Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2465/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iş üzrə (Açar sözlər: elektron xidmətlər bazasında istismarçı adının dəyişdirilməsi; iddianın mümkünsüzlüyü) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3, üçüncü şəxs "xxxx" MTK-nın qanuni nümayəndələri X2, Nümayəndə2, X1 İddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “elektron xidmətlər bazasında istismarçı adının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-7609/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin elektron xidmətlər bazasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarçısı olaraq qeyd edilən "xxxx" MTK dəyişdirilərək İddiaçı MMC (VÖEN: **********) ilə əvəz edilməsi və bununla bağlı cavabdehdə və Bakı şəhəri üzrə ASAN Xidmət Mərkəzlərində sənədlərin qəbulu pəncərəsində xidmət göstərən əməkdaşlara, eləcə də aidiyyəti qurumlara məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaya yazılı müraciətini məhkəməyə təqdim etməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-7609/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
4. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7. Məhkəmə clasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın qanuni nümayəndələri Nümayəndə1, Nümayəndə2 və Ə.Qənbərov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
14. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
18. İş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarçısı olaraq qeyd edilən "xxxx" MTK dəyişdirilərək İddiaçı MMC (VÖEN: **********) ilə əvəz edilməsi və bununla bağlı cavabdehdə və Bakı şəhəri üzrə ASAN Xidmət Mərkəzlərində sənədlərin qəbulu pəncərəsində xidmət göstərən əməkdaşlara, eləcə də aidiyyəti qurumlara məlumat verilməsini xahiş edir.
19. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona yönəlmişdir ki, yaşayış binasında mənzil alan şəxslər mənzilə mülkiyyət hüququnun qeydə alınması zamanı cavabdehə müraciət edən zaman vətəndaşlardan "xxxx" MTK-ya dair sənədlər, xüsusilə də ümumi yığıncağın qərarı tələb edilməsin.
20. İddiaçı bunu onunla əsaslandırır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK-dan alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir.
21. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi tələbi qanunvericiliyin tələbidir.
22. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər sadalanmışdır. Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
23. Göründüyü kimi, yaşayış binasında mənzilə dair mülkiyyət hüququnu qeydə almaq istəyən şəxslərdən ümumi yığıncağın qərarının tələb edilməsi qanunvericiliyin tələblərindən irəli gəlir.
24. İş materiallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.
25. İddiaçı MMC ilə "xxxx" MTK arasında 25 iyul 2005-ci il tarixli müqavilə bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti İddiaçı MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir.
26. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK-nın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.
27. Göründüyü kimi, iddiaçı MMC ilə Badu-Kübə” MTK arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən MTK-ya yaşayış binasından daşınmaz əmlakların satılması ilə bağlı razılıq əldə edilmiş və bir müddət MTK tərəfindən həmin binada daşınmaz əmlakarın satışı həyata keçirilmiş və vətəndaşlarla MTK arasında müqavilələr bağlanmış və maliyyə arayışı verilmişdir.
28. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh İdarənin mülkiyyət hüququ qeydə aldırmaq üçün müraciət edən şəxslərdən MTK-nın ümumi yığıncağın qərarının tələb edilməsi qanunvericliyin tələblərindən irəli gəlir.
29. İddiaçının hazırkı tələbi aydın olmamaqla, hüquqi marağı müəyyən edilmir. Belə ki, yaşayış binasının istismarçısının dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır.
30. Məhkəmə araşdırması zamanı isə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasına diar "xxxx" MTK-nın hər hansı əmlak hüququnun dövlət reyestrində qeydiyyata alınması müəyyən edilməmişdir.
31. Həmçinin məhkəmə icraatında olan həmin binaya dair iddia tələbləri üzrə məhkəmə sorğusuna verilən cavablara Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismara icazə sənədi yoxdur.
32. Ona görə də, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-7609/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Kamran Əkbərov Elvin Əliyev