Məhkəmə qərarları › İş №2-1(103)-2451/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2451/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2451/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Məmmədova Leyla Ramiz qızı və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasnın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2021 saylı 02.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. 24.11.2020-ci il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən rəsmi qaydada təqdim edilmiş arayışa əsasən Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1980-ci il (iş – 180, vərəq-66) əsasən 87 adam günü, 1981-ci il (iş 197, vərəq-44) əsasən 60 adam günü müddətində işləmişdir. 15.05.1981-05.05.1983-cü il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir. 02.08.1983-cü ildə (əmr № 61/k, 02.08.1983-cü il) “Leninneft” Neft və Qazçıxartma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsində (TQİ) 2-ci dərəcəli elektrik qaynaqçı peşəsinə işə qəbul edilmişdir. 19.09.1984-cü ildə (əmr № 65/k, 19.09.1984-cü il) 3-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 03.03.1986-cı ildə (əmr № 22/k, 04.03.1986-cı il) 4-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 01.08.1986-cı ildə (əmr № 451,11.06.1986-cı il) TQİ Təsərrüfathesabı sahə adlandırılmışdır. 01.09.1988-ci ildə (əmr № 763,23.12.1987-ci il) Təsərrüfathesabı sahə Tikinti-Quraşdırma sexi (TQS) adlandırılmışdır. 01.09.1988-ci ildə (əmr № 536 a, 05.09.1988-ci il) TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İB-nin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmışdır. 01.01.1994-cü ildə (əmr № 682, 30.12.1993-cü il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 01.08.2007-ci ildə (əmr № 386/k, 01,08.2007-ci il) qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 14.04.2008-ci ildə (əmr № 166/k, 14.04.2008-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinin boru kəmərlərinin, çökdürücülərinin, trapların təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 01.07.2008-ci ildə (əmr № 289/k, 01.07.2008-ci il) həmin sexin mədənlərdə mancanaq dəzgahlarının, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 25.08.2008-ci ildə (əmr № 373/k, 25.08.2008-ci il) mancanaq dəzgahların, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 01.01.2011-ci ildə əmr № 894, 30.12.2010-cu il İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 01.10.2011-ci ildə (əmr № 191-k, 30.09.2011-ci il) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 31.12.2011-ci ildə (əmr № 826-k, 30.12.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. 01.01.2012-ci ildə (əmr № 14/653, 01.01.2012-ci il) istismar təmir mancana dəzgahların, dorların, buruqlara xidmət qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçı peşəsinə keçirilmşdir. 03.07.2017-ci ildə xüsusi texnika sexinin mexaniki emalatxanasına 5-ci dərəcəli elektrik qaz qaynaqçı peşəsinə keçirilmişdir. Hal-hazırda bu vəzifədə işləyir. Güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə rəsmi qaydada müraciət etmiş və müraciətində əmək kitabçasında qeyd edilməmiş “24.11.2020-ci il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9” tərəfindən verilmiş arayışı da, müraciətinə əlavə etmişdir. Arxiv arayışını cavabdehə təqdim etməkdə əsas məqsəd arayışda göstərilmiş əmək fəaliyyəti illərinin ümumi iş stajına əlavə edilməsi idi. Lakin, 22.12.2020-ci il tarixində cavabdeh müraciətindən imtina etmişdir. Cavabdeh onun ümumi iş stajının 24 il 4 ay 12 gün təşkil etdiyini bildirmişdir. Lakin, onun 1980-1981-ci illər üçün kolxozda işlədiyi müddətləri nəzərə almamışdır. Belə ki, 24.11.2020-ci il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən verilmiş arayışdan da, göründüyü kimi, 1980-ci ildə 87 adam günü, 1981-ci ildə isə 60 adam günü iş stajı olmuş, Çaxırlı kənd T.İsmayılov adına kolxozda illik adam günü norması kişilər üçün 150 adam günü olmuşdur ki, həmin dövr də nəzərə alınanda onun iş satjı 25 ildən artıq olur. Cavabdeh isə iş stajının 24 il 4 ay 12 gün olması əsası ilə pensiya təyin edilməsindən imtina etmişdir. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2021 saylı 02.06.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.(hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, həqiqətən də, iddiaçının əmək kitabçasından görünür ki, o, 01.01.2006-cı il tarixinədək 25 il ümumi stajı toplamamışdır. Belə ki, iddiaçı, 02.08.1983-cü ildən əmək fəaliyyətinə başlamış, 01.01.2006-cı ilədək olan müddət 22 il 04 ay 29 gün təşkil edir. İddiaçı, 22.05.1981-05.05.1983-cü illərdə (1 il 11 ay 13 gün) hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, 01.01.2006-cı il tarixinədək iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla ümumi əmək stajı 24 il 03 ay 14 gün təşkil edir. Məhkəmə, iddiaçının təqdim etdiyi 280 nömrəli, 24 noyabr 2020-ci il tarixli Arxiv arayışı mötəbər və iddiaçının iş stajını təsdiq edən sənəd kimi qəbul etməkdə haqlı olmayıb. Ona görə ki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası (m. 3.2.1) və əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (m. 3.2.2) əsasında müəyyən edilir. Digər tərəfdən, arxiv arayışı və əmək kitabçası arasında ziddiyyət vardır. Belə ki, əmək kitabçasında açıq şəkildə qeyd edilib ki, iddiaçı, “Leninneft” NQÇİ-nin Tikinti Quraşdırma İdarəsinə işə qəbul edilən tarixədək əmək stajına malik olmayıb. Yəni həmin İdarə İddiaçının ilk iş yeri olub. Təsadüfi deyildir ki, əmək kitabçası da məhz 02.08.1983-cü il tarixdə açılmışdır. Dövlət X9 39 saylı, 26 aprel 2021-ci il tarixli məktubla məhkəməyə 2 vərəq göndərib. Həmin vərəqlərdə: İddiaçının imzası yoxdur; Kolxozun səlahiyyətli şəxsinin imzası yoxdur, kolxozun möhürü də yoxdur; onların iddiaçıya aidiyyəti müəyyən edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndələri Məmmədova Leyla Ramiz qızı və X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh imtinasında və etirazında iddiaçının Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arayışda göstərilən Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolkozda işlədiyi 1980 və 1981-ci illərdəki iş stajını, ona məxsus 02.08.1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında öz əksini tapmadığından onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Həmçinin həmin arxiv arayışının mötəbər və iddiaçının iş stajını təsdiq edən sənəd kimi qəbul edilməməli olmasını göstərmişdir. Cavabdehin həmin mövqeyi ilə bağlı məhkəmə tərəfindən arxiv arayışının mötəbərliliyinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 “İddiaçı verilmiş 24.11.2020-ci il tarixli, 280 nömrəli arxiv arayışında qeyd olunan Göyçay rayon Çaxırlı Kənd T.İsmayılov adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı əmək günü və əmək haqqı qazanmasına dair “1980-ci il: 87 adam günü, 131 rubl iş – 180, vər – 66; 1981-ci il: 60 adam günü, 68 rubl, iş – 197, vər-44” qeydlərin surətinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi” məzmunlu sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq, arxiv tərəfindən İddiaçı işləməsinə dair əmək günlərinin uçotu və hesablaşma kitablarının təsdiq olunmuş ksero-surətləri məhkəməyə təqdim edilmişdir. Bununla da, sözügedən arxiv arayışının məhkəmə tərəfindən mötəbər qiymətləndirilməməsi üçün heç bir əsas müəyyən edilməmişdir. İddiaçının adına açılmış 02.08.1983-cü il tarixli əmək kitabçasında isə onun Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi iş stajının göstərilməməsi halı həmin illərin sığorta stajına daxil edilməməsi üçün əsas ola bilməz, cavabdehin həmin hala istinad edərək imtina etməsi formal xarakterli olmaqla, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur Məhkəmə eləcə də, cavabdehin həmin arxiv arayışının iddiaçının iş stajını təsdiq edən sənəd kimi qiymətləndirilməməli olması əsası və iddiaçının həmin kolxozdakı iş stajı ilə bağlı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1980-1981-ci illərdə kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 24.10.2020-ci il tarixli, 280 nömrəli arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1980-1981-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşlaırn pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Dövlət X9 tərəfindən verilmiş 24.11.2020-ci il tarixli 280 nömrəli arayışda göstərilən məlumatları nəzərə aldıqda müəyyən edilir ki, 1980 – 1981-ci illərdə Çaxırlı kənd T.İsmayılov adına Kolxozda illik adam günü norması kişilər üçün 150 adam günü olmuşdur. Buna qarşılıq iddiaçı 1980-ci il üzrə 87 adam günü, 1981-ci il üzrə isə 60 adam günü işləmişdir. Beləliklə, iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajın yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işləmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş gününə bölünməsi yolu ilə aparılmalıdır. Məsələn, iddiaçının 1980-ci ildə 87 gün və 1981-ci ildə 60 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 1980-ci il üzrə - 87×12/150 = 6 ay ... 1981-ci il üzrə - 60×12/150= 4 ay... Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçıının 1980-1981-ci illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 10 aydan artıq iş stajına malik olduğu müəyyən edilir. Bu isə iddiaçının 25 il iş stajının yaranması üçün əlavə tələb olunan sığorta stajını ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 22.05.1981- 05.05.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçının adına 02.08.1983-cü il tarixdə açılmış, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.05.1981-05.05.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 02.08.1983-cü ildə (əmr № 61/k, 02.08.1983-cü il) “Leninneft” Neft və Qazçıxartma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsində (TQİ) 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 19.09.1984-cü ildə (əmr № 65/k, 19.09.1984-cü il) 3-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmiş, 03.03.1986-cı ildə (əmr № 22/k, 04.03.1986-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.1986-cı ildə (əmr № 451,11.06.1986-cı il) TQİ Təsərrüfathesabı sahə adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 763,23.12.1987-ci il) Təsərrüfathesabı sahə Tikinti-Quraşdırma sexi (TQS) adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 536 a, 05.09.1988ci il) TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İB-nin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmış, 01.01.1994-cü ildə (əmr № 682,30.12.1993-cti il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.2007-ci ildə (əmr № 386/k, 01,08.2007-ci il) qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 14.04.2008-ci ildə (əmr № 166/k, 14.04.2008-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinin boru kəmərlərinin, çökdürücülərinin, trapların təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.07.2008-ci ildə (əmr № 289/k, 01.07.2008-ci il) həmin sexin mədənlərdə mancanaq dəzgahlarının, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 25.08.2008-ci ildə (əmr № 373/k, 25.08.2008-ci il) mancanaq dəzgahların, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2011ci ildə əmr № 894, 30.12.2010-cu il İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.10.2011-ci ildə (əmr № 191-k, 30.09.2011-ci il) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 31.12.2011ci ildə (əmr № 826-k, 30.12.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. 01.01.2012-ci ildə (əmr № 14/653, 01.01.2012-ci il) istismar təmir mancana dəzgahların, dorların, buruqlara xidmət qrupuna 5ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 03.07.2017-ci ildə xüsusi texnika sexinin mexaniki emalatxanasına 5-ci dərəcəli elektrik qaz qaynaqçsıı peşəsinə keçirilmişdir. Hal-hazırda bu vəzifədə işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən İddiaçı barəsində verilmiş 24.11.2020-ci il tarixli, 280 nömrəli arxiv arayışının surətindən görünür ki, Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1980-ci il: 87 adam günü, 131 rubl (iş – 180, vər – 66); 1981ci il: 60 adam günü, 68 rubl (iş – 197, vər- 44). Çaxırlı kənd T.İsmayılov adına kolxozda illik adam günü norması kişilər üçün 150 adam günü olmuşdur. İş materiallarında olan SOCAR Baş Ofis Mərkəzi Arxivi tərəfindən İddiaçı barəsində verilmiş 18.06.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 02.08.1983-cü ildə (əmr № 61//k, 02.08.1983-cü il) “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsinə 9TQİ) 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 19.09.1984-cü ildə (əmr № 65/k, 19.09.1984-cü il) 3cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmiş, 03.03.1986-cı ildə (əmr № 22/k, 04.03.1986-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.1986-cı ildə (əmr № 451,11.06.1986-cı il) TQİ Təsərrüfathesabı sahə adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 763,23.12.1987-ci il) Təsərrüfathesabı sahə Tikinti-Quraşdırma sexi (TQS) adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 536 a, 05.09.1988-ci il) TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İB-nin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmış, 01.01.1994-cü ildə (əmr № 682,30.12.1993-cti il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.2007-ci ildə (əmr № 386/k, 01,08.2007-ci il) qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 14.04.2008-ci ildə (əmr № 166/k, 14.04.2008-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinin boru kəmərlərinin, çökdürücülərinin, trapların təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçı peşəsinə keçirilmiş, 01.07.2008-ci ildə (əmr № 289/k, 01.07.2008-ci il) həmin sexin mədənlərdə mancanaq dəzgahlarının, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 25.08.2008-ci ildə (əmr № 373/k, 25.08.2008-ci il) mancanaq dəzgahların, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2011-ci ildə əmr № 894, 30.12.2010-cu il İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.10.2011-ci ildə (əmr № 191-k, 30.09.2011-ci il) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 31.12.2011-ci ildə (əmr № 826-k, 30.12.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. İş materiallarında olan “X6 LTD” Şirkəti tərəfindən İddiaçı barəsində verilmiş 04 nömrəli, 11.06.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 01.01.2012ci il tarixindən hal-hazıra kimi “X6” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının Xüsusi Texnika sahəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində işləyir. Elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinin “Ümumi peşələr” bəndinə əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22.12.2020-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X1 dair 24.11.2020-ci il tarixli, 280 nömrəli arxiv arayışında 1980-ci ildən 1981-ci ilədək Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunduğu, lakin, həmin məlumatın 02.08.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmadığı, qanunvericilikdə əmək kitabçasında qeyd olunmayan əmək stajı ilə bağlı məlumatlar iş stajına daxil edilmədiyindən onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 ay 12 gün) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. İş materiallarından görünür ki, göstərilən işin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 ünvanlanmış “İddiaçı verilmiş 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arxiv arayışında qeyd olunan Göyçay rayon Çaxırlı Kənd T.İsmayılov adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı əmək günü və əmək haqqı qazanmasına dair “1980-ci il: 87 adam günü, 131 rubl iş – 180, vər – 66; 1981-ci il: 60 adam günü, 68 rubl, iş – 197, vər-44” qeydlərin surətinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi” məzmunlu sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən 26 aprel 2021-ci il tarixli, 39 nömrəli məktubla, Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolxozda işləmiş İddiaçı işləməsinə dair əmək günlərinin uçotu və hesablaşma kitablarının təsdiq olunmuş ksero-surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 02.02.2020-ci il tarixdə tamam olmuşdur və o, 22.05.1981-ci il tarixdən 05.05.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş (1 il 11 ay 13 gün), arxiv arayışına əsasən iddiaçı 1980 – 1981-ci illərdə Çaxırlı kənd T.İsmayılov adına Kolxozda (10 ay), əmək kitabçasına əsasən iddiaçı 02.08.1983-cü il tarixdən “Leninneft” Neft və Qazçıxartma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsində (TQİ) elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 01.09.1988-ci ildə Təsərrüfathesabı sahə Tikinti-Quraşdırma sexi (TQS) adlandırılmış, 01.09.1988-ci ildə TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İB-nin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmış, 01.01.1994-cü ildə əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.2007-ci ildə qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 31.12.2011-ci ildə işdən azad olunmuşdur. 01.01.2012-ci ildə istismar təmir mancana dəzgahların, dorların, buruqlara xidmət qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 03.07.2017-ci ildə xüsusi texnika sexinin mexaniki emalatxanasına 5-ci dərəcəli elektrik qaz qaynaqçsıı peşəsinə keçirilmiş və hal-hazırda bu vəzifədə işləyir. (01.01.2006-cı il tarixədək 22 il 4 ay 29 gün) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun kolxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Dövlət X5 arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı 01.09.1988-ci il tarixdən 31.12.2011-ci il tarixədək “Balaxanıneft” NQÇİ-də əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işləmişdir (01.01.206-cı il tarixə 17 il 4 ay). Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 17 il 4 ay güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 02.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3696/2021 saylı 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar