Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2480/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və cavabdehin iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1901/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 mart 2023-cü il tarixə yaranan borc məbləğindən dövlət büdcəsinə 629,03 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.342,74 manat borcuna görə siyahıya alınmış qiyməti qiyməti 10.000 manat, buraxılış ili 2019-cu il olan tünd göy metallik rəngli “BMW 5231 (minik)” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılması xahiş etmişdir (İPM m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna (“DSMF”)borcu yaranmşdır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğini yenə də ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 29 mart 2023-cü il tarixli qərar çıxarmışdır. Həmin qərar əsasında vergi ödəyicisinin 29 mart 2023-cü il tarixə yaranan dövlət büdcəsinə 639,03 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 3.342,74 manat borcuna görə fərqləndirici əlanəti qiyməti 10.000 manat, buraxılış ili 2019-cu il olan tünd göy metallik rəngli “BMW 5231 (minik)” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, 10.000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 6 aprel 2023-cü il tarixli **********0 və **********6 nömrəli protokollar tərtib edilmişdir. Həmin protokollara əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 29 mart 2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 629,03 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.342,74 manat borcu qalmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1901/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı məhkəmənin həmin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkünür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********6 və **********0 nömrəli qərarların icrası ilə bağlı vergi ödəyicisi barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********6, **********0 nömrəli protokolların surətləri ona göndərilməsi təmin edilməsinə baxmayaraq, sonuncu protokolun tərtibində iştirak etməmişdir. (xx.xx.2023-cü il tarixli **********896600 nömrəli məktub və onun çatdırılmasına dair məlumat şikayətə əlavə edilir). Eyni zamanda, “əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli Protokola və 14 saylı Əlavəyə (siyahıya alınmış əmlakın Siyahısı) nəzər saldıqda oradan aydın şəkildə görünür ki, siyahıya alma zamanı X2 müşahidəçi qismində protokolun tərtibində iştirak etmiş və iştirakını imza etməklə təsdiq etmişdir (“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli Protokol və 14 saylıƏlavə şikayətə əlavə edilir). İddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesablarına - dövlət büdcəsinə 639,03 manat və DSMF-yə 3342,74 manat borcunun alınmasına dair xx.xx.2022-ci il tarixli Sərəncam göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamın icrası təmin edilmədiyi üçün həmin sərəncam hələ də öz qüvvəsini saxlamaqdadır (Qeyd olunan Sərəncam şikayətə əlavə edilir). Diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. (Fiziki şəxs haqqında uçot-baza məlumatı şikayətə əlavə edilir). Lakin məhkəmə, cavabdehin 3981,77 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq qərar üzrə siyahıya alınmış dəyəri 10.000 manat olan 2019-cu il buraxılış olan “BMW 523İ MİNİK” minik markalı (Tünd göy metallik) **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması hesabına ödənilməsini məqsədəmüvafiq hesab etməmiş və qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Məhkəmə qərar qəbul edərkən Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilməsinin nəzərdə tutulmasına dair qanunvericiliyin müddəasını nəzərə almamış, bütün qeyd olunan məqamlar hərtərəfli qiymətləndirilmədən əsassız olaraq iddia rədd edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh vergi ödəyicisinin şəxsi hesab vərəqini məhkəməyə təqdim edərək, apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması barədə yeni qərar çıxcarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh məhkəməyə ödəniş qəbzi (surəti işə əlavə olunur) təqdim etdidərək, bu gün, yəni xx.xx.2024-cü il tarixdə vergi borcuna görə 630 manat dövlət büdcəsinə ödədədiyini, DSMF-yə olan borcundan isə onun xəbəri olmadığını, ümumiyyətlə fəaliyyət göstərmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını əsaslı hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanının məhkəməyə müraciət etməzdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək üçün malik olduğu səlahiyyətlərini (hüququnu) və bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə sadalanan üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İş materiallarından da görünür ki, cavabdeh vergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında və müəyyən edilmiş müddətdə vergi və məcburi sosial sığorta haqqları öhdəliyini yerinə yetirmədiyinə görə vergi orqanı tərəfindən 29 mart 2023-cü il tarixli “vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı əsasında - ona məxsus, qiyməti 10.000 manat, buraxılış ili 2019-cu il olan tünd göy metallik rəngli “BMW 5231 (minik)” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mütəxəssis və müşahidəçinin iştirakı ilə siyahıya alınaraq, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuş, vergi ödəyicisi həmin protokolu, eyni zamanda eyni tarixli siyahıya alınmış nəqliyyat vasitəsinin məsul saxlamaya verilməsi haqqında” aktı da imzalamaqdan imtina etmişdır. İşə əlavə olunmuş birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunan DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasından çıxarışdan da görünür ki, siyahıya alınmış həmin nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyatdadır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı vergi orqanı tərəfindən cavabdeh vergi ödəyicisinin mülkiyyətində olan nəqliyyat vasitəsinin siyahıya alınması proseduru vergi qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri çərçivəsində həyata keçirilmiş və məhkəmədə həmin avtomaşının ticarət şəbəkələrində satılması barədə öhdəliyin icrası haqqında hazırkı iddia qaldrılmışdır. Cavabdehin işə əlavə olunmuş şəxsi hesab vərəqəsindən isə görünən odur ki, onun 29 mart 2023-cü il tarixinə həqiqətən də dövlət büdcəsənə 629,03 manat vergi borcu, DSMF-yə isə 3342,73 ((2280,48+906)+(154+1,54)) manat məbləğində borcu mövcuddur. Hazırkı məhkəmə iclasında cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzinə əsasən müəyyən olunur (surəti işə əlavə olunur) ki, hazırkı iclas günü, yəni, xx.xx.2024-cü il tarixdə (saat 10:20-də) dövlət büdcəsinə olan vergi borcuna görə 630,0 manat məbləğində pul vəsaiti onun tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Belə oan halda, onun yalnız DSMF-yə olan 3342,73 manat məbləğində ödənilməyən borcu qalmış olur. Cavabdeh həmin borcundan xəbəri olmadığını, fəaliyyətini dayandırdığını və s. bu kimi ifadələrlə həmin borcunu qəbul etməsə belə, şəxsi hesab vərəqində təsbit olunan hesab göstəriciləri onu göstərir ki, həmin borcu mövcuddur. Qeyd edilməlidir ki, iş materiallarına əsasən cavabdehlə iddiaçı arasında vergi hesabatlarının elektron əsənd formasında göndərilməsi haqqında müqavilə də imzalanmış və sonuncu tərəfindən həmin müqaviləyə uyğun onun bolcları barədə məlumatlar (bildiriş, xəbərdarlıq və s.) elektron üsulla ona göndərilmişdir ki, Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinin tələbi baxımından, həmin sənədlər 3 gün keçdikdən sonra ona çatmış sayılır. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Eyni zamanda, İPM-in 14.3-cü maddəsinin tələbinə görə ona qarşı irəli sürülən iddia üzrə vergi borcunun mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz, cavabdehin (konkret halda vergi ödəyicisinin) üzərinə düşür. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, cavabdeh tərəfindən onun DSMF-yə olan həmin borcunun olmadığı sübutlarla əsaslandırılmamışdır (Bununla əlaqədar məhkəmə kollegiyası cavabdehə izah edir ki, DSMF-yə olan borcun ödənimədiyi təqdirdə, onun sığorta stajı da müvafiq dövrə görə yaranmır, həm də onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı da toplanmır ki, bütün bunlar da onun gələcəkdə əmək pensiyası hüququnun formalaşmasında öz mənfi təsirini göstərir.). Beləliklə də, məhkəmə araşdırmasının qeyd olunan nəticələri onu göstərir ki, hazırkı anda iddiaçının tələblərində qismən, o cümlədən, DSMF borcuna görə cavabdehdən 3342, 73 manat məbləğində vəsaitin tutulması üçün onun siyahya alınmış nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını tələb etməkdə haqlı olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən, hərtərəfli araşdırma aparılmamış, siyahıya alınma üzrə icraatın formal aparıldığını əsas gətirərək bircə kəlimə ilə əsassız olaraq iddianı rədd etmişdir. Halbuki, ən azından Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 72.2-ci maddəsinin tələbinə görə bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən, qanunvericiliyin tələblərini nəzərə almadığını, bütün məqamlar hərtərəfli qiymətləndirilmədən əsassız olaraq iddia rədd edildiyini mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1901/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehin 29 mart 2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna yaranmış 3.342,73 manat məbləğində borcuna görə onun siyahıya alınmış - qiyməti 10.000 manat, buraxılış ili 2019-cu il olan tünd göy metallik rəngli “BMW 5231 (minik)” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması, satışdan əldə edilmiş məbləğdən həmin borcun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin isə ona qaytarılması, qalan hissədə isə iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 34, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1901/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 29 mart 2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan 3.342,73 manat məbləğində borcuna görə, onun siyahıya alınmış - qiyməti 10.000 manat, buraxılış ili 2019-cu il olan tünd göy metallik rəngli “BMW 5231 (minik)” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Satışdan əldə edilmiş məbləğdən 3.342,73 manat borc məbləği tutularaq, dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan pul məbləği isə ona qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2480/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2480/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver