Məhkəmə qərarları › İş №2-1(103)-2483/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2483/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2483/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X8, X5, X6 və X7) «üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2023 saylı xx.xx.2023cü il tarixli qərarından üçüncü şəxs Y.Ələsgərova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X8, X5, X6 və X7 göstərilməklə X8, X5, X6, X7, X9 və X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 314 (yeni qaydalarla: ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 314, yeni qaydalarla ünvan 3 onun xüsusi mülkiyyətindədir. Bu barədə ona xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Həmin mənzili Bakı şəhəri 53 saylı Notariat X1 xx.xx.2021 -ci il tarixli reyestr nömrəsi 4Ə-3257 olan AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında 122831 manat 80 qəpiyə almışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 13-cü bəndinə əsasən satıcılar xx.xx.2022-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, mənzilin əvvəlki sahibi X10 və onun ailə üzvləri X5, X6, X7, X9 və X11 bu günə kimi mənzildə qeydiyyatdadırlar. Onların mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onun xüsusi mülkiyyəti olan mənzilin üzərində sərəncam, sahiblik, istifadə hüquqlarını tam şəkildə həyata keçirməsinə mane olur. O, qeydiyyatda qalan həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları üçüqn cavabdeh Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, lakin sonuncu 13 oktyabr 2022-ci il tarixli məktubuilə heç bir məntiqi əsas göstərmədən onun mülkiyyətində olan mənzildən X10 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmasından imtina edərək, X3 qeydiyyatdan çıxarılmasından imtina edərək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaucan Respublikası Qanunununa istinadən məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin imtinası başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və xx.xx.1976-cı il təvəllüdlü X8, xx.xx.1997-ci il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X6, xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 314 (yeni qaydalarla: ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs Y.Ələskərova apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 314, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən yaşayış evi iddiaçının istinad etdiyi müqavilə əsasında ona satılmışdır. Həmin əmlak həmişə onun istifadə və sərəncamında olmuşdur. Qeyd edilən ünvanda yerləşən həmin əmlak iddiaçı ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən pul müqabilində girov qoyulmuşdur. Yəni iddia ərizəsində istinad olunan xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır və heç bir həqiqi əhəmiyyət kəsb etmir. Odur ki, iddiaçı ilə aralarında olan bütün bu razılaşmalar araşdırılmalı və aydınlıq gətirilməlidir. Hesab edir ki, onun və ailə üzvlərinin həmin yaşayış evindən qeydiyyatdan çıxması ilə bağlı qərar qəbul edilməsi bir mülkiyyətçi olaraq hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş üçünücü şəxslər və cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddiaçı ilə üçüncü şəxs arasında alqı-satqı müqaviləsi, mənzil könüllü olaraq iddiaçıya satıldığını və 1 ay ərzində qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürdüklərini bidildirərək, apellyasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia (İPM.m. 34.1) vasitəsilə üçüncü şəxslərin onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 314 (yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılımasını cavabdehdən tələb etmiş, lakin sonuncu onun müvafiq müraciətinin, qeyd edilən Qanunun 5-ci hissəsinə istinadən, təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materallarından görünür ki, birici instansiya məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təqdim olunmuş AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli 4Ə13- 3257 reyestr nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş notariat işinə dair sənədlərə əsasən satıcı X8, mülkiyyət hüququ üzrə ona məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 145.1 kv.m olan bağ evini və həmin ünvanda yerləşən 0.11 ha torpaq sahəsini, yetkinlik yaşına çağan ailə üzvlərinin razılığı ilə, İddiaçı satmış və həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı olaraq alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi və 13-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Daha sonra, İddiaçı alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsdən aldığı həmin evə mülkiyyət hüququnu xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirərək, öz adına********** qeydiyyat nömərli reyestrdən çıxarış almışdır. Lakin işin mübahisələndirən hallarından göründüyü kimi, üçüncü şəxs Y.Ələsgərova və onun ailə üzvləri iddiaçıya satdıqları həmin evə mülkiyyət hüququnu itirərək faktiki olaraq həmin evdən istifadə hüquqlarına xitam verilsə də, alqı-satqı müqaviləsində şərtləşdirilmiş 1 ay maddətində evdən qeydiyyatdan çıxmamışlar. Belə ki, iş materialları üzrə 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına, habelə, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-45/2-4988/2023 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən müəyyən olunur ki, onlar evdə hələ də qeydiyyatda qalmaqda davam edərək, yeni mükiyyətçi iddiaçının mülkiyyət hüqüqunu pozur, onun mülkiyyətində olan evdən pasport qeydiyyatından çıxmağa heç də tələsmirlər. Halbuki, onlar faktiki olaraq evi boşaldaraq köçüb getmişlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 1ci hissəsinin tələbi isə nəzərədə tutur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Göründüyü kimi üçüncü şəxs Y.Ələskərova və onun ailə üzvləri Qanunun qeyd olunan tələbini pozaraq, yaşayış yeri üzrə qeydiyyata durmaq əvəzinə, iddiaçının mülkiyyət hüququnun pozmağı üstün tutmuşdur. Hətta hazırkı apellyasiya şikayətində paradoksal şəkildə özünü satdığı evin hələ də mülkiyyətçisi hesab edir. Digər tərəfdən pul müqabilində evi girov qoyduğunu qeyd edərək, bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi daşıdığını qeyd edərək, bunun hansı sübutlarla əsaslandırıldığına varmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, apellyasiya şikayəti formal olaraq işi uzatmaq üçün verilmişdir ki, bu da məqsədli şəkildə iddiaçının mülkiyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında aşağıdakılar qeyd etmişdir: “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, mübahisəli ev üçüncü şəxs tərəfindən iddiaçının xeyrinə özgəninkiləşdirildiyi və sonuncu həmin evə v yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyi və artıq həmin evdə yaşamadıqları və evə dair hər hansı əmlak hüquqları mövcud olmadığı halda, cavabdeh inzibati tərəfindən onların həmin evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassızdır iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin sübutlarla müəyyən edilən halllarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, apellyator üçüncü şəxsin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual huquq normalarının pozulduğunu və əsassız qərar çıxarıldığını mübahisələndirən, eləcə də digər formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar