Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2468/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1737/2021 saylı 04.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı tərəfindən 13.789.59 manat artıq ödənilmiş vergi və gecikdirilmiş hər gün üçün 1.903.2 manat faiz məbləği olmaqla, cəmi 15.692.70 manat pul vəsaitinin müəssisəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1140/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası qismən təmin edilərək, cavabdehin 28 iyun 2016-cı il tarixli **********023941 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ƏDV, mədən, sadələşdirilmiş verginin hesablanması və həmin vergi məbləğlərinə münasib maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərarda göstərilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 iyun 2016-cı il tarixli **********023941 nömrəli qərara əsasən İddiaçınə 39.527,32 manat azaldılmış vergi məbləği hesablanmış və həmin məbləğə 50%, yəni 19.763,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablanmış 39.527,32 manat vergi məbləğinin tərkibi ƏDV 28.176,58 manat (2015-ci il üzrə), mənfəət vergisi 300.04 manat (2014-cü il üzrə), mədən vergisi 9.800,98 manat (2014-cü il üzrə 1.474,96 manat, 2015-ci ıl üzrə 8.326,02 manat), sadələşdirilmiş vergi 1.249,72 manat (2014-cü il üzrə 1.043,71 manat, 2015-ci il üzrə 206,01 manat) ibarətdir. Məhkəmə hesab etmişdir ki, vergi orqanının 28 iyun 2016-cı il tarixli qərarı “2014- cü il üzrə mənfəət vergisi” hissəsi istisna olmaqla, ƏDV, mədən vergisi və sadələşdirilmiş vergilərin hesablanması və həmin vergilərə münasib maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd sayılmalıdır. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli 2-1(103)-928/2019 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2-1(102)- 2925/2015 nömrəli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi orqanının qeyd olunan qərarına əsasən 28 iyul 2016-cı il tarixdə müəssisə tərəfindən dövlət büdcəsinə 20.000 manat ödəniş edilmişdir. Bununla da, hal hazırda müəssisənin şəxsi hesab vərəqəsinə əsasən artıq ödəmə mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən artıq ödəmənin qaytarılmasına dair 17 yanvar 2020-cı il, 18 fevral 2020-cı il, 16 mart 2020-ci il, 28 aprel 2020-ci il, 11 iyun 2020-cı il, 24 iyul 2020-ci ıl tarixli ərizələr ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Bakı şəhəri X4 üzrə Baş İdarəsinə müraciət edilmişdir. Artıq ödəmənin qaytarılmasına dair ərizələrdə zəruri rekvizitlər dəfələrlə qeyd edilsə də, vergi orqanı tərəfindən müxtəlif bəhanələrlə müraciətə baxılmasından imtina olunmuşdur. Vergi orqanının qanunsuz hərəkətlərindən 16 mart 2020-ci il, 24 iyul 2020-ci il tarixlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət olunsa da, şikayətlər əsasında heç bir tədbir görülməmişdir. Cavabdeh iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi tərəfindən 21.01.2020, 28.01.2020-ci il 21,02.2020-ci il tarixli, 17.03.2020-ci il, 29.07.2020-ci il tarixli nömrəli məktublarla artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması ilə bağlı müvafiq ərizə forması ilə müraciət edilməməsi, 05.05.2020-ci il, 19.05.2020-ci il, 16.06.2020-ci il, 18.06.2020-ci il, 18.06.2020-ci il tarixli, 10.08.2020-ci il tarixli, sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması ilə bağlı edilmiş müraciətlərdə “Artıq ödənilmiş vergilərin, faizlərin qaytarılması barədə” ərizədə qeyd olunan artıq ödəmə məbləğ üzrə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə məbləğ müraciətlərin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli qəraradadı ilə artıq ödənilmiş vergi məbləğinin qayğarılmasının gecikdirilməsinə görə faizin ödənilməsi hissəsində iddia mümkün sayılmamışdır. Eyni zamanda, həmin gün işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilmiş, İddiaçınə 13.789.59 manat artıq ödənilmiş vergi məbləğinin qaytarıması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidirdir. İddiaçı tərəfindən indiyədək ona verilmiş cavablara uyğun formada tərtib edilmiş müraciətin vergi orqanına göndərilməsi təmin edilməmişdir. Bu gün vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda onun tərəfindən qeyd edilən 15.692,70 manat artıq ödəmə məbləğinə rast gəlinmədiyini açıq-aşkar görmək mümkündür. Lakin iddiaçı Qaydaların tələblərinə uyğun olaraq 3 nömrəli əlavəni düzgün doldurmaq əvəzinə, inzibati orqanı süründürməçilikdə günahlandırır və təkidlə öz hesabladığı məbləğin ona qaytarılmasını tələb etməkdədir. İddia tərəfindən ərizə "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 3 nömrəli əlavəyə əsasən tərtib edilməmişdir. Məhkəmənin “formal” hesab etdiyi əsas normativ hüquqi akt olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nöıfnrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının yergi ödəyicisinə qaytarılması Qaydaları”n tələbidir. Həmin qaydalardan kənara çıxmaq isə formallıq deyil, qanunun düzgün tətbiq və təfsir edilməməsidir. Məhkəmənin digər bir əsası ondan ibarət olmuşdur ki, müvafiq dövrlərdə bəyannamələrin təqdim edilməməsini əsas tutaraq qaytarılmasından imtina etmişdir. Məhkəmənin bu mövqeyinin əksinə olaraq bildiririk ki, iddiaçı 21.09.2018- 21.09.2019-cu il tarixlərdə fəaliyyətini dayandırmasına baxmayaraq, 14.10.2019-cu ilədək fəaliyyəti olmuş lakin, illik ödəmə mənbəyində vergi bəyannaməsi təqdim etməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 2018-ci il üçün təqdim etdiyi rüblük fəaliyyətin olmaması barədə arayışla əlaqədar bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixdə ləğv edilmiş 150.3.3.3-cü maddəsinə əsasən ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, bu Məcəllənin 150.1.1-ci və 15Q.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar. 01.01.2020-ci ildən bütün vergi ödəyiciləri ödəmə mənbəyində vergi ödəyiciləri ödəmə mənbəyində vergi üzrə bəyannamələri rüblük olaraq vergi orqanına təqdim etməlidirlər. Başqa sözlə, iddiaçının istinad etdiyinin əksinə, onun tərəfindən rüblük olaraq vergi orqanına təqdim iddiaçının istinad etdiyinin əksinə onun tərəfindən rüblük fəaliyyətin olmaması barədə arayış deyil, illik bəyannamə təqdim edilməli idi. Məhkəmə yuxarıda sadalananları araşdırmadan, iddiaçı tərəfindən təqdim edilməmiş bəyannamələrin mövcudluğunu nəzərə almadan iddiaçının iddia ərizəsində qeyd etdiyi əsassız mülahizələrə istinad edərək iddianı təmin etmişdir…» Məhkəmə kollegiyasının 21.10.2021-ci il tarixli iclasında iştirak edən X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsə də məhkəməyə gəlməmiş, İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Şahverdiyev cavabdehin apellyasiya şikaytinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsində isə nəzərdə tutulur ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Göründüyü kimi, artıq ödənilmiş vergilər və maliyyə sanksiyalarının qaytalrılması vergi orqanı tərəfindən təmin edilir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdehin iddia ərizəsinə etirazının və birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən görünür ki, cavabdeh ilk öncə mübahisələndirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nöıfnrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının yergi ödəyicisinə qaytarılması Qaydaları”n 3 nömrəli əlavəsinə əsasən tərtib edilmədiyi üçün iddiaçının artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında ərizəsinin icrası əsas tutularaq mümkünsüz olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi iddiaçının materillarına əlavə olunmuş ərtıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında sonuncu 11 iyun 2020-ci il tarixli və 18.06.2020-ci il tarixində cavabdeh orqanda qeydə alınmış ərizəsindən görünür ki, «Qaydalar»ın qeyd olunan əlavəsinə uyğundur və olub, göstərilən forma ərizədə göstərilən bütün məlumatlar həmin ərizədə öz əksini tapmışdır. İkincisi, “İnzibati icraat haqqında” Qanunun 23.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. İş materiallarından, cavabdehin iddia ərizəsinə etirazı və hazırkı apellyasiya şikayətinin dəlillərindən də görünür ki, hər dəfə iddiaçıya ərizəənin müvafiq formaya uyğun olmadığı barədə əsassız cavab məktubları ünvanlanmış olsa da, cavabdeh Qanunun qeyd olunan tələbindən irəli gələn vəzifəsini yerinə yetirməmişdir. Üçüncü, vergi qanunvericiliyi ilə artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə formasının düzgün doldurulmamasına görə artıq ödəmənin qaytarılmasından imtinaya əsas olmasını nəzərdə tutan norma da mövcud deyil. Cavabdeh apellyasiya şikayətinin digər bir dəlilində mübahisəlndirir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeyd edilən 15.692,70 manat artıq ödəmə məbləğinə rast gəlinmədiyini açıq- aşkar görmək mümkündür. İddiaçının iş materiallarına əalvə edilmiş şəxsi hesab vərəqəsinə əsasən cavabdehin qeyd olunan dəlilinin də əsassız olduğu öz təsdiqini tapır. Belə ki, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallrının 60-67-ci vərəqlərində olan şəxsi hesab vərəqəsinin göstəricilərindən görünür ki, iddiaçının 15.02.2020-ci il tarixinə 15.729,12 manat artıq ödəməsi qeydə alınmış, həmin məbləğdə 14.04.2020-ci il tarixinə kameral yoxlama nətiəcəsində azalma baş verməklə 13.789,59 manat təşkil etmişdir. Həmin şəxsi hesab vərəqinə, iddia ərizəsinə və ona əlavə edilmiş AR Ali Məhkəməsinin 13.11.2019-cu il tarixli 2-1(102)-2925/2019 saylı qərarına əsasən müəyyən olunur ki. artıq ödəmənin yaranması onunla qaynaqlanır ki, 28 iyun 2016-cı il tarixində səyyar vergi yoxlamasının nətiəcələri üzrə iddiaçı müəssisəyə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 iyun 2016-cı il tarixli **********023941 nömrəli qərarı ilə 39.527,32 manat (ƏDV 28.176,58 manat (2015ci il üzrə), mənfəət vergisi 300.04 manat (2014-cü il üzrə, mədən vergisi 9.800,98 manat (2014-cü il üzrə 1.474,96 manat, 2015-ci ıl üzrə 8.326,02 manat) əlavə vergi hesablanmış və həmin məbləğin 50% məbləğində 19.763,67 manat maliyyə sanksiyası tətbiq edilmiş və bununla əlaqədar iddiaçı müssisə tərəfindən dövlət büdcəsinə 02.08.2016-cı il tarixində 20.000 manat məbləğində ödəniş olunmuşdur. Lakin sonradan, iddia ərizəsinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarı ilə vergi orqanının həmin qərarı: ƏDV, mədən və sadələşdirilmiş vergi hesablanması və müvafiq olaraq maliyyə sanksiyalarının tətbiq edilməsi hissələrində ləğv edilmişdir (Həmin qərar yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır). Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən vergi yoxlamasının nəticələri üzrə iddiaçıya hesablanmış əlavə vergi borcunun və maliyyə sanksiyasının onun şəxsi hesabından silinməsi və vergi ödəyicisinin qyed olunan 20.000 manat məbəlğində ödənişi ilə əlaqədar iddiaçı müəssisənin şəxsi hesabında mübahisələndirilən artıq ödəməsi yaranmış, yuxarıda qeyd olunanlaodan da göründüyü kimi, iddiaçı artıq ödəmənin qaytarılması məqsədilə ilk öncə 17 yanvar 2020-ci il tarixli, daha sonra 18 fevral 2020-ci il, bundan sonra 16 mart 2020-ci il tarixli inzibati şikayətlə, daha sonra isə 28 aprel 2020-ci il, bundan sonra da 11 iyun 2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etsə də nəticəsiz qalmış, cavabdeh tərəfindən “Qaydalar”a uyğun formanın düzgün doldurulmamasına istinad olunan formal əsaslarla qaytarılması təmin olunmamışdır. Halbuki, sözügedən “Qaydalar”ın 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər. 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər... Eyni Zamanda həmin Qaydaların: 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən AR Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Beləliklə də cavabdeh vergi orqanı «Qaydalar»ın qeyd olunan müddəalarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödənilmiş vəsaitin qaytarılması üçün qeyd olunan tədbirləri görməmiş, iddiaçının yanvar ayından aprel ayınadək müraciətlərinə formal yanaşmış, 45 ərzində artıq ödəmənin qaytarılmasını təmin etməmiş, onun apellyasiya ştikayətinin dəlillərindən və iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, gözləmə mövqeyində durmaqla və vaxtı uzatmaqla vergi ödəyicisinin dövri vergi bəyannəmələri ilə (və ya kamaral yoxlamalarla) müəssənin yeni yaranmış vergi borcları hesabına həyata keçirilən azalmalarla həmin artıq ödəmənin sıfırlanmasına səy göstərmiş, bununla da vergi qanunun vericiliyinin qeyd olunan imperativ göstərişlərinə əməl etməmiş, vergi ödəyicisinin hüquqlarını pozmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən artıq ödəməsini cavabdehdən tələb etməkdə iddiaçının haqlı olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulduğunu, iddiaçının əsassız mülahizələrinə əsasən iddianın təmin olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1737/2021 saylı 04.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1737/2021 saylı 04.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2468/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2468/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver