Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2483/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X1 (Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzinin xüsusi notariusu), X3 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X2 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X5, X4, X6 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 saylı 18.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X1 (Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzinin xüsusi notariusu), X3 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X2 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X5, X4, X6 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 saylı 18.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə iş üzrə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apelyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət rus dilində məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı məhkəmə tərəfindən 06.09.2021-ci il tarixdə iş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmiş və bildirişdə iddiaçıya hüquqi yardım göstərilərək apelyasiya şikayətini Azərbaycan dilində tərtib edərək məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı 28.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən yenidən 28.09.2021-ci il tarixdə iş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmiş və bildirişdə iddiaçıya hüquqi yardım göstərilərək apelyasiya şikayətini Azərbaycan dilində tərtib edərək məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı 12.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmiş və iddiaçı tərəfindən məhkəməyə ərizə daxil olaraq hazırki işin icraatının dayandırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasnın dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Həmin Məcəllənin 134.1.8-cü maddəsinə əsasən məhkəmə apelyasiya şikayətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Göründüyü kimi apelyasiya şikayəti məhkəmə icraatının aparıldığı dildə, yəni Azərbaycan dilində verilməlidir. Lakin məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək apelyasiya şikayətinin Azərbaycan dilində tərtib edilərək məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayət prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, yəni apelyasiya şikayəti məhkəmə icraatının aparıldığı dildə verilmədiyindən mümkün sayılmamalı və bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 saylı 18.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2483/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2483/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver