Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-245/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi ilə (məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızı ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) “bağ sahəsinə dair hüquqların tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçıcаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v bağ sahəsinin üzərində mülkiyyət hüquqularının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722v bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrdən çıxarışın və planölçünün verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. X7 ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmış, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X7 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarının onun maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi, vəkil X5 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X4 vəkili Vəkil2 iş materiallarına uyğun izahat verərək ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını yoxlayaraq, ərizənin dəlillərini araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, X3 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Ərizəyə əlavə olunmuş Azərbaycan Sovet Sosialist Respublikasının İşçi Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Texniki İntertarizasiya Bürosu tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində 1722E saylı yaşayış evi X2 şəxsi mülkiyyətinə verilmişdir. Ərizəçi həmin evdə qeydiyyatda olmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsinə yerli baxış təyin etmişdir. Tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair qərarında göstərilmişdir:
1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Baxılan iş üzrə qəbul olunan qərar ərizəçinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunur. Buna görə də kollegiya hesab edir ki, ərizə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, X3 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
q ə r a r a a l d ı:
X1 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunsun. Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarı ləğv olunsun. İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X7 və X3) “bağ sahəsinə dair hüquqların tanınması” tələbinə dair iş baxılması üçün həmin məhkəməyə göndərilsin.
Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn