Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2462/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “cavabdehin 23.08.2019-cu il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, informasiya sorğusu əsasında tələb olunan məlumatın ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “cavabdehin 23.08.2019-cu il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, informasiya sorğusu əsasında tələb olunan məlumatın ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadıqəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 23.08.2019-cu il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, informasiya sorğusu əsasında tələb olunan cavabdeh orqanın istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qəbul etdiyi qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qərardadında qeyd edilmiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamənin surət olması, onun əsli olsa belə həmin zərfdə məhz cavablandırılması tələb edilən informasiya sorğusunun göndərilməsinin sübut edilməməsi barədə gəldiyi nəticəsi qanuni və əsaslı deyil. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı tələbi “cavabdehin 23.08.2019-cu il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, informasiya sorğusu əsasında tələb olunan cavabdeh orqanın istifadəsiz saxlanılan dövlət qeydiyyat nişanlarının siyahısının kağız üzərində və ya elektron daşıyıcıda ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən cavabdeh orqana müvafiq informasiya sorğusunun göndərilməsinə dair sübut olaraq poçt xəbərnaməsinin surətinin əlavə edilməsinə, lakin həmin xəbərnamənin surətinin sübut kimi qəbul edilməsinin məqsədəmüvafiq olmamasına, eyni zamanda xəbərnamənin əsli əlavə edildiyi təqdirdə belə həmin zərflə məhz cavablandırılması tələb olunan informasiya sorğusunun göndərilməsinin sübut olunmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunanlarla bağlı iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı 23.08.2019-cu il tarixdə informasiya sorğusu ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə müraciət etmişdir. Təqdim edilən SS607836443AZ seriyalı poçt xəbərnaməsinin surətindən görünür ki, informasiya sorğusu 29.08.2019-cu il tarixdə şəxsən qrafasına imza edilməklə cavabdeh orqan tərəfindən qəbul edilmişdir. Lakin həmin müraciətə cavabdeh orqanın hər hansı cavab verməsi halı iş üzrə müəyyən olunmur. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8).Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1).Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4).Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5).Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1).Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir(20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə mütləq cavab verməlidir. Hazırki işdə iddiaçı sözügedən informasiya sorğusunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq ona cavab verilmədiyinə və hərəkətsizlik göstərildiyi üçün bunun əsassız olduğuna istinad etsə də, işə baxan məhkəmə iddiaçının təqdim etdiyi müraciətin çatdırılmasını təsdiq edən sübut kimi təqdim olunan xəbərnamənin surətini mötəbər sübut kimi qiymətləndirməmiş və hesab etmişdir ki, həmin xəbərnamənin məhz bu müraciətlə bağlı göndərilmiş məktuba aid olduğu sübuta yetirilmir. Bu barədə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən müraciətinin cavabdeh orqana çatdırılmasını təsdiq edən xəbərnamə surəti təqdim oluduğu halda həmin sənəd araşdırılmalı, onun əsli tələb olunub, onun bu müraciətə aid olub-olmadığı aydınlaşdırılmalı, ümumiyyətlə müraciətin cavabdeh inzibati orqan tərəfindən qəbul edilib-edilmədiyi, qəbul edildiyi təqdirdə hansı səbəbdən cavabdeh tərəfindən informasiya sorğusunun cavablandırılmadığı, bu hərəkətsizliyin iddiaçının hüququna toxunduğu yoxlanılmalı idi. Belə araşdırma aparılmadan birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq Kollegiya hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbini mümkünsüz sayarkən zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının 24.08.2019-cu il tarixdə cavabdeh orqana göndərdiyi informasiya sorğusunun həmin orqan tərəfindən alınıb-alınmaması, alındığı təqdirdə cavabdeh orqan tərəfindən hansı səbəbdən ona cavabın verilmədiyi, hərəkətsizliyin edilməsinin səbəbi və bu hərəkətsizliyin iddiaçının hüququna toxunub-toxunmadığı yoxlanılmalıdır. Yalnız belə araşdırma aparıldıqdan sonra iddiaçının tələb etdiyi informasiya sorğusu ilə bağlı müvafiq məlumatın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasının mümkünlük məsələsinə qiymət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Bununla bağlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 29.07.2021-ci il tarixli qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2462/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2462/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver