Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2467/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsi üzrə yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 178485 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xx.xx.2004-cü il tarixdə 598 saylı reyestr kitabında 89727-ci səhifədə 30/522 qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzilin 66,8 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə iddiaçının ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 66,8 kv.metr olan mənzil üzərində onun mülkiyyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində 22 yanvar 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Hal-hazırda həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi üçün onun qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərazi aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında icra hakimiyyətinin nəzdində X5 komissiya mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin mümkünlüyü barədə rəy verdikdən sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 27 dekabr 2021 -ci il tarixli 966 saylı sərəncam verilmişdir. Bundan sonra, onun tərəfindən həmin ünvanda yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnu sənədləşdirmək üçün 13 oktyabr 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etsə də sonuncu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qayadalarına” uyğun olaraq qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. İmtina məktubunda həmçinin qeyd olunur ki, İdarənin arxiv məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən mənzil 1 otaqlı olub, yaşayış sahəsi 16 kv. metr, köməkçi sahəsi 12,6 kv.metr və Nəsimi RİH-nin 96/9 saylı, xx.xx.1977-ci il tarixli qərarına əsasən zirzəmi sahəsinin yalnız 13 kv. metr hissəsi, ümumi sahə 41,6 kv. metr olmaqla qeydiyyata alınmışdır. İstifadəsində olan zirzəminin digər hissəsi haqqında məlumat aşkar edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilat tərəfindən onun xahişinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur. Çünki mənzil olunun mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 178485 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xx.xx.2004-cü il tarixdə 598 saylı reyestr kitabında 89727-ci səhifədə 30/522 qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzilin 66,8 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, arxiv sənədlərinə əsasən qeyd edilən ünvanda yerləşən mənzil 1 otaqlı yaşayış sahəsi 16 kv. metr, köməkçi sahəsi 12.6 kv. metr və Nəsimi RİH-nin 96/9 saylı, xx.xx.1977-ci il tarixli qərarına əsasən zirzəmi sahəsinin yalnız 13 kv. metr hissəsi, ümumi sahə 41.6 kv. metr olmaqla qeydiyyata alınmışdır. Lakin iddiaçının istifadəsində olan zirzəminin digər hissəsinə dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçmə işləri zamanı məlum olmuşdur ki, 6 saylı yerləşkə iddiaçı tərəfindən təqdim edilən yerləşmə sxemində öz əksini tapmamışdır. Yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsinin məqsədəmüvafiq olması barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********75 və xx.xx.2022-ci il tarixli, **********03 saylı cavab məktubları ünvanlanmışdır. İddiaçının idarəyə təqdim etdiyi istismara qəbul aktı Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamından daha əvvəl verilmişdir. Belə ki, istismara qəbul aktı xx.xx.2021-ci il tarixdə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi iddia olunan ünvanda yerləşən mənzilin sahəsi və qeyri-yaşayış sahəsinə kiçirilməsi ilə əlaqədər qəbul olunmuş sərəncamla, istimara qəbul aktınaın tarixləri, habelə, məsələnin həllinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğu mübahisləndirilərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını əsassız sayır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00306-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Dövlət Arxivinin Bakı Filialında saxlanılan keçmiş Nəsimi rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli 96/9 saylı qərarının surətindən müəyyən olunur ki, həmin qərara əsasən keçmiş Keçxaveli (“Ş.Əzizbəyov”) küçəsi 98 ünvanında, boşaldılmış 13 kv. metrdən ibarət zirzəminin yaşayış sahəsinə yaramayan sahə kimi kommunal xidmətlər üçün H.Eadaniyanın 5 nəfər ailə tərkibində üzvlərinə istifadəyə verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 178485 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 16,0 kv. metr sahədən ibarət (bir otaq) mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir (598 saylı reyestr kitabı; 89727-ci səh, qeydiyyat No-si 30/522 № qeydiyyat tarixi xx.xx.2004). Həmin mənzilin 04 may 1996-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş verilmiş Texniki pasprotunun notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzilin - ümumi sahəsi 64,6 kv.m; yaşayış sahəsi 16,0 kv. m; 1-ci otaq 16,0 kv. m; mətbəx 12,0 kv. m; daxili dəhliz 12,6 kv. m; vanna otağı 3,4 kv. m; ayaqyolu-2,3 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir.) 21.4-ci maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6-ci maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, mənzil qanunvericiliyinin qeyd olunan tələblərinə müvafiq olaraq aşağıdakılar əsasında mübahisəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi həyata keçirilmişdir. İddiaçı istifadəsində olan ünvan 6 ünvanında yerləşən mənzilin Nəsimi RİH-nin Rayon Təsərrüfat şöbəsi tərəfindən faktiki sahəsini ehtiva edən sxemi (planı) tərtib olunmuşdur. Həmin sxemdə ümumi sahə - 66,8 kv. m təşkil edir. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində X5 Komissiyanın 147 №-li, xx.xx.2021-ci il tarixli rəyinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon,İcra Hakimiyyəti nəzdində X7 6 üzvdən ibarət Texniki Komissiyanın notarial qaydada təsdiq olunmuş 147 nömrəli xx.xx.2021-ci il tarixli rəyində qeyd olunur ki, komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır. Vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus ünvan 8 ünvanda yerləşən mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, ünvan 8 ünvanda yerləşən mənzil TİMHQİ-nin Seriya ÖM № 178485 saylı, xx.xx.2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 66.8 kv. metrdən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı məxsusdur. Sözügedən ünvanda baxış zamanı müəyyən edilmişdir ki, M.Y.Mirzəyevaya məxsus mənzildən hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş çıxışı mövcuddur (41 saylı MKİS-in, xx.xx.2021-ci il tarixli Aktı və cizgisi əlavə olunur). Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X3 qeyd olunanları nəzərə alaraq: Komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən ünvan 8 ünvanda yerləşən mənzilin ümumi sahəsinin 66.8 kv. metr hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğin hesab edilmişdir. Eyni zamanda, sözügedən, Texniki Komissiyanın notarial qaydada təsdiq olunmuş, eyni (147 №-li, xx.xx.2021-ci il) tarixli qəbul aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən ünvan 8 ünvanda yerləşən mənzilin ümumi sahəsinin 66.8 kv.m hesab edilməsi nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşyış sahəsinə keçirilməsinin məqsədəuyğun sayılmışdır. Tədqiq olunan texniki rəydə və qəbul aktında qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərinin görülüdüyü barədə qeyd olunmur. Sahənin Nəsimi RİH-nin Rayon Təsərrüfat şöbəsi tərəfindən tərtib olunmuş sxemində isə mənzilin ilkin Texnki pasportuna müqayisədə içərisində hər hansı rekonstruksiya işlərinin aparılması və sxem dəyişikliyi də göstərilmir. Görünən odur ki, ölçülərin dəqiqləşdirilməsi nəticəsində ümumi sahə 66,8 kv.m olduğu müəyyənləşdirilmişdir. Bundan sonra yalnız, Bakı şəhər Nəisimi Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunanlara əsasən iddiaçıya məxsus ünvan 9 ünvanda yerləşən mənzilin, ümumi sahəsi 66,8 kv ölçülər daxilində, qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Belə olan halda, yəni, iddiaçıya məxsus mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü hərtərəfli yoxlanıldıqdan sonra, sahənin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi Mənzil Məcəlləsinin 21.4-21.5-ci maddələrinin qeyd olunan tələbləri baxımından, qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. Həmin sərəncamın 4-cü bəndindən isə görünür ki, onun surəti, o cümlədən, qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi üçün cavabdeh orqana da göndərilməsi barədə göstəriş verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin - iddia olunan mənzilin sahəsi və qeyri-yaşayış sahəsinə kiçirilməsi ilə əlaqədər yerli icra hakimiyyətinin qəbul etdiyi sərəncamla istimara qəbul aktının tarixləri arasındakı fərqi əsas tutraraq, qeydiyyatdan imtina etməsinin əsassız olduğu sübuta yetirilir. Apellyasiya şikayətində cavabdehin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə, yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına istinadən, məsələnin həllinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə” aid etməsinə gəldiyini mübahisələndirməsinə gəldikdə, həmin mənzil reyestrdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alındığı və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunun 4-cü maddəsinə əsasən həmin qeydiyyat vəsiqəsi hüquqi qüvvəsini saxladığı nəzərə alınmaqla, onun həmin dəlili də əsasssız hesab edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 3.1.2-ci bəndinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.27-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək – DƏKR-in vəzifələridir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh orqanın mübahisəli ünvanda yerləşən əmlakın qeyriyaşayış sahəsi kimi iddiaçının adına qeydə alınmasından imtinası qanunsuzdur, onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5974/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5974/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2467/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2467/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver