Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-245/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin qiymətləndirildiyi 15 mart 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin qiymətləndirildiyi 15 mart 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümükəzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə sözügedən Poliklinikanın 0311003AAQ86 saylı xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin lllll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Yenidən iddiaçının əlillik vəziyyətinə sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Həmin imtinalardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əlilliyinin qiymətləndirildiyi 15 mart 2021-ci il tarixdən ona üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildə uşaq ikən ağır travmatik sınıq xəsarəti almış, dəfələrlə ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2008-ci və xx.xx.2021-ci il tarixdə konservativ müayinə olunmuş, müayinə zamanı ona «Ayağın, açıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir. TSEK-in qərarı əsasında ona İİİ dərəcəli əlillik təyin edilmişdir. 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi DSMF-nin Sabirabad rayon şöbəsindən İİİ dərəcəli əlilliyə görə hər ay 110 manat sosial müavinət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlillik müddətinin müəyyən edilməsinə dair” Əsasnamənin 4.2-ci maddəsinə əsasən İİİ (üçüncü) dərəcəli əlillik müddəti fasiləsiz olaraq 15 il ərzində müəyyən edilmişdir. 11 il ərzində o, İİİ dərəcəli əlil kimi pensiya almışdır. xx.xx.2020-ci il tarixdə növbəti müayinə vaxtı olması səbəbindən o, Sabirabad MRX-nın müvafiq göndərişi əsasında Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş, ixtisaslaşmış tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 1441/1648 saylı arayışını Sabirabad MRX PHŞ Həkim-Məsləhət Komissiyasına təqdim edərək həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı elektron göndəriş əsasında (forma 088) TSEK-ə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı bildiriş ilə ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi: “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Həkim-Məsləhət Komissiyası tərəfindən göndərilən elektron göndəriş tam olaraq doldurulmuşdur. Sadəcə cavabdeh orqan əsassız və absurd səbəblər göstərməklə və onun qanunla qorunan hüquqlarını kobudcasına pozmaqla ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsinə qanunsuz imtina vermişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli 4110003AADTF saylı göndərişi əsasında baxılmış və “səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma zastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 – Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ səncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. Sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlilik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kolloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamış, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2352/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmş kasssasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-861/2023 saylı 12 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2352/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kasasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi, “əlilliyin qiymətləndirildiyi 15 mart 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixli Forma 88 arayış məzmunu və mahiyyəti baxımından Sabirabad Mərkəzi rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişindən (forma 88) fərqlənmir (həmin göndəriş əsasında əlillik təyin edilmişdir). Cavabdeh xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin etibarsız olduğunu və ya həmin diaqnozun əlillik təyin etmədiyini bildirmir. Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişdə (forma 88) XBT 10-a əsasən göstərilmiş “M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti” diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT-10-a əsasən M21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (ümumi cərrah tərəfindən obyektiv müayinənin nəticəsi və Sümük/s rentgenoqrafıyasına əsasən) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi qərarında fərqli olmuşdur. İşin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 7.5.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 kod altında nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçı barəsində TSEK-ə göndərilmiş göndəriş əsasında iddiaçının vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi (Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin) barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmiş və qərardadın icrasının nəticəsi olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Sağ pəncənin alt səthinin kelloid dartıcı çapıq toxumaları” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir. İş materiallarında olan Sabirabad Mərkəzi rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişindən (forma 88) müəyyən edilir ki, iddiaçı göndəriş verən müəssisədə xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır; -status localis qrafasına əsasən, 1998-ci ildə avtoqəzada xəsarət alıb, Minsk şəhərində müalicə alıb. Sağ pəncənin alt səthində Kobud Kellıd ağrılı çapıq toxumalar izlənilir. sağ pəncədə varus deformasiya izlənilir. İİ-İİİ-İV daraq sümüklərində bitişmiş sınıq izlənilir, hərəkət ağrılıdır. - ümumi cərrah tərəfindən müayinənin nəticəsinə əsasən S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı 1998-ci ildə avtoqəzada xəsarət alıb, Minsk şəhərində müalicə alıb. Sağ pəncənin alt səthində kobud kellid ağrılı çapıq toxumalar izlənilir. Sağ pəncədə varus deformasiya izlənilir, İl-lll-lV daraq sümüklərində bitişmiş sınıq izlənilir, hərəkət ağrılıdır. - Sümük/s rentgenoqrafıyasına əsasən Sağ pəncənin İİ, İİİ, İV daraq sümüklərində bitişmiş sınığa məxsus döyənək izlənilir, sağ pəncədə varus deformasiya izlənilir. Sabirabad Mərkəzi rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişinə (forma 88) əsasən müəyyən edilir ki: Əsas diqanoz: S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı Sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları; Ağırlaşması: M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti. R52.2 Digər daimi ağrı Ağrı sindromu. L91.0 Hipertrofık çapıq Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları. Birinci instansiya məhkəməsi Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim olunan xx.xx.2016-cı il tarixli Foma 88 arayışının məzmun və mahiyyəti baxımından həmin Xəstəxananın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişindən (forma 88) fərqlənmədiyinə, göndərişdə qeyd olunan XBT 10-a əsasən göstərilmiş “M21 Ətrafların digər qazanılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti” diaqnozunun (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT 10-a əsasən M 21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğun olub, üçüncü dərəcə əlillik təyin olunması üçün əsas verdiyinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, “iddiaçıya xx.xx.2016-cı ildə əlillik təyin edilən zaman onda müəyyən edilən diaqnozla hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən təqdim edilən göndərişdə olmuş diaqnoz arasında uyğunsuzluq vardır. Həmin diaqnozlar eyni olsa belə, bu hələ əlilliyin müəyyən edilməsi üçün yetərli əsas ola bilməz. Belə ki, əlilliyin müəyyən edilməsi üçün əsas olan hal məhz sonuncu göndərişdə qeyd edilən diaqnoz əlilliyin təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmalıdır. Cavabdehin əsas dəlilinin diaqnozun əlillik dərəcəsinin təyininə imkan verməməsi olsa da, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bundan başqa, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 0311003AARHU saylı göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Hal-hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədədir (1 iyul 2022-ci ildən etibarən). Əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadıqda, lakin yeni meyarlarda olan hal mövcud olduqda apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarların tətbiq oluna biləcəyi məsələsi araşdırılmamışdır. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı yeni meyarlarda olan hallardan hər hansı biri iddiaçıya qoyulmuş diaqnoza görə əlilliyin təyin edilməsinə əsas olub-olmaması araşdırılmalı, diaqnoz hazırda qüvvədə olan meyarlarda olduğu halda İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.” İş üzrə Ali Məhkəmənin qərarında göstərilən göstərişlərə uyğun olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinə edilməsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmiş, lakin iddiaçının iştirak etməməsi səbəbindən müayinənin keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdəki sübutları nəzərə alaraq hesab edir ki, iddiaçının müayinəsi yenidən aparılmaqla onun vəziyyətinin istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi aparılmaqla, cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilmədən hazırki işə baxılması və yekun məhkəmə aktının qəbul edilməsi mümkündür. Belə ki, işdəki sübutlar və iddiaçının sonuncu dəfə əyani müayinəsini əks etdirən sənədlər inzibati işin yekunlaşdırılmasına imkan verir. Bu zaman məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında sadalanan halları da nəzərə alır. Qeyd olunmalıdır ki, iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2008-ci və xx.xx.2021-ci il tarixdə konservativ müayinə olunmuş, müayinə zamanı ona «Ayağın, açıqbaldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir. İddiaçı ixtisaslaşmış tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 1441/1648 saylı arayışını Sabirabad MRX PHŞ Həkim-Məsləhət Komissiyasına təqdim edərək həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı elektron göndərişi əsasında (forma 088) TSEK-ə müraciət etmişdir. Sabirabad Mərkəzi rayon Xəstəxanasının iddiaçı barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişində (forma 88) iddiaçının “Əsas diqanozu: S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı Sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları; Ağırlaşması: M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti. R52.2 Digər daimi ağrı Ağrı sindromu. L91.0 Hipertrofık çapıq Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.” göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisə üzrə iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, yəni 2021-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəaları qüvvədə olmuşdur. Ona görə də həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı. İddiaçının adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişində (forma 88) qeyd olunan “M95 –M99- Sümük əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları. M96- Sümük əzələ sisteminin tibbi pros... Sağ pəncənin İİ- İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT 10-a əsasən M 21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğun gəlir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, bu uyğunlaşdırma iddiaçı barəsində əlillik altsistemindən çıxarış məlumatlarında, barəsində tərtib olunmuş göndəriş məlumatlarında da öz əksini tapmışdır. Belə ki, işdə olan göndəriş məlumatlarına görə (i.v. 51) iddiaçının diaqnozunda qeyd olunan “Ağırlaşma: Ətrafların digər qazanılma deformasiyaları, Sağ pəncənin varus vəziyyəti” XBT 10 kodu altında olan M21-ə uyğunlaşdırılmışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” sinfində qeyd edilmişdir ki, orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 235 nömrəli 20 iyul 2023-cü il tarixli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 13.3-cü və 13.4-cü bəndləri yeni redaksiyada verilmişdir. Həmin meyarların 13.3 və 13.4-cü bəndlərinin yeni redaksiyasında iddiaçının xəstəliyinin ağırlaşdırıcı halı olan- Ətrafların digər qazanılma deformasiyaları (XBT-10 (kod-M21) öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, forma 88 göndərişində əks olunan xəstəliklərin iddiaçıda olması işdəki sənədlərdə, o cümlədən ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən sonuncu müayinəsi ilə bağlı verilmiş arayışda öz əksini tapdığı üçün iddiaçıya onun tələb etdiyi əlilliyin təkrar verilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1991/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov