Məhkəmə qərarları › İş №2-1(103)-2481/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2481/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2481/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı, "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə “təsisçilər sırasından və reyestrdən çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı, 15 noyabr 2*22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılaraq şikayətə baxılması 18.*7.2*23-cü il tarixə saat 12:**-a təyin olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova məktub ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2*23-cü il tarixli qərardadından kassasiya şikayəti verildiyini əsas gətirərək işin ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işin baxışdan çıxarılmasına etiraz etməmişdir. İddiaçı və digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Xİ fəsli ilə müəyyən edilən qaydaları nəzərə alan məhkəmə Kollegiyası hesab edir ki, iş baxışdan çıxarılmalı və kassasiya şikayəti həmin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 9*, 94 və 95-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İş baxışdan çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar