Məhkəmə qərarları › İş №2-1(103)-2464/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2464/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2464/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovun və X2 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi və Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7683/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı vergi orqanlarında ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti “Mağaza, Çadır və Bazarlardan Kənar Səyyar Mal Satışı” olan, fəaliyyət ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ ŞTQ, Xanlar (Zığ qəs.) ev.125 olan fiziki şəxsdir.

2. Cavabdehin xx.xx.2025-ci il tarixli **********8856 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə iddiaçıya 18666.12 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş 24 yanvar 2025-ci il tarixdə **********8856 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 may 2019-cu il tarixdən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alınmış və əsas fəaliyyəti uçot-baza məlumatlarında 4799001-MAĞAZA, ÇADİR VƏ BAZARLARDAN KƏNAR SƏYYAR MAL SATİŞİ kimi qeyd edilmişdir. Əsas fəaliyyətindən də ərzaq məhsulların satışı və istehsalı ilə məşğul olan müəssisələrdən alaraq pərakəndə qaydada vətəndaşlara satmaqdan ibarət olmuşdur. Lakin vergi qanunvericiliyinin tələblərinə əməl etmək məqsədi ilə pərakəndə satışla məşğul olmaq üçün müəyyən təsərrüfat subyektləri icarəyə götürmək və vergi orqanlarında qeydiyyata qoymaq, daha sonra isə nəzarət-kassa aparatı uçota qoymaq məqsədi ilə axtarsa da, müəyyən səbəblərdən həmin (istəklərimə uyğun) obyektin tapılması mümkün olmamışdır. O da əldə etdiyi malları təsərrüfat subyekti olmadan və nəzarət-kassa aparatı vergi orqanında uçota qoymadan pərakəndə qaydada satmışdır. O, 20 noyabr 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən dəvət olunmuş və ona barəsində X4n keçirilməsi haqqında qərar təqdim edilmişdir. Ona izah edilmişdir ki, onun barəsində yoxlama başlanılmışdır. Ona müəyyən sənədlər tanış olması üçün təqdim edildi. Həmin 5 dekabr 2024-cü il tarixdə ondan izahat alındı. İzahatda həmin anda heç bir təsərrüfat subyektinin olmadığı, mal qalığının olmadığı, bütün malları pərakəndə satdığını, malların üzərinə 8-10% ticarət əlavəsinin gəldiyini, bütün malları “X6” MMC-dən aldığını, satış zamanı heç bir e-qaimə və kassa çeki təqdim etmədiyini bildirdi. Beləliklə, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9316 saylı qərarı onun barəsində “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdan-satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi” üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli DVX seriyalı 104689 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X4nin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda ona məxsus olan ümumilikdə cəmi satış dəyəri ilə 186 661,20 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 18666,12 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən pərakəndə satış qaydasında təqdim etdiyi mallar topdansatış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 24 yanvar 2025-ci il tarixdə **********8856 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla ona Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 18 666,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

5. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9316 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2024-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN:**********) qeydiyyatda olduğu ünvan 2 ünvanda keçirilmiş X4 tədbiri zamanı malların elektron qaimə-faktura təqdim etmədən 186 661,20 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-ci il tarixli DVX seriyalı 104689 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X4nin həyata keçirilməsi haqqında” aktın tərtib edildiyi və vergi ödəyicisinin OVN tədbirində iştirak etməməsi səbəbindən tərəfindən imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2025-ci il tarixli **********8856 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 18666,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2025-ci il tarixli **********590500 nömrəli məktubun vergi ödəyicisinin elektron qutusuna xx.xx.2025-ci il tarixdə göndərildiyi və tərəfindən xx.xx.2025-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Vergi orqanın X4nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin təhlili zamanı xx.xx.2019-cu il tarixdə vergi orqanında uçota alındığı, xx.xx.2024-cü il tarixdə fəaliyyətinin dayandırılması barədə, xx.xx.2024-cü il tarixdə fəaliyyətinin bərpası barədə, xx.xx.2024-cü il tarixdə fəaliyyətinin yenidən dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət etdiyi müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 186 661,20 manat dəyərində malların təqdim edildiyi 2024-cü il ərzində hər hansı işçi ilə əmək müqaviləsinin bağlanmadığı, satışın həyata keçirilməsi üçün vergi orqanında təsərrüfat subyekti (obyektinin) qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində digər əsaslandırması ondan ibarətdir ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. q vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli **********8856 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar da əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi, qərarın qəbul olunma əsası kimi Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü, 71-1-ci maddələrinin tələblərinin pozulduğu, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 18666,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi halı əsaslandırılmışdır. Göründüyü kimi Vergi Məcəlləsinin 49.2-ci maddəsinə qeyd olunan tələblərin hər biri xx.xx.2025-ci il tarixli **********8856 nömrəli qərarda öz əksini tapmışdır. Vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin qərarda qeyd olunmama səbəbi isə vergi ödəyicisinin ümumiyyətlə OVN tədbirində iştirak etməmiş olması ilə bağlıdır. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi dəlil tamamilə əsassızdır. Vergi orqanı tərəfindən keçirilmiş OVN tədbiri nəticəsində tətbiq olunmuş maliyyə sanksiyasının səbəbi vergi ödəyicisinin sadəcə 2024-ci il üzrə əməliyyatları əsas götürülmüşdür. Belə ki, vergi ödəyicisinin uçot-baza məlumatlarının təhlili zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2024-cü il ərzində “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) ümumilikdə 169 692,48 manat dəyərində elektron qaimə-faktura əsasında mallar alınmışdır. Həmin malların vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim verilmədən təqdim edilməsinə görə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 50.4-1-ci maddə əlavə edilmişdir: “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X4 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.” Qeyd olunan maddə isə 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən OVN tədbiri keçirilən zaman vergi ödəyicisinin yalnız 2024-cü il həyata keçirdiyi əməliyyatları əsas götürülmüşdür ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2024-ci il üzrə əməliyyatların yoxlanılması vergi orqanının hüququ olmuşdur. Vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi 2023-cü il üzrə əməliyyatların yoxlanılması isə iddiaçının məhkəməyə təqdim etdiyi sadəcə yanlış informasiyadan ibarətdir və həqiqəti əks etdirmir. (2024-cü il üzrə vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat etiraza əlavə edilir.) İddiaçı eyni zamanda iddia ərizəsində qeyd etmişdir ki, 13 may 2019-cu il tarixindən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alındığım vaxtdan bu günədək əsas fəaliyyətim uçot-baza məlumatlarında ******* - mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı kimi qeyd edilmişdir. Müəyyən səbəblərdən mən təsərrüfat subyekti qeydiyyata alaraq nəzarət-kassa aparatı qoya bilməmişəm və bu səbəbdən də həmin pərakəndə satış qaydasında satdığım mallara görə nəzarət-kassa aparatına məbləğləri daxil edə bilməmişəm. Lakin bu hal onu deməyə əsas vermir ki, mən həmin malları topdan satış qaydasında satmışam. Bu yalnız cavabdeh vergi orqanın ehtimallar əsasında mülahizəsidir və buna dair hər hansı sübutlar vergi orqanında mövcud deyildir. Malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin təəssüflər olsun ki, operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən mənim 2023-2024-cü illər dövrü ərzində olan satış dövriyyəmin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satdığım malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir”. İddia ərizəsində qeyd olunanların əksinə bildiririk ki, vergi ödəyicisi xx.xx.2019-cu il tarixdə vergi orqanında uçota alınan zaman “mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı” fəaliyyət növünə uyğun uçota alınsa da, xx.xx.2024-cü il tarixdə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********761800 nömrəli) vergi orqanına ərizə ilə müraciət etmiş və müraciətində “Hüquqi səxslərə xidmət göstərməyim səbəbindən xx.xx.2024-cü il tarixindən sadələşdirilmiş vergi mükəlləfiyyətinin passivləşdirilməsini və Gəlir Vergisi mükəlləfiyyətinin aktivləşdirilməsini xahiş etmişmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinin müraciəti təmin edilərək mükəlləfiyyətində dəyişiklik edilmiş, sadələşdirilmiş vergi passivləşdirilərək, gəlir vergisi mükəlləfiyyəti aktivləşdirilmişdir. Eyni zamanda vergi ödəyicisi 2024-cü il üzrə dövriyyəsini də gəlir vergisi bəyannaməsində əks etdirmişdir. Göründüyü kimi vergi ödəyicisi iddia ərizəsində pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu iddia etsə də, onun tərəfindən vergi orqanında təsərrüfat subyektinin (obyektin) və nəzarət-kassa aparatının uçota alınmaması, eyni zamanda vergi orqanına ünvanlanmış ərizədə topdansatış fəaliyyəti ilə məşğul olması halının etiraf olunması onun pərakəndə deyil, topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Vergi ödəyicisinin 186661,20 manat dəyərində malları heç bir işçi qüvvəsi olmadan, vergi orqanında uçotda olan hər hansı obyekti, olmadan pərakəndə qaydada satması qeyri- mümkündür. 6.Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7683/2025 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin 24 yanvar 2025-ci il tarixli, **********8856 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, pərakəndə satış üçün daha çox işçi qüvvəsinə ehtiyac vardır. Belə ki, pərakəndə satış fəaliyyəti son istehlakçıya yönəldiyi üçün geniş çeşidli xidmət sahələrini əhatə edir. Bu fəaliyyət növü müştəri qarşılanması və məsləhət xidməti, malın vitrində yerləşdirilməsi və yenilənməsi, kassada əməliyyatların aparılması, malın daşınması, qablaşdırılması və saxlanması, gündəlik təmizlik və gigiyena standartlarının qorunması kimi funksiyaların yerinə yetirilməsini tələb edir. Hansı ki, bu funksiyaların hər biri üçün ayrıca işçi tələb olunur, bu da əmək müqaviləsi əsasında daha çox işçi qüvvəsinin cəlb edilməsinə səbəb olur. Lakin topdan satış fəaliyyəti, hüquqi şəxslər və ya sahibkarlar arasında aparıldığı üçün əməliyyatlar elektron vasitələrlə və ya birbaşa müqavilə əsasında həyata keçirilir, bu da daha az işçi tələb edir və ya fərdi sahibkarın sırf özü tərəfindən də həyata keçirilə bilər. Odur ki, iddiaçının186 661,20 manat dəyərində malları heç bir işçi qüvvəsi olmadan, vergi orqanında uçotda olan hər hansı obyekti olmadan pərakəndə qaydada satması qeyri-mümkündür. Həmçinin, pərakəndə ticarətlə məşğul olmaq üçün vergi ödəyicisinin özünə məxsus və ya icarə əsasında götürdüyü obyekti olmalı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti göstərildiyi halda müvafiq təsdiqedici sənədlər (icarə müqaviləsi, sürücülük vəsiqəsi, etibarnamə, malların saxlanc müqaviləsi, texniki pasport və s.) olmalı və Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən qəbz təqdimedilməlidir.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, qanunverici X4nin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə X4nin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli **********9316 nömrəli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. X4n həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi X4n tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Digər tərəfdən, topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs vergi ödəyicisindən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Beləliklə, vergi orqanı iddiaçının pərakəndə qaydada satdığı malları güya topdan satış qaydasında satdığını sübut edə bilməsə də, ehtimallara əsaslanaraq belə qənaətə gəlmişdir ki, həmin satılmış mallar topdan satış kimi satılmışdır. Lakin təəssüflər olsun ki, vergi orqanı operativ vergi nəzarət zamanı bir dənə belə sübut əldə edə bilmədirlər ki, təsdiq etsinlər ki, güya iddiaçı həqiqətən həmin malları topdan satış kimi təqdim etmişdir. Həmçinin, iddiaçı bir vergi ödəyicisi olaraq bütün satılmış malların dövriyyəsini bəyan etmiş və müvafiq vergiləri dövlət büdcəsinə ödəmiş, nəticə etibarı ilə də vergilərdən yayınmamışdır. İddiaçı tərəfindən törədilən pozuntu hallar isə alınmış malları pərakəndə qaydada satışı üçün qanunla nəzərdə tutulmuş qaydada təsərrüfat subyektinin və orada nəzarət-kassa aparatının qeydiyyata alınmaması və malları alan vətəndaşlara alınmış mallara dair çeklərin verilməməsi olmuşdur. Eyni zamanda 01 yanvar 2024-cü il tarixinədək qüvvədə olan vergi qanunvericiliyinə əsasən vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ 01 yanvar 2024-cü il tarixədək qüvvədə olan vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. X4n keçirilməsi zamanı əvvəlki 3 il ərzində dövrlərin əhatə edilməsi hüququ cavabdeh vergi orqanına yalnız 1 yanvar 2024-cü il tarixindən verilmişdir. Bundan başqa məlumdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.10-cu yarımbəndinə əsasən yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “Yoxlamanın müddəti” kimi konkret tarixlər göstərilsə də, “Yoxlanılan dövr” kimi dövrün tarixləri deyil, “Cari fəaliyyət” qeyd edilmişdir. Başqa sözlə desək, yoxlamanın dövrü kimi cari fəaliyyətin qeyd edilməsi operativ vergi nəzarət tədbirinin başlandığı və başa çatdığı tarixləri arasında həmin tarixlər aralığında aşkar edilən hallara nəzarət edilməsi anlamına gəlir. Beləliklə, cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı əvvəlki dövlərin əhatə edilməsi hüququnu qanunla 1 yanvar 2024-cü il tarixdən əldə etsə də, bu hüququn həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrində yoxlamanı düzgün qeydiyyata almamış, yoxlanılması nəzərdə tutulduğu dövlərin konkret tarixlərini qeyd etməmiş, əksinə yoxlamanın dövrünü cari fəaliyyət kimi qeydiyyatdan keçirməklə öz hüquqlarını məhdudlaşdırmışdır. Nəticə etibarı ilə, cavabdeh vergi orqanı iddiaçıda keçirdiyi operativ vergi nəzarət tədbirinin yoxlama dövrünü yoxlamaların vahid məlumat reyestrində cari fəaliyyət kimi keçirsə də, faktiki olaraq iddiaçının cari fəaliyyətini, yəni yoxlamanın aparıldığı dövrü deyil, əvvəlki dövləri də yoxlama ilə əhatə etməklə kobud qanun pozuntusuna yol vermişdir ki, bu hal da birbaşa operativ vergi nəzarət tədbirinin qanunsuz və əsassız keçirilməsinə dəlalət edir.

z) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasının, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50. X4 50.1. X4 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.3. X4 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X4 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X4nin müddəti və X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

12. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər.

13. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:

1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;

4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir.

14. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1999-cu il tarixli № 90 saylı Fərmanının 2-ci bəndinə əsasən alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı yalnız yaddaşlı kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri vasitəsilə həyata keçirilsin.Bu məhsulların səyyar köşk və piştaxtalardan, avtomobil və digər özüyeriyən texniki vasitələrdən satışı qadağan edilsin.

15. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. 1.0.11ci bəndinə əsasən icazə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkət.

16. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə ilə “sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı” göstərilmişdir. Həmin siyahının 71-ci bəndində qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış icazə sənədi hesab olunur.

17. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən qida məhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida məhsulları, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış), duz və saqqız. Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, toxum, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyil. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida məhsullarının və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq olunur və ya təsdiqdən imtina edilir.

18. “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”na 2 nömrəli əlavədə qeydiyyatı tələb olunmayan qida obyektlərinin və subyektlərinin siyahısı göstərilmişdir. Həmin oyekt və subyektlər aşağıdakı kimidir:

1. Yarmarkalar, sərgilər və xeyriyyə tədbirləri çərçivəsində təşkil edilən satış obyektləri.

2. İlkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və səyyar satışlar vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfatları.

3. Qurban bayramı üçün təşkil edilmiş müvəqqəti kəsim yerləri.

4. Fövqəladə hallar baş verdikdə qida və yem məhsullarının müvəqqəti saxlanıldığı, hazırlandığı və satıldığı yerlər.

19. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mubahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

24. Belə ki, iddiaçı 24 yanvar 2025-ci il tarixdə **********8856 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini tələb edir.

25. Cavabdeh orqan isə bildirir ki, malların vergi ödəyicisi tərəfindən elektron qaiməfaktura təqdim verilmədən təqdim edilməsinə görə vergi ödəyicisinə 18666,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

26. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********9316 saylı qərarı ilə iddiaçı barəsində "Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi” üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli DVX seriyalı 104688 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X4nin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda 27 noyabr 2024-cü il tarixdə satış qiymətli ilə 186661,20 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda, e-qaimə təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 18666,12 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 24 yanvar 2025-ci il tarixdə **********8856 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edildiyindən ləğv edilə bilməz.

28. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi və “X6” MMC-yə müvafiq sorğular göndərilmişdir. 29.“X6” MMC tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, “X6” MMC alqı-atqı müqaviləsi əsasında İddiaçı alkoqollu içkilər satmış və həmin MMC Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi X1 qeydiyyata alınmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı alkollu içkilərin pərakəndə satış fəaliyyətinin həyata keçirilməsini bildirsə də həmin malların pərakəndə qaydada satılması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 1.3.1-cü bəndinə görə pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə satışının həyata keçirildiyi ticarət fəaliyyətidir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmədə verdiyi izahat ondan ibarət olmuşdur ki, iddiaçı qeyd olunan malları vaxtı ilə icarəyə götürdüyü anbardan birbaşa və nəqliyyat vasitəsi ilə müxtəlif yerlərdə satışını həyata keçirmiş və nəticə etibarı ilə göstərilən malları göstərilən müddət ərzində pərakəndə qaydada nəzarət kassa aparatı olmadan satmışdır. Bundan başqa iddiaçının vəkili bildirmişdir ki, vergi orqanının həmin malların iddiaçı tərəfindən topdan qaydada satılması ilə bağlı hər hansı əsaslı dəlili məhkəməyə təqdim edə bilmədiyinə görə məhkəmə təcrübəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı pərakəndə qaydada kassa aparatının olmadan satış həyata keçirdiyini vergi orqanına verdiyi xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir. Halbuki, pərakəndə qaydada satışın ən vacib amillərindən biri yalnız qəbzin verilməsi və ya nəzarət-kassa aparatının çekinin alıcıya verilməsi ilə həyata keçirilir. Başqa sözlə satışın alıcıya qəbzin və ya nəzarət-kassa aparatının çekinin verilməməsi ilə baş tutan əməliyyat pərakəndə satış hesab olunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən malların pərakəndə qaydada satılması iddiaçı tərəfindən sübut edilməldir. Lakin, iddiaçının vəkili mübahisələndirmə haqqında iddialara baxılarkən sübutetmə yükünün cavabdeh təşkilatın üzərinə düşməsinə istinad edərək həmin malların topdan qaydada satışının həyata keçirilməsinə dair dəlillərin məhkəməyə təqdim edilməli olmasına istinad edir. Başqa sözlə desək, birinci növbədə həmin malların pərakəndə qaydada satılması sübut olunsun ki, sonra həmin malların topdansatış qaydasında satılması sübut olunsun.

31. Məhkəmə kollegiyası yuxarda sadalanan maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, alkoqollu məhsullarının satışının həyata keçirilməsi üçün satıcının (iddiaçının) X1 subyekt kimi qeydiyyatdan keçərək müvafiq reyesterə daxil edilməsi zəruridir (Qanunun 24.1-ci maddəsi). Əgər alkoqollu içkilərin satışını həyata keçirən şəxsin (iddiaçı) istehsalçı olan “X6” MMC-nin rəsmi təmsilçisidirsə (distribütordusa) onun subyekt kimi X1 qeydiyyatdan keçməsinə ehtiyac olmur. Lakin təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə “X6” MMC arasında alkoqollu içkilərin alqısatqısı həyata keçirilmişdir. Belə olduğu tədqirdə İddiaçı pərakəndə qaydada satış həyata keçirən qida məhsulları (alkoqollu içkilər) sahəsində fəaliyyət göstərən subyekt kimi qeydiyyatdan keçməlidir. İddiaçının vəkilinin bildirdiyinə görə iddiaçı 1 ildən artıq müddətdir ki, alkoqollu içkilərin satışını qeydiyyatdan keçmədən (“Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş icazəni almadan) həyata keçirmişdir.

32. Bundan başqa o da nəzərə alınmalıdır ki, alkoqollu içkilərin səyyar köşk və piştaxtalardan, avtomobil və digər özüyeriyən texniki vasitələrdən satışı qadağandır. Yəni alkoqolu içkilərin pərakəndə qaydada satışı yalnız yaddaşlı kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri vasitəsilə həyata keçirilməlidir. Lakin iddiaçı kassa-nəzarət aparatının alınmamasına səbəb kimi onun anbarının və ya obyektinin olmaması bildirmişdir. Halbuki, iddiaçının vəkili tərəfindən 8 ay müddətində istifadəsində anbar olması ilə bağlı icarə müqaviləsinin surəti təqdim edilmişdir.

33. Belə ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş və xx.xx.2024-cü il tarixli razılaşma əsasında ləğv edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsində Şərifova Natella adlı şəxsin Bakı şəhəri, Binəqədi şossesi, müvəqqəti saxlama məntəqəsinin yanı kimi göstərilmiş ünvanda İddiaçı icarəsinə 30 kv.m anbar sahəsinin istifadəyə verilməsi göstərilmiş, lakin həmin müqavilə (anbar) Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməmişdir. Hazırki, qərarın 30-32-ci bəndlərində göstərilənlər qeyd olunan icarə müqaviləsinin formal xarakterli olmasına və alkoqollu içkilərin pərakəndə qaydada satışının həyata keçirilməməsinə dəlalət edir. Həmin malların aşkar edilməməsi (yəni iddiaçının vergi orqanına verdiyi izahatında malların hamısının satılması qeyd olunmuşdur) isə elektron qaimə-fakturası təqdim edilmədən topdan qaydada satılmasına dəlalət edir.

34. Nəzərə alınmalıdır ki, iddiaçının satış məntəqəsinin və anbarının olmaması səbəbindən X4 tədbiri vergi ödəyicisinin qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən yaşayış evində aparılmışdır. X4 tədbiri cari fəaliyyəti əhatə etmiş və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ili həyata keçirilmişdir. Hesab olunur ki, Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə edilmiş və xx.xx.2024-cü ildən qüvvəyə minmiş dəyişikliyə uyğun həyata keçirilmiş və nəzarət tədbir zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir.

35. Odur ki, iddiaçının 186 661,20 manat dəyərində malları vergi orqanında uçotda olan hər hansı obyekti olmadan pərakəndə qaydada satması qeyri-mümkündür. 36.Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 05 fevral 1999-cu il tarixli Fərmanına əsasən alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı yalnız yaddaşlı kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri vasitəsilə həyata keçirilsin. Bu məhsulların səyyar köşk və piştaxtalardan, avtomobil və digər özüyeriyən texniki vasitələrdən satışı qadağan edilsin.

37. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilməlidir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7683/2025 saylı qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7683/2025 saylı qərarı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin 24 yanvar 2025-ci il tarixli, **********8856 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə İddiaçı iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar