Məhkəmə qərarları › İş №2-1(103)-2460/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2460/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2460/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları 1.İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o aşağıda qeyd olunan müəssisələrdə işləmişdir;

2. Kolxozlararası Tikinti Mexanikləşdirmə İdarəsi - (iş stajı: 06 ay, 04 gün) xx.xx.1977-ci il tarixdə 3 №-li sahəyə 4-cü dərəcəli ekskavator sürücüsünün köməkçisi kimi işə daxil olmuşdur; xx.xx.1977-ci il tarixdə işdən azad edilmişdir.

3. “Azərbaycanneftyoltikintitəmir” trestinin Tikinti Mexanikləşdirmə İdarəsində (iş stajı:01 il, 06 ay, 06 gün) xx.xx.1977-ci il tarixdə Yol maşın təmiri üzrə 1-ci dərəcəli çilingər kimi işə qəbul edilmişdir; xx.xx.1978-ci il tarixdə 2-ci dərəcəli çilingər verilmişdir; xx.xx.1978-ci il tarixdə ekskovator üzrə 3-cü dərəcəli köməkçi kimi keçirilmişdir; xx.xx.1979-cu il tarixdə Sovet Ordusuna çağrıldığı üçün işdən azad edilmişdir.

4. “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində (iş stajı:03 ay, 09 gün) xx.xx.1981-ci il tarixdə quyuların yeraltı təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operatoru kimi qəbul edilmişdir; 5-ci dərəcəli qaldırıcı maşinist vəzifəsinə keçirilmişdir; xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir.

Orjonikidze daxili işlər şöbəsi yanında Mühafizə şöbəsində - (iş stajı: 04 ay, 21 gün) xx.xx.1982-ci il tarixdə mühafizə şöbəsinə gözətçi vəzifəsinə təyin edilmişdir; xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir.

5. “Xəzərdəniz - neftqaztikinti” trestinin tikinti mexanizasiya idarəsi - (iş stajı: 04 ay, 27 gün) xx.xx.1982-ci il tarixdə 5-ci dərəcəli buldozer maşinisti vəzifəsinə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir.

6. Azərbaycan Kooperativ Tikinti Trestində - (iş stajı: 02 ay, 16 gün) xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir.

7. 1 saylı Bakı Şərab zavodu - (iş stajı:02 ay, 08 gün) xx.xx.1983-cü il tarixdə ekspedisiya sexinə bələdçi kimi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir.

8. “Avtomobilyoltikinti” Trestinin 1 saylı yol təmir tikinti sahəsi - (iş stajı: yoxdur) xx.xx.1983-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi işə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə 5 saylı YTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir;

“Avtomobilyoltikinti” Trestinin 5 saylı yol təmir tikinti sahəsi - (iş stajı: 9 ay 16 gün) xx.xx.1983-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi işə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə 3 saylı YTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir;

“Avtomobilyoltikinti” Trestinin 3 saylı yol təmir tikinti sahəsi - (iş stajı: 02 il, 07 ay) xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1987-ci il tarixdə Şaumyan rayon YTTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir;

9. Şaumyan (sonrada Xətai) rayon yol təmir tikinti sahəsi - (iş stajı: 05 il, 06 ay, 01 gün) xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir.

10. Xətai rayon yol təmir tikinti sahəsi - (iş stajı: 03 ay, 13 gün) xx.xx.1992-ci il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1993 -cü il tarixdə işdən azad edilmişdir.

11. “Abadlıq” KM - (iş stajı: 08 ay, 26 gün) xx.xx.1993-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran vəzifəsinə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə işdən azad edilmişdir.

12. “Qızıl-Qaya” firması - (iş stajı: 10 ay, 16 gün) xx.xx.1993 –cü il tarixdə 4-cü dərəcəli asfaltvuran vəzifəsinə qəbul edilmişdir; xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir.

13. xx.xx.2008-ci il tarixdə doldurulmuş ******* №-li əmək kitabçasının surətində qeyd olunan məlumatlardan müəyyən olunur ki o;

14. “Taleh A.T” müəssisəsində - (iş stajı: 02 il, 29 gün + 06 il, 06 ay = 08 il, 06 ay, 29 gün)

15. xx.xx.2008-ci il tarixdə fəhlə (asfalt) vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2016-cı il tarixdə müəssisəyə fəhlə (asfalt) işə qəbul edilmişdir.

16. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2023-cü il tarixdə 3-43-76/366/23 №-li arayışında qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

17. “Azneft” İstehsalat Birliyinin (SOCAR) xx.xx.2022-ci il tarixli, SOCAR **********10210033b00317 №-li məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli SOCAR**********80020123X00201 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci i! tarixədək qaldırıcı- maşinist peşəsində işləmişdir. Sonuncunun “Orcenikidzeneft” NQÇİ-də xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (04 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 1100000а—-15876 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorları” peşəsi ilə, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (4 gün) işlədiyi qaldıncı-maşinist peşəsi həmin yarımbölmədə 2130200а—14012 kodu ilə qeyd edilmiş “qaldırıcıların maşinistləri” peşəsi ilə eynilik təşkil edir.

18. "xxxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 011 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinə kimi asfaltçəkən vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı – 02 il, 29 gün. Sonuncunun işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur.

19. "xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 009 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmişdir və iş zərərlidir.

"xxxx" Müəssisəsinin xx.xx.2023-cü il tarixli 012 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləyib və yenidən xx.xx.2016-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləyir. İş zərərlidir.

"xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmiş və yenidən xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləmişdir.

"xxxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixli, 07 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmiş və xx.xx.2010cu il tarixli 05 №-li əmrlə işdən azad edilmişdir. Sonuncu xx.xx.2016-cı il tarixli, 17 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmişdir. İddiaçı işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur.

20. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “İddiaçı dair müvafiq məlumatların təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-69152/2023 №-li Xidməti Məktubunda qeyd olunmuşdur ki, İddiaçı ümumi iş stajı 24 il 7 ay 11 gün (xx.xx.1977xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət), xx.xx.1981-xx.xx.1981- ci il, xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 08 il 07 ay 8 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

21. Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-307359/2023 №-li məktubunda İddiaçı ümumi iş stajı 25 il 3 ay 11 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 3 ay 11 gün (xx.xx.1977xx.xx.0977-ci il, xx.xx.1977-xx.xx.1979-cu illər, xx.xx.1979-xx.xx.1981ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il), güzəştli iş stajı isə 9 il 05 ay 06 gün (xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2010-cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2016-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.

22. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17- 1/2-İ-87622/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1–dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti rərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti səxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir.

23. Eyni zamanda Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23753,71 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks oiunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

İİ. Tərəflərin əsaslandırması

24. İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. 1977-ci ildə əmək fəaliyyətinə başlamış və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-1/2-İ87622/2023 saylı xx.xx.2023-cü il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və iş stajına malikdir. Hesab edir ki, güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alımaqla ona güşəştli şətrlərlə yaşa görə (60 yaşdan) əmək pensiyası təyin edilməlidir.

25. Cavabdehin etirazı: Cavabdeh tərəfindən imtinaya uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq İcra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdən göründüyü kimi İddiaçı ümumi iş stajı 25 ildən (20 il 02 ay 26 gün), güzəştli iş stajı isə 12 il 06 aydan az (04 il 04 ay 25 gün) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı oian pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23753,71 manat təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı qanunla tələb edilən 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməsi qərara alınmışdır.

27. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırmışdır.

29. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

30. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

31. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

32. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

34. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

35. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər.

13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququvardır.

13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada:

9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri.

21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:

21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530 VİQD №li Qanunu:

Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

Fəzil 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. a) fəhlələr: asfalt və beton döşəyənlər.

36. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

Qanunvericiliyin (“Əmək Pensiyaları haqqında” Qanun) yuxarıda qeyd olunan tələblərinə görə (13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiyada) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.

37. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir.

38. Lakin hazırki işdən göründüyü kimi, iddiaçının ümumi və güzəştli stajı onun 60 yaşının tamam olduğu tarixə tamamlanır. Odur ki, iddiaçı haqlı olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xx.xx.2022-ci il tarixdən tələb etmişdir.

39. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 il ümumi, 12 il 6 ay güzəştli stajının xx.xx.2022-ci il tarixədək, yəni qanunvericiliyə edilmiş dəyişiklikdən sonra tamamlandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, ona pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiyasının müddəaları tətbiq oluna bilər.

40. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun ümumi iş satajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir.

41. İddiaçının xx.xx.2022-ci il tarixədək 25 il ümumi iş stajının olması onun əmək kitabçası, hərbi bileti və məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-307359/2023 №-li məktubu ilə təsdiq olunur.

42. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir.

43. İddiaçının işlədiyi peşələr işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla təsdiq olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur.

44. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

45. Qeyd edilmiş hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur.

46. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı pensiya təyinatı ilə bağlı inzibati icraat materiallarından görünür ki, iddiaçı 09 aprel 2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş və bu zaman pensiyanın təyin olunması üçün yaş həddini qeyd etməmişdir.

47. İPM-nin: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

49. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir.

50. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

51. Belə ki, apellyasiya şikayətində ümumi qaydada hüquq normaları sadalanmış, həmin normaların işin hansı mübahisəli faktiki hallarına tətbiq edilməli olması, bununla da birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmamanın hüquqi və faktiki əsaslarının nədən ibarət olması barədə hər hansı dəlilə istinad olunmamışdır.

52. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

53. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətində qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar