Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2455/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X7nə qarşı Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının vəkili Vəkil3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun 17 oktyabr 1992-ci il tarixdən 24 fevral 1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində bölüyün çavuşu vəzifəsində xidmət etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsinin qismən təmin olunması, İddiaçı 24 oktyabr 1992ci il tarixdən 24 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində bölüyün çavuşu kimi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP 5/526 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma- diaqnoz: “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopntiyası” xx.xx.1393-cü ildən xx.xx.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət" və 19.04 1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz:"Baş-beyin silkələnməsinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2017-ci il tarixli 339 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 55 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli, xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 1494 nömrəli arayışı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1267 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi
4. İddiaçı aid aşağıdakı; xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları =>S06-Kəllədaxili travma=>S06.2-Baş beynin diffuz travması…Baş beynin diffuz travması, keçirilmiş ağır kəllə-beyin travmasının davamı qalıq əlamətləri generalizə olunmuş tez-tez baş verən epileptik qızolma tutmaları ilə (ayda 7-8 dəfə)..Ağırlaşma-G09 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegeto-vestibulyar krizlər həftədə 4-5 dəfə..Yanaşı xəstəliklər M41 Skolioz, 1-ci dərəcə… Yanaşı xəstəliklər-M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər- (11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik 3-cü mərhələ, Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit… Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal)(parsial) simptomatik epilepsiya və epileptik sindiromlar, ayda 7-8 dəfə Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər..Ağırlaşma f06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu..Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya… Ağırlaşma R41.2 Retroqard amneziya, yaddaş zəifliyi ilə, Ağırlaşma G25 Digər ekstrapiramid və hərəkət pozğunluqlar, Yanaşı xəstəliklər M42 Onurğanın ostexondrozu… Yanaşı xəstəlik İ20.8 Stenokardiyanın digər formaları İİİ fs teztez tutmalarla….Meyar 2.2-ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg…
5. İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş R00008904VAT №li xx.xx.2022-ci il tarixli Forma 088 göndərişi əsasında xxxxxxx00023 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKTB-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu ..Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular…İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
6. Agentliyin Tibbi-Sosial ekspert komissiyasının **********5 №-li xx.xx.2022-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mm-dən kipik işemik qliotik ocaqlar" kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF-53%). Aortal və Mitra! qapaqlar fibrotikdir. Min-1, Aortal Requrgitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixdə çap olunmuş məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçın xx.xx.2022-ci il tarixli R00008904VAT saylı Forma 88 ilə kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular diaqnozu ilə imtina edilmişdir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tərəfindən verilmiş T 502/2023 saylı (ekspertizanın başlanma tarixi 13 iyul 2023-cü il, başa çatma tarixi 02 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki: 1. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəstəliklər hazırda özünü xx.xx.2022-ci il tarixli 088 saylı göndərişdə olan diaqnozdakı xəstəliklər şəklində biruzə verir. 2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 20 saylı şəhər poliklinikası tərəfindən göndərilmiş R0008904VAT saylı, xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan-dövranı pozğunluğu, baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxs olduğundan, sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. 3. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmadı.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R00008904VAT №li göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 oktyabr 1992-ci ildən 24 fevral 1993-cü ilədək Azərbaycan Respublikasının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. 1993-cü ilin fevral ayında aldığı xəsarətlərlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. xx.xx.2017-ci ildən İİ dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh əlillik təyin etməkdən əvvələr imtina edib, sonuncu göndəriş isə uzun müddətdir cavabsız qalmaqdadır, qanuna müvafiq olaraq 10 gün müddətinə qiymətləndirmə aparılmalıdır. Hesab edir ki, Agentliyin R00008904VAT №li göndərişə əsasən ona əlillik təyinatı aparılmalıdır, belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmişdir və əyani müayinədə olmuşdur.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması, keçirilmiş ağır kəlləbeyin travmasının davaml qalıq əlamətləri generalize olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə ) Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegeto-vestibulyar krizlər həftədə 4-5 dəfə Yanaşı xəstəliklər M41 Skolioz, İ dər. Yanaşı xəstəliklər M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər 111.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), İİİ mər. Yanaşı xəstəliklər İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ -İİİ dər. Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 7-8 dəfə Ağırlaşma İ67.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər. Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu,. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postrovmatik ensefalopatiya Ağırlaşma R41.2 Retroqrad amneziya, yaddaş zəifliyi ilə Ağırlaşma G25 Digər ekstrapiramid və hərəki pozğunluqlar. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu,. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX : stabil gərginlik stenokardiyası İİİ fs tez-tez tutmalarla; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Agentlik tərəfindən 15 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mm-dən kiçik işemik qliotik ocaqlar” kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF-53%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min-1, Aortal Requrqitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
12. Üçüncü şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X7 20 saylı Şəhər Poliklinikası iddiaya dair yazılı münasibətdə bildirir ki, xəstə İddiaçı Nəsimi rayonu 5 saylı şəhər poliklinikasında həkim-nevropatoloqda dispanser qeydiyatdadır. İcbari Tibbi Sığorta Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1 -2-2022-1924 nömrəli məktubunu rəhbər tutaraq Nəsimi rayonu üzrə Həkim Məsləhət Komissiyasının sənədlərinin rəsmiləşdirilməsi 20 saylı şəhər poliklinikasına verilmişdir. Bu səbəbdən xəstə İddiaçı xəstəliyi haqqında sənədləri 20 saylı şəhər poliklinikası tərəfindən “Kəllədaxilİ travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyin zədələnməsi və disfiınksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnozu ilə əlillik dərəcəsi təyin olunması üçün TSEK-na göndərilmişdir. TSEK-sı tərəfindən əlillik dərəcəsinin təyin olunmasında imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə İddiaçı 5 saylı şəhər poliklinikasında həkim - nevropatoloqda dispanser qeydiyatda olduğundan, onun ambulator kartası, xəstəliyi haqqında tibbi sənədləri həmin poliklinikadadır
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli, ********** sayılı X5 Mərkəzinin iddiaçıya aid olan Beyin MRT haqqında tibbi rəydə göstərilir ki, İddiaçı Müstəvəb oğlunda Serebral kerteksin ümumi konfiqirasiyası və həcmi kortikal atrofiyanı əks etdirir. Beyin yarımkürəsində subaraxnoidal şırımların həcmi artmışdır. Hər iki beyin yarımkürələrində yayılmış çoxsaylı fokal qliotik ocaqlar təyin edilir. Hesab edir ki, X6 Beyin MRT haqqında tibbi rəyində göstərilən fəsadlar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də, xx.xx.2022- ci il tarixli, 187 sayılı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na "Əlavə"nin maddələrini aid əlillik dərəcəsinin müəyyən olunmasına əsas verməkdədir.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ç) apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2- 1(103)-1654/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi: M.N.Tağızadə K.H.Əkbərov, hakimlər: və S.R.Səlimova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
d) Kassasiya instansiyası məhkəməsində icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-1(102)-47/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2- 1(103)-1654/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
e) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır
f) Proses iştirakçılarının izahatları
22. Məhkəmədə iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 27.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-25-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
30. Belə ki, hazırkı iş üzrə iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini tələb edir.
31. Cavabdeh orqan isə iddiaçıya qoyulmuş diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması səbəbindən imtina cavabı vermişdir.
32. İş materiallarından göründüyü kimi iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
33. İşin apellyasiya baxışı zamanı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2455/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2371 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu,koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir.
35. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, tibbi ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Bundan başqa həmin rəydə oda qeyd olunmuşdur ki, əvvəllər iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuş diaqnoz hazırda ona verilmiş diaqnozla eynilik təşkil edir. Belə ki, iddiaçıda aşkar edilmiş xəstəlik siyahının 7.6.2.2-ci bəndində göstərilmiş hallarla müşayət olunur. Həmin diaqnoz (XBT F07.0) qiymətləndirmə amilləri ilə müşayət olunduqda xəstəliyə ducar olmuş şəxslərə iki il müddətinə orqanizm funksiyaların pozulması 65-80 faiz göstərilməklə əlillik təyin edilir.
36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarının 3.1- bəndinə əsasən Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
37. Nəzərə alınmalıdır ki, iddiaçıya ilk dəfə əlillik 19 iyun 2017-ci ildən 19 iyun 2022-ci ilədək təyin edilmişdir.Göründüyü kimi əlilliyin müddətsiz təyin edilməsi üçün tələb edilən 10 illik müddət tamamlanmamışdır.
38. Hesab olunur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı 2 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz pozulması göstərilməklə əlillik təyin edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2447/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 2 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz pozulması göstərilməklə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X7nə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.