Məhkəmə qərarları › İş №2-1(103)-2460/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2460/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2460/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “qərarın ləgv edilməsi” tələbinə dair iddiası üzrə işə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6507/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı iddiaçıya “təkrar şəhadətləndirmənin aparılması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin 17ç A4 məhdudiyyət dərəcəsi ilə onun hərbi xidmətə yararlı sayılması barədə xx.xx.2023-cü il tarixli qərarının ləgv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-1(112)-12271/2022 saylı iş üzrə iddianın təmin olunmasına dair qərarın icrası ilə bağlı inzibati orqanın hərəkəti qanunsuzdur. Belə ki, Azərbaycan Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”nin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı t.e.d profossor F.İsmayılovun və Binəqədi rayon SHXÇDX-nin əsas götürdüyü Bakı şəhər 2 saylı KPX tərəfindən təqdim olunan sənədlərdə pozuntu aşkarlanmaması göstərilmişdir. Lakin cavabdeh sənədlərə zidd olaraq iddiaçının şəhadətləndirməsini apararaq ona sağlamlıqla bağlı məhdudiyyət dərəcəsi təyin etmişdir. Hesab edir ki, qərar əsassız oldugundan ləgv edilməlidir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6507/2023 saylı, 20.aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6507/2023 saylı, 20.aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X1 6892 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona müayinə zamanı “nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12271/2022 nömrəli Qərardadının icrası ilə əlaqədar olaraq, xx.xx.1980-cı ıl təvəllüdlü istefada olan hərbi vəzifəli İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin Xəstəliklər cədvəlinin İ qrafasının 15-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərin olubolmamasının müəyyən edilməsi məqsədilə 2 nömrəli Psixiatriya Xəstəxanasında tibbi müayinəsi başa çatdırılmışdır. Müayinənin nəticəsi olaraq tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nı təqdim edilmişdir. 2 nömrəli Psixiatriya Xəstəxanasının komissiyasının 2580 saylı xx.xx.2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan görünür ki, iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 697 saylı göndərişi ilə müayinə edilərək ona “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsindən tələb edilmiş mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlərə görə: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023cü il tarixli qərarından görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. - İddiaçıya aid xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 697 saylı göndərişdən görünür ki, iddiaçı tibbi şəhadətləndirmə ilə əlaqədar stasionar müayinə olunaraq akt tərtib edilməsi üçün 2 nömrəli Psixiatriya Xəstəxanasına göndərilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12271/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə həvalə edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İşin hallarına görə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən “Müayinə zamanı nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub. Z86.5.” diaqnoz təyin edilərək iddiaçı “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. İddiaçı hazırki iddia tələbində cavabdehin həmin qərarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkimmütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlibaş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.2. Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Göründüyü kimi sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar. Nəzərə alınmalıdır ki, həmin vətəndaşların hərbi xidmətə çağırışdan azad olması, onların təkrar şəhadətləndirilməsini tələb etmək hüququndan məhrum etmir. Belə ki, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblərini tənzimləyən normativ hüquqi aktın tələblərinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar şəhadətləndirilməsi mümkündür ki, bu zaman dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri müəyyən olunsun. Bütün bunlar nəzərə alınaraq, qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2- 1(112)12271/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.1980-cı il təvəllüdlü İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə həvalə edilmişdir. Qərarın icrası ilə baglı iddiaçı təkrar şəhadətləndirilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş “Müayinə zamanı nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub. Z86.5.” diaqnoz əsasında “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. Bununla razılaşmayan iddiaçı həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əlavə edilmiş “Xəstəliklər Cədvəli”nin 17ç maddəsinə görə: Bu maddə reaktiv psixozları, nevrotik, dissosiativ və somatoform pozuntuları, psixogen depressiya halları və reaksiyalarını, şəxsiyyətin nevrotik inkişafını, şəxsiyyətin xroniki postreaktiv dəyişikliklərini, həmçinin travmadan sonrakı stress pozuntularını nəzərdə tutur. «a» bəndinə uzunsürən gedişli reaktiv psixozlar (psixogen paranoid psixoz, düşüncənin dəyişikliyi ilə isterik psixoz, reaktiv depressiya və digər), həmçinin kəskin ifadə olunmuş müalicə olunmayan nevrotik, dissosiativ və somatoform pozuntular aiddir. «b» bəndinə qısamüddətli və xoşgedişli psixotik pozuntular, aparılmış patogenetik stasionar müalicəyə baxmayaraq, şəhadətləndirilənin hərbi xidməti vəzifələrinin yerinə yetirməsini çətinləşdirəcək dərəcədə davamlı saxlanan xəstəlik təzahürləri ilə mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aiddir. «c» bəndinə kompensasiya ilə başa çatan xoşgedişli, mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular aid edilir. «ç» bəndinə yaxşı müalicə olunan və sağalma ilə nəticələnən, əsasən emosionaliradi, vegetativ pozulmalarla səciyyələnən cüzi dərəcədə ifadə olunmuş nevrotik pozuntular aid edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 697 saylı göndərişdən görünür ki, iddiaçı tibbi şəhadətləndirmə ilə əlaqədar stasionar müayinə olunaraq akt tərtib edilməsi üçün 2 nömrəli Psixiatriya Xəstəxanasına göndərilmişdir. 2 nömrəli Psixiatriya Xəstəxanasının komissiyasının 2580 saylı xx.xx.2022ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən iddiaçı müayinə edilərək ona “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. İddiaçıya aid xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. Mütəxəssis rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qərar qəbul edilməsi çərçivəsində iddiaçının müayinədən keçirilərək tərtib edilmiş 2 nömrəli Psixiatriya Xəstəxanasının 2580 saylı xx.xx.2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nı mötəbər sübut kimi qəbul edərək, onun əsasında qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6507/2023 saylı, 20.aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6507/2023 saylı, 20.aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar