Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2455/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik tarixinin müddətsiz olaraq qeyd edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1389/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı imtina cavabı üzrə hərəkətin qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.2015ci il tarixli TSEK arayışında növbəti müayinə tarixi hissəsinin müddətsiz olaraq sistemdə qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixindən hərbi xidmət dövrü ilə bağlı ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Sonradan 10 illik müayinələrin nəticəsi olaraq ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Lakin bu il TSEK-in elektron sistemində və ona təqdim edilmiş arayışda növbəti müayinə tarixi xx.xx.2016 kimi qeyd edilmişdir. Sonradan həmin arayışda əlyazma ilə TSEK-in sədri Aydın Əzizov və digər Xasiyev Məhəmməd tərəfindən aparılmışdır. Dəfələrlə Reabilitasiya Xidmətinə getsə də onu yubandırmış, rəsmi cavab təqdim etməmişdirlər. Sonradan xx.xx.2022-ci il tarixdə rəsmi qaydada müraciət etdikdən sonra ona rəsmi olaraq cavab kimi bildirmişlər ki o, yenidən müayinələrdən keçirilməlidir. Cavabdehin hazırkı hərəkəti əsassızdır. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə X8 xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2011 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının 22.11,2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 v Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.3 - Şəxsiyyətin...; Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.3 - Şəxsiyyətin...; Diaqnozun mətni Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, iddiaçı X2 əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2016-cı il tarixdə olmuş və ona elektron təyinatla 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021 -ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti Agentliyə daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bundan əlavə iddiaçının məktub ilə müraciətinə Agentlik tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli, **********9 saylı məktub ilə cavab verilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci ii tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar, İddiaçı dövlət tibb müəssisəsi tərəfindən müalicə-müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi izah olunmuşdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1389/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddianı kifayət qədər əsaslandıraraq qeyd etmişdir ki, qarşı tərəfin TSEK Komissiyası tərəfindən ona ömürlük pensiya təyinatı olmuşdur. Verilmiş pensiya 2022-ci ilin oktyabr ayında dayandırılmışdır. Əgər göndəriş göndərilməmişdirsə, onda niyə pensiyanın verilməsi hələ də həyata keçirilmiş idi. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və va onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarının 4-cü bəndinə əsasən 4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (bes) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Belə olan halda məhkəmə xx.xx.2005-ci il tarixdən hər il komissiyadan keçən iddiaçının 10 illik müddəti 2015-ci ilə təsadüf edir. TSEK-in X3 vermiş olduğu möhürlü Komissiyanin Sədri tərəfindən arayış onun həqiqətən ağır xəstə olduğu və müddətsiz pensiya təmin edilməsi üçün əsas hesab edilir. Qarşı tərəfin müxtəlif bəhanələr qeyd etməsi və həmin müddətin 5 il müddətinə uzadılması barədə təqdim etdiyi əsaslar tamamilə əsassızdır. Belə ki, uzadılma barədə ona bildiriş daxil olmamışdır və təqdim edilməmişdir. Bundan başqa, MPM-in 217-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi və əsaslılığı isə eyni zamanda onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olmasını, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasını tələb edir. Göründüyü kimi, işə baxan məhkəmə belə əhəmiyyətli prosessual addımı atmamış, standart və formal məhkəmə iclasları keçirməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Kollegiya qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin əlillik alt sisteminə göndərilməsi, həmin göndərişlərə Tibbi sosial ekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. Hazırkı iş üzrə təqdim edilmiş əlillik alt sistemindən çıxarışlardan görünür ki, iddiaçının əlillik təyinat tarixləri və əlillik təyinatı aparan qurumlar sistemdə ilkin təyinat 10 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2005, təkrar təyinatlar TSEK 10 tərəfindən xx.xx.2006, xx.xx.2008, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014 tərəfindən aparılmışdır. xx.xx.2015 və xx.xx.2016-cı il təyinatları isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) tərəfindən imzalanmış və sistemə daxil edilmişdir. xx.xx.2016-cı il tarixli təyinatın qüvvədən düşmə tarixi xx.xx.2021-ci il tarixi olaraq imzalanmışdır. Göründüyü kimi əlillik təyinatı ilə bağlı alt sistemdə iddiaçının əlillik dərəcəsi xx.xx.2016-xx.xx.2021-ci il tarixədək, yəni 5 il müddətinə göstərilmişdir. Başqa sözlə, iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının müddətsiz deyil, 5 illik müddətlə məhdudlaşdırmış və əlillik təyinatı xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Bu halda iddiaçının təqdim etdiyi üzərində əlyazma ilə “müddətsiz” ifadəsi yazılmış müayinə aktındakı düzəlişlər Ekspert komissiyasının rəyini ehtiva etmir və yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilmir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, inzibati işdən görünür ki, iddiaçıya xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2008-ci il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla;” diaqnozu ilə hər dəfə 1 il müddətinə olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçıya eyni diaqnozla 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli müayinə aktının surətində iddiaçının əlillik qiymətləndirməsinin xx.xx.2015-ci il tarixdə aparıldığı, növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixi qeyd edilsə də, həmin qeydin üzərinə xətt çəkilərək əlyazma ilə “müddətsiz” sözü yazılmış, həmin düzəliş “düzəlişə inanmalı” qeydi ilə təsdiq edilmiş, ifadənin altında imza və imzanın üzərinə isə cavabdehin “sənədlər üçün” möhür ştampı vurulmuşdur. Kolllegiya qeyd edir ki, həmin müayinə aktına əsaslanaraq və onun məzmununa etimad göstərməklə iddiaçı ona pensiya təyin edilməsi üçün növbəti dəfə müraciət edərkən digər bir inzibati orqan qeyd edilən səbədi əsas götürərək (pensiya işi iş materiallarına əlavə edilmişdir) xx.xx.2015-ci il tarixdən iddiaçıya ömürlük pensiya təyin edilmişdir. Göründüyü kimi iddiaçıya müddətsiz əlilliyin təyininə əsas xx.xx.2015-ci il tarixli düzəliş edilmiş müayinə aktı olmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən təqdim edilmiş, həmçinin pensiya işi materiallarına əlavə edilmiş İddiaçı məxsus olan xx.xx.2015-ci il tarixli xxxxxxx0009 nömrəli arayışda edilmiş düzəlişin kim tərəfindən, nə zaman aparılması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmışdır. Cavabdeh inzibati orqan sorğuya cavab məktubunda qeyd etmişdir ki, İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbindən xx.xx.2005-ci il tarixində ilkin təyin edilmiş ikinci dərəcə əlillik (Diaqnoz: Şəxsiyyətin emosional davamsız pozuntusu, sui-qəsd cəhdi ilə) sonrakı illərdə hər dəfə 1 il artırılmaqla, sonuncu dəfə xx.xx.2016-cı ildə dövlət tibb müəssisəsində göndəriş (Forma-088) tərtib edilmədən və müayinə olunmadan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 (beş) il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə göndəriş daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0009 nömrəli elektron arayışında sonradan olunan düzəlişin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi cavabdeh sorğuya cavab məktubunda sadəcə “sonradan olunan düzəlişin hüquqi qüvvəsinin olmamasını” qeyd etməklə, sorğuya mahiyyəti üzrə, yəni xx.xx.2015-ci il tarixli xxxxxxx0009 nömrəli arayışda edilmiş düzəlişin kim tərəfindən, nə zaman aparılması ilə bağlı ziddiyətli məqama aydınlıq gətirə bilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. - 28.1-ci maddəsi inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, işin araşdırılmış hallarından aydın olduğu kimi, xx.xx.2015-ci il tarixli xxxxxxx0009 nömrəli arayışda iddiaçının əlillik müddəti ömürlük, yəni müddətsiz müəyyən edilsə də, cavab inzibati orqan xx.xx.2021-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” aktsisteminə İddiaçı dair yeni göndərişin daxil olmamasına istinad etməklə iddiaçının hüquqlarını pozur. Müvafiq qərarda müddətsiz əlilliyə dair düzəliş nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Həmçinin, digər inzibati orqan sözügedən qərara istinadən iddiaçıya ömürlük pensiya təyin etmişdir. Cavabdeh inzibati orqan da öz növbəsində hazırki vəziyyətdə sözügedən düzəlişin, onda olan möhür və imzanın mövcudluğunu qəbul etsə də möhür və imzanı mübahisələndirməmiş sadəcə sonradan olunan düzəliş kimi hüquqi qüvvəsinin olmadığına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1527/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır:
31. Məhkəmə kollegiyası bununla qeyd edir ki, iddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
32. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1389/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1389/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixli TSEK arayışında növbəti müayinə tarixi hissəsinin müddətsiz olaraq sistemdə qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov