Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2451/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “inşa edilmiş fərdi yaşayış evinin ilkin rəsmiləşdirməsi ilə bağlı evin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən 27 may 2016-ci il tarixdə istifadəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin ilkin rəsmiləşdirilməsi ilə bağlı fərdi yaşayış evinin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın mükünsüz sayılması absurddur və heç bir qanuna əsaslanmır. Belə ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə və istifadəsinə ayrılmasıyla bağlı bələdiyyə qərarından çıxarış, torpağa dair ödənilən ödəniş qəbzi, İcra Hakimiyyətinin 754 saylı razılıq məktubu ola-ola, məhkəmə iddianı mümkün saymamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-3130/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardadan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 817/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3130/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı iddia tələbinin eskiz layihəsinin təsdiq edilməsinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşə təkrar apellyasiya qaydasında işə baxılarkən, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəfi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını təkrar apellyasiya araşdırıb, Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişləri nəzərə alıb, belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı iddianın eskiz layihənin təsdiq olunması tələbi hissəsində mümkün sayılmaması hissəsində ləğv olunmalı, həmin hissədə iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişləri baxımından, hazırkı məhkəmə araşdırmasının predmetini iddiaçının ikinci tələbi təşkil edir. İddiaçının ikinci tələbindən göründüyü kimi, öhdəlyin icrası haqqında iddia vasitəsilə cavabdehin üzərinə yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxsin müraciəti əsasında başlanılır. İddiaçının cavabdeh tərəfindən təsdiq edilməsini tələb etdiyi eskiz layihə isə onun inşa etdiyi fərdi yaşayış evinin 13 may 2016-cı il tarixli lisenziya əsasında səlahiyyəti olan memar tərəfindən təsdiq edilən bir eskiz layihədir. İş materiallarından iddiaçının məhkəməyə qədər cavabdehə fərdi yaşayış evinin həmin eskiz layihəsinin təsdiq olunması barədə müraciət etməsinin mövcudluğu görünmür. Cavabdehin işdə olan 16 may 2021-ci il tarixli məktubunda isə iddiaçıya bildirilmişdir ki, fərdi yaşayış evinin məlumatlandırılması barədə ərizəsinə baxılmışdır. Ərizədə qeyd edilən məsələ ilə bağlı müvafiq sənədləri toplayıb qeydiyyat orqanına müraciət edilməsi tövsiyə edilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ikinci tələbi ilə bağlı heç bir araşdırma aparılmamış, iddianın mümkünlüyü müəyyən edildiyi təqdirdə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinin nəzərdə tutduğu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəyə və Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulan tikinti layihəsinə münasibətdə - yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölməsinin hazırlanmasının tələb olunmasına diqqət yetirməmiş, iddiaçının tələbinə qanunvericiliyin müddəalarına uyğun münasibət bildirməmiş, zərurət olarsa,ona İPM-in 13-cü maddəsində təsbit olunan xidməti vəzifəsindən irəli gələn yardımı göstərməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, onun eskiz layihənin təsdiqinə dair iddia tələbinin mümkün sayılmamasının prosessual qanunvericilyin tələblərinə uyğun olmadığını mübahisələndirən hissəsində dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8198/2021 saylı qərardadı ləğv edilməli, iş qeyd olunan nöqsanlar nəzərə alınmaqla baxılması və sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-2451/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2451/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver