Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2468/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçılar İddiaçı, X7, üçüncü şəxs X8 və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X3 Cavabdehnə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8 və adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) “sərəncamın ləğvi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X4 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun mənzil mülkiyyətçisi olduğu Bakı şəh., Səbail ray., Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının tərkib hissəsindən maneəsiz istifadə etmək hüququnun, həmin binada ümumi paylı mülkiyyət hüqununun pozulması nəticəsində qəbul etdiyi 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamın ləğv edilməsi, həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X9 və X6 tərəfindən lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küçəsi, 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsini, bacısı İddiaçı iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanmış, hazırlıq icraatında olan (hakim Ş.Məmmədova) 1(81)-2133/2018 saylı inzibati işin onun iddiası ilə əlaqəli olmasını nəzərə alaraq, onların bir icraatda birləşdirilməsini və baxılaraq qərar qəbul edilməsini təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası (üçüncü şəxs X8) Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli, Ə-42/2/09/2-t/1 saylı aktının ləğv olunması hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddiası (X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2- 09/2t/1 saylı aktının təsdiq edilməsi və X4 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamının ləğv olunması hissəsində təmin olunmamış, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı xx.xx.2021-ci il tarixdə apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1145/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-38/2020 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X8) Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X4 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində işə təkrar baxış zamanı apelyasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Bakı Şəhəri Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş cərimənin ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş 200 manat miqdarında cərimənin götürülməsi barədə ərizəsi təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin icraatında olan iddiaçılar İddiaçı və X3 Cavabdehnə qarşı “Bakı şəhər Cavabdeh xx.xx.2017-ci il tarixli 171 nömrəli Sərəncamının ləğv edilməsi və özbaşına tikilmiş tikililərin sökülməsi" tələbinə dair 2- 1(112)-9858/2021 saylı inzibati iş ilə bağlı Rayon İcra Hakimiyyətinin 171 nömrəli 28 dekabr 2017-ci il tarixli Sərəncamının və onun tərkib hissələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair Cavabdehnə sorğular ünvanlanmışdır. Tərəflərindən sorğunun cavablandırılması idarələrarası poçt rabitəsindəki gecikmələr səbəbindən vaxtında mümkün olmamış, lakin növbəti xəbərdarlıqdan dərhal sonra sorğu tam şəkildə cavablandırılaraq aidiyyəti sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Dəfələrlə poçt rabitəsindəki nöqsanlara görə sənədlərin qəbulunda və gecikdirilməsində çətinliklərin yaranması məhkəmə proseslərində tərəfimizdən izah olunmuşdur. Buna baxmayaraq Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-25/2022 saylı qərardadına əsasən Bakı Şəhəri Cavabdeh 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Cavabdeh 03 mart 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanası vasitəsi ilə ərizə ünvanlayaraq qərardadın və üzərlərinə qoyulan cərimənin ləğv edilməsini artıq dərəcədə xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-25/2022 saylı qərardadına əsasən Bakı şəhəri Cavabdeh Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə üzərinə qoyulmuş 200 (iki yüz) manat miqdarında cərimənin götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Hesab edilər ki qərardad əsassızdır və yuxarı instansiya tərəfindən ləğv edilməlidir. Belə ki, yuxarıda adıçəkilən qərardadın qəbul edilməsinə əsas olmuş hal tərəflərindən aradan qaldırılmış, sorğuda tələb olunan sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(112)-25/2022 saylı qərarını qəbul edərkən daha öncədən göndərdiyi sorğu vasitəsi ilə aldığı məlumatlardan istifadə etmiş, lakin tərəflərindən göndərildiyinə dair heç bir istinad etməmişdir. Daha sonra qeyd edilməlidir ki, AR MPM 127.1-ci maddəsinə əsasən üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun azaldılmasını xahiş edə bilər. MPM-nin 127.2-ci maddəsinə əsasən bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Təəssüflər olsun ki, qərardadı çıxaran məhkəmə tərəfindən üzərinə cərimə qoyulmuş Bakı şəhəri Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və iştirakı olmadan ərizəyə baxılaraq cərimə qüvvədə saxlanmışdır. İş üzrə qərardad qəbul edən hakim sorğunun cavablandırılmasına heç bir reaksiya verməmiş və yuxarıda qeyd edildiyi kimi iş üzrə qərar qəbul edərkən sorğu vasitəsilə cavablandırılmış sənədlərdəki məlumatlara istinad etsə də, qərarda həmin sənədlərin məhkəməyə tərəflərindən göndərildiyini qeyd etməmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən qərəzli mövqe sərgilənmişdir. Bir daha qeyd etmək istəyirlər ki, Cavabdeh dövlət büdcəsindən maliyyələşən qurum olmaqla müvafiq xərclərin ödənilməsi üçün büdcə vəsaiti nəzərdə tutulmamışdır. Həmçinin cərimənin tətbiq edilməsi qurumun nüfuzuna xələl gətirir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçılar İddiaçı və X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs X8 və vəkili X5 apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati mübahisənin obyektiv araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixli məktubla cavabdeh orqana sorğu göndərilərək Bakı şəhəri Cavabdeh 171 nömrəli 28 dekabr 2017-ci il tarixli sərəncamının təsdiq edilmiş surətinin və verilməsinə əsas olmuş bütün sənədlərin 15 noyabr 2021-ci il tarixədək məhkəməyə təqdim edilməsi tələb olunsa da məhkəmə sorğusuna cavab verilməmişdir. Daha sonra yenidən məhkəmə tərəfindən 17 dekabr 2021-ci il tarixdə cavabdeh orqana təkrarən məhkəmə sorğusu göndərilmiş, lakin yenə sorğu cavablandırılmamışdır. İşdən göründüyü kimi məhkəmə tərəfindən məhkəmə sorğularına müəyyən edilmiş vaxt ərzində məhkəməyə məlumat verilmədiyinə görə cavabdeh orqan Bakı şəhəri Cavabdeh 200 manat miqdarında cərimə edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılalplə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmə imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəbini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. Həmin Məcəllənin 78.5-ci maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən işin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. Həmin Məcəllənin 126.4-cü maddəsinə əsasən cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. Həmin Məcəllənin 127.2-ci maddəsinə əsasən bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən məhkəmə sorğularına müəyyən edilmiş vaxt ərzində məlumat verilmədiyindən və sorğuya vaxtında məlumat verilməməsini üzürlü səbəbdən baş verməsini təsdiq edən mötəbər sübutu nə birinci instansiya, nə də apelyasiya instansiya məhkəməsində təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsinin cavabdehə cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2468/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2468/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver