Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2471/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun nümunəvi sənəd hesab edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2101/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X9 tərəfindən 1994-cü il tarixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X5 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə ona verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X9 tərəfindən 1994-cü il tarixdə verilmiş diplomla əlaqədar məlumatların dəqiqləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət edərək təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə deyil, ilkin iddia tələbində qeyd olunan, yəni Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X9 tərəfindən 1994-cü il tarixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X5 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə ona verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə tələbinə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X6 bitirmişdir. Həmin diplom əsasında ixtisası üzrə ibtidai sinif müəllimi kimi 01.09.1995-ci il tarixdən 01.09.1997-ci il tarixinə kimi Qəbələ rayonu Böyük Əmili kənd orta məktəbində işləmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Gəncə şəhəri X5 Xidməti Kollecini bitirmişdir. Həmin diplom əsasında da hal-hazırda 15.09.2009-cu il tarixdən Qəbələ rayon Böyük Əmili kənd tam orta məktəbindən ixtisası üzrə ibtidai sinif müəllimi işləyir. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə həmin qurum tərəfindən buraxılmamışdır. Səbəbi də bu olmuşdur ki, diplomları nümünəvi sənəd deyildir. Bununla əlaqədar O, 2 dəfə rəsmi olaraq Nazirliyə müraciət etsə də heç bir müsbət cavab ala bilməmişdir. Daha sonra 3-cü dəfə müraciət etmişdir. 04.08.2020-ci il tarixdə ona Nazirliyin sektor müdiri tərəfindən cavab verilmiş, lakin konkret olaraq müəllimlərin sertifikatlaşdırmasına buraxılıb-buraxılmamağı barədə heç bir şey qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2101/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2101/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2101/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2101/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Vİ-ЖГ 438854 №-li, 06.01.1995-ci il tarixli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X2 arasında 06 yanvar 1994-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nemətli, arvada Nemətli familiyası verilmişdir. - Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X8 tərəfindən verilmiş 0037 №-li, 02.08.1994-cü il tarixli diplomunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 1992-ci ildə Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X4 daxil olmuş, ibtidati sinif müəllimi-defektoloq ixtisası üzrə Kolleci bitirmişdir. Buraxılış imtahan komissiyasının 1994cü il 14 iyul tarixli qərarı ilə ona ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi – defektoloq ixtisası verilmişdir. -Azərbaycan Respublikası Gəncə şəhəri X5 Xidməti Kolleci tərəfindən verilmiş AB-İİ 097780 №-li, 16.07.2000-ci il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 1997-ci ildən Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və 27.05.2000-ci ildə həmin kollecin ibtidai təhsil ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət ixtisas komissiyasının 27.05.2000-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1995-ci ildən 01.09.1997-ci il tarixədək Böyük Əmili kənd orta məktəbində sinif müəlliməsi, 10.09.1997-ci ildən 14.09.2005-ci il tarixədək Qəbələ rayonu, Böyük Əmili kənd “Nemət” kəndli (fermer) təsərrüfatında kassir-xəzinədar, 15.09.2009-cü ildən hal-hazıradək Qəbələ rayonu, Böyük Əmili kənd orta məktəbində sinif müəllim vəzifəsində işləyir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N-286/10- 24 №-li, 01.06.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş 21.04.2017-ci il tarixli, N-286 nömrəli ərizəsinə baxılmışdır. Bildirilir ki, diplomu dövlət nümunəli sənəd deyildir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N- 17270/09-24 №-li, 10.12.2018-ci il tarixli məktubdan görünür ki, Təhsil Nazirliyinə ünvanlandığı N-17270, 06.12.2018-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilir ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirak etməsinə icazə verilir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N- 6852/10-24 №-li, 04.08.2020-ci il tarixli məktubdan görünür ki, Təhsil Nazirliyinə daxil olmuş 16.07.2020-ci il tarixli, N-6852 nömrəli ərizəsinə baxılmışdır. Bildirilir ki, sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Müraciətində qeyd olunan məsələyə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2-ci maddəsinə müvafiq olaraq sertifikatlaşdırma prosesi zamanı baxılacaqdır. - Azərbaycan Respublikası Dövlət X10 tərəfindən məhkəməyə ünvanlanmış 1087/3 №-li, 11.12.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət X10nda mühafizə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X5 Xidməti Kolleci arxiv fondunun 1997-1999-cu illər üzrə kadr əmrləri yoxlanıldı. İddiaçı aid heç bir əmr aşkar olunmadı. Həmçinin bildirilmişdir ki, Məişət Xidməti Kollecinin 2000-ci il üzrə əmrlər kitabı filiala təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış İN-X/O-210/2021 №-li, 08.01.2021-ci il tarixli məktubdan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Gəncə Məişət Xidməti Kollecinə təhsili fəaliyyəti (dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri) üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 5/2045 №-li, 30.12.2020-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X13 Komissiyasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Qəbələ rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 09.04.2021-ci il tarixli, 11-11-76/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) Kolleci mövcud deyil. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 29.04.2021-ci il tarixli, 0518-31/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) X8nın adı mövcud deyildir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 051145/12 №-li, 31.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.09.1993-cü il tarixli, 487 nömrəli qərarına əsasən Gəncə Məişət Xidməti Kolleci qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanına əsasən Gəncə şəhəri X5 Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı yaradılmışdır. Eyni zamanda bildirilmişdir ki, Gəncə şəhəri X5 Xidməti Kollecinin arxiv sənədləri Təhsil Nazirliyinə təhvil verilməmişdir. Məktubda qeyd olunan şəxs İddiaçı həmin Kollec tərəfindən təqdim olunmuş diplomun surətini Nazirliyə təqdim etdiyi təqdirdə həmin sənədin dövlət nümunəli olub olmaması məsələsinə baxılacaqdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış **********500100 №-li, 29.04.2021-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Azərbaycan Respublikası Pedaqoji X6n Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya alıb-almaması barədə məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 13, 18, 21-ci maddələrini, 29.03.2010-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.1992-ci il tarixli, 358 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında” Əsasnamənin 12-ci maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.1992-ci il tarixli, 358 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında” Əsasnamənin 12-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilər. 29.03.2010-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarına əsasən Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri — ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəbləri, litseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kursları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci il, martın 1-dən başlayaraq qeydiyyata alınması, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiyası və onların tədris-metodiki təminatı respublika Xalq Təhsili Nazirliyinə həvalə edilməsi qərara alınmış, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinə bir ay müddətinə «Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiyası və ləğv edilməsi qaydaları haqqında Əsasnamə» layihəsini hazırlaması və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmış, Respublika bank və maliyyə orqanlarına Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmamaları tapşırılmışdır. Göründüyü kimi, baxılan iş üzrə iddiaçının təhsil aldığı Azərbaycan Psixoloji- Pedaqoji (Defektoloji) X1vericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadığından lisenziyası da mövcud olmamışdır. Eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Baxılan iş üzrə iddiaçının Gəncə şəhəri X5 Xidməti Kollecinə qanuni əsaslarla daxil olması və bitirməsi barədə hər hansı sənəd mövcud olmadığından iddia həmin hissədə də əsassızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2101/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2471/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2471/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver