Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2476/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya aid ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya aid ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1999cu il tarixdən xx.xx.2000-cı il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" QSC-nin 4 saylı və 5 saylı X1 Müəssisələrində yol montyoru işləmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “ 5 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərbaycan Dəmir Yolu İdarəsi”nin “26 saylı X12”nda yol montyoru işləmişdir. (İşə qəbul əmr № 48/5 xx.xx.1998, xitam əmr № 81/97 xx.xx.1998) xx.xx.1999-cu il tarixdən xx.xx.2000-cı il tarixədək (İşə qəbul əmr № 01/65) və xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (başqa işə keçirmə əmr № 194/1 xx.xx.2003) "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”ndə yol montyoru işləmişdir. "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də xx.xx.2016-cı il tarixdən hal-hazırki tarixədək yol montyoru kimi çalışır. (Əmr №31/k xx.xx.2016) Əmək kitabçasına əsasən (№ 0070125) yol montyoru peşəsi üzrə sosial sığorta (əmək) stajı xx.xx.2023-cü il tarixə 22 il 10 ay təşkil edir. Yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 23 yanvar 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.4 bəndinə uyğundur. İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair sosial sığorta (əmək) stajı barədə məlumata əsasən: “26 saylı X12”-Yol montyoru-xx.xx.1998-xx.xx.1998 (10 ay 18 gün) “4 saylı İDYM- Yol montyoru - xx.xx.1999-xx.xx.2000 (1 il 4 ay 27 gün 3) “4 saylı İDYM”- Yol montyoru -xx.xx.2002- xx.xx.2016 (13 il 1 ay 4 gün 4) "xxxx" MMC- Yol montyoru -xx.xx.2016-xx.xx.2023 (məlumatın verildiyi gün) (“7 il 5 ay 11 gün) Peşə üzrə ümumi sosial sığorta stajı-22 il 10 ay. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə iddiaçının xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dəmir yolu İdarəsi”nin “26 saylı X12”nda, xx.xx.1999- xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”ndə və xx.xx.2016-cı il tarixindən hal-hazıradək "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də yol montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli arayışında iddiaçının yol montyoru işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd göstərilməyib. Qeyd olunanları nəzərə alaraq, sözügedən məlumatlar güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışında əks olunaraq tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Bu imtina məktubundan narazı qalan İddiaçı məhkəməyə müraciət edərək 57 yaşından, yəni 12 iyun 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildə 5-ci dərəcəli krancı sürücü ixtisası üzrə peşə məktəbini bitirmişdir. 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci ildə Ağdam Suvarma sistemlər idarəsində fəhlə işləyib xx.xx.1985ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. 1986-1988-ci illərdə təmir tikinti idarəsinə fəhlə vəzifəsində, daha sonra isə müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X7” yol mantyoru vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" QSC-nin 4 saylı X3 Müəssisəsində yol montyoru işləmişdir. "xxxx" QSC-nin 5 saylı X1 Müəssisə” MMC-də xx.xx.2016-cı il tarixdən halhazırkı tarixdək yol montyoru kimi çalışır. İddiaçı yol montoru peşəsi üzrə sosial sığorta stajı xx.xx.2023-cü il tarixə 22 il 10 ay təşkil edir. Yol montyoru peşəsi Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş 21.4-cü bəndinə uyğun olaraq “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısına” aiddir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı Mərkəzi filiala xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, aşağıda qeyd olunan səbəblərdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması təxirə salınmışdır (iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında" xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-189194/2023 nömrəli məktub). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr vəsərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı onun tərəfindən Mərkəzi Filiala təqdim olunmalıdır. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dəmir Yolu İdarəsi”nin “26 saylı X12”nda, xx.xx.1999-xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsində və xx.xx.2016-cı il tarixindən hal-hazıradək “Azərbaycan Dəmir Yolları" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də yol montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli arayışında yol montyoru işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən məlumatlar güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışında əks olunaraq iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. İddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında’’ xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-189194/2023 nömrəli məktubun məzmunundan aydın olur ki, iddiaçının müraciətinin təminindən imtina edilməmiş, əksinə iddiaçı tərəfindən əlavə sənəd (sənədlər) təqdim ediləcəyi halda inzibati orqanın müraciətə yenidən baxaraq araşdırılacağı qeyd olunmuşdur. Lakin iddiaçı müvafiq sənədi təqdim etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüynə dair” 10 aprel 2015-ci il tarixli 5 Nə-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu mərhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığının yoxlanılması qaydasında aparmamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdeh orqana aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1. şəxsiyyət vəsiqəsinin surəti; 2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); 3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı; 4. pensiya təyin edilməsi ilə bağlı ərizə. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dəmir yolu ldarəsi’’nin “26 saylı X12”-nda, xx.xx.1999-xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”ndə və xx.xx.2016-cı il tarixindən hal-hazıradək "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi" MMC-də yol montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli arayışında yol montyoru işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən məlumatlar güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışında əks olunaraq iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. İddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında" xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-189194/2023 nömrəli məktubun məzmunundan aydın olur ki, iddiaçının iddiaçının müraciətinin təminindən imtina edilməmiş, əksinə iddiaçı tərəfindən əlavə sənəd (sənədlər) təqdim ediləcəyi halda inzibati orqanın müraciətə yenidən baxaraq araşdırılacağı qeyd olunmuşdur. Qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, yol montyoru İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək “4 saylı X1 Müəssisəsi"ndə, xx.xx.2016-cı il tarixdən bu günədək “5 saylı X1 Müəssisəsi” MMC-də işlədiyi yol montyoru peşəsi mövcud olan ştat cədvəlinə əsasən zərərli iş sayılır və zərərə görə vəzifə peşə maaşına 12% zərərlilik bu vaxta kimi əlavə olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş yol montyoru peşəsinin vəzifə təlimatına əsasən işçi Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasını öz üzərinə götürür. Məhkəmə "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş yol montyoru peşəsinin vəzifə təlimatına əsaslanaraq qeyd etmişdir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Halbuki həmin məktubda, həmçinin məktuba əlavə edilmiş yol montyoru peşəsinin vəzifə təlimatında iddiaçının çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi, həmçinin iddiaçının çalışdığı sahənin magistral dəmiryollarına aid olub-olmaması müəyyən edilməsə də, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının iş yerindən təqdim etdiyi arayışda onun “yol montyoru” işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumatın qeyd olunmadığına istinad edərək onun tələbinin təmin olunmasından imtina etmişdir. Həmin məktubla iddiaçının tələbinin təmin olunmasından imtina edildiyi üçün iddiaçı haqlı olaraq hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunan cavabdehin münasibətini (xx.xx.2023-cü il tarixli məktubunu) imtina kimi qiymətləndirərək və Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun işlədiyi sahənin zərərli olması, güzəştli iş stajının olması” mübahisələndirilmiş və bu əsasla tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq aradan qaldırılmışdır. Beləliklə, Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2023-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətlərindən görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il il tarixə ümumi iş stajının iş materiallarında olan hərbi biletə və əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəşrli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, ““Azərbaycan Dəmir Yolları" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də yol montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 24/1 idym-5 nömrəli arayışında yol montyoru işlədiyi müddətdə çalışdığı sahənin magistral dəmiryolları əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində isə məhz magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsi nəzərdə tutulmuşdur və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının güzəştli iş stajının yetərli olması məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu məsələ kifayət qədər araşdırılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti“ 5 saylı X1 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24/1 idym-5 nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərbaycan Dəmir Yolu İdarəsi”nin “26 saylı X12”nda yol montyoru işləmişdir. (İşə qəbul əmr № 48/5 xx.xx.1998, xitam əmr № 81/97 xx.xx.1998) xx.xx.1999-cu il tarixdən xx.xx.2000-cı il tarixədək (İşə qəbul əmr № 01/65) və xx.xx.2002-ci il tarixdən xx.xx.2016cı il tarixədək (başqa işə keçirmə əmr № 194/1 xx.xx.2003) "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”ndə yol montyoru işləmişdir. "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də xx.xx.2016-cı il tarixdən hal-hazırki tarixədək yol montyoru kimi çalışır. (Əmr №31/k xx.xx.2016) Əmək kitabçasına əsasən (№ 0070125) yol montyoru peşəsi üzrə sosial sığorta (əmək) stajı xx.xx.2023-cü il tarixə 22 il 10 ay təşkil edir. Yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 23 yanvar 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.4 bəndinə uyğundur . Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək “4 saylı X1 Müəssisəsi"ndə, xx.xx.2016-cı il tarixindən bugünədək “5 saylı X1 Müəssisəsi” MMC-də işlədiyi yol montyoru peşəsi mövcud olan ştat cədvəlinə əsasən zərərli iş sayılır və zərərə görə vəzifə peşə maaşına 12% zərərlilik üzrə bu vaxta kimi əlavə veriir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş yol montyoru peşəsinin vəzifə təlimatına əsasən İşçi Əmək Məcəlləsi ilə müəyyən edilmiş aşağıdakı əmək funksiyalarının İcrasını öz üzərinə götürür: 1. Müxtəlif mənzillərdə yolun üst quruluşu və yerüstü xətlərinin quraşdırılması, sökülməsi və təmin üzrə mürəkkəb işlərin yerinə yetirilməsi; 2. Relslərin şpallara və tirlərə əl ilə və kostılvuranlarla bərkidilməsi; 3. Relslərin altlıqlara boltlar ilə bərkidilməsi; 4. Relslərdə elektrik burğu dəzgahları vasitəsilə deşiklər açılması; 5. Altlıqların dəmir-beton şpalları elektrik açarları və şurupbağlayanlaria bərkidilməsi, 6. İzolə edilmiş qovşağın quraşdırılması və sökülməsi;
7. Yolun surət sahələrində və dəmir-beton şpallı, lövhəli və bloklu sahələrində rels aralıqlarının hidravlik açılma cihazları ilə təmizlənməsi; 8. Yolun sürət sahələrində və dəmir-beton şpallı sahələrində hidravlik hamarlama cihazlarının köməyi ilə rels-şpal şəbəkəsinin təmizlənməsi; 9. Şpalların boltlarla çərçivəyə bərkidilməsi; 10. İş rəhbərinin müəyyən etdiyi sahələrdə yolun üst quruluşu üzrə digər təmir işlərinin aparılması; 11. Daxili intizam, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydalara əməl edir; 12. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, o cümlədən yanğından mühafizə üzrə qayda və normaları bilməlidir. Hazırki işin apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər yenidən araşdırılmış və "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi" MMC-yə sorğu verilmiş, həmin sorğuya cavab olaraq MMC tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, hal-hazırda müəssisədə işləyən yol montyoru İddiaçı xx.xx.1998-xx.xx.1998-ci il tarixdə “Azərbaycan Dəmir Yolu idarəsinin” “26 saylı X7, xx.xx.1999-xx.xx.2000-ci il və xx.xx.2002- 31.01,2016-cı il tarixdə "xxxx" QSC-nin “4 saylı X1 Müəssisəsi”ndə və xx.xx.2016- cı il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “5 saylı X1 Müəssisəsi” MMC-də işlədiyi yol montyoru vəzifəsi (peşəsi) mövcud olan ştat cədvəlinə əsasən zərərli iş sayılır, zərərə görə vəzifə peşə maaşına 12%-lik zərərlilik bu vaxta kimi əlavə olunmuş, ol montyoru peşəsinin vəzifə təlimatı təkrarən göndərilərək, həmin peşədə işləyən işçilərin əmək funksiyaları yenidən diqqətə çatdırılmış və iddiaçının işlədiyi yol montyoru peşəsinin magistral dəmir yollarının əlaqə şəbəkəsinə aid olduğu bildirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində yol montyoru vəzifəsində işlədiyi dövr, həmin peşə və sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) bölməsinin Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində göstərilən magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğun olduğundan və bu fakt işəgötürənin güzəştli arayışları ilə təsdiqləndiyindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır və bununla da iddiaçı qanunla tələb olunan üçüncü şərti də ödəmiş sayılır. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Qeyd olunanlarla bağlı hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-2884/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev