Məhkəmə qərarları › İş №2-1(103)-2481/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2481/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2481/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “hesabatın əvvəlki qaydasının bərpası və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “hesabatın əvvəlki qaydasının bərpası və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4826/2022 saylı 25 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra qəbul edilmiş qaydaların tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası; İnzibati Prosessual Məcəllənin 58.6-cı maddəsinin tələbinə əsasən tamamlanmış sübutlarda göstərilən borcun birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək “1. Fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası haqqında; 2. İntex Audit MMC-nin xx.xx.2010-cu il tarixli rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli №9/6489 nömrəli ekspert rəyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin tələbkara xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün müəyyən edilmiş 106733 manat borcun birdəfəlik ödənilməsi haqqında qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4826/2022 saylı 25 may 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək 2- 1(112)-4826/2022 saylı 25 may 2022-ci il tarixli qərardadın qismən ləğv edilməsi və iddia tələbinin 1-ci hissəsinin (xx.xx.2008-ci ildən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində toplanılmış sığorta kapitalının hesablanılması barədə) mümkün sayılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qərardadını qismən qanunsuz va əsassız hesab edir. Belə ki, onun iddia tələbi 2 hissədən ibarət olmuşdur. İddia tələbinin 1-ci hissəsi cavabdehin qanunsuz və əsassız imtinası barədədir, 2-ci hissəsi isə qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarının icrası ilə bağlıdır. Hesab edir ki, iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı olsa da, 1-ci hissəsi yeni iddia tələbidir. Belə ki, cavabdeh toplanılmış sığorta kapitalının hesabatının aparılmasını qanunsuz və əsassız olaraq həmin vaxtlarda (xx.xx.2008-ci ildən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində) toplanılmış sığorta kapitalının hesablanılmasını həmin vaxtdan 5 ay sonra qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na əsasən hesablanmışdır. İddia tələbinin 1-ci hissəsi bununla əlaqədar olmuşdur və həmin dövrdən sonra qəbul olunmuş adı çəkilən Qaydaların tətbiq edilməsi Əsas Qanun olan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Qeyd olunanlara əsasən belə hesab edir ki, iddia ərizəsində qeyd olunan tələblərinin 1-ci hissəsi üzrə inzibati icraat qaydasında işə baxılması mümkün hesab olunmalı və birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək həmin hissədə iddia tələbinə baxılması inzibati icraat qaydasında davam etdirilməlidir. Tərəflərin izahatları xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, “fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası” barədə iddia tələbini sürərkən əslində məhkəmə qərarı ilə ona 2008-ci il tarixdən pensiya təyin olunduqdan sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2008-ci ildən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində toplanılmış sığorta kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını istəmişdir. Lakin hüquqi savadı olmadığı üçün iddia tələbini bu cür formalaşdıra bilməmişdir. Bu barədə ona iddia tələbinin dəqiqləşdirilməsi üçün birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən hüquqi yardım da göstərilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının qismən ləğv edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti məhkəmə qərardadının “iddiaçının 1-ci iddia tələbinin qeyri-mümkün sayılması” hissəsindən verildiyi üçün məhkəmə kollegiyası qərardadın qanuniliyi və əsaslılığını məhz həmin hissədə yoxlayır. Belə olan halda məhkəmə qərardadının mübahisələndirildiyi hissəsindən aydın olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı tələbi “fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017 -ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası” barədədir. Birinci instansiya məhkəməsi həmin tələbin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olmasına, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılmasının mövcud qanunvericilikdə nəzərdə tutulmamasına istinad edərək onun mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan əsasla sözügedən iddia tələbinin qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Apellyasiya baxışı zamanı iddiaçının izahatından aydın oldu ki, o, “fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017 -ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası” barədə iddia tələbini sürərkən əslində hüquqi marağı məhkəmə qərarı ilə ona 2008-ci il tarixdən pensiya təyin olunduqdan sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2008-ci ildən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində toplanılmış sığorta kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur. Lakin bu barədə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən ona hüquqi yardım göstərilməmişdir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan iddia tələbinin qoyuluşunda hüquqi marağının nədən ibarət olduğunu aydınlaşdırmadan, bu hüquqi marağını əhatə edən daha uğurlu iddia tələbinin qoyulması üçün iddia tələbinin dəqiqləşdirməyi ona təklif etmədən, bu barədə ona hüquqi yardım göstərmədən iddiaçının verdiyi iddia tələbini qüsurlu olsa da onu qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının verdiyi iddia tələbini onun hüquqi marağını əhatə etmədiyini nəzərə almadan inzibati məhkəmə icraatı qaydasında baxılmasını qeyri-mümkün saymaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Odur ki, işə yenidən birinci instansiya qaydasında baxılarkən iddiaçının “fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017 -ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası” barədə iddia tələbini sürərkən əslində hüquqi marağının “məhkəmə qərarı ilə ona 2008-ci il tarixdən pensiya təyin olunduqdan sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2008-ci ildən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində toplanılmış sığorta kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması”ndan ibarət olduğu bir daha izahatları və iradə ifadəsi ilə yoxlanılmalı, həmin hüquqi marağına uyğun olaraq ona daha uğurlu iddia tələbini qoyması üçün hüquqi yardım göstərilməli və yalnız bu hüquqi yardımdan sonra dəqiqləşdirilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmanın imkanları nəzərə alınmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı mübahisələndirilən hissədə Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla növbəti prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4826/2022 saylı 25 may 2022-ci il tarixli qərardadı mübahisələndirilən- “fərdi şəxsi hesabın sığorta hissəsində 1 mart 2008-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017 -ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası tələbinin qeyrimümkün sayıldığı hissədə ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar