Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2464/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsini cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 ha torpaq sahəsinə mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsini və mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bununla bağlı “Az İnşaat’" MMCyə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan-ölçü verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin şimal və qərb hissələrində yerləşən 2.7508 orpaq sahəsi **********29 reyestr nömrəsi ilə Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, həmin torpaq sahəsinin hazırda 2.2508 ha hissəsi İddiaçı MMC-nin, 0.5 ha hissəsi isə X8 daimi istifadəsindədir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində 1.1906 ha torpaq sahəsi olmasına baxmayaraq, plan-ölçünün tərtib edilməsi ilə bağlı İdarəyə müraciət edən zaman mülkiyyətində, daimi istifadəsində və digər ərazilər olmaqla ümumilikdə 4.0325 ha ərazini göstərmişdir. Əlavə torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdəndə təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 ha torpaq sahəsinə mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsini və mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, daha sonra tələbini dəqiqləşdirərək Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan sənədlər : Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışına əsasən İddiaçı xx.xx.2007-ci ildə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. AN-İ saylı ******* nömrəli xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial surətinə əsasən, “Akson” şirkəti adından satıcı qismində X10 və X1 rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanda yerləşən 4.2 hektar torpaq sahəsindən 1.2 hektar torpaq sahəsini alıcı qismində isə X4 mülkiyyətinə 49.200 (qırx doqquz min iki yüz) AZN-ə vermişdir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanda yerləşən 4.2 ha torpaq sahəsinin eskizinə əsasən, X5 1.2 ha, X10 və X2 isə 3.0 ha torpaq sahəsi ayrılmışdır xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki torpaq sahəsində icazəsiz qeyri-yaşayış tikili və qurğuları mövcuddur və inşa edilmiş qeyri-yaşayış tikililərinin sənədləşməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər olduğu halda müraciət etmələri məqsədə uyğundur. Ərazidən 150 KV YGE xətti keçir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətn reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı direktoru V.Muradovun 18 iyun 2021-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri yaşayış sahələrini nəzərə alınmaqla müvcud mərclənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsini cavabdehdən xahiş etmişdir. İş materiallarına İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubun, xx.xx.2021-ci il tarixli 10/H nömrəli İddiaçınə Mütəxəssisin ayrılması barədə cavabdehin ünvanladığı məktubun, İddiaçı Nizamnaməsinin, Azərbaycan Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 10/H nömrəli İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanladığı məktubun surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək (3.0.23) Xidmətin vəzifəsidir. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, İddiaçı MMC-nin xüsusi mülkiyyətində 1.1906 ha torpaq sahəsi olmasına baxmayaraq, plan-ölçünün tərtib edilməsi ilə bağlı İdarəyə müraciət edən zaman iddiaçı tərəfindən mülkiyyətində, daimi istifadəsində və digər ərazilər olmaqla ümumilikdə 4.0325 ha ərazini göstərmiş, əlavə torpaq sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Apelyasiya şikayətinin həmin dəlili iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 iyun 2021-ci il, həm də 18 iyul 2021-ci il tarixli məktublarla təkzib olunur. Belə ki, iddiaçı tərəfindən cavabdeh orqana edilmiş yuxarıda qeyd edilən müraciətlərinin məzmunundan aydın olur ki, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələri nəzərə alınmaqla mövcud mərclənmə nişanlarına uyğun (kordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Göründüyü kimi cavabdehin apelyasiya şikayətində göstərilənlərin əksinə olaraq iddiaçı tərəfindən cavabdehə 4,0325 ha torpaq sahəsi ilə bağlı deyil, iddia ərizəsində də qeyd etdiyi 1,1906 (təqribi 1,2 ha) torpaq sahəsi ilə bağlı müraciət olunmuşdur. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı həm əvvəlki mülkiyyətçi “Akson” şirkətinin, həm də hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, cavabdehin iddiaçıya aid torpaq sahəsi ilə bağlı plan–ölçünün verilməsindən imtinasının, qeyd edilən ərazidən 150 KV gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı əsaslandırması anlaşılan deyildir. İddia ərizəsindən və məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, iddiaçıya aid 1,1906 ha torpaq sahəsinə yeni planölçünün verilməsinə dair iddianın qaldırılmasını zəruri edən şərt, həmin sahədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı olmuşdur. Qeyd edilənələrə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1,1906 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsindən imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.–ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6. –ci maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1419/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2464/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2464/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver