Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2476/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “pensiyanın yenidən hesablanıb ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-848/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dəqiqləşdirilmiş iddia tələbində X3nun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 29.2-ci maddəsi nəzərə alınmadan, X3nun xx.xx.2020-ci il tarixli şifahi müraciəti əsas tutulmaqla, pensiyasının yenidən hesablanılaraq, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək verilməli olan məbləğin hüquqi varisi kimi, İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir (Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, əsl olmayan iddiaçı Nümayəndə1 əsl İddiaçı ilə əvəz edilmişdir.) İddianın əsaslarına görə iddiaçının həyat yoldaşı X6 xx.xx.2021- ci il tarixində ölmüşdür. Daxili İşlər Nazirliyi orqanlarında xidmət illərinə görə X3na güzəştli şərtlərlə ömürlük əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci il tarixində mərhum X2 idarəyə şifahi müraciət edərək, təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını və 2006-cı ildən etibarən fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta tutulmaları hesabına yığılmış olan pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş qaydalarla almaqda olduğu əmək pensiyasının üzərinə əlavə edilməsini tələb etmişdir. Lakin tələbi rədd edilmişdir. Mərhum X1 problemlər səbəbindən tələbinin aidiyyəti qurumlar və məhkəmə qaydasında təmin olunması ilə məşğul ola bilməmişdir. X3 xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs olmaqla, pensiya təyin edildikdən sonra işləməkdə davam edərək, 6 ildən çox işləmişdir. Onun xx.xx.2006-cı il tarixdən hal-hazıradək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 25365,85 manat təşkil edir və müraciət tarixinə olan pensiya kapitalı son bir ilin məcburi dövlət sosial sığorta tutulmaları olmadan hesablanmalıdır. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 2006-cı il 01 yanvar tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də sözügedən orqana xx.xx.2020-ci il tarixdə müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin onun müraciəti təmin olunmamışdır. Qeyd olunan halları əsas götürərək, o, xx.xx.2022-ci ildə DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məktubla müraciət edərək, X3nun müraciət tarixindən sonrakı vəfat anına qədər dövr üzrə hesablanmalı olan pensiyasına əlavələrin alınmamış pensiya kimi qiymətləndirilməsini və qanuni varislərinə qanunamüvafiq şəkildə ödənilməsini təmin etmələrini xahiş etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı mükünsüz hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.1-ci maddəsinə əsasən mərhum Ş.Şərifovun müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Onun vaxtilə pensiya təyin edildikdən sonra fəaliyyətini davam etdirərkən topladığı 30013,31 manat pensiya sığorta kapitalı həmin Qanunun 29.2-ci və 37.3.1-ci maddələrinin tələbləri nəzərə alınaraq hazırda iddiaçıya sözügedən Qanunun 20.17.2-ci maddəsinə uyğun qaydada aşağıdakı tərkibdən ibarət olmaqla 733,68 manat (pensiyanın sığorta hissəsi-660,15 manat; qulluq stajına görə əlavə hissəsi-73,53 manat) məbləğində əmək pensiyası ödənilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-848/2022 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən X5 təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək ödənilməli olan fərq məbləğinin İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmadığından qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mərhum Ş.Şərifova “Əmək pensiyaları haqqında” AR Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilmişdir və həmin qanunun 20.17.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən iddiaçıya mərkəzi filial tərəfindən mərhum Ş.Şərifovun müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Ş.Şərifovun 1 yanvar 2006-cı il tarixədək olan 04 il 10 ay 22 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 4423,23 manat müəyyən edilmişdir. Həmin tarixdən vəfat etdiyi xx.xx.2021-ci il tarixədək işlədiyi dövr üzrə fərdi hesabında 30003,31 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mərkəzi filiala müraciət etmişdir. Mərhum Ş.Şərifovun vaxtilə pensiya təyin edildikdən sonra fəaliyyətini davam etdirdiyi müddətdə fərdi hesabın sığorta hissəsində 30013,31 manat pensiya sığorta kapitalı qeydə alınıb. Adıçəkilən şəxsin fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb, yəni mərhumun vaxtilə pensiya təyin edildikdən sonra fəaliyyətini davam etdirərkən fərdi heabın sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub, odur ki, hazırda onun istifadə olunmamış pensiya kapital qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması mümkün deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Nümayəndə1 isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Lakin iş materiallarına əsasən cavabdeh tərəfindən iddiaçının, mərhum ərinin pensiya kapitalına görə əmək pensiyası yenidən hesablanıb ödənilərkən qanunvericiliyin qeyd olunan tələbləri və Konstitusiya Məhkəməsinin göstərişləri pozulmuş, o cümlədən, ərinin öldüyü xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdə ona ailə başçısı itirməyə görə pensiya təyin olunanadək olan müddət üçün mərhumun pensiya kapitalına görə əmək pensiyası artımla hesablanıb ona ödənilməişdir. Belə ki, işə əlavə olunmuş pensiya işinin materiallarından görünür ki, mərhum işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra işlədiyi dövrdə topladığı pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanaraq artırılmasını xahiş etmiş, cavabdeh isə iddiaçıya təyin edilmiş əmək pensiyasını, pensiyanın sığorta hissəsini Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablayarkən, Qanunun 29.2-ci maddəsini tətbiq etməklə, əmək pensiyası məbləğini artım məbləğində azaltmışdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 29.2 və 45-ci maddələrinə istinadən, qərarı əsassız sayır. Məhkəmə kollegiyası aşağıdakılra görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına görə: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 29.1-1-ci maddəsinə əsasən isə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir ( maddəyə əlavə edilən bu əlavə 16 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir). Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunvericilyin qeyd olunan normalarının mənası ən azından onu ehtiva edir ki, pensiyaya çıxmış şəxslərə sonrakı əmək fəaliyyətləri nəticəsində ödədikləri məcburi sosial sığorta haqları, əmək pensiyasına əlavələr şəklində onların özlərinə qaytarırılır. Konkret halda isə əslində cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, sığorta kapitalına görə pensiya məbləğini artırıb, həmin artım məbləği qədər də onu azaltmaqla, faktiki olaraq mərhumun məcburi dövlət sosial sığorta ödənişlərindən topladığı sığorta kapitalını silərək onu sıfırlamış olur. Qeyd edilənləri, o cümlədən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla, qanunvericilyin iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd olunan normaları baxımından hesab edir ki, iddiaçının mərhum ərinin öldüyü xx.xx.2020-ci il tarixdən, ona xx.xx.2021-ci il tarixində ailə başçısı itirməyə görə pensiya təyin olunanadək olan müddət üçün mərhum ərinin fərdi hesabının sığorta hissəində toplanmış pensiya kapitalına görə pensiyasının, azaldılma (ƏPQ-nin 29.2-ci maddəsi) tətbiq edilmədən, yenidən hesablayıb iddiaçıya ödəməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alıan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-848/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-848/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2476/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2476/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver