Məhkəmə qərarları › İş №2-1(103)-2450/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2450/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2450/2019 09.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı) qarşı “həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsinə dair Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2655/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “AR DİN Polis Akademiyasında təhsil aldığı müddətin xidmət müddətinə hesablanması və həqiqi hərbi xidməti bitirməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə 2 saylı Bakı İnzıbatı-lqtısadi Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Ədlıyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayını cavabdehlər sıyahısından çıxararaq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və iddia tələbinin “xx xxxx 2018-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmət keçən xx.xx.1997-ci il təvəllüdlü əsgər İddiaçı Azərbaycan Respublikası DİN Polis Akademiyasında 1xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2017-ci ilədək əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablanmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsinə dair Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməsi”nə dəyişdirilərək icraata qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2015-ci ildə 486 bal toplayıb (AR DİN xx.xx.2015-ci il tarixli 2136 ş/h-001-15) Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasının əyani təhsil üzrə İ kurs kursantları sırasına qəbul edilmiş, xx xxxxxx 2017-ci ildə Akademiyanın Nizamnaməsinin 9.12.5-ci bəndinə əsasən intizam pozuntusuna görə Akademiya rəisinin xx.xx.2017-ci il tarixli Ə132 ş/h-034-17 saylı əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuş, hazırda isə xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayında həqiqi hərbi xidmətdədir. İddiaçı və valideynləri xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə və aidiyyəti qurumlara müraciət edərək, AR DİN Polis Akademiyasında təhsil aldığı müddətin hərbi xidmət müddətinə hesablanması barədə müraciət etmişdir. Lakin Alayın xx.xx.2019-cu il tarixli 17/15-132 saylı məktubu ilə ərizə təmin olunmamış və imtinaya əsas kimi Polis Akademiyasının hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsi olmamasına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 28.4-cü maddəsinə istinad edilmişdir. Bundan əlavə, AR ƏN Penitensiar Xidmətin Mühafizə Alayının komandirinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli xx/xx-1722 saylı məktubunda da qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 28.4-cü maddəsində yalnız hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri nəzərdə tutulmuşdur. AR DİN Polis Akademiyası hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsi hesab olunmur. Hesab edir ki, cavabdehlərin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 739 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası FHN-nın Akademiyasında hərbi kafedralar yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 465 saylı Fərmanına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin 5.3.13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 28.4-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları xaric olunmadan hərbi xidmətə cəlb olunurlar və ali təhsil müəssisəsinin 4 günü həqiqi hərbi xidmətin 1 gününə bərabər sayılmaqla hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələri”nin siyahısının 4.10-ci bəndində AR DİN-nin Polis Akademiyası - xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmişdir. Göründüyü kimi, AR DİN-nin Polis Akademiyasında hərbi kafedra mövcuddur, oranı bitirən məzunlara ilkin zabit hərbi rütbəsi verilir və Akademiya Respublikamızda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən biridir. Odur ki, xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası DİN Polis Akademiyasında xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək əyani təhsil aldığı hər 4 günü həqiqi hərbi xidmətin 1 günü hesab olunmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2655/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının cavabdeh kimi iştirakına xitam verilmiş və hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2655/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçən xx.xx.1997-ci il təvəllüdlü əsgər X3 Azərbaycan Respublikası DİN Polis Akademiyasında xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək əyani təhsil aldığı hər 4 günü həqiqi hərbi xidmətin 1 günü hesb olunmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2655/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Qeyd olunan maddədə yalnız “müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə” və “hərbi qulluqçu hazırlayan” xüsusi təyinatlı ali təhsil müəssisələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının xx.xx.2019-cu il tarixli 034-2943-1219 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı DİN-in xx.xx.2015-ci il tarixli 2136 ş/h-001-15 nömrəli əmri ilə Polis Akademiyasının əyani təhsil üzrə İ kurs kursantları sırasına qəbul edilmiş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən Akademiya rəisinin xx.xx.2017-ci tarixli Ə132 ş/h-034-17 nömrəli əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuşdur. Həmin Əsasnamənin 135-ci maddənin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilir. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət müvəffəqiyyətsizlik, təhsillərini davam etdirmək istəməməsi və va intizamsızlıq hesab oluna bilməz və həmin əsaslarla xaric olunmaq üçün Əsasnamənin 135-ci maddənin müvafiq bəndləri mövcuddur. “Azərbaycan Respublikası Ali hərbi məktəblərinin adları haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 561 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil verən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərmir və ali hərbi təhsil verən məktəblər siyahısına daxil edilməmişdir. Azərbaycan Respublıkası Daxili İşlər Nazirliyinin Polis Akademiyası hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsi hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti həmin təhsil müəssisələrinin nizamnamələri ilə müəyyən edilir. Azərbaycan Respublıkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Həmin Nizamnamənin 9.1-ci bəndinə əsasən Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər və doktorantlardır (dissertantlardır). Həmin Nizamnamənin 9.21-ci bəndinə əsasən dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə Polis leytenantı ilk zabit xüsusi rütbəsi verilir. Lakin qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınamış və İddiaçı iddiası təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Gülnarə Şabanova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi Cavad Ağayev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üzrsüz səbəbdən iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən olur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olmuş və xx.xx.2017-ci il tarixdə həmin Akademiyanın Nizamnaməsinin 9.12.5-ci bəndinə əsasən intizam pozuntusuna görə Akademiya rəisinin xx.xx.2017-ci il tarixli əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuş, hazırda isə xx.xx.2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmətdədir. İddiaçı Azərbaycan Respublikası DİN Polis Akademiyasında 1xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2017-ci ilədək əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablanmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsinə dair Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Harbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının nümayəndəsi və vəkili N.İ.Bağırova ünvanlanmış xx.xx.2019-cu il tarixli 4268 saylı məktubdan müəyyən olunur ki, AR DİN-nin Polis Akademiyasından xaric olunmuş İddiaçı əyani təhsil aldığı müddətin həqiqi hərbi xidmət müddətinə hesablanıb-hesablanmaması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillarini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırla-yan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bununla əlaqədar xx.xx.1997-ci il təvəllüdlü İddiaçı 2018-ci ilin iyul çağırışına hazırlıq zamanı Xidmətin Goranboy rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və həqiqi hərbi xidmətə yararlı hesab edilərək müddətli hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mühafizə Alayına təyin edilmişdir. Eyni zamanda, həmin Qanunun tələblərinə əsasən kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin qərarına əsasən ehtiyata buraxılırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Polis Akademiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosuna ünvanladığı xx xxxx 2019-cu il tarixli 034-2943-1219 saylı məktubdan müəyyən olunur ki, İddiaçı DİN-nin xx.xx.2015-ci il tarixli 2136 ş/h-001-15 nömrəli əmri ilə Polis Akademiyasının əyani təhsil üzrə İ kurs kursantları sırasına qəbul edilmiş və “Azərbaycan Respublikası xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Akademiya rəisinin xx.xx.2017-ci il tarixli Ə132 ş/h-034-17 nömrəli əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2014-cü il tarixli 739 saylı Sərəncamına əsasən DİN-in Polis Akademiyasında hərbi kafedra yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 465 saylı Fərmanına və DİN-in Əsasnaməsinin 5.3.13-cü yarımbəndinə əsasən ilkin zabit hərbi rütbəsi DİN-in Polis Akademiyasının məzunlarına verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən üçüncü şəxsə ünvanlanmış xx.xx.2019-cu il tarixli, Nq xx/xx-1722 nömrəli məktubda qeyd edilmişdir ki, mühafizə alayının atıcısı əsgər İddiaçı AR DİN-nin Polis Akademiyasında təhsil aldığı müddətin onun müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması barədə məktubuna baxılmış, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Göründüyü kimi, qeyd olunan müddətdə yalnız “hərbi qulluqçu hazırlayan” xüsusi təyinatlı ali təhsil müəssisələri nəzərdə tutulmuşdur. AR DİN Polis Akademiyası hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsi hesab olunmur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1570/2019 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “təhsil müddətin xidmət müddətinə hesablanması” üzrə mülki işin icraatına xitam verilmişdir. Mühafizə Alayının iddiaçının atasına ünvanladığı xx.xx.2019-cu il tarixli 17/15-132 saylı məktubdan müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsinə istinad edilərək, ərizənin icrasından imtina edilmişdir. Mühafizə Alayının iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı xx.xx.2019-cu il tarixli 17/15- 598 saylı məktubdan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə SHXÇDX-nin Goranboy rayon şöbəsi tərəfindən Mühafizə alayına həqiqi hərbi xidmətə çağırılmış əsgər İddiaçı həqiqi hərbi xidmətinin 4 günü 1 gün hesab olunmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müraciətin icrası imkan xaricindədir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə və iddia tələbinə etiraz edərək möveyini belə əsaslandırmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Qeyd olunan maddədə yalnız “hərbi qulluqçu hazırlayan” xüsusi təyinatlı ali təhsil müəssisələri nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Ali Hərbi məktəblərin adları haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 561 sayiı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali təhsil verən hərbi məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbi adlandırlması qərara alınmışdır. Göründüyü kimi, AR DİN-nin Polis Akademiyası Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərmir və ali təhsil verən hərbi məktəblər siyahısına daxil edilməmişdir. AR DİN-nin Polis Akademiyası hərbi qulluqçu hazırlayan ali təhsil müəsisəsi hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti həmin təhsil müəsisələrinin nizamnamələri ilə müəyyən edilir. AR DİN-nin Polis Akademiyasının Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1007 saylı Fərmanı ilə təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili işlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Həmin Nizamnamənin 9.1-ci bəndinə əsasən, Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər və doktorantlardır (dissertantlardır). Həmin Nizamnamənin 9.21-ci bəndinə əsasən dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə polis leytenantı ilk zabit xüsusi rütbəsi verilir. Birinci instansiya məhkəməsi mübahisəyə yuxarıda qeyd edilən qaydada qiymət vermişdir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət həqiqi hərbi xidmət növüdür. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafıq icra hakimiyyəti orqanmm qərarına əsasən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 1.1-ci bəndinə əsasən Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 739 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası FHN-nın Akademiyasında hərbi kafedralar yaradılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 1007 nömrəli fərmanı ilə təsdiq edilmiş X1 1.1-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010cu il tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələri”nin siyahısının 4.10-cu bəndinə əsasən DİN-nin Polis Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Həmin nizamnamənin 9.2-ci bəndinə əsasən kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslərdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətini əsaslandıran maddi hüquq normasına istinad etməmiş və ya hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfındən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikasnıın İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfındən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2655/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasmm İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2655/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar