Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2458/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-766/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Səfərov X12 Muxtar Respublikası Ali Məclisinin sədrinin müavini vəzifəsində işlədiyi dövr əsas götürməklə əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli sabiq deputat kimi əmək pensiyasının hesablanmasının mümkün olmaması haqqında məktubla bildirilmişdir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 12-ci maddəsinə əsasən “Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası (27 noyabr 1995-ci il tarixindən qüvvədədir), Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (29 dekabr 1998-ci il tarixindən qüvvədədir) və bu Qanun təşkil edir”.“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusunun əsasları Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir. 1990-1995-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Ali Sovetinin deputatına sabiq deputat kimi pensiya təyinatına dair iddianın rədd edilməsi barədə bir neçə məhkəmə qərarlarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətinizdə göstərilən dövr əsas götürülməklə sabiq deputat kimi əmək pensiyasının hesablanması mümkün hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990 – 1995-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini vəzifəsində işləmişdir. Nümayəndəsi tərəfindən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmiş və ona «Vətəndaşların X10» Qanunun müddəalarına əsasən təyin olunmuş əmək pensiyasının növünün dəyişdirilərək, Naxçıvan MR Ali Məclisinin sədr müavini vəzifəsində işlədiyi dövr əsas götürülməklə pensiyanın yenidən hesablanması xahiş olunmuşdur. Müraciətə həmin vəzifə üzrə bü günkü əmək haqqı barədə arayış əlavə olunmuşdur. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Vətəndaşların X10» Qanunun 5, 7, 9 və 20-ci (20.1.1, 20.2-ci) maddələrinin tələbləri kobud surətdə pozularaq, Azərbaycan Respublikası Konstitusiyasına və digər aktlara istinad olunmaqla məsələnin həllindən imtina olunmuşdur. Halbuki, vətəndaşların pensiya təminatı qüvvədə olan qanunla müəyyən edilir. Göstərilənlərə və «Vətəndaşların X10» Qanunun, «Əmək pensiyaları haqqında» Qanunun, «Dövlət qulluğu haqqında» Qanunun müddəalarına, eləcə də İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçıya əmək pensiyasının Naxçıvan MR Ali Məclisinin sədr müavini vəzifəsində işlədiyi əsas götürülməklə həmin vəzifənin bu günkü əmək haqqının 80% miqdarında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı tələbi qanuna müvafiq olmadığından rədd edilməlidir. «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Qanunun 12-ci maddəsinə əsasən Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası (27 noyabr 1995-ci il tarixdən qüvvədədir), Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (29 dekabr 1998-ci il tarixdən qüvvədədir) və bu Qanun təşkil edir. «Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusunun əsasları Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir. 1990 – 1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatına sabiq deputat kimi pensiya təyinatına dair iddianın rədd edilməsi barədə formalaşmış məhkəmə təcrübəsinə əsasən 30 oktyabr 1991-ci il tarixli «Azərbaycan Respublikasının Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Bununla bağlı həmçinin analoji olaraq, iddiaçı C.Q.Nuriyevin iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6335/2021 saylı iş üzrə 1 noyabr 2021-ci il tarixli qərarını və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-751/2022 saylı iş üzrə 4 may 2022-ci il tarixli qərarını göstərmək olar. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-766/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, məhkəmə işə baxarkən işin hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmamış, tətbiq olunmalı olan hüquq normasını tətbiq etməmiş, onunla da Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan MR Konstitusiyasını və eləcə də Azərbaycan Respublikası Pensiya Haqqında Qanunun tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə iddianı rədd edərkən qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Milli Məclis haqında 30 oktyabr 1991-ci il tarixli Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublika Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Milli Məclisin üzvü kimi yuxarıda qeyd olunan yolla seçilməmiş, 30 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Milli Məclisi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun əsasında təyin edilmişdir. Məhkəmənin qərarında göstərilən xüsusatlar Naxçıvan MR-dan Azərbaycan Milli Məclisinə seçilmiş deputatlara şamil edilir. O, 1990-cı ildə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmiş və Heydər Əliyevin sədrliyi ilə keçirilən 17 noyabr 1997-ci il tarixdə ilk sesiyasında Ali Məclisin sədr müavini seçilmişdir. 1990-95-ci illərdə Naxçıvan MR X15 MR Konstitusiyasına və Ali Məclisinin seçkilər haqqında qanuna uyğun olaraq 110 millət vəkili seçilmiş və həmin millət vəkilləri 90-95-ci illər ərzində öz fəaliyyətlərini davam etdirmişlər. Qeyd edilən dövrdə X19 Əliyevin təşəbbüsü ilə həm Azərbaycan həm də Naxçıvan MR üçün çox vacib və həyatı qanunlar qəbul edilmişdir. 1991-ci ilin sentyabr ayında onun sədrliyi ilə keçirilən Ali Məclisin sessiyasında xalqın tələbi ilə X19 Əliyev rəsmi olaraq X14 sədri seçilmiş və həmin qərar onun tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Pensiya X8 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təmin edilir. Azərbaycan Respublikası Pensiya X8 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı pensiyaçılara təyin edilir. 1. Əmək pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlar və Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Ali Məclisinin deputatlarına. Həmin qanunun 20.2-ci maddəsinə əsasən bu qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan MR Ali Məclisinin fəaliyyətdə olan deputatının əmək haqqının, əmək haqqındakı sonrakı artımlarla nəzərə alınmaqla 80% miqdarı ilə ödənilir. Qeyd edilən qanunun 20.3-cü maddəsinə əsasən əmək pensiya yaşına çatmış və ya bu yaşadək çatana qədər əlil olmuş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müvani, sədrin müavini, komitə və ya komisiya sədri və ya sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komisiya sədri, sədrin müavininin əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla 80% miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Qulluğu haqqında qanunun 2.1-ci maddəsinə əsasən X1q keçən dövlət qulluqçularına şamil edilməklə həmin qanunun 23-cü maddəsinə əsasən qeyd edilən şəxslərin pensiya təminatı əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Yuxarıda qeyd edilən qanunların tələblərinə uyğun olaraq onun pensiyası Pensiya X8 5-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanması birbaşa qanunvericilikdə göstərildiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-766/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33-cü maddəsinə əsasən qeyd edilən qanunların tələblərinə əməl edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Pensiya Fonduna müraciət etdiyi gündən başlayaraq pensiyanın hesablanmasına dair məcburetmə haqqında qərar qəbul edilməlidiir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin məktubun iddaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona sabiq deputat kimi əmək pensiyasının hesablanması” barədədir. Bu barədə iddiaçı cavabdeh quruma müraciət etsə də, onun tələbi təmin olunmamışdır. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Qanunun hazırda qüvvədən düşmüş olan 30-cu maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin norma dəyişdirilmiş və qeyd olunan mətn aşağıdakı redaksiyada verilmişdir: Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Hazırda qüvvədən düşmüş olan «Vətəndaşların X10» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsimə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli X6 Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə görə bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (20.1.1-ci maddə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatları nəzərdə tutur) əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Hazırda iddiaçının tələbi ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini kimi pensiya təyin edilməsi ilə bağlıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlara qulluq stajına görə əmək pensiyasına əlavələr edilməsi seçicilər tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatı seçilmiş şəxslərə şamil edilmişdir. İddiaçı isə 1990 – 1995-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini vəzifəsində işləmişdir. Yəni, iddiaçı Naxçıvan MSSR Ali Sovetinə xx.xx.1990cı il tarixdə keçirilən seçki əsasında deputat seçilmişdir. Danılmaz tarixi faktdır ki, xx.xx.1990-cı ildən Naxçıvan MR X20 Məclis adlandırılmışdır. Ali Məclisə ilk seçkilər isə 1995-ci ildə olmuşdur. 21 aprel 1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının ilk Qanunu 12 avqust 1995-ci il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən Milli Məclis tərəfindən majoritar seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisininin 100 seçki dairəsinə bölünməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 85-ci maddəsinə əsasən isə həmin səlahiyyətlərin yeni Milli Məclis seçilənədək Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən keçid dövründə Azərbaycan Respublikası Ali sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə verilmişdir. Yəni, 1991-1995-ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış müvəqqəti və keçid dövrünün bitməsi ilə əlaqədar funksiyalarına xitam verilmiş bir qurum olduğundan və iddiaçı da xx.xx.1991-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikası Milli Məclisi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edildiyindən ona sabiq deputat kimi əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə, hazırki işdə iddiaçı uxarıda qeyd olunan əsaslarla həm 1995-ci ildə, həm də ondan sonra Naxçıvan MR Ali Məclisinin deputatı seçilmədiyinə görə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1 və 20.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıdakı kimi sərgilənmişdir (2-1(102)-549/2019 saylı xx.xx.2019-cu il tarixli və 2-1(102)-2140/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə əsaslandırmaya zərurət yoxdur. Həmin dəlillər maddi və prosessual baxımdan düzgün olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-766/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-766/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X16 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2458/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2458/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver