Məhkəmə qərarları › İş №2-1(103)-2450/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2450/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2450/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: ƏƏSMN DSMF PHŞ Xüsusi Şərtlərlə Təiynat üzrə Mərkəzi Filialı) “iş stajına, vəzifəsinə uyğun olaraq təkrar hesablanıb, yeni məlumat vərəqəsinin göndərilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2021 saylı 29.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş stajına, vəzifəsinə uyğun olaraq əmək pensiyasının təkrar hesablanıb, yeni məlumat vərəqəsinin tərtib etmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə iddiaçı «...1972-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində idman komandasının təlimatçısı vəzifəsində işə başlamışdır. Sonradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müxtəlif idarələrində, uzun illər əməliyyatçı, baş əməliyyatçı və sair vəzifələrdə işləmişdir. 18.06.1992-ci ildən Azərbaycan Respublikası “Dinamo” idman cəmiyyətinin sədri vəzifəsində işləmişdir. 1997-ci ildə polis polkovniki kimi ehtiyata buraxılmışdır. Hal-hazırda 700 manata yaxın pensiya alır. İş stajına, vəzifəsinə uyğun olaraq əmək pensiyasının təkrar hesablanıb ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Sounucu tərfindən isə 13.03.2021-ci il tarixli məktubla ona bildirilmişdir ki, o, DİN-in X2 hazırlıq kafedrasının müəllimi vəzifəsindən polis polkovniki rütbəsi ilə «attestasiya qaydasında xidmətə müvafiq olmadığına» görə daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 19 il, 3 ay, 22 gün, imtiyazlı hesablama ilə 27 il, 4 ay, 21 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğunu tarixə qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanuna əsasən, 27 il xidmət müddəti nəzərə alınaraq, sonuncu vəzifənin müəyyən edilmiş müvafiq təminat xərcliyinin 71 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək ona ödənilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldıqları məlumata əsasən hazırda pensiya təminatı: vəzifə maaşı - 595 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə 25 faiz əlavə - 188.50 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat nəzərə alınmaqla cəmi 1006.50 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə 699,41 manat təşkil edir. Cavabdeh təşkilatın məktubundan görünür ki, onun sonuncu iş yeri Polis Akademiyasının müəllim vəzifəsi olmuşdur. Onun Polis akademiyasında müəllim vəzifəsinə keçirilməsindən onun xəbəri olmamış, müəllim kimi fəaliyyət göstərməmiş və maaş almamışdır. O, uzun müddət hesab etmişdir ki, "Dinamo" cəmiyyətinin sədri kimi pensiya alır. Hal-hazırda müxtəlif əməkdaşlar ilə söhbət əsasında ona məlum olmuşdur ki, ’‘Dinamo” cəmiyyətinin sədri və polis polkovniki kimi hal-hazırda aldığı pensiyadan xeyli çox pensiya almalıdır. Belə ki, işlədiyi dövrdə vəzifə maaşından əlavə mükafatlar da, almış, lakin cavabdeh təşkilat onun pensiyasını düzgün hesablamamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın qəbul etməmiş, imtina məktubunda göstərilənlən əsaslara görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2021 saylı 29.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırılmışdır ki, “qərar qeyri-obyektiv, hüquq normalarının pozulması çıxarılmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmə araşdırması zamanı cavabdehə münasibətdə iddiaçının göstərdiyi dəlillər öz təsdiqini tapmamış, cavabdehin işin hazırkı hallarına maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Məhkəmədə onun tərəfindən bildirilmişdir ki, Polis Akademiyasının müəllimi vəzifəsinə keçirilməsindən xəbəri olmamış, müəllim kimi fəaliyyət göstərməmiş və maaş almamışdır. Uzun müddət hesab etmişdir ki, “Dinamo” Cəmiyyətinin sədri kimi pensiya alır. Lakin cavabdehin məktubundan sonra məlumatı olmuşdur ki, ona pensiya təyin edərkən DİN-nin X2 hazırlıq kafedasının müəllimivəzifəsinjdən təyin edilmişdir. Halbuki, ona “Dinamo Cəmiyyətinin sədri vəzifəsindən pensiya təyin edilmişdir. Lakin məhkəmə bu faktları aydınlaşdırmamış, onun irəli sürdüyü dəlillərinə hüquqi qiymət verməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 18.11.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X1 iddiaçının Daxili İşlər nazirinin əmri ilə 31.10.1996-cı il tarixdə Polis Akademiyasının müllimi vəzifəsinə keçirildiyini və 15 aprel 1997-ci il tarixli əmri ilə isə attestasiya qaydasında xidmətə uyğun olmadığına görə ehtiyata buraxıldığını, həmin vəzifəsinə görə də onun təminat xərcliyindən tətib edilmiş məlumat vərəqi əsasında pensiya təyin edildiyini və qeyd edilən əmrlərin isə iddiaçı tərəfindən mübahisələndirilmədiyini və bu günədək qüvvədə olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclasına gəlməsə də, iddiaçının sonuncu vəzifəsindən ehtiyata buraxılması barədə əmrin və iddiaçının xidməti vərəqinin surətlərini məhkəməyə təqdim edilmişdir). Hazırkı mərhələdə üçüncü şəxs qismində işə cəlb edilmiş ƏƏSMN DSMF PHŞ Xüsusi Şərtlərlə Təiynat üzrə Mərkəzi Filialı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab olunmuşdur (Məhkəmənin sorğusuna əsasən iddiaçının pensiya işindən pensiya uçot vərəqi, ilkin pensiya təminatına dair məlumat vərəqi və pensiya məbləğlərinin sonrakı hərəkatına dair pensiya orqanının qərarları Filial tərəfindən məhkəməyə təqdim edilmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda (01.01.2006-cı il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qannun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (AR-in Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Beləliklə də qüvvədə olan qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, hərbi qulluqçuların və xüsüusi rütbəli xəslərin təminat xərcliyi onların hərbi xidmətdən buraxıldığı günə mövcud olan təminat xərcliyindən hesablanır. İddia ərizəsinə, cavabdehin iddia ərizəsinə etirazına, hazırkı mərhələdə məhkəmə tərəfindən əldə olunmuş sənədlərə (o cümlədən: iddiaçının, xidməti siyahısına, ehtiyata buraxılması barədə əmrə, sonuncu vəzif ilkin pensiya təminatı üzrə məlumat vərəqinə, pensiya uçot vərəqinə, sonrakı artımlar barədə qərarlara və s.) əsasən müəyyən olunur ki, İddiaçı: - 7.11.1995-ci il tarixinə qədər DİN-nin “Dinamo” İC-nin sədri vəzifəsində xidmət etmiş; - həmin tarixdən 31.10.1996-cı il tarixinədək DİN-nin sərəncamında saxlanılmış; - 31.10.1996-cı il tarixində DİN-nin X2 hazırlıq kafedrasının müəllimi vəzifəsinə təyin edilmiş; - 23.04.1997-ci il tarixində həmin vəzifədən, polis polkovniki rütbəsi ilə “attestasiya qaydasında xidmətə müvafiq olmadığında görə” daxili işlər orqanlarından xaric edilmiş; - 25.04.1997-ci il tarixində barəsində, ehtiyata buraxıldığı gün tutduğu sonuncu X2 hazırlıq kafedrasının müəllimi vəzifəsi üzrə pensiya təminatı barədə məlumat vərəqi tərtib edilmiş və ona cəmi, 27 il 4 ay 21 gün xidmət illəri nəzərə alınmaqla, 289,75 manat təminat xərciliyindən 71% hesabı ilə 205,72 manat pensiya məbləği hesablanmış; -sonradan artımlar nəzərə alınmaqla, onun təminat xəcliyi yeni hsablama ilə 1006,50 manat müəyyən edilməklə, pensiyası 699,41 manat təşkil etmişdir. - Göründüyü kimi, iddiaçı 23.04.1997-ci il tarixində X2 hazırlıq kafedrasının müəllimi vəzifəsindən ehtiyata buraxılmış və həmin vəzifəsinə görə də onun pensiya təminatı barədə məlumat vərəqi tərtib olunaraq pensiya təyinatı aparılmışdır. Həmin vaxt qüvvədə olan, 29.04.1992-ci il tarixli 109 N-li Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 2007-ci ilə qədər qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun: - 2-ci maddəsinin birinci hissəsinə əsasən pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. - 40-cı maddəsinin birinci hissəsinə ə sasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. - 44-cü maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. - 45-ci maddəsinin birinci hissəsinə əsasən isə Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara—xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə—ailə başçısının vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi kündən tez olmayaraq təyin edilir. Göründüyü kimi, pensiya təyin edildiyi vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə də hərbi qulluqçuların (o cümlədən, daxil işlər orqanlarının) pensiyası onların xidmətdən buraxıldığı günə tutduqları sonuncu vəzifəsi üzrə təminat xərcliyindən hesablanırdı. Yuxarıda tədqiq olunan sübutlarla müəyyən edilən hallardan da aydın olur ki, iddiaçı - 07.11.1995-ci il tarixinə qədər DİN-nin “Dinamo” İC-nin sədri vəzifəsində xidmət emiş, lakin həmin tarixdən tutuduğu vəzifəsindən azad edilərək 31.10.1996-cı il tarixinədək DİNnin sərəncamında saxlanılmış, həmin tarixdən isə X2 hazırlıq kafedrasının müəllimi vəziəsinə təyin edilmiş, 23.04.1997-ci il tarixindən həmin vəzifəsindən ehtayata buraxılsa da Daxili İşlər nazirinin müvafiq əmrləri onun tərəfindən mübahisələndirilməmiş və ehtyata buraxıldığı sonuncu vəzifəsi üzrə təminat xərcliyindən də ona əmək pensiyası hesablanmışdır. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin, ona təyin olunmuş pensiyanın “Dinamo” cəmiyyətinin sədri vəzifəsindən təyin edilməli olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-yə göndərilməsindən imtina olunması əsaslıdır. Bu cür imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi və ya onun hərəkətsizliyinə görə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmaması və ya cavabdehin hərəkətsizliyi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını nəticə etibarı ilə işin qeyd olunan halları baxımından mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir, bu baxımdan da iddiaçının apellyasiya şikayətinin həmin qərarın qeyri-obyektiv olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2021 saylı 29.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5546/2021 saylı 29.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar