Məhkəmə qərarları › İş №2-1(103)-248/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-248/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-248/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5105/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən təyin edilməsi və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən hesablanaraq müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki son 36 ayın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır. “...xx.xx.1958-ci il tarixində anadan olmuşdur. 04 sentyabr 1975-ci ildən etibarən halhazırkı dövrədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun təqribən 48 ilə yaxın əmək stajı vardır. Həmin iş stajının 1981- 2003-cü illər üçün olan dövrünü “Neft Daşları” NQÇİnin müxtəlif vəzifələrində işləmişdir. Bunlar həmin idarə tərəfindən verilmiş arxiv arayışları ilə də öz təsdiqini tapmaqdadır. Cavabdeh orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial güzəştli iş stajının 12 il 6 aydan az, yəni 8 il 9 ay 18 gün (xx.xx.1981 - xx.xx.1983-cü il, xx.xx.1983 - xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini əsas gətirərək güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir. Cavabdeh orqan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə qədər olan stajı güzəştli iş stajı saymayaraq müraciətdən imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarının 1 nömrəli əlavəsinə əsasən 1100000b-24125 nömrəli kod ilə “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinlərinin” də güzəştli şərtlərlə pensiyaya çıxmalı olduğu da qeyd edilmişdir. Bununla da əlavə edilmiş sənədlərdən də görünür ki, güzəştli şərtlərlə iş stajı 10 ildən çoxdur. 1997-ci ilədək 10 il ümumi, 10 il də güzəştli şərtlərlə iş stajı olduğundan ona 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə 50 yaşdan pensiya təyin edilməlidir. Beləliklə, cavabdehin qeyd olunan əsaslarla müraciətdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Göstərilən hüquq normalarından aydın olur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamamlanmasından asılı olmayaraq, yaşa və staja görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassız hesab olunmalı və iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş maddi hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, onun müraciətinə Mərkəzi Filialda baxılmış və İddiaçı xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır. Sözügedən məktubla iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olduğu bildirilmişdir. Belə ki, onun güzəştli sığorta stajının 8 il 9 ay 18 gün (xx.xx.1981-xx.xx.1983cü il, xx.xx.1983 - xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1990 - xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunan səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlər sırasında olan güzəştli iş stajını təsdiq edən SOCAR "Azneft” X2 Daşları Neft və qazçıxarma idarəsi tərəfindən verilən arayışlara əsasən iddiaçının güzəştli stajı xx.xx.1981 - xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1985 - 31.01,1986-cı il, xx.xx.1986 -xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər olmaqla ümumilikdə 8 il 9 ay 18 gün təşkil etməklə iddiaçının tələb etdiyi qanunvericilik üzrə (“Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi) 1 nömrəli siyahı üçün tələb edilən 10 il güzəştli iş stajından azdır. Həmçinin, İddiaçı iddia ərizəsində güzəştli iş stajı olduğunu iddia etdiyi SOCAR "Azneft" X2 Daşları Neft və qazçıxarma idarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 142-1-1/3-9-31/2023 nömrəli arxiv arayışında göstərilən digər dövrlərə münasibətdə bildiririk ki, həmin dövrlərin güzəştli iş stajına aid olmasına dair güzəştli arayış təqdim edilmədiyi üçün həmin dövrlərin güzəştli iş stajına aid edilməsi qanunvericiliklə mümkün deyil. Bundan başqa, iddiaçı iddia ərizəsində 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən əmək pensiyasının təyin edilməsini tələb etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin a bəndinə əsasən 1 nömrəli siyahı üzrə kişilərin 50 yaşı tamam olduqda 20 il ümumi, 10 il güzəştli stajı olduqda pensiya hüququ yaranır. Sözügedən qanuna edilmiş xx.xx.1997-ci il tarixli dəyişikliyə əsasən həmin qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək hər il altı ay artırılır. Qeyd olunanlardan bir daha aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, İddiaçı iddia tələbi təmin edilməməlidir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5105/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…Qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassızdır. məhkəmə işin halları üzrə həm tam olaraq araşdırma aparmamış, həm də düzgün hüquqi mövqeyə gəlməmişdir. “Azneft” İstehsalat Birliyi belə bir cavab versə də, onun cavabı doğru deyil. Birlik İddiaçı işlədiyi “şöbə rəisi” və “baş mühəndisin istehsalat üzrə müavini- neftin qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsinin rəisi” vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli əlavəsində qeyd olunan heç bir vəzifə ilə uyğun gəlmədiyini yazsa da, bu yanlışdır. Belə ki, sözügedən Qərarın 1 nömrəli əlavəsinə əsasən 1100000b-24125 nömrəli kod ilə “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinlərinin” də güzəştli şərtlərlə pensiyaya çıxmalı olduğu da qeyd edilmişdir. Əmək kitabçasından da görünür ki, şəxs məhz istehsalat şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmçinin məhkəmə vəzifə təlimatında da şəxsin vəzifəsinin güzəştli staj verməyə əsas olmasına dair qeydin olmadığını əsas gətirmişdir. Bildirmək istəyirəm ki, “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəməyə göndərilmiş sorğuya cavabda həmin dövrün vəzifə təlimatlarının saxlanılmadığı və bu səbəbdən 2004-cü il tarixli analoji vəzifə təlimatının təqdim edildiyi qeyd edilmişdir. Həmin vəzifə təlimatının 2.2, 2.16 və 2.17-ci bəndlərində göstərilən vəzifələrdə şəxsin operativ istehsalat planlarının yerinə yetirilməsində, onu təhlil və nəzarət edilməsində məsul şəxs olduğu göstərilmişdir. Bir digər mühüm məqam isə ondan ibarətdir ki, məhkəmə şəxsin iş stajını bütün dövr üzrə yoxlamamışdır. Belə ki, cavabdeh orqan tərəfindən 8 il 9 ay 18 gün staj müddəti mübahisələndirilmir və qəbul edilir. Buradan da aydın olur ki, iddiaçının 10 il güzəştli stajının tamam olması üçün ona 1 il 2 ay 12 gün kifayət etməkdədir. İddiaçı məhz xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixə qədər olan Quyuların əsaslı və yeraltı təmiri sexində böyük mühəndis vəzifəsində işlədiyi 10 ay 6 gün staj və xx.xx.1989-cu il tarixdən xx.xx.1990- cı il tarixədək neft qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsində 2-ci kateqoriyalı mühəndis işlədiyi 8 ay 17 gün staja dair heç bir araşdırma aparmamışdır. Qeyd etdiyi ümumi staj 1 il 6 aydan çox olduğu və tələb olunan stajdan çox olduğu halda bu dövrə dair məhkəmə heç bir araşdırma aparmamış və prosessual qanunvericiliyi pozmuşdur. Buna görə də, Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-5105/2024 nömrəli xx.xx.2024- cü il tarixli qərarı qanunsuz və əsassız qəbul edildiyi üçün ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1 2-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387-ci maddələrinin məzmununa əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.4 bəndində qeyd olunur ki, “qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun”. Mövcud mübahisəli işdə də məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Ona görə də hazırkı məhkəmə qərarı işin bütün faktiki hallarını özündə əks etdirmir və mübahisəyə yenidən baxılaraq ədalətli qərar qəbul olunmalıdır. Ona görə də, mübahisəyə Apellyasiya instansiyasında yenidən baxılmaqla qərar ləğv olunmalı və yeni qərar qəbul edilməklə iddia ərizəsi təmin edilməlidir...» Məhkəmə kollegiyasının xx.xx.2024 və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə 50 yaşından iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün onun 10 il güzəştli stajının mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmsını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən sonra, xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək, ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlələ əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu tərəfindən onun həmin müraciəti təmin edilməmiş, müvafiq tələblə məkəmədə iddia qaldırmış, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun (xx.xx.2006-cı il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Qanunun qeyd olunan tələbləri baxımından, xx.xx.1997-ci il tarixədək iddiaçının azı 20 il ümumi və azı 10 il güzəştli pensiya hüququ verən stajı mövcud olmalıdır ki, 50 yaşından ona güzəştli pensiya təyin edilsin. İşin hallarından görünür ki, ümumi əsaslarla pensiyaçı olduğu və onun «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə xx.xx.1997-ci il tarixdə edilən qeyd olunan dəyişiklik qüvvəyə minənənədək 20 il ümumi staja malik olduğu işin mübahisəsis halıdır. Hər bir halda, işə əlavə olunmuş, xx.xx.1975-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının (surətinin) qeydləri tədqiq olunduqda, onun əmək fəaliyyətinə başladığı xx.xx.1975-ci il tarixdən sözügedən Qanuna edilən dəyişiklik xx.xx.1997-ci il tarixdə qüvvəyə minənədək 20 il ümumi stajına malik olduğu müəyyən edilir. Konkret halda, cavabdeh tərəfindən iddiaçıya verilən imtinanın əsası, yəni, mübahisələndirilən hal ondan ibarətdir ki, sonuncunun xx.xx.1987-ci il tarixədək Qanunun sözügedən normasında tələb olunan 10 il güzəştli pensiya hüququ verən xüsusi stajı yoxdur. İddiaçının iddia ərizəsi və apellyasiya şikayətində ifadə olunan mövqeyinə görə isə o, «X1 «Neft Daşları» NQÇİ-də 10 ildən də çox güzəştli pensiya hüququ verən işlərdə çalışmışdır. Lakin iş materiallarına əsasən iddiaçının tələbində haqlı olduğu müəyyən olunmur. Belə ki, iddiaçının əmək kitabçasının (surətinin) qeydlərinə, habelə, «SOCAR» «X1 «Neft Daşları» NQÇİ-nin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən sözügedən NQÇİ-də onun aşağıdakı işlərdə çalışdığı müəyyən olunur: 1) xx.xx.1981-xx.xx.1983: Neft və qaz hasilatı üzrə operator (Arayışda həmin peşənin AR Nazirlər Kabinetinin 23.01. 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci yarım bölməsinin «a» bəndinə uyğun olduğu qeyd olunur. ) -1 il 3 ay 22 gün; 2) xx.xx.1983-xx.xx.1984: 1 saylı neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir.) -1 il 6 ay 14 gün; 3) xx.xx.1985-xx.xx.1986: 8 saylı neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir.)-10 ay 28 gün; 4) xx.xx.1986-xx.xx.1986: Quyuların əsaslı və yeraltı təmiri sexində böyük mühəndis - 4 ay 5 gün; 5) xx.xx.1986 – xx.xx.1989: Quyuların əsaslı və yeraltı təmiri sexinin sex rəisi (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir) - 2 il 4 ay 8 gün; 6) xx.xx.1989 – xx.xx.1990: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə 2-ci kateqoriyalı mühəndis – 8 ay 17 gün; 7) xx.xx.1990-xx.xx.1990: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə rəis müavini - 2 ay 4 gün; 8) xx.xx.1990-xx.xx.1992: Quyuların əsaslı və yeraltı təmiri sexində sex rəisi (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir) – 2 il 8 ay 24 gün; 9) xx.xx.1992-xx.xx.1994: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə şöbə rəisi – 1 il 7 ay; 10) xx.xx.1994-xx.xx.1996: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə – baş mühəndis – rəis müavini (16-cıdərəcəli) - 2 il 1 ay 18 gün; 11) xx.xx.1996-xx.xx.2003: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə baş mühəndis (17-ci dərəcəli) – 8 il 7 ay 12 gün (xx.xx.1996xx.xx.1997= 11 ay 12 gün). Göründüyü kimi – qeyd olunan 1, 2, 3, 5 və 8-ci sıralar üzrə iddiaçının işlədiyi vəzifələr – işlədiyi NQÇİ-nin arayışlarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 10.2-ci yarımbölməsində güzəştli pensiya hüququ verən vəzifələr kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, həmin vəzifələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısında (Əlavəsində), “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Qazma” yarmıbölməsinin 1100000b şriftində (rəhbərlər və mütəxəssislər) 50 yaşından güzəştli pensiya hüququ verən vəzifələr kimi nəzərədə tutulmuşdur. Həmin güzəştli pensiya hüququ verən vəzifələrdə isə iddiaçının xx.xx.1997-ci il tarixinədək olan müddət ərzində, cəmi, 8 il 10 ay 6 gün stajı toplanır (1 il 3 ay 22+1 il6 ay 14gün+10 ay 28 gün+2 il 4 ay 8 gün +2 il 8 ay 24 gün). Halbuki, onun həmin tarixədək 20 il ümumi stajı ilə yanaşı, həm də 1 nömrəli Siyahıda nəzərdə tutulan peşə və vəzifələrdə azı 10 il də güzəştli stajı olmalıdır ki, ona 50 yaşından pensiya təyinatı aparılması mümkün olsun. İş materiallarından görünür ki, məhkəmə sorğusuna əsasən “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-5/2-110/2024 nömrəli məktubunda məhkəmyə bildirilmişdir ki, İddiaçı xx.xx.1992-xx.xx.1994-cü ilədək neftin, qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsində şöbə rəisi və xx.xx.1994-xx.xx.1996-cı ildə neftin, qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsində baş mühəndisin istehsalat üzrə rəis müavini-neftin, qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsinin rəisi (16-cı dərəcəli) vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli Əlavəsində qeyd edilən heç bir vəzifə (peşə) kodu ilə uyğun gəlmir və eynilik təşkil etmir (i.v.122). “Neft Daşları” NQÇİ-nin məhkəməyə təqdim edilmiş iddiaçının istehsalat şöbəsində şöbə rəisi və rəis müavinin vəzifə təlimatından da görünür ki, rəis istehsalatda əsas plan göstəricilərinin yerinə yetirlmsəini təmin edən tədbirlərin işlənib hazırlanmasına rəhbərlik etmək, şöbənin faliyyətini əlaqələndirmək işgüzar şərait yaratmaq, operativ planların yerinə yetirilməsinə nəzarət etmək, obyektlər üçün avadanlıqlara sifarişləri təhlil edərək tərtib olunmasına nəzarət etmək, əməkdaşlar arasında vəzifə bölgüsü aparmaq və s. bu kimi, rəhbərlik funksiyalarını həyata keçirir ki, burada da qeyd olunan 1 nömərəli Siyahıda nəzərdə tutulan xüsusilə zərərli və ağır əmək funksiyasını yerinə yetirməsindən söhbət gedə bilməz. Onun işə əlavə olunmuş həmin dövr üzrə rəis və rəis müavini vəzifələrində işlədiyi vaxt aldığı əmək haqqının tərkibində xususilə zərərli və ağır iş şəratinə görə əmək haqqına əlavələr aldığı müəyyən olunmur (i.v.90-94) İddiaçının “Neft Daşları” NQÇİ-də xx.xx.1997-ci il tarixinədək güzəştli pensiya hüququ verən vəzifələr üzrə ayrı-ayrı arayışlarda iddiaçının cəmi, 8 il 10 ay 6 gün güzəştli stajının toplandığı təsdiq olunur. Belə olan halda, onun xx.xx.1994-xx.xx.1996-cı illər üzrə istehsalat şöbəsinin rəisi və rəis müavini vəzifələrinin onun güzəştli stajı kimi nəzərə alınması mümkünsüzdür. Onun xx.xx.1986-xx.xx.1986 və xx.xx.1989-xx.xx.1990-cı illərdə təmir sexində, eləcə də xx.xx.1997-ci il tarixdən sonra işlədiyi mühəndis vəzifələri isə istər Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci yarımbölməsinə, istərsə də Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısının Qazma yarımbölməsinin 1100000b şriftində aşkar surətdə mövcudluğu müəyyən edilmir. Bu baxımdan, “SOCAR “Azneft” İB-nə verilmiş 7 oktyabr 2024-cü il tarixli sorğuya cavabın gözələnilməsi əhəmiyyətsizdir. Beləliklə də iddiaçıya 50 yaşından güzəştli şərtlərə əmək pensiyası təyin olunması üçün əsasların mövcudluğu müəyyən olunmur. Başqa sözlə, 50 yaşından güzəştli pensiya hüququ yaranmadığı halda, cavabdeh tərəfindən ona imtina cavabı verilməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmş olsun. Qeyd olunanlar baxımından, birinci instansiya məhkəiməsi qərarında haqlı olaraq hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanuni olmuş, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən həm tam araşdırma aparılmadığını, həm də düzgün hüquqi mövqeyə gəlmədyini, maddi hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun appellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5105/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5105/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar