Məhkəmə qərarları › İş №2-1(103)-2463/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2463/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2463/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1966-cı il tarixdə Salyan ray., Xıdırlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1166/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24 iyun 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1166/2021 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı 23.08.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1166/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim iş üzrə tam və hərtərəfli araşdırma aparmayaraq ziyanına qərar çıxarılmasına nail olmuşdur. İşin apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 23 avqust 2021-ci il tarixində verildiyindən prosessual müddətin ötürülməsi ilə bağlı iddiaçının münasibət bildirməsi məqsədilə apellyasiya şikayətinin mümkünlük məsələsinə (prosessual müddətin ötürülməsi ilə bağlı) baxılması ilə əlaqədar mümkünlük iclasına təyin edilmiş və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İş materiallarının 86-cı səhifəsində olan SS731311072AZ ştrix kodlu xəbərnamədə zərfin alınması tarixi və iddiaçının imzası olmadığından məhkəmə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməmiş hesab edilməklə apellyasiya şikayəti mümkün sayılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında göstərilmişdir ki, “İşin məhkəmə iclası 04.08.2020-ci il, 17.09.2020-ci il, 10.11.2020, 16.12.2020, 11.02.2021, 07.04.2021 və 02.06.2021-ci il tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanına «Poçt haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sifarişli poçt göndərişi vasitəsilə məhkəmə bildirişləri göndərilsə də iddiaçı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi barədə mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyasi qeyd edir ki, işin birinci instansiya icraatı zamanı 04.08.2020-ci il, 10.11.2020, 16.12.2020, 11.02.2021, 07.04.2021 və 02.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri iş materiallarında mövcud olsa da, həmin bildirişlərin iddiaçı tərəfindən alınmasını sübut edən hər hansı xəbərnamə və ya sənəd iş materiallarında mövcud deyil. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələbləri barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmamasına baxmayaraq, məhkəmə iddia ərizəsini geri götürülmüş hesab edərək, iş üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən 17.09.2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası ilə bağlı isə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)- 1166/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-1166/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar