Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2449/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxsin nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X6 (xx.xx.1964- cü il tarixdə Amasiya rayonunun Yeniyol kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) ) “icra sənədinin icrası ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi və qiymətləndirməyə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr – 06 oktyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktubu ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X9” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarının ləğv edilməsi və Cavabdeh üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh icraatında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi vardır. Həmin icra sənədi üzrə icra şöbəsi tərəfindən borclu X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2018-ci ilin may ayında qiymətləndiriciyə göndərilmişdir. Əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli, QR-1293 saylı qiymətləndirmə rəyi (qiymətləndirmə hesabatı) verlmişdir. Həmin Qiymətləndirmə rəyində göstərilən 8.700.000 manat məbləğini əsas götürən icra şöbəsi xx/xx-51756/18-31789 nömrəli, xx.xx.2018-ci il tarixli təkliflə daşınmaz əmlakı İddiaçı MMC-yə təklif etmişdir. Lakin, İddiaçı MMC həmin Təklifdən imtina edərək, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsinin real bazar qiymətlərinə tamamilə uyğun olmamasının və bazar qiymətindən dəfələrlə yuxarı olmasını qeyd etmişdir, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsini və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. Lakin, icra şöbəsi cavabında bildirmişdir ki, İddiaçı MMC-nin qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Buna baxmayaraq, icra şöbəsi xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub göndərərək icra sənədi üzrə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X9” MMC-yə göndərdiyini bildirmişdir. İcra Şöbəsinin bu qanunsuz hərəkəti tələbkar kimi, İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Belə ki, İddiaçı MMC məktubunda da, bildirdiyi kimi, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil. Bazar qiymətindən dəfələrlə yuxarıdır, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Hal-hazırda həmin qiymətlə daşınmaz əmlakın hərraca göndərilməsi özü-özlüyündə etibarsızdır. Çünki, qiymətləndirmə rəyində də, qeyd edildiyi kimi, “Tərtib edilmiş qiymətləndirmə rəyi 3 (üç) ay müddətində hüquqi qüvvəyə malikdir. Müddət başa çatdığı gündən rəyi tərtib etmiş qiymətləndirmə şirkəti və mütəxəssislər heç bir məsuliyyət daşımır”. Beləliklə, xx.xx.2018-ci il tarixində öz hüquqi qüvvəsini itirən qiymətləndirməni əsas götürərək icra şöbəsi tərəfindən daşınmaz əmlakın satılması üçün hərraca göndərilməsi yolverilməzdir və qanunsuzdur. Bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlər davam etməkdədir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1777/19 saylı, 11 iyul 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2043/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-11/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli, 2-1(103)- 1777/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6161/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə X6 üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X9” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəyişdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim A.Abdullayeva) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddia tələbində göstərilən faktlara, qüvvədən düşmüş qiymətləndirmə ilə əmlakın hərraca göndərilməsinə əhəmiyyət verməyərək, iddia tələbinə aid olmayan məsələləri araşdırmış, tətbiq edilməli olan normaları tətbiq etməyərək tamamilə yanlış nəticəyə gəlmişdir. Məhkəmə qərarında qeyd edilir - “Beləliklə, müəyyənləşdirilməli hal ondan ibarətdir ki, iddiaçı MMC-nin hüququna müdaxilə nə zaman baş vermiş olur - əmlakın qiymətləndirilməsinə dair rəy verildikdə, ilkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verildikdə, yoxsa hərrac keçirilməklə əmlak satıldıqda” (qərar - səh. 5 abz 4) Halbuki, iddiaçı MMC-nin hüququna müdaxilə bu 3 hərəkətdə yox, qüvvədə olmayan qiymətlədirmə əsasında əmlakın hərraca göndərilməsi olmuşdur. İddia ərizəsində göstərilən bu hal isə məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddia tələbi qiymətləndirmə rəyinin ləğv edilməsi olmamışdır. Məhz qiymətləndirmə rəyində daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməməsi və rəyin özünü hüquqi qüvvəsinin 3 ay olması icra şöbəsinin sonrakı hərəkətlərinə təsir göstərmişdir. İddia tələbinin əsası İcra şöbəsinin qanunsuz hərəkətləri olmuşdur. İddiaçının etirazlarına baxmayaraq icra şöbəsi hüquqi qüvvəsi bitmiş, qüvvədə olmayan qiymətləndirmə rəyi əsasında, rəyin verilməsindən 4 (dörd) ay sonra xx.xx.2019-cu il tarixdə (xx/xx-51756/18-941 nömrəli məktubla) daşınmaz əmlakla bağlı hərracın keçirilməsi üçün “X9” MMC-yə 51756/18 saylı sifariş göndərmişdir. Məhkəmə özünün yuxanda qeyd etdiyini təkzib edərək qərarında göstərir ki, “Nəzərə alınmalıdır ki, icra məmurunun vəzifəsi istənilən qiymət əsasında hərracı kecirməyə nail olmaqdan ibarət deyil. O. məhkəmə qərarının icrasını təmin edərkən tələbkarın və borclunun əsaslı mənafelərini də gözləmək vəzifəsi daşıyır.” Deməli, məhkəmə qiymətləndirmə rəyində göstərilənlərin icra şöbəsi üçün vəzifə olmasını və bunun məqsədinin ilk öncə tələbkarın mənafelərinin təmin edilməsi üçün əsas şərt kimi müəyyən edir. Lakin bunun əksinə olaraq İcra şöbəsi tərəfindən bu vəzifə icra edilmir, qiymətləndirmə rəyinə zidd olaraq qüvvədə olmayan qiymətləndirmə rəyini hərraca göndərir, məhkəmə isə buna öz qanunsuz və əsassız qərarı ilə haqq qazandırır. Məhkəmə qərarında daha sonra qeyd edilir “Ayrılıqda həmin rəy əsas götürülməklə əmlakın taleyi həll edilə bilməz. Əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ yalnız digər növbəti icra hərəkətlərinin (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) basa çatması nəticəsində olur. Lakin məhkəmə unudur ki, məhz bu rəy əsasında əmlakın gələcək hüquqi müqəddəratı həll olunmuşdur. Çünki daşınmaz əmlak hərraca göndərilərkən rəyin artıq hüquqi qüvvəsi yox idi və ona görə də bu qiymətləndirmə rəyi iddiaçı üçün xüsusi əhəmiyyət daşıyır, qətnamənin gələcək icrasını müəyyən edir. Həmin Qiymətləndirmə rəyinin 3-cü maddəsinin 10-cu bəndində (qiymətləndirmə rəyi - səhifə 5, abzas 5) birbaşa qeyd edilmişdir: - Tərtib olunmuş qiymətləndirmə rəyi 3 (uç) ay müddətində hüquqi qüvvəyə malikdir. İddiaçının etirazlarına baxmayaraq İcra şöbəsi hüquqi qüvvəsi bitmiş qiymətləndirmə rəyi əsasında, rəyin verilməsindən 4 (dörd) ay sonra xx.xx.2019-cu il tarixdə (xx/xx-51756/18-941 nömrəli məktubla) daşınmaz əmlakla bağlı hərracın keçirilməsi üçün “X9” MMC-yə 51756/18 saylı sifariş göndərir. İlkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi ilə bağlı qərarda qeyd edilir ki, “Məhkəmə yuxarıda qeyd edilənləri və işin hallarını araşdıraraq, belə bir qənaətə gəlir ki, iddiaçı sözügedən qiymətləndirmə rəyi ilə razılaşmayaraq, hərracın keçirilməsi barədə sifariş verilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərini mübahisələndirsə də (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi onun üçün hüquqi nəticə doğurur). O, nə inzibati icraat zamanı, nə də ki, məhkəmə araşdırma zamanı icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mötəbər sübut, əsaslandırılmış mülahizə təqdim edə bilməmiş, sadəcə öz formal mülahizəsinə əsaslanaraq əmlakın qiymətinin bazar dəyərindən artıq olmasına istinad edərək, hərracın keçirilməsi barədə sifariş verməsi ilə əlaqədar icra məmurunun hərəkətlərinin qanunsuz sayılmasına və əmlakın yenidən başqa qiymətləndiriciyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir”. Məhkəmənin iddianın təmin edilməməsi ilə bağlı yuxanda göstərilən əsaslandırma ümumiyyətlə heç bir hüquq çərçivəsinə sığmır. İlk öncə qeyd edilməlidir ki, İPM-nin 14.1-ci maddəsinə əsasən - Mübahisələndirilən İnzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yəni məhkəmə heç bir halda iddiaçının üzərinə inzibati aktın ləğv olunmasını əsaslandıran halları sübut etmək vəzifəsi qoya bilməz. İnzibati icraat zamanı bu vəzifə inzibati aktı qəbul edən orqanın üzərinə qoyulmuşdur. Bundan başqa məhkəmə unudur ki, iddia tələbinin əsasını əmlaka qovulan qiymətin yüksək olması deyildir. İddia tələbinin əsası hüquqi qüvvəsi olmayan qiymətləndirmə rəyi əsasında İcra şöbəsi tərəfindən əmlakın satılması üçün hərraca göndərilməsidir. Əgər qiymətləndirmə rəyi hüquqi qüvvəyə malik deyildirsə, deməli həmin rəy əsasında hər hansı hərəkətin edilməsi artıq qanunsuzdur və qüvvədən düşmüş rəy kənara qoyularaq İcra şöbəsi icra sənədini icrasını təmin etmək üçün yenidən qiymətllədirici cəlb edərək əmlakı yenidən qiymətləndirməli və yeni qüvvədə olan rəy əsasında hərraca göndərməlidir. İddiaçının bu tələbi də İPM-nin 70.3-cü maddəsinə tam uyğundur. İddiaçı tərəfindən İcra şöbəsinin hərəkətlərinin qanunsuzluğunu və iddia tələbinin əsaslandıran kifayət qədər sübutlar və dəlillər təqdim edildiyi halda, məhkəmə yuxanda göstərilən sübutlara, dəlillərə, hallara və faktlara əhəmiyyət vermək istəməmiş və tətbiq etməli olduğu normaları tətbiq etməyərək tamamilə qanunsuz və əsassız qərar çıxartmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2518/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-796/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2518/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 və 3-cü şəxsin nümayəndəsi-vəkili X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icra işinə əsasən - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9284/17 saylı, 07 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş, 02 fevral 2018-ci il tarixli icra vərəqəsi (hakim E.Həsənov) icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən icra vərəqəsinə əsasən İcra Şöbəsi tərəfindən X1 1.600.000 (bir milyon altı yüz) (mətnə uyğun) manat və ödənilmiş dövlət rüsumu hesabına 15 (on beş) manat, cəmi 1.600.015 (bir milyon altı yüz on beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə tələbin könüllü icrası barədə borclu X4 bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən icra sənədinin icrası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə icra olunmamışdır. İcra məmuru tərəfindən icra sənədinin icrası üzrə zəruri tədbirlər davam etdirilmişdir (iddiaçının adında daşınmaz əmlak, nəqliyyat vasitəsinin olması və s. ilə bağlı sorğular verilmiş). İddiaçı MMC xx.xx.2018-ci il tarixdə, borclu X3 etibarnamə üzrə nümayəndəsi X11 isə xx.xx.2018-ci il tarixdə Cavabdehnə müvafiq ərizələrlə müraciət edərək, icra sənədi üzrə mübahisəli borc məbləğinin X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən ümumi sahəsi 2566.86 kv.m olan qeyri-yaşayış sahəsinə və 0.16775 ha torpaq sahəsinə yönəldilməsini xahiş etmişlər. Sözügedən ərizələr nəzərə alınaraq, icra məmuru tərəfindən “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimat tərtib olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-524/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və borclunun sözügedən əmlaklarının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı ilə sözügedən icra sənədinin icrası üçün hərracda satılmalı olan əmlakın qiymətləndirilməsində yaranmış zərurətlə əlaqədar "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş, sözügedən əmlakların mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən QXM/1293 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla, Cavabdeh xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq, sözügedən əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2018-ci il tarixə bazar dəyəri 8 700 000 (səkkiz milyon yeddi yüz min) manat müəyyən edilmiş, bununla bağlı qiymətləndirmə rəyi İcra Şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MMC-nin qiymətləndirmə rəyi İddiaçı MMC-yə təqdim edilmiş, İddiaçı MMC 25 dekabr 2018-ci il tarixli məktubu ilə həmin qiymətləndirmə rəyi ilə razı olmadığını, həmin məbləğə daşınmaz əmlakın alınmasından imtina etdiklərini və həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsi və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin həmin məktubuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən xx/xx-51756/18- 2038 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək, "xxxx" MMC-nin müvafiq qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüquqları olduğu bildirilmişdir. Bundan sonra 51756/18 saylı sifariş məktubu ilə “X9” MMC-yə hərracın keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktubu göndərilmişdir. İşdən görünür ki, iddiaçı Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X9” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin qoyulmasınə məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy (hesabat) özü-özlüyündə iddiaçı MMC ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də, gəlmək mümkün deyildir. Belə ki, digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özü-özlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair imperativ norma yoxdur. İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. İddia tələbindən göründüyü kimi iddia tələbinin əsası hüquqi qüvvəsi olmayan qiymətləndirmə rəyi əsasında İcra şöbəsi tərəfindən əmlakın satılması üçün hərraca göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz olmasıdır. Belə ki, iş materiallarında olan Qiymətləndirmə rəyinin 3-cü maddəsinin 10-cu bəndində (qiymətləndirmə rəyi - səhifə 5, abzas 5) qiymətləndiricinin özü birbaşa qeyd edir ki, onun tərtib etdiyi rəy 3 (üç) ay müddətində hüquqi qüvvəyə malikdir. Həmçinin, işdən göründüyü kimi "xxxx" MMC tərəfindən rəy xx.xx.2018-ci il tarixində verilmiş, xx.xx.2018-ci il tarixində isə bu rəy artıq öz qüvvəsini itirmişdir. Eyni zamanda həmin vaxt artıq qüvvədə olmayan ilkin qiymət əsas götürülərək əmlakın satılması üçün cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə hərraca göndərilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, əgər qiymətləndirmə rəyi hüquqi qüvvəyə malik deyildirsə, deməli həmin rəy əsasında hər hansı hərəkətin edilməsi də artıq qanunsuz hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, icra şöbəsi özünün xx.xx.2018-ci il tarixli Qərarı ilə əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-nin mütəxəssis kimi dəvət etdiyi halda qiymətləndirmə rəyini Qərarda göstərilməyən tamamilə başqa bir qiymətləndiricidən - "xxxx" MMC-dən almışdır. İşdən görünür ki, bu iki şirkət tamamilə fərqli hüquqi şəxslərdir. Belə ki, Qərarda göstərilmiş qiymətləndirici - "xxxx" MMC - xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmışdır və VÖEN-i **********-dir. (reyestrdən çıxarış iş materiallarında mövcuddur) Qiymətləndirmə rəyi verən "xxxx" 2 MMC isə xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmışdır və VÖEN-i **********-dir. (reyestrdən çıxarış iş materiallarında mövcuddur) Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin mövgeyinə görə yuxarıda qeyd olunan maddi normanın tələbləri baxımından borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “İcra haqqında” və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. İşdən isə görünür ki, əmlakın qiymətləndirilməsi üzrə rəy vermiş "xxxx" MMC 05.02.18-ci il tarixdən fəaliyyətə başlamış və rəyi xx.xx.2018-ci ildə vermişdir. Bu əsasa münasibət göstərərək məhkəmə kollegiyası qeyd edir ki, Qiymətləndiricinin 5 illik iş təcrübəsinin olması ilə bağlı qüvvədə olan qanunvericiliyə dəyişikliklər “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə 28 dekabr 2018-ci ildə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə isə 19 may 2020-ci ildə edilmişdir. İşdən isə görünür ki, əmlakın qiymətləndirilməsi üzrə rəy vermiş "xxxx" MMC 05.02.18ci il tarixdən fəaliyyətə başlamış və rəyi xx.xx.2018-ci ildə vermişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh tərəfin pozuntuya yol verilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, rəyin obyektiv bazar dəyərinin müəyyən edilməsi bölməsinin 5.1. hissəsində - obyektin dəyərinin müəyyən edilməsinin mərhələlərlə həyata keçirildiyi qeyd edilir. Həmin mərhələlərdən son üçü aşağıdakılardır: - Analoji obyektlərin bazar dəyərinin təhlil olunması; - Uyğun obyektlərin müqayisəli təhlili; - Obyektin bazar dəyərinin müəyyən edilməsi. Lakin qiymətləndirmə zamanı qiymətləndirici bu mərhələlərin tədqiqatı ilə bağlı dolğun açıqlama verməmiş, rəydə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın nə analoji obyektlərlə bazar dəyərinin təhlilinin aparılması, (analoq kimi heç bir əmlak göstərilməmiş) obyektlərin müqayisəli təhlili aparılması müəyyən olunmamış və qiymətləndirilən əmlaka oxşar olan heç bir obyekt müqayisə üçün göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əmlakın bazar qiymətinin müəyyən edilməsində qiymətləndirmə yuxarıda qeyd olunan normaların tələblərinə əməl olunmadan aparılmışdır. Bu da qiymətləndirici tərəfindən tərtib edilmiş rəyin əsassız olması ilə nəticələnmişdir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X9” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilsin, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X4 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2449/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2449/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver