Məhkəmə qərarları › İş №2-1(103)-246/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-246/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-246/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsindən imtina”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, İddiaçı xx.xx.2016-cı ildə səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik”, diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması” göstərilməklə xx.xx.2021-ci il tarixədək qüvvədə olan üçüncü dərəcəli əlillik təyin edilmişdir.

2. Bakı şəhəri, 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 278803AAB55 №-li “Tibbi-sosial ekspert komissiyasına” göndərişə əsasən, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti- status localis: Aşağı ətrafların dəri örtüyü avazıyıb, ayaqların iç səthi barmaqlar, sianotikdir, yerli hiperemiya qeyd olunur. Sağ pəncənin İİİ barmağı hissiyyatı azalıb və qaralma qeyd olunur. Sol pəncənin V barmağında hissiyyat azalıb. Bud arteriyalarında zəif pulsasiya qeyd olunur. Sol dirsək oynağının hərəkət məhduddur, hərəkət həcmi açma 150 dərəcə, bükmə 80 dərəcə. Xəstə müalicələr almışdır, 3 saylı ŞKX-da xx.xx.2021- xx.xx.2021-ci ildə, MHTİ-da xx.xx.2021-ci il, Topçubaşov ad. ECM-də xx.xx.2021-ci il tarixlərdə. Xəstənin əlillik müddəti bitdiyindən HMK-da müayinə olunmuşdur. Əlillik əlamətləri davam etdiyindən forma 88 yazılır və TSEK-in reyestrinə daxil edilir. Əsas diaqnoz: İ73.1 Obliterasiya edilən trombangit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya. Ağırlaşma: İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodostaniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma defekti, axsama. Yanaşı xəstəliklər: İ11.0 (Durğunluq) ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi), stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s. D47.3 Essensial (hemorragik) trombositopeniya. ÜİX-yu, stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qararaciyər hemangioması, sol dirsək oynağının posttravmatik kontrakturası, hər iki çənənin tam adentiyası olmuşdur.

3. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 №- li aktdan görünür ki, İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi kimi “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 31 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi xx.xx.2016-cı il tarixində ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliklə bağlı xəsarəti İ Qarabağ Müharibəsi zamanı Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərdə aldığı üçün səbəbli əlaqə kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yekun rəyində göstərilmişdir ki, əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır. Əlillik 5 il müddətinə verildiyi üçün xx.xx.2021-ci il tarixində yenidən komissiyadan keçməyi tövsiyə olunmuşdur. Ona görə də o, 2021-ci ilin mart ayının əvvəllərində 3 saylı Xəstəxanaya müraciət etmişdir. 10 gün orada qalıb müvafiq müalicə və müayinələri aldıqdan sonra sənədləri yenidən həkim komissiyasına göndərilmişdir. Lakin əvvəlkinə nisbətən səhhətində yaxşılığa doğru heç bir əlamətlər olmadığı halda, ona imtina cavabı verilmişdir. xx.xx.2021-ci il tarixində onun üçün yazılan imtina cavabı 2021-ci ilin avqust ayının əvvəllərində ona təqdim olunmuşdur. O da təbii ki, həmin imtina cavabı ilə razılaşmır. Çünki Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlər nəticəsində səhhətində həqiqətən yaranan ciddi problemlər daha da kəskinləşməkdə davam etdiyi və daha da ağırlaşdığı halda, onun əlilliyinin müddətinin uzadılmasından imtina etmək əsassızıdır. Cavabdeh onun barəsində əlilliyin təyin olunması barəsində xx.xx.2021-ci il tarixində imtina cavabı verərkən onun xəstəliklərini nəzərə almadan şəxsi mülahizələri əsasında imtina qərarı verilmişdir. Bununla da 3-4 aydır ki, onun hüquqları kobud surətdə pozulur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AAA90 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban.; Diaqnozun mətni: Obliterasiya edən trombangiit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AABAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ70- İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Obliterasiya edən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Əsas diaqnoz İ73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya Ağırlaşma İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodistoniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma defekti, axsama. Yanaşı xəstəliklər İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.sş. Yanaşı xəstəliklər D47.3 Essensial (hemorragik) trombositemiya, ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qaraciyər hemangioması, sol dirsək oynağının postravmatik kontrakturası, hər iki çənənin tam adentiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022 saylı qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.3-cü bəndlərində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2- 1(103)-2474/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 4 may 2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə qoyulmuş diaqnoz ikinci dərəcə əlillik təyin olunması üçün Əsasnamədə sadalanan hallarda əksini tapmamışdır. Belə olan halda, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-876/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-1(103)-2474/2022 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-876/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir: “22. İddiaçı ona üçüncü dərəcəli deyil, ikinci dərəcəli əlilliyin təyin edildiyini bildirsə də, cavabdehin nümayəndəsi iddiaya qarşı etirazda göstərilənləri müdafiə etmişdir (birinci instansiya məhkəməsi “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardadı - iş v. 95). Etirazda isə, cavabdeh iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin edildiyini təsdiq etmişdir (iş v. 25). 23. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işdə əlilliyin təyin edilməsi barədə xx.xx.2016-cı il tarixli aktlar mübahisələndirilmir. 24. Bununla yanaşı, işin materiallarına görə, iddiaçı ilkin olaraq fərqli məzmunda tələb irəli sürmüş, yalnız sonradan, icraatın gedişində ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Sonrakı məzmunda tələbin əsasları ərizədə göstərilməsə də, iddiaçı ilkin ərizəsində və sonrakı izahatlarında, habelə apellyasiya şikayətində 2016-cı ildə ona ikinci dərəcəli əlilliyinə təyin edildiyinə, həmçinin əlilliyin səbəbləri kimi qeyd olunmuş xəstəliklərə (təyin edilmiş diaqnoza) istinad edir. Başqa sözlə, iddiaçı hazırkı məzmunda tələbinin faktiki əsası kimi, digər hallarla yanaşı, cavabdehin xx.xx.2016-cı il tarixli aktında əks olunmuş hallara da əsaslanır. Məhz bu mənada, məzmunca fərqli olan əvvəlki qərarlar istinad mənbəyi kimi məhkəmə araşdırmasının predmeti olmalı, işdəki digər sübutlarla birlikdə qiymətləndirilməlidirlər. 25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən 1 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmiş ,ekspert qarşısında xx.xx.1969-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəliyin və qüsurların aşkar olunmasının, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas olmasının müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, T38/2022 nömrəli saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozlar aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud olmamışdır. 26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. 27. Apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı ekspert rəyində ekspertlər mənbə (ədəbiyyat) kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişlər. 28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə həmin Əsasnamə ləğv edilmiş, yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir”

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə və əvvəlki apellyasiya baxışı zamanı verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, xx.xx.2016-cı il tarixində ona İİ qrup əlillik dərəcəsi verilmişdir.Əlillik 5 il müddətinə verildiyi üçün xx.xx.2021-ci il tarixində yenidən komissiyadan keçməyi tövsiyə olunmuşdur. Ona görə də o, 2021-ci ilin mart ayının əvvəllərində 3 saylı Xəstəxanaya müraciət etmişdir.10 gün orada qalıb müvafiq müalicə və müayinələri aldıqdan sonra sənədləri yenidən həkim komissiyasına göndərilmişdir. Lakin əvvəlkinə nisbətən səhhətində yaxşılığa doğru heç bir əlamətlər olmadığı halda, ona imtina cavabı verilmişdir. xx.xx.2021-ci il tarixində onun üçün yazılan imtina cavabı 2021-ci ilin avqust ayının əvvəllərində ona təqdim olunmuşdur.Cavabdeh iddiaçıya heç bir əlillik təyin etməmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, xx.xx.2016-cı il tarixində iddiaçıya İİ qrup əlillik dərəcəsi verilməsi barədə sistemdə məlumat yoxdur.İddiaçının əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AAA90 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban.; Diaqnozun mətni: Obliterasiya edən trombangiit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AABAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Obliterasiya edən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Əsas diaqnoz İ73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya Ağırlaşma İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodistoniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma defekti, axsama. Yanaşı xəstəliklər İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.sş. Yanaşı xəstəliklər D47.3 Essensial (hemorragik) trombositemiya, ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qaraciyər hemangioması, sol dirsək oynağının postravmatik kontrakturası, hər iki çənənin tam adentiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

Tətbiq edilən hüquq

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri

2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2216/2022 saylı, 4 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.Həmçinin bildirir ki, iddiaçıya xx.xx.2016-cı ildə səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, TSEK diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması”, əlilliyin müəyyən olunmuş meyarı “2.1 İkinci dərəcə əlillik => ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcəli çatışmazlığı (İ01-İ09, L11.0, İ13.2, İ20-İ25, İ30-İ31.1, İ33)” qeyd olunmaqla xx.xx.2021-ci il tarixədək qüvvədə olan ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir.

30. Cavabdeh isə iddianı qəbul etmir və qeyd edir ki, əvvəla iddiaçının təqdim etdiyi sənədlər təsdiqini tapmır və xx.xx.2016-cı il tarixində iddiaçıya İİ qrup əlillik dərəcəsi verilməsi barədə sistemdə məlumat yoxdur.Yalnız iddiaçının əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AABAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

31. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə məhkəmənin vəzifəsi iddiaçıda mövcud olmuş yox, mövcud olan xəsarət və xəstəliklərin cavabdehin imtina qərarında göstərildiyi kimi əlillik əlaməti təyin edib-etməməsini, yəni imtina qərarının əsaslılığını yoxlamaqdır.

32. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən 1 dekabr 2021ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmiş ,ekspert qarşısında xx.xx.1969-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəliyin və qüsurların aşkar olunmasının, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas olmasının müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, T38/2022 nömrəli saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozlar aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud olmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-876/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilənlər və tərəflərin izahatları, şikayətin dəlilləri baxımından məhkəmə Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadı ilə (İİQ-nin 52.1-ci və İPM-in 67.1-ci maddəsinə uyğun olaraq aralıq qərardad) iddiaçının canlı müayinə olunaraq bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması, habelə müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 35 gün müddət təyin etmişdir.

34. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 21 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir: “Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3006/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7/0464 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapah kəllə-beyin travması. Baş beynin əzilməsi. Ensefalopatiya. Kəllədaxili hipertenziya. Bədənin çoxsaylı qançırları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraf barmaqlarının qan dövranın pozulması, trombositlərinin sayının azalmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında dərman qəbul etməsə yeriyə bilmədiyini, medikamentoz preparatlardan “Kardiomagnil”, "Udeyra” qəbul etdiyini bildirmişdir. Təqdim olunmuş hərbi qərarda kəlləbeyin travması qeyd olunsa da, vətəndaş həmin diaqnoza uyğun şikayətlər bildirməmişdir. Həmçinin təqdim olunan tibbi müayinə sənədlərinə əsasən ürək-damar sistemi ilə bağlı heç bir patologiya aşkarlanmamışdır. Müayinə zamanı aşağı ətraflarda dəri örtüyü adi rəngdə, tük örtüyü saxlanılmış, əzələ inkişafı paralel olmuş, hər iki topuq və ayaqarxası nahiyələrdə nəbz hiss olunmuşdur. Akademik M.A.Topçubaşov adına X5 xx.xx.2023-cü il tarixli 23283 nömrəli Çıxarışında diaqnoz "ObHterasiya edici trombonanqit. Hər iki aşağı ətrafda aalca-bud seqmentinin stenozu, baldır arteriyalarının okkluziyası. Aşağı ətrafların ll-lll dərəcə xroniki isemiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli L0627191 nömrəli Qanın ümumi analizinin nəticəsi “Levkositlər 16.73 (Referens 4(3.91- 8.77)). RDW SD Eritroşitlərin paylanma enliyi) %-lə 46.7% (Referens N(12.3-14.3)), RDW CV (Eritrositlərin paylanma enliyi %-lə) 14.6% (Referns H(12.3-14.3)), Neytrofitllər 11.05 (Referens H(1.82-7.42)), Limfositlər 4.08 (Referens H (0.85-3)), Monositlər 0.99 (Refrens H(0.19-0.77), Eozinofillər 0.48 (Refrens 4(0.03-0.44)), Bazofiller 0.13 (Referans H(0.01- 0.05))” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Abdominal USM müayinəsinin nəticəsi “Hər iki böyrəyin parenxım exoqenlivi artıb, duzlaşma'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Rəngli doppler Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=50%) cüzi azalıb. Sol qulaqcıq və saq boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru-anteriorun və anterioseptumun apikalı hipokinetikdir. Aorta kökü normaldır. Aortal və Mitra/ qapaq tayları qalınlaşıb. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında sistolda 2 mm genişlənməsi izlənilir PDA, ASP, VSD yoxdur. Rəngli doppler EXO-KQ də İ dərəcə MC, min-TC qeyd edilir. Sol mədəciyin cüzi sistolik disfunksiyası (LVEF=50%). Sol mədəciyin diastolik disfunksivası relaksativ tip. Perikardial maye minimal. Mitral çatışmazlıq İ dərəcə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi "Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

35. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 21 dekabr 2023-cü il tarixli Qərarında göstərilənlərlə razılaşmamaq üçün əsaslar görmür.

36. Belə ki, iddiaçının əlillik vəziyyətinə Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AABAP saylı göndərişi əsasında baxılaraq və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilməsi iddiaçıda həmin diaqnoz üzrə xəstəlik və xəsarətlərin yenidən qiymətləndirmə dövründə mövcud olması, yaxud olmaması qənaətinə gəlinməsi üçün yeterli əsas deyildir.

37. Tətbiq edilən qanunvericilik normaları da iddiaçının ötən beş illik müddətdə reablitasiya olub-olmamasını, reablitasiya potensialını müəyyən etmək üçün məhz yenidən tibbi müayinələrin aparılmasını şərtləndirir.

38. Beləliklə, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizası keçirilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3006/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin aparılması nəticəsində iddiaçıya qoyulan Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

39. Belə vəziyyətdə məhkəmə Kollegiyası cavabdehin öz vəzifələrini qanunun tələblərinə uyğun olmayan tərzdə həyata keçirdiyini, bununla da iddianın təmin olunması üçün də yetərli dəlillər və sübutlar olmasını müəyyən etmir və nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra- Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 40.Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, göründüyü kimi, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi nəticəsinə gəlmək üçün əsaslar müəyyən olunmur. (Həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq).

41. Beləliklə, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2216/2022 saylı, 4 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2216/2022 saylı, 4 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar