Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-247/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7310/2022 saylı, 13 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 avqust 1948-ci ildən xx.xx.1959- cu ilə kimi İmişli rayon icraiyyə, xx.xx.1959-cu ildən xx.xx.1964-cü il tarixinə kimi İmişli rayon partiya komitələrində, xx.xx.1964-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. O, xx.xx.1997-ci ildə pensiyaya çıxmışdır. Ona təyin olunmuş pensiya müxtəlif vaxtlarda qanunauyğun olaraq artırılmışdır. Ən son artımlardan sonra 2682,46 manat olmuşdur. Lakin 2022-ci ilin fevral ayında kartdan pensiyasını çıxararkən məbləğin 1789,94 manat olduğunu görmüşdür. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, pensiya məbləğinin bərpa edilməsini və məbləğin azaldılması barədə inzibati aktın mənə rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Pensiya məbləğinin azaldılması barədə ona məlumat verilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı 14 mart 2022-ci il tarixli, **********1 nömrəli məktuba əsasən bildirmişdir ki, iddiaçıya artıq pul ödənilmiş və geri qaytarılması barədə razılığı bildirilsin Cavabdeh orqan tərəfindən edilmiş hərəkət tamamilə əsassız və qanunsuz hərəkətdir. Belə ki, inzibati orqan, vətəndaşa məlumat vermədən onun barəsində qərar qəbul etməsi və ya onun hüquq və mənafelərinin pozulmasına yol açan hərəkətlərin vətəndaşa məlumat verilmədən edilməsi tamamilə qanunun pozulmasına gətirib çıxarır. İddıaçının pensiya məbləğinin yenidən hesablanması məhkəmə qərarı əsasında olmuşdur. Belə ki, 2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2-1(81)-938/2018 saylı Qərarı ilə iddia tələbi təmin olunmuş və ona Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin bir dəfəlik ödənilməsi AR ƏƏSMN DSMF Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sözügedən qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. Bundan sonra iddiaçının pensiya məbləği 2682,46 manat olmuş və cari ilin fevral ayına kimi bu məbləği almışdır. Məhkəmə qərarı əsasında yenidən hesablanmış pensiya məbləğinin cavabdeh tərəfindən azaldılması qanun pozuntusudur və Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik normalarında təsbit edilmiş sosial təminat hüququnun pozuntusuna gətirib çıxarmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7310/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir . Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən “X5 Sistemin”dən çıxarışdan görünür ki, iddiaçının pensiyası bərpa edilmiş və pensiyanın dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləği növbəti aylarda iddiaçıya ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkilinin təqdim etdiyi ABB-nin hesab çıxarışından görünür ki, iddiaçının pensiya məbləği bərpa edilmiş və keçmiş dövr üzrə olan pensiya məbləğləri iddiaçıya ödənilmişdir. Odur ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən iş üzrə mübahisə aradan qalxmışdır. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbicavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə iclasında iştirak edən tərəflər hazırki halda mübahisənin mövcud olmadığından icraata xitam verilməsinə etiraz etmədiyini bildirdilər. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-247/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-247/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver