Məhkəmə qərarları › İş №2-1(103)-248/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-248/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-248/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Abbasov” soyadının “Topçubaşov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 2804/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2804/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Abbasov” soyadının “Topçubaşov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1947-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. “Abbasov” soyadını “Topçubaşov” soyadına dəyişmək məqsədi ilə yazılı ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir.Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-04/58 saylı cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qanunla tələb olunan sənədlərdən təkcə hərbi biletinin təsdiq olunmuş surətini qeydiyyat şöbəsinə təqdim edə bilməmişdir. Bu səbəbdən də soyadının dəyişdirilməsindən imtina olunmuşdur.Onun 73 yaşı var, hərbi mükəlləfiyyətli deyildir. Hərbi biletini də itirmişdir. Həm şəxsiyyət vəsiqəsində, həm doğum haqqında şəhadətnamədə, həm də evlənmə haqqında şəhadətnamədə soyadı «Abbasov» yazılmışdır. Soyadını dəyişmək onun hüququdur. O, «Topçubaşov» nəslindəndir, soyadları «Topçubaşov» olmuşdur. Lakin sonradan «Abbasov» soyadı yazılmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə edərək, çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Topçubaşov Ceyhun Mustafa oğlu ifadəsində bildirmişdir ki, İddiaçı atası ilə onun atası əminəvəsidir. Onlar ata tərəfdən qohumdular. İddiaçının da ata tərəfdən qohumlarının soyadları “Topçubaşovdur”, sonradan babasının adı ilə onların soyadını Abbasov kimi yazmışlar. Hazırda “Topçubaşov” soyadının iddiaçıya verilməsinə etiraz etmir. Digər şahid Topçubaşov Fikrət Nəriman oğlu ifadəsində göstərmişdir ki, İddiaçı atası ilə onun atası əmioğlu, babaları qardaş olmuşlar. Onları soyadına görə sıxırdılar, ona görə də iddiaçının atasıgilin soyadını sonradan dəyişmişlər. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, nümayəndə və vəkillə eyni məmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər VVAQ Bürosu tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AZ serialı 570379 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X6, anası X1r, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1947-ci il tarixdə 184 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş AZ seriyalı 160073 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 xx xxxxxxx 1969-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/9-04/58 saylı məktubda qeyd olunur: İddiaçı soyadının «Abbasov»dan «Topçubaşov»a dəyişdirilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.9-cu bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir: ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə; ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr; şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli; "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair sənəd. Nəzərinizə çatdırırıq ki, hərbi biletin notariat qaydasında təsdiq olunmuş surətini təqdim etməyinizdən müraciətinizi təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur, onun soyadı valideynlərin soyadı ilə «Abbasov» müəyyən edilmişdir. İddiaçı onun soyadının «Topçubaşov» soyadına dəyişdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə aşadırması zamanı iddiaçı soyadının «Topçubaşov» soyadına dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində dəlillərini qəbul etmir, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2804/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar