Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2472/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-1602/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu vaxtdan (xx.xx.2024-cü il tarixindən) xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü ildən xx.xx.2006-cı il tarixədək çalışdığı illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən hazırkı dövrə qədər bir sıra vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978ci il tarixinədək isə hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsi üzrə çalışır. O, qanunla müəyyən olunmuş qaydada əmək stajını tamamlamış, yaşa görə əmək pensiyasının müəyyən olunması üçün tələb olunan yaş həddinə çatmışdır. Qanunla müəyyən olunmuş qaydada yaşa görə əmək pensiyası hüququndan istifadə etmək üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixdə 3-17-1/2-H-123163/2024 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda xx.xx.1976-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixədək çalışdığı illər nəzərə alınmamaqla ümumi sığorta stajının tələb olunan iş stajından az olduğu, qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalının toplanmadığı, həmçinin xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək çalışdığı illərin doldurulma qaydasının pozulmasına görə nəzərə alınmadığı göstərilmişdir. Belə ki, cavabdeh orqanın ümumi sığorta stajına daxil etmədiyi xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək çalışdığı illər iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmış, o, qanunla müəyyən edilmiş qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Doldurulma qaydası və s. ondan asılı olan bir hal olmadığından cavabdehin belə bir qanunsuz əsasla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Bundan başqa, sözügedən imtina məktubunda iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1994-cü il tarixində işdən azad edilmə əmrinin kiril qrafikalı möhürlə təsdiq edilməsi kimi əsaslandırılma edilərək ona yaşa görə əmək pensiyasını təyin etməkdən imtina olunmuşdur. Halbuki, xx.xx.1991-ci il tarixində latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında qanuna əsasən 1940-cı ilə qədər Azərbaycanda istifadə olunan 32 hərfdən ibarət latın qrafikalı əlifba kiçik dəyişikliklərlə bərpa edilmişdir. Həmin tarixdən etibarən bütün dövlət qurumlarının möhür və digər hüquqi sənədlər məhz latın qrafikalı əlifba əsasında yazılmağa başlanılsa da, tam tətbiqi bir neçə il sonra mümkün olmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən latın qrafikalı əlifbaya keçid prosesinə başlanılmış və əmək kitabçasında əmək stajına dair qeydlərin latın və kiril qrafikası əsasında tərtib olunması iddiaçının iştirakı ilə həyata keçirilməmişdir, belə bir əsaslandırma ilə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması qanunvericiliklə müəyyən olunmuş hüquqlarına toxunur. Məhz bu səbəbdən də hesab edir ki, cavabdehin imtinası bu hissədə də əsassızdır. Bundan başqa, xx.xx.1994-cü ildən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu qeyd edilmişdir. Halbuki, iddiaçı sözügedən müəssisədə çalışmış və buna dair müvafiq qeyd əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçı iddia ərizəsində göstərilənlərə əsasən cavabdehin imtinasının əsassız hesab edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən əsaslardan çıxış edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr ərzində hərbi xidmətlə əlaqədar işdən azad olunması və hərbi xidmətdən qayıtdıqdan sonra işə bərpa olunması qeyd edilmədiyindən) həmin dövrün sığorta stajına daxil edilmədiyini bildirmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək vətəndaşın fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr sığorta stajına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-1602/2025 saylı saylı qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-1602/2025 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 5 il 4 ay 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövr üzrə 2 il 6 ay daxil olmaqla iddiaçının ümumi mübahisələndirilməyən sığorta stajı 7 il 10 ay 5 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr ərzində hərbi xidmətlə əlaqədar işdən azad olunması və hərbi xidmətdən qayıtdıqdan sonra işə bərpa olunması qeyd edilmədiyindən) həmin dövr sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövr sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək vətəndaşın fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr sığorta stajına daxil edilməmişdir. Beləliklə, xx.xx.1976cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər üzrə sığorta stajını təsdiq edən sənədlər (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışları) aşkar olunmadığından qeyd edilən dövrləri iddiaçının ümumi sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Habelə, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 5 gün sığorta stajına uyğun olaraq 5388,18 manat (2024-cü il tarixinə indekləşdirilmiş), xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 5586,17 manat (2024-cü il tarixinə indekləşdirilmiş) olmaqla, ümumilikdə 10974,35 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22–1.1-ci maddəsinə uyğun olaraq ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının yaşa görə pensiya hüququ olmadığından “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən, ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, hazırkı iş üzrə üzrə İddiaçı sözügedən müəssisələrdə işləməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994- cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərdə işləməsi ilə bağlı heç bir sənədin əldə edilməməsi, iddiaçıya əməkhaqqı hesablanıbhesablanmadığının birinci instansiya məhkəməsi tərəfindən akşar olunmaması sözügedən məhkəmə qərarına əsasən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsini istisna edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının 1976-cı il tarixdən 1988-ci il tarixədək olan dövr ərzində hərbi xidmətlə əlaqədar işdən azad olunması və hərbi xidmətdən qayıtdıqdan sonra işə bərpa olunması haqqında əmək kitabçasında qeyd yoxdur. Məhz bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin 1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənərək 1993-cü il tarixdən 1994-cü il tarixədək olan dövrə münasibətdə əmək kitabçasının doldurulma qaydası pozulmuşdur. Mübahisələndirilən digər dövr isə xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə edir. Belə ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (ümumilikdə 8 ay ərzində) vətəndaşın fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr sığorta stajına daxil edilməmişdir. Bu isə digər dövrlərin də mübahisələndirilməsinə zəmin yaratmışdır. İddiaçının ümumi mübahisələndirilməyən sığorta stajı 7 il 10 ay 5 gün müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü (xx.xx.2006-cı il tarixədək) nəzərə alınaraq iddiaçının, ümumilikdə, 5 il 4 ay 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı, bununla yanaşı, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işləmişdir. Həmin dövr də nəzərə alındıqda iddiaçının ümumi mübahisələndirilməyən sığorta stajı 7 il 10 ay 5 gün təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 1976-cı ildə Sünik Sovxozunda işə düzəlmişdir. Təqribi 11 ay ərzində orada işləyib. Daha sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra da yenə eyni yerdə işləməyə davam edib və sovxoz fəaliyyət göstərdiyi müddətdə orada işləyib. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçının yaşa görə əmək pensiya hüququ 65 yaşda, yəni xx.xx.2024-cü il tarixdə yaranmışdır. - H3 seriyalı ******* nömrəli hərbi biletin iş materiallarına əlavə edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçmişdir. İddiaçı birinci instansiyası məhkəməsində verdiyi izahatda bildirmişdir ki, atası vəfat etdiyinə və çoxuşaqlı ailə olduqlarına görə vaxtından əvvəl təxris olunmuşdur. - İddiaçıya məxsus xx.xx.1986-cı ildə doldurulmuş ПТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək “Syünik sovxozu”nda müxtəlif vəzifələrdə (xx.xx.1976-cı ildən üçüncü dərəcəli sürücü, xx.xx.1987-ci il tarixdən yem hazırlama sexində işçi; xx.xx.1987-ci il tarixdən avtoqarajda sürücü; xx.xx.1987-ci il tarixdən nasosxanada nasosçu) (11 il 10 ay 11 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Syünik sovxozu”nda sürücü (5 ay); xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Toz metallurgiyası üzrə təcrübə zavodunda çilingər-təmirçi (2 il 9 ay 18 gün); xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azot” kiçik müəssisəsində üçüncü dərəcəli çilingərtəmirçi (1 il 2 ay); xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Azərəlvanmetal” İstehsalat Birliyində sürücü (6 ay 16 gün); xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Merkuri” çoxprofilli kiçik müəssisəsində fəhlə (10 ay 18 gün); xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Azot” kiçik müəssisəsində dördüncü dərəcəli çilingər (3 il 5 ay 9 gün); xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixədək həmin müəssisədə beşinci dərəcəli çilingər (9 il 27 gün) (xx.xx.2006-cı il tarixədək 8 il 4 ay 27 gün); xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. Qeyd: əmək kitabçasının 2-ci səhifəsində, kitabçanın doldurulmasına başlanmamışdan, ilk olaraq “Syünik sovxozuna daxil olanadək ümumi iş stajına malik olmamışdır” qeydi aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət dövrü, xx.xx.1988-xx.xx.1988-ci illər (Syünik sovxozu), xx.xx.1989-xx.xx.1992-ci illər (Toz metallurgiyası üzrə təcrübə zavodu), xx.xx.1992-xx.xx.1993-cü illər (Azot kiçik müəssisəsi) üzrə iş stajı mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə müvafiq olaraq, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1976-xx.xx.1988-ci illərdəki iş stajı Syünik sovxozuna təsadüf edir ki, həmin sovxoz Qafan rayonunda yerləşmiş və həmin sovxoza dair sənədlərin məhkəmə tərəfindən əldə edilməsi mümkün deyildir. Lakin əmək kitabçasındakı qeydlərin mötəbərliyini cavabdeh tərəfindən təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bunun əksinə iddiaçı tərəfindən əmək kitabçasının əsli məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş X1 (ПТ-İ ******* nömrəli) və X2 məxsus əmək kitabçalarının təsdiq edilmiş surətlərindən görünür ki, hər üç şəxsin əmək kitabçasındakı Syünik sovxozuna aid qeydlər eyni möhürlə təsdiq edilmişdir. İddiaçının kolxozda işlədiyi dövrə nəzərən iddiaçının iş stajını nəzərə almamasına əsaslardan biri iddiaçının hərbi biletində göstərilən hərbi xidmət dövründə onunla əmək müqaviləsinə xitam verilib yenidən əmək müqaviləsinin bağlanmaması olmuşdur. Lakin bu kimi formal əsas əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala və iddiaçının əmək stajının nəzərə alınmaması üçün əsas qismində çıxış edə bilməz. Belə ki, qeyd olunan dövr iddiaçının kolxozda işlədiyi dövrlə əhatə olunduğundan cavabdeh tərəfindən ümumi şəkildə həmin dövrün iddiaçının əmək stajına nəzərə alınması istisna olunmur. Eyni zamanda iş materiallarında olan imtina və cavabdehin etirazına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Syünik sovxozunda işlədiyi dövr üzrə iş stajı mübahisələndirilməmişdir. Eyni zamanda möhürün kiril qrafikası ilə yazılmasına münasibətdə qeyd olunmalıdır ki, 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ Respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. Belə olan halda, cavabdeh tərəfindən həmin dövrlərin sığorta stajına nəzərə alınmaması əsassızdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2025-ci il tarixli, 2-1(103)-133/2025 saylı məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadında analoji mövqedən yanaşmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-1602/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-1602/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2472/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2472/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver