Məhkəmə qərarları › İş №2-1(103)-2452/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2452/2025

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2452/2025 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının 2022-ci ildə təqdim etdiyi, yəni satdığı mallar onun alışında və idxalında olmamış bu səbəbdən onun barəsində cavabdeh tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli 33902********** nömrəli qərar qəbul edilmiş və iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, “xxxx" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ##.##.2022 - ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.

3. İddiaçı özü 2022-ci il üzrə verdiyi gəlir vergisi bəyannaməsində gəlirini 149.685,44 manat göstərmiş, xərci isə 65.981,04. İddiaçı VM-nin 102.1.30-cu maddəsinə əsasən gəlirinin 75%-ni gəlir vergisindən azad etmiş ((149.685,44 -65.981,04) *75%) 20.973,90 mənfəətə cəlb edilməli olan gəlir yaranmış, keçmiş illərin də zərəri - 20.973,90 manat olduğundan 0 manat mənfəət vergisi bəyannaməsi tətbiq etmişdir.

4. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi olmasını nəzərə almaqla tətbiq etdiyi 75%lik azad olmanı qəbul etməmiş, iddiaçının özünün bəyan etdiyi gəlir və xərcləri mübahisələndirməmiş, keçmiş illərin zərərini də nəzərə almaqla ##.##.2023-cü il tarixli **************** saylı qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 12.546,10 manat əlavə vergi hesablanmışdır ((149.685,44(gəlir)-65.981,04(xərc)- 20.973,90 (keçmiş illərin zərəri)*20%).

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət dövrü üzrə ## ###### 2023-cü il tarixli **************** saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbində qeyd edilmişdir ki, cavabdehin qərarı qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəbxxxxmüəssisənin riskli vergi ödəyiciləri siyahısında olması qeyd edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış məktuba cavab olaraq riskli vergi ödəyicisi siyahısından çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən iddia tələbləri qismən təmin edilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan əlavə 2022-ci il üzrə təqdim edilmiş mənfəət bəyannaməsi üzrə 149685.44 manat (113685.44 manat malların təqdim edilməsindən və 36000.00 manat əmlakın icarəyə verilməsindən) gəlir məbləği və 65981.04 manat (32750.58 manat əmək haqqı, 6084.34 manat sosial sığorta haqları, 9416.77 manat icarə haqqı, 853.00 manat rabitə xərcləri, 1074.72 manat bank xidməti üzrə xərclər, 10182.60 manat amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər, 2441.08 manat təmir xərcləri, 2031.09 manat sığorta üzrə xərclər, 245.00 manat digər xərclər, 901.86 manat gəlirdən çıxılan vergilər və yığımlar) xərclər göstərilərək dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Bundan əlavə 20973.90 manat mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri 240-cı sətirdə qeyd olunmuşdur. 62730.50 manat mənfəət vergisi bəyannaməsinin əlavə 5 bölməsində 31-ci sətrində (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi) qeyd olnmuşdur. ##.##.2023-cü il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən ##.##.2023-cü il tarixli **************** nömrəli kameral uyğunsuzluq məktubuna əsasən uyğunsuzluq məktubu göndərilmişdir: “Mənfəət vergisi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətirindəki 20973.90 manat məbləği (Uyğun olaraq 2017-ci il- 20973.90 manat;) əvvəlki illərdə təqdim etdikləri bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2017-ci il-39207.05 manat;) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir.” ##.##.2023-cü il tarixli **************** nömrəli məktubla, uyğunsuzluq məktubuna cavab olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə -əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi uçot bazasında AVİS proqramı mənfəətdən artıq keçmiş ilin zərərini yazan zaman texniki xəta verir. Bu səbəbdən 20973,90 manatdan artıq məbləğin göstərilməsi texniki cəhətdən mümkün deyil. Göstərilənlərin nəzərə alınması, yarannmış uyğunsuzluğun aradan qaldırılması xahiş olunmuşdur. Lakin ##.##.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı qərara əsasən “Aparılan təhlillərin nəticəsinə əsasən tərəflərindən 2022-ci il üzrə təqdim edilmiş müvafiq vergi bəyanamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.” əsas göstərilərək 12546.10 manat məbləğində kameral hesablanmışdır. Bank hesabına 59695.44 manat pul daxil olmuşdur və nəzarət-kassa aparatı qeydiyyatda olmamışdır. Bundan əlavə Kameral hesablama barədə qərarda bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmədiyi göstərilmişdir. Lakin iddiaçı müəssisə tərəfindən ##.##.2023-cü il tarixində cari mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və ##.##.2023-cü və ##.##.2023-cü il tarixlərində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Gəlir və xərclər qeyd etdiklərixxxxmövcud olmuşdur.

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və iddiaçı barəsində ##.##.2023-cü il tarixli 233902********** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halıxxxxqiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 12546,10 manat 83704,40-20973,9 (əvvəlki illərin zərəri)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2021-ci il tarixli 406-VIQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəbxxxxmüəssisənin riskli vergi ödəyiciləri siyahısında olması qeyd edilmişdir, riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən qismən təmin edilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamışdır. İddiaçının, riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2023-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərar qanuni qüvvəyə minməmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən sözügedən qərardan apelyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə tərəfindən qəbul edilən yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra vergi orqanı tərəfindən qanunamüvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2023-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarla iddia tələbi qismən təmin edilmiş, ##.##.2023-cü il tarixli 233902********** saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qüvvədə saxlanılaraq iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyüxxxxməhkəmə vergi orqanı tərəfindən qəbul edilən qərarı qanuni hesab edərək, mübahisələndirilən qərarın ləğvi hissəsində iddianı rədd etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, C.Yusifov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 3.8, 24.0, 24.1, 53.3, 54.0.1-

12. ci maddələrə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-cı il tarixli qərarında qeyd edilmişdir ki, “....25. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması hissəsində təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarla qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən müəyyən etmək olmur ki, iddiaçının riskli hesab edilməsinin əsasında duran əməliyyatlara görə hansı elektron qaimə-fakturalar verilmiş, eyni zamanda, bu qaiməfakturalardan konkret olaraq hansıları ləğv edilmişdir. Eləcə də, ləğv edilməmiş elektron qaimə-fakturaların mövcud olub-olmamasına da aydınlıq gətirilməmişdir. 26. Yuxarıda qeyd edilən iş hal hazırda Bakı Apellyasiya Məhkəməsində baxılma mərhələsindədir.... 28. Belə ki, qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuş və təhlil zamanı ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə 3 "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. 29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tətbiq edilməsi imkanı həmin apellyasiya məhkəməsində araşdırılan iddiadan asılıdır. Belə ki, həmin normanın tələbləri baxımından vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir. 30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı işin apellyasiya məhkəməsi tərəfindən dayandırılması məqsədəmüvafiq hesab edilə bilər ....”

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-cı il tarixli qərarında yuxarıda qeyd edilənlər nəzərə alınaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə hazırkı işin icraatı, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənəxxxxdayandırılmışdır.

17. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alındığından hazırkı iş üzrə icraat təzələnmişdir.

d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

e) Apellyasiya şikayətinin dəlilləri

18. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğuxxxxiddiaya dair yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.

ə) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Təkrar apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi “E-kabinet” vasitəsilə cavabdeh inzibati orqanın iddiaçının “Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə” ##.##.2026-cı il tarixli Qərarını təqdim edərək bildirmişdir ki, iddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılmışdır.

f) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ..... 106.1. Vergidən azaddır: ...... 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; .....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində cavabdeh tərəfindən qərar bütövlükdə mübahisələndirildiyindən Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *- *(***)-*****/**** nömrəli qərarı tam olaraq yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı firması (VÖEN) 20000270751 qeydiyyat nömrəsi ilə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Hüquqi şəxsin qanuni təmsilçisixxxxX1 qeyd olunmuşdur.

27. Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 233902********** №-li, ##.##.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı firmasının (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

28. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı firmasının (**********) ƏDV sub – uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.

29. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 №li ##.##.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı firması cavabdeh Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2023cü il tarixli 233902********** saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı (İddiaçı firması) riskli əməliyyatlara dair elektron qaiməfakturaları ləğv etmişdir. Eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu cavabdeh (Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi) tərəfindən də mübahisələndirilməmiş, elektron qaimə -fakturaların ləğv edilməsini qəbul etmişdir.

30. Dövlət Vergi Xidməti tərəfindən İddiaçı firmasına ünvanlanmış “xxxx” məktubda qeyd olunmuşdur ki, firmanını riskli əməliyyatların aparılması barədə (AVIS qeydiyyatı: ##.##.2023-cü il tarixli A 2317010028089900 /* nömrəli) müraciətinə Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. Firma tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından uyğunsuzluq aşkarlanmış və riskli halxxxxqiymətləndirilərək onların və ya səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi üçün Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən ##.##.2022-ci il tarixli **************** nömrəli dəvət məktubu göndərilmişdir. Səbəblər ətraflı izah olunmaqla Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riski vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndələrinə uyğun olaraq ##.##.2023-cü il tarixli 233902********** nömrəli qərar çıxarılaraq firmanın elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı qeyd olunan riskin tam aradan qaldırılmadığı müəyyən edildiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Qeyd olunan riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) habelə malların, işlərin və xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduqları vergi orqanına təqdim edilməsi bildirilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

31. Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Müraciətlə əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2021-ci il tarixli 406-VIQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəflərindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəflərindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halıxxxxqiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanalarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunmuşdur: Sənədlər: 1) Müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi: 2) Qeyd olunanlarla bağlı müvafiq izahat məktubu.

32. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onların vergi öhdəliklərini yenidən hesablamaq hüquqları vardır.

33. Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2339021243719900 №li ##.##.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı firmasının 2022-ci il mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində aşağıda qeyd olunanlar müəyyən olunmuşdur:

1. Təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 0,00 manat; 1.A Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat;

2. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 12546,10 manat;

34. Kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə 12546,10 manat vergi borcu hesablanmış və “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat”xxxx“Sair: 2317020021270400” göstərilmişdir.

35. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, tərəflərindən ##.##.2023- cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlaması aparılması mümkün olmamışdır. Səbəblər: Mənfəət vergisi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətrindəki 20973,90 manat məbləği (Uyğun olaraq 2017-ci il-20973,90 manat) onların əvvəlki illərdə təqdim etdiyi bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2017-ci il-39207.05 manat) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur.

36. İddiaçı firması tərəfindən Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ##.##.2023- cü il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərindən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi uçot bazasında AVİS proqramı mənfəətdən artıq keçmiş ilin zərərini yazan zaman texniki xəta verir. Bu səbəbdən 20973.90 manatdan artıq məbləğin göstərilməsi texniki cəhətdən mümkün deyil. Gösərilənlərin nəzərə alınmasını, yaranmış uyğunsuzluğun aradan qaldırılması xahiş olunmuşdur.

37. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1- ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq olunmuşdur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onların digər vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları təhlil olunmuşdur. Tərəflərindən aparılan əməliyyatların araşdırılması zamanı vergidən yayınma riskləri müəyyən edilmiş və həmin əməliyyatların şəffaf qaydada həyata keçirilməsinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı firmasının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı firma tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “difransiyal kutu komple DB, debriyaj tk DBY FR, grup ayna mil 13.64 Db, cam ön DBY, kapı ön sol DF1 və s. satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda, idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün - Müvafiq hesabat dövrləri üzrə cari (dəqiqləşdirilmiş) mənfəət bəyannaməsi: Qeyd olunanlarla bağlı müvafiq izahat məktubu: Göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara dair müqavilələrin surətləri: Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlər. Kameral vergi yoxlamasının başa çatdırılması üşün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onların vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır.

38. Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı ##.##.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı firmasının 2022-ci il mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində aşağıda qeyd olunanlar müəyyən olunmuşdur:

1. Təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 0,00 manat; 1.A Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat;

2. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 12546,10 manat; Kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə 12546,10 manat vergi borcu hesablanmış və “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat”xxxx“Sair: Aparılan təhlillərin nəticəsinə əsasən firma tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur” göstərilmişdir.

39. Bu qərara əsasən əvvəlki qərar (2339021243719900, 20230602) ləğv edilmişdir.

40. Cavabdeh vergi oranı tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuş əsaslara (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq olunmuşdur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onların digər vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları təhlil olunmuşdur. Tərəflərindən aparılan əməliyyatların araşdırılması zamanı vergidən yayınma riskləri müəyyən edilmiş və həmin əməliyyatların şəffaf qaydada həyata keçirilməsinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı firmasının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı firma tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “difransiyal kutu komple DB, debriyaj tk DBY FR, grup ayna mil 13.64 Db, cam ön DBY, kapı ön sol DF1 və s. satışda qeyd olunduğu müəyyən edilmişdir.

41. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir.

42. İstinad olunan normalardan göründüyüxxxxəksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

43. Həmçinin, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-cı il tarixli qərarında qeyd edilmişdir ki, “....25. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması hissəsində təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarla qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən müəyyən etmək olmur ki, iddiaçının riskli hesab edilməsinin əsasında duran əməliyyatlara görə hansı elektron qaimə-fakturalar verilmiş, eyni zamanda, bu qaimə-fakturalardan konkret olaraq hansıları ləğv edilmişdir. Eləcə də, ləğv edilməmiş elektron qaimə-fakturaların mövcud olubolmamasına da aydınlıq gətirilməmişdir. 26. Yuxarıda qeyd edilən iş hal hazırda Bakı Apellyasiya Məhkəməsində baxılma mərhələsindədir.... 28. Belə ki, qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuş və təhlil zamanı ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə 3 "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. 29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tətbiq edilməsi imkanı həmin apellyasiya məhkəməsində araşdırılan iddiadan asılıdır. Belə ki, həmin normanın tələbləri baxımından vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir. 30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı işin apellyasiya məhkəməsi tərəfindən dayandırılması məqsədəmüvafiq hesab edilə bilər ....”

44. Təkrar apellyasiya baxışı zamanı hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-cı il tarixli qərarında yuxarıda qeyd edilənlər nəzərə alınaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə hazırkı işin icraatı, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənəxxxxdayandırılmışdır.

45. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alındığından hazırkı iş üzrə icraat təzələnmişdir.

46. Belə ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı Firmasının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır (Hakim Səlma Salahova).

47. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Məmmədov və Pərviz oğlu Hüseynov).

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “... iddiaçı və cavabdeh tərəfindən təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli 33902********** nömrəli qərarının əsasını təşkil edən ##.##.2022-##.##.2022-ci il üzrə cəmi 8 qaimə ləğv edilmişdir.Həmin qaimələr bunlardır:##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022- ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli; ##.##.2022ci il tarixli, EBCI seriyalı, ***** nömrəli. Beləliklə, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023 cü il tarixli 33902********** nömrəli qərarının əsasını təşkil edən ##.##.2022 ##.##.2022-ci il üzrə yuxarıda qeyd olunan cəmi 8 qaimənin ləğv edildiyi və həmin qaimələr üzrə ödəniş baş tutmadığından geri qaytarılası məbləğin də olmadığı müəyyən edilmişdir.

49. Cavabdeh iddiaçını riskli vergi ödəyicisi siyahısından çıxarmaqdan imtina edir ki, ##.##.2022-ci il tarixli, EBBV seriyalı, ***** nömrəli qaimə-faktura ləğv edilməmiş və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş məbləğlər bank hesabı vasitəsilə geri qaytarılmamışdır. Belə ki, cavabdeh bildirir ki, iddiaçının hesabına həmin elektron qaimə-faktura üzrə ##.##.2022-ci il tarixdə və ##.##.2022-ci il tarixdə cəmi 24,425,44 manat məbləğində vəsait daxil olmuşdur. ##.##.2022-ci il tarixli, EBBV seriyalı, ***** nömrəli qaimə-fakturanın ləğv edilməməsinə və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarılmamasına münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023- cü il tarixli 33902********** nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Ləğv edilməyən EBBV seriyalı, ***** nömrəli qaimə-faktura isə ##.##.2022-ci il tarixli olmaqla ##.##.2022- ##.##.2022-ci il tarixlər aralığındakı dövrə aidiyyəti yoxdur...”

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı qəbul edildikdən, yəni iddiaçının apardığı əməliyyatların riskli olmadığına hüquqi qiymət verildikdən sonra iddiaçının vəkili və nümayəndəsi “E-kabinet” vasitəsilə cavabdeh inzibati orqanın iddiaçının “Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə” ##.##.2026-cı il tarixli Qərarını təqdim edərək bildirmişdir ki, iddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılmışdır.

51. Bu halda məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən haqlı olaraq Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tətbiq edilmişdir. (Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi (Vergi Məcəlləsinin 106.1.20.maddəsi)

52. Göründüyü kimi, həmin normanın tələbləri baxımından vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

53. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə iddiaçının riskli vergi ödəyicisi olmadığına, yəni əmtəəsiz əməliyyat aparmadığına hüquqi qiymət verilmişdir.

54. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

55. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələrixxxxistinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

57. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar