasılarının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, MPM-in 79 və 116, MPMin 230-cu maddələrinə, eləcə də, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumununun qərarının 1 və 5-ci bəndlərinə istinadən qeyd etmişdir ki, iddiaçının qərara izah verilməsi barədə ərizəsi, «…məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaranması ilə əlaqədar olmamışdır.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, İPM-in 116.1-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllədə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddaları tətbiq olunur. Bu Məcəllədə, yəni, İPM-də məhkəmə qərarının izahı ilə bağlı başqa qayda nəzərdə tutulmadığını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, konkret halda, MPM-in 230-cu maddəsi tətbiq edilməlidir. MPM-in 230-cü maddəsinin imperativ tələbində isə göstərilir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qanunun tələbindən göründüyü kimi, məhkəmə o halda, qanuni qüvvəsini almış qərarına izah verməkdə haqlı ola bilər ki, onun məzmununu dəyişdirməsin. Yəni, hər hansı sənəd-subutun araşdırılması və qərarın məzmunundan kənara çıxılması yolverilməzdir. Konkret halda, mahiyyəti üzrə qərardan görünür ki, məhkəmə, İPM-in 52-ci maddəsinin tələbinə müvafiq olaraq, üçüncü şəxsin qeydiyyatdan çıxarılması haqqında iddia tələbi üzrə qərar qəbul etməklə, üçüncü şəxs Məmmədova Vəfa Elşən qızının iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması vəzifəsini cavabdeh polis orqanına həvalə etmişdir. Başqa sözlə, qərarda, üçüncü şəxlə birlikdə azyaşlı uşağının (Elcan Əbdülkərimovun) mənzildən qeydiyyatdan çıxarılması məsələsi məhkəmə araşdırmasının predmeti olmamış, bu barədə müzakirə aparılmamışdır. Belə olan halda, məhkəmənin həmin qərara iddiaçının arzuladığı kimi izah verilməsi onun məzmunu dəyişdirmiş olur ki, bu da prosessual qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi yolverilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməməsi icra sənədinin (qərarın) məzmunu baxımından, tamamilə əsaslıdır. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən, təqdim etdiyi sübutların nəzərə alınmamasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2021 saylı 05.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Abdulkərimov Camaləddin Adışirin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2021 saylı 05.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2447/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2447/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver