Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2484/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı ƏƏSMN-yi yanında DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmiş cavabdehin münasibəti: güzəştli iş stajının 12 il 6 aydan az (6 il 18 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etməsi ilə bağlıdır. İmtina əsassızdır. "xxxx" QSC-nin Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan 12 saylı Qərarına əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışa əsasən, verilir İddiaçı ondan ötrü ki, o, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 30 il 1 ay 16 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Beləliklə yuxarıda adları göstərilən iş yerlərində zərərli sahədə əmək fəaliyyəti ilə məşğul olmağı ilə bağlı həmin müəssələr tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarına müvafiq verilmiş güzəştli arayış mövcuddur hansı ki, cavabdeh bütün bunları sosial sığorta stajına daxil etməmişdir. Belə ki, cavabdehin gəldiyi nəticəyə görə bu cür münasibət bildirməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələbləri baxımından əsasız olduğuna görə hüquqlarının pozulduğuna gətirib çıxarmış bu da öz növbəsində qanuna ziddir. Azərbaycan Dəmir yolları QSC YeniƏlət refrijerator vaqon deposu raisi A.Q. Ağayev tərəfindən "03" yanvar 2012-ci il tarixli təsdiq edilmiş “Refrijerator seksiyası rəhbar mexanikinin vəzifə borcu” barədə təlimatına əsasən Refrijerator seksiyası rəhbar mexanikinin vəzifə borcu: rəhbar mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. Briqadaya rəhbərlik edir, seksiyalara xidmət vaxtı əmək intizamım yerinə yetirməsini tələb edir. Briqada üzvlərinə təhlükəsizlik texnikasına istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin edir. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edir. Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin edir. Texniki sənədləri səliqəli saxlayır,ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət edir, (tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir. Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. Ref. seksiya vaxtı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. Depo va ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. Əmək və istehsalat intizamı pozulduqda, lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir. İxtisas tələbi: Ali, orta, xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatı", "Soyuducu və kompressor maşını və qurğusu"," Elektrik stansiyası sistemi, "Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar. Beləliklə analoji işlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi mövcuddur ki, buda bir daha sübut edir ki, cavabdehin gəldiyi nəticə əsasız olmuşdur. Belə ki, işlədiyi dövrdə qüvvədə olmuş Qanunun qeyd olunan müddəalarına əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün 3 şərt ödənilməlidir: 25 il ümumi iş staj olmalıdır; Ümumi iş stajının ən azı 12 il 6 ayı xüsusi iş stajı olmalıdır; 60 yaş olmalıdır. Göründüyü kimi iddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olduğu halda qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Cavabdehin iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı C.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-İ-973/142/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 18 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün güzəştli stajla bağlı şərt ödənilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı C.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-İ-973/1- 42/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2003-cü il, xx.xx.2005-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 18 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2002- xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 nömrəli qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qərarda göstərdiyi kimi, işin hallarının hərtərəfli və əhatəli aparılmış, iddiaçının əmək kitabçasında göstərilən iş yerləri və vəzifələr yalnız formal adlarına görə deyil, həm də funksional məzmununa görə qiymətləndirilmişdir. Qərarda qeyd olunmuşdur ki, iddiaçının refriferator seksiyaların rəhbər mexaniki vəzifəsində işlədiyi dövrlərə dair əmək kitabçası, işəgötürən tərəfindən verilmiş vəzifə təlimatları və arayışlar tədqiq olunmuş, bu sənədlərdə əks olunan əmək funksiyalarının texniki xarakteri və funksional uyğunluğu nəzərə alınmışdır. Təqdim olunmuş vəzifə təlimatına əsasən, refriferator seksiyaların rəhbər mexaniki vəzifəsinin funksiyaları — texniki xidmətin və istismarın təşkili, təhlükəsizlik texnikasına və istehsalat sanitariyasına nəzarət, rejimə əməl olunmasının təmin edilməsi, soyuducu avadanlıqların istismarına nəzarət və digər əlaqəli vəzifələr — refriferator seksiyaların mexaniki və böyük mexaniki vəzifələrinin funksiyaları ilə tam eyni xarakter daşıyır. Bu isə göstərir ki, iddiaçının faktiki olaraq yerinə yetirdiyi vəzifələr funksional baxımdan güzəştli pensiya hüququ verən peşəyə tam uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, dəqiqləşdirilmə ərizəsi təqdim edərək, iddiaçıya pensiya təyinat tarixinin 57 yaşın tamam olduğu xx.xx.2014-cü il tarixdən qəbul edilməsini xahiş etdi.Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, inzibati orqan iddiaçının müraciətinə cavab olaraq ona 60 yaşdan pensiya təyinatının mümkün olmaması qənaətinə gəlsə də, məhkəmədə ilkin iddia 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı olsa da, iddiaçı hazırda tələbində ona 57 yaşdan təyinatın aparılmasını xahiş edir, hansı ki, imtina, etiraz və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, inzibati orqanın imtinası məhz ümumi xarakterli -güzəştli stajla bağlıdır. Bu səbəbdən prosessual qənaət prinsipi baxımından məhkəmə kollegiyası formallığa getməyərək hesab edir ki, cavabdeh inzibati orqana müraciət mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarından, apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə araşdırması zamanı verilən izahatlardan aydın göründüyü kimi iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyinatının aparılmasından ibarətdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər mövcud olmalıdır: 1) xx.xx.2017-ci il tarixədək 57 yaşı tamam olmalı; 2) 57 yaşı tamam olan tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) Həmin stajın12 il 6 ayını güzəştli peşələrdə iş stajının mövcud olması. İddiaçı xx.xx.1957-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur. Belə olan halda iddiaçıya xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) əsaslanaraq güzəştli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun: - 2017-cı ilin iyul 1-dək ümumi iş stajı 25 ildən; güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının müəyyən olunmuş yaşa çatması və tələb olunan ümumi staja malik olması işin mübahisəsiz hallarındandır. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, 03 may 1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçalarından görünür ki, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək, xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı ildən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü ildən xx.xx.2005-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən iddiaçının 57 yaşı tamam olan tarixə xx.xx.2014-cü il tarixədək müxtəlif vəzifələrdə işləmiş və həmin tarixə ümumi stajı 25 ildən artıq olur. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi qeyd edilən tələblərlə bağlı mübahisənin olmadığını, həmçinin qanunvericilikdəki sonrakı dəyişikliklərdən biri olan pensiya kapitalı ilə bağlı şərtin hazırki mübahisə üzrə tələb edilmədiyini bildirdi. İşin mübahisəli halı iddiaçının tələb olunan (12 il 6 ay) güzəştli staja malik olmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək və xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasında çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə eynilik təşkil etdiyini mübahisələndirmir. Göründüyü kimi, hazırki mübahisə üzrə iddiaçının 57 yaşı tamam olan tarixə xx.xx.2014-cü il tarixədək olan dövr ərzində xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək və xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi güzəştli staj hesab edilən vəzifələr mübahisələndirilmir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələrinin güzəştli siyahıda nəzərdə tutulmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtinası formal xarakter daşıyır. Belə ki, cavabdeh inzibati orqan mübahisələndirilən dövrlərdə iddiaçının işlədiyi vəzifənin refrijerator seksiyaların mexaniki vəzifəsi yox, refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki vəzifəsi adlandırılması ilə bağlı olaraq iddiaçının mübahisələndirilən (xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2005xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019) illərdə işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid olmamasını əsas gətirmişdir. Halbuki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək və xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 30 il 11 ay 16 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. İşəgötürən hüquqi şəxs "xxxx" QSC tərəfindən təqdim edilən vəzifə təlimatlarından da bəlli olur ki, refrijerator seksiyası mexanikinin vəzifə funksiyası, refrijerator seksiyası rəhbər mexanikinin və refrijerator seksiyaların böyük mexaniki vəzifə funksiyaları ilə eynilik təşkil edir. Hər üç vəzifəni icra edən refrijerator seksiyalarına texniki xidmət göstərmək və istismarına dair göstərişləri yerinə yetirmək; Briqadaya rəhbərlik etmək, seksiyalara xidmət vaxtı əmək intizamının yerinə yetirilməsini tələb etmək; Briqada üzvlərinin təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək; Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin etmək; Vaqonların düzgün və bərabər istifadəsinə nəzarət etmək; Yüklənmə vaxtı vaqonların işıqlanmasını təmin etmək; Yüklər vaqonlara yükləndikdən sonra, həmin yük üçün zəruri temperaturun müəyyənləşdirilməsini təmin etmək, temperaturuna riayət etməklə daşınmasını və yüklər yolda olduğu müddət ərzində və son təhvil stansiyasına çatdırılanadək yol boyunca nəzarətdə saxlamaq; Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb etmək; Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb etmək; Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin etmək; Texniki sənədləri səliqəli saxlamaq, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istismar olunması hesabatını aparmaq; Refrijerator seksiyasının vaxtında təchizat olunmasını təmin etmək; Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmin etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək; Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət etmək, yükün sonra daşınması haqqında xüsusi komissiya tələb etmək, teleqramın surətini dəmir yolunun yük daşıma xidmətinə göndərmək, Əmək və istehsalat intizamı pozulduqda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq etmək, ehtiyac olduqda mexaniki əvəz etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixədək iddiaçının çalışdığı yəni mübahisələndirilən xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi üzrə vəzifə təlimatı məhz refrijerator seksiyaların mexaniki vəzifəsinin (hansı ki, Siyahıda nəzərdə tutulmuşdur) vəzifə təlimatı ilə uyğunluq təşkil edir. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya pensiya təyinatının aparılmalı olması ilə bağlı haqlı nəticəyə gəlsə də, məhz qanun normasında yalnışlığa yol vermiş və şəxsin 57 yaşı tamam olan tarixə ümumi və xüsusi stajın tamamlanmasına baxmayaraq iddiaçı üçün tələblərin 60 yaşı olan tarixə tamamlanması nəticəsinə gəlmişdir. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçının “60 yaşının tamam oduğu xx.xx.2017ci il” sözləri “57 yaşının tamam olduğu xx.xx.2014-cü il” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, sözügedən hal mahiyyət etibarilə iddiaçı üçün dəyişiklik yaratmır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2024-cü il tarixə qədər pensiya təyinatı üçün müraciət etmədiyindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020- ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir”. Göründüyü kimi, hazırki araşdırma nəticəsində iddiaçının pensiya təyinatın tarixi dəyişilsə də inzibati orqana müraciət tarixi gec olduğundan məhz qanunvericilikdə bu cür hallarda iddiaçının müraciət tarixinin nəzərə alınması ilə bağlı norma mövcud olduğundan, iddiaçının müraciətindən yalnızca geri 3 il üzrə hesablanma aparılıb ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Belə ki, iddiaçıya inzibati orqana müraciət etdiyi xx.xx.2024-cü il tarixdən geriyə 3 il hesablanmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə pensiya məbləğlərinin ödənişləri həyata keçirilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsaslı olmuşdur, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6195/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli tarixli qərarı “60 yaşının tamam oduğu xx.xx.2017-ci il” sözləri “57 yaşının tamam olduğu xx.xx.2014-cü il” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2484/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2484/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver