Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2464/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1290/2024 saylı 19 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 27 iyul 1975-ci il tarixdə əmək fəalliyətinə başlamış, hal-hazıradək işləyir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən 3 fevral 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan DSMF-nin Yasamal rayon şöbəsinin 183 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********1 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə (6 il və daha çox işlədiyi üçün yenidən hesablama) əsasən yenidən hesablanmış və 1575,61 manat pensiya məbləği müəyyən edilmişdir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7674/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1985,22 manat pensiya məbləği müəyyən edilmişdir. İddiaçı onun pensiyasının düzgün hesablanmadığını hesab edərək “xx.xx.2009xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi” ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibat orqan iddiaçıya 26 noyabr 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki,. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında’’ Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının 30 mart 2021-ci il tarixli ərizənizə əsasən aparılmış araşdırmalar zamanı Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində işdən çıxmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 45874,40 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 il 6 ay - 58 il 8 ay = 58 ay +144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) əmək pensiyanızın (761,29 manat) üzərinə əlavə edilərək (761,29+352,88=1114,17 manat (indeksləşdirilərək hazırda 1575,61 manat)) sizə ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 45111,60 manat sığorta kapitalı 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə (761,29+626,55=1387,84 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 1962,77 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2017-xx.xx.2021ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının pensiyasının növbəti dəfə yenidən hesablanması məsələsinə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədiyinə yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxılacağı, əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasından 6 il müddətin başa çatmadığı, əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixindən etibarən 1575,61 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürüldüyü bildirilmişdir. Bundan sonra cavabdeh qurum iddiaçıya verdiyi 05 avqust 2022-ci il tarixli və 26 aprel 2023-cü il tarixli cavab məktubları ilə iddiaçının tələbinin təmin olunmasının mümkünsüz olduğunu bildirmişdir. Bundan narazı qalan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-H-149337/2023 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə xx.xx.2009-cu il və xx.xx.2015-ci illər, xx.xx.2015-ci il və xx.xx.2021-ci illərin ayrı-ayrılıqda 6 illərin hesabında toplanmış sosial sığorta kapitalının 72 aya bölünməklə pensiyasına əlavə olunmaqla indeksləşdirilərək əmək pensiyasının yenidən hesablanması, cavabdeh tərəfdən xx.xx.2017-ci il tarixindən işdən çıxma haqqında verdiyi yalan məlumat və ya saxta sənədin ləğv edilməsi, cavabdeh tərəfin xx.xx.2009-cu il - xx.xx.2023-cü il tarixinə kimi əskik (43966,97 manat) ödəmiş məbləği ödəməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən “Azneft” istehsalat birliyi “Neft Daşları” Neft və Qazçıxarma idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində 39 ildir ki, ağır və zərərli işlərdə işləyir və işləməyə davam edir. xx.xx.2009-cu ildən ağır və zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən imzaladığı sərəncamında bildirilmişdir ki, pensiyaya çıxmış pensiyaçı təqaüd təyin olunduğu gündən sonra işləməyə davam edərsə işlədiyi hər 6 ildən bir 6 il ərzində hesabında toplanmış sosial sığorta kapitalı 72 aya (6x12) bölünməli və alınan məbləğ pensiyasına əlavə olunmalı və indeksləşdirilərək əmək pensiyası yenidən hesablanmalıdır. Bu sərəncamdan sonra xx.xx.2009-cu il və xx.xx.2015-ci illər arası 6 illərin hesabında toplanmış 45111,60 manat sosial sığorta kapitalını 72 aya bölünərək (4511,60 : 72 = 626,55 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55 + 761,29 = 1387,84 manat) indeksləşdirilməklə xx.xx.2021-ci il tarixinədək 1962,77 manat əmək pensiyası almışır. İkinci 6 il xx.xx.2015-ci il və xx.xx.2021-ci il tarixində tamam olmaqla əlaqədar xx.xx.2021ci il tarixində ərizə və əmək kitabçasının təsdiq olunmuş surətini mərkəzi filiala təqdim etmiş, ikinci 6 il ərzində hesabında toplanmış 83933,89 manat sosial sığorta kapitalının 90 faizi nəzərə alınmaqla (83933 x 90 = 75540,50 manat) 75540,50 manatı 72 aya bölünməsi alınan məbləğin (7550,50:72-1049,17 manat) pensiyasına əlavə olunması və indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin düzgün hesablama aparılmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixində **********3 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci ildən işdən çıxmışdır, halbuki, o fasiləsiz 39 ildir ki, işləyir və işləməyə davam edir. Belə ki, idiaçının 6 il ərzində toplanılmış sosial sığorta kapitalı 45111,60 manat deyil, 45874,40 manatdı. Ona səhvən 45111,60 manat deyil 45874,40 manatı 72 aya bölünmüşdür. 45874,40 manatı 130-a bölünməlidir (6 il 130 ay etmir 72 ay edir, bu da 72 aya bölünməlidir). Bunlar 45874,40 manatı 130 aya bölərək 45874,70 : 130 = 352,88 manatı 761,29 + 352,88 = 1114,17 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 1575,61 manata 387,16 manat azaldaraq və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul ödədiklərini bildirmişdir. İddiaçı onu indeksasiya faizləri ilə hesablayaraq 761,29 + 626,55 = 1387,84 manat xx.xx.2009-cu il tarixdən indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 1962,77 manat etmir, xx.xx.2009-cu ildən xx.xx.2021-ci il tarixə kimi iddiaçının əmək pensiyası 2785,15 manat olmalı idi. Cavabdehin dediyi xx.xx.2017-ci il - xx.xx.2021ci illər arasındakı dövr ərzində iddiaçıya 30480,90 manat əskik ödəniş ediblər. ...Cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli ikinci məktubu ilə bildirmişdir ki, onun pensiyası yenidən hesablanaraq məlum etmişdir ki, əmək pensiyası yenə düzgün hesablanmayıb. Belə ki, xx.xx.2009-cu ildən idiaçının əmək pensiyası 761,29 manat deyil, 819,39 manat məbləğində əmək pensiyası ödəməli olduğu halda ona səhvən 761,29 manat əskik əmək pensiyası ödəmişlər. Bu da (819,39 - 761,29 = 58,10 manat) iddiaçıya xx.xx.2009-cu il tarixdən hər ay 58,10 maanat əskik ödəmişlər. Belə ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixinə kimi 58,10 manatı indeksasiya faizləri ilə indeksləşdirəndə 13486,07 manat əskik, ümumiyyətlə 13486,07 + 30480,90 = 43966,97 manat əskik əmək pensiyası ödəmişlər və mənə külli maqdarda maddi ziyan vurublar. Həmin məktubda göstərir ki, xx.xx.2009-cu il və xx.xx.2015-ci illərin 6 ilin hesabında 45874,40 manat toplanmış sosial sığoıta kapitalı 130- a bölərək 45874,40 : 130 =352 manatı qanuni əmək pensiyasının 819,39 manatın üzərinə əlavə edilərək 352,88 + 819,39 = 1172,27 manatı indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinə 1657,77 manat olduğunu yazmışdır. Ancaq təəssüf ki, 352,88 + 819,39 = 1172,27 manatı xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək pensiyası 2352,54 manat olmalıdır. xx.xx.2023-cü il tarixinə kimi əmək pensiyası 2809,22 manat olmalıdır. Məhkəmədən xahişi ondan ibarətdir ki, ölkə başçısı tərəfindən xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə bağlı imzalanmış sərəncama əsasən onun əmək pensiyası düzgün hesablansın və düzgün indeksasiya faizləri ilə indeksləşdirilsin. Yəni xx.xx.2009-cu il və xx.xx.2015-ci illərin 6 ilin hesabında 45874,40 manat toplanmış sosial sığorta kapitalı 72 aya bölünsün: 45874,40:72=637,14 manat. 637,14+819,39=1546,53 manat indeksləşdirlməklə, xx.xx.2015-ci ilə kimi 1769,95 manat, xx.xx.2005-ci il və xx.xx.2021-ci illərin 6 il hesabında toplanmış 83933,89 manat sosial sığorta kapitalı 90 faizi nəzərə alınmaqla 75540,50 manatı 72 aya bölünməklə 75540,40:72-yə=1049,17 manat, 1049,17+1769,95=2819,12 manatı indeksləşdirərək xx.xx.2015-ci ildən xx.xx.2023-cü ilə kimi əmək pensiyası 5534,40 manat olmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Bildirilir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Baba Murad oğluna məxsus olan sənədlərə əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 30 il, güzəştli iş stajı isə 20 il təşkil edir. İddiaçı təyin edilmiş əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 10 ilə görə 20% (10*2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 10% (10*1%) olmaqla orta aylıq əmək haqqının 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2006cı il tarixə orta aylıq əmək haqqına uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006- xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, İddiaçı səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 761,29 manat)) əmək pensiyası müəyyən edilməklə əskik pensiya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Həyata keçirilmiş araşdırma zamanı, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1657,77 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021ci il tarixədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 1730,80 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 1985,22 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1290/2024 saylı 19 fevral 2024-cü il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi 10 ay ərzində müxtəlif vaxtlarda məhkəmə iclaslarında olub və onlarda da iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə 09:30-da məhkəmə iclasında hakim tərəfindən hazır yazılmış (kompüterdə) ərizə ona verilərək imzalaması təklif edilmiş və iddia tələbini dəqiqləşdirmişdir. İndi həmin dəqiqləşdirmə ərizəsinin ləğv olunmasını, xx.xx.2009-xx.xx.2015-ci illər və xx.xx.2015 -xx.xx.2021-ci illərin ayrı-ayrılıqda hər 6 il üzrə toplanmış sığorta kapitalının 72 aya bölməklə pensiyasına yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməyən pensiya məbləğinin hesablanıb ödənməsi (cavabdehin üzərinə qoyulması) barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri Nümayəndə və X7 (mütəxəssis) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və bu iddia növünün mümkünlük şərtlərindən biri də məhkəməyəqədər inzibati orqana müraciət edilməsi olduğundan, iddiaçı da belə müraciəti etdiyindən iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin “xx.xx.2009-xx.xx.2015-ci illər və xx.xx.2015 -xx.xx.2021-ci illərin ayrı-ayrılıqda hər 6 il üzrə toplanmış sığorta kapitalının 72 aya bölməklə pensiyasına yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməyən pensiya məbləğinin hesablanıb ödənməsi (cavabdehin üzərinə qoyulması) barədə qərar qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu tələbin iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizəsindəki tələblə eynilik təşkil etdiyini nəzərə alaraq ona ayrıca “dəqiqləşmə” ərizəsi kimi münasibət bildirməyə lüzum görməmişdir. İşin faktiki hallarına görə, iddiaçı ИТ-İ № ******* saylı əmək kitabçasından da göründüyü kimi, 27 iyul 1975-ci il tarixdə əmək fəalliyətinə başlamış, hal-hazıradək işləyir. İddiaçıya DSMF-in Xəzər rayon şöbəsinin 341 nömrəli qərarı ilə 03 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan DSMF-in Yasamal rayon şöbəsinin 183 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********1 saylı qərarı ilə İddiaçı xx.xx.2009cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə (6 il və daha çox işlədiyi üçün yenidən hesablama) əsasən yenidən hesablanmış və 1575,61 manat pensiya məbləği müəyyən edilmişdir. Bundan sonra DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7674/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1985,22 manat pensiya məbləği müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı onun pensiyasının yenidən hesablanması qaydası ilə razılaşmır və hesab edir ki, onun xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyası yenidən hesablanmalı və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləği hesablanıb ona ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı). Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). ƏPQ-nun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasın əsasən yaşa görə əmək pensiyasının yalnız baza hissəsi ödənilir, sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Həmin şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyalarının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılır. xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilən normalara əsasən iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonrakı müraciəti əsasında yenidən hesablandığından “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində göstərilən şərtlərlə, ancaq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma olan həmin Qanunun 45ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dispozisiya şərtlərinə uyğun qaydada həyata keçirilə bilərdi. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, iddiaçıya səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 761,29 manat)) əmək pensiyası müəyyən edilməklə pensiya ödənilmişdir. Sonradan iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1657,77 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 1730,80 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 1985,22 manat təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırda da işləməkdə davam edən əmək pensiyaçısıdır və 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “xx.xx.2009xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalının hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə əsaslandırmaya zərurət yoxdur. Həmin dəlillər maddi və prosessual baxımdan düzgün olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1290/2024 saylı 19 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1290/2024 saylı 19 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2464/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2464/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver