Məhkəmə qərarları › İş №2-1(103)-2482/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2482/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2482/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə qarşı “daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi” tələbinə dair iş üzrə Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə qarşı “daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı şəhəri, Keçmiş 26 Bakı Komissarı rayon X5 İcraiyyə Komitsəinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə, ev 145 ünvanda yerləşən 2 otaqlı ev 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. Ailə üzvlərinin tərkibi atası X9, anası X2, bacısı X6 və iddiaçı X3 ibarət olmuşdur. İddiaçı ailə üzvləri ilə həmin evə köçüb yaşamışdırlar. İddiaçı və bacısı həmin evdə bu günədək qeydiyyatdırlar. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Hazırda İddiaçı xx.xx.2004-cü ıl tarixində vəfat etmiş atası X4 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsini istəyir. Tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, giriş 14, 145 nömrəli mənzilin (hal-hazırda şəhid İqor Ağayevin adına İqor Ağayev küçəsi adlanır) daimi və ya xidməti order əsasında verilib-verilməməsinə dair, 184516 nömrəli 16 mart 1980-ci il tarixli order üzrə 145 nömrəli mənzilin özəlləşdirilməsinin mümkün olub-olmaması, buna icazənin olub-olmaması barədə xx.xx.2024-cü il tarixli 358 nömrəli sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti həmin sorğuya cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli 6436 saylı məktubda ünvan 2 ünvanına verilmiş 19 mart 1980-cı il tarixli, 184516 nömrəli order daimi order olması və sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansında olduğu, Azərbaycan Respublikasının hərbi qulluqçuların statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan ünvanın özəlləşdirilməsi ümumilikdə məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, giriş 14, 145 nömrəli mənzilin özəlləşdirilməsinə icazə verilməsindən imtinası əsassız olmuşdur.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.

4. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında cavabdeh qurumun yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi və bu barədə qərar qəbul edilməsi səlahiyyətinin olmadığını qeyd etmişdir, lakin bu səlahiyyət birbaşa olaraq Səbail Rayon İcra Hakimiyyətinə deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə məxsusdur. Halbuki tərəfimizdən 7 nömrəli Mənzil-İstismar sahəsinə ünvanlanmış 354 nömrəli 22 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci Neftçilər döngəsi ev 3,giriş 14, mənzil 145 (hal- hazırda İqor Ağayev küçəsi ev 3 adlanır) Müdafiə Nazirliyinin balansında olduğuna görə həmin mənzillərə daimi və ya xidməti orderlərin verilib-verilməməsi və bu mənzillərin özəlləşdirilməsinə Müdafiə Nazirliyinin Mənzilİstismar Xidməti tərəfindən icazə verilir Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə verilmiş 26 noyabr 2024-cü il tarixli 358 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, X8 ünvan 3 ünvanına verilmiş 19 mart 1980-cı il tarixli, 184516 nömrəli order daimi orderdir və sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır. Qeyd edilənlərdən göründüyü kimi tərəfimizdən iddia tələbi və cavabdeh düzgün müəyyənləşdirilmişdir, yəni Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci Neftçilər döngəsi ev 3,giriş 14, mənzil 145 (hal- hazırda İqor Ağayev küçəsi ev 3 adlanır) Müdafiə Nazirliyinin balansında olduğuna görə həmin mənzillərə daimi və ya xidməti orderlərin verilibverilməməsi və bu mənzillərin özəlləşdirilməsinə Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti tərəfindən icazə verilir. Tərəflərin izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ

8. İş materiallarından müəyyən olur ki, iddiaçının atası X7 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı şəhəri, Keçmiş 26 Bakı Komissarı rayon X5 İcraiyyə Komitsəinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə, ev 145 ünvanda yerləşən 2 otaqlı ev 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir.

9. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir.

10. Hazırda İddiaçı xx.xx.2004-cü ıl tarixində vəfat etmiş atası X4 miras qalmış, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsini istəyir.

11. İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, giriş 14, 145 nömrəli mənzilin (hal-hazırda şəhid İqor Ağayevin adına İqor Ağayev küçəsi adlanır) daimi və ya xidməti order əsasında verilibverilməməsinə dair, 184516 nömrəli 16 mart 1980-ci il tarixli order üzrə 145 nömrəli mənzilin özəlləşdirilməsinin mümkün olubolmaması, buna icazənin olub-olmaması barədə xx.xx.2024-cü il tarixli 358 nömrəli sorğu ünvanlanmışdır.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti həmin sorğuya cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli 6436 saylı məktubda bildirilmişdir ki, “ünvan 2 ünvanına verilmiş 19 mart 1980-cı il tarixli, 184516 nömrəli order daimi order olması və sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansında olduğu, Azərbaycan Respublikasının hərbi qulluqçuların statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan ünvanın özəlləşdirilməsi ümumilikdə məqsədəuyğun hesab edilmədiyi qeyd edilmir.”

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia lazımi qaydada qaldırılmadığına görə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qəradadın qanuniliyini tam yoxlayır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

21. Hazırkı işin hallarından görünür ki, iddiaçının atası X7 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı şəhəri, Keçmiş 26 Bakı Komissarı rayon X5 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə, ev 145 ünvanda yerləşən 2 otaqlı ev 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. İddiaçı isə hazırda mübahisəli mənzilin özəlləşdirilməsi üçün cavabdeh tərəfindən razılığın verilməsini xahiş edir.

22. Kollegiya iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mübahisəli mənzil Müdafiə Nazirliyinin balansınada olmaqla, xüsusi təyinatlı mənzil fondu hesab edilir.

23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.4-cü bəndinə görə, xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

24. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 6436 saylı məktubundan müəyyən olunur ki, sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır.

25. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan mənzil xidməti mənzil statusundadır, yəni həmin mənzil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

27. Hazırkı işin müəyyən edilmiş hallarına görə isə, iddiaçı belə qərarın qəbul edilməsi üçün sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanına-AR Müdafiə Nazirliyinə mənzilin təyinatının dəyişdirilməsi ilə bağlı deyil, mənzilin onun adına özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı müraciət etmişdir.

28. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına hər hansı müraciəti olmadığından, Kollegiya hüquqi yardım göstərməklə iddia tələbinin dəyişdirilməsinə (dəqiqləşdirilməsinə) zərurət görmür.

29. Çünki iddianın mümkünlük şərtlərindən biri də iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.

30. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbi onun arzuladığı məqsədə çatmaq üçün əlverişli tələb hesab olunmadığından iddia mümkün sayılmamalıdır.

31. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

34. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar