Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2485/2019 08.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X5” Bakı filialının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(82)-2939/2019 nömrəli qərardadından (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X5” Bakı filialı 04 iyun 2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ümumi sahəsi 13103,3 kv/m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2941/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarı ilə (Hakim E.Mustafayev) iddia tələbi təmin edilərək, iddiaçı “X5” Bakı filialının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ümumi sahəsi 13103,3 kv/m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarla razılaşmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2817/18 saylı, 19 dekabr 2018-ci il tarixli qərarı ilə (Hakimlər: M.Tağızadə, Ü.Mayılov, K.Abiyeva) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2941/2018 saylı 30 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2817/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)- 1167/2019 saylı, 17 aprel 2019-cu il tarixli qərarı ilə (Hakimlər: K.Bədəlov, İ.Dadaşov, S.Hüseynova) kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2- 1(103)-2817/18 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə qərar icra olunması üçün cavabdehə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1 (82)-2941/2018 nömrəli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçı «X5»Bakı filialının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdir ki, «X5» Bakı filialı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - İdarə) qarşı “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ümumi sahəsi 13103,3 kv.m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1(82)-2941/2018 nömrəli qərarı ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(103)-2817/2018 nömrəli qərarı ilə cavabdeh idarənin apellyasiya şikayəti təmin edilməmiş, müvafiq birinci instansiya məhkəməsinin məhkəmə aktı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2019- cu il tarixli, (mətnə uyğun) 2-1(102)-1167/2019 saylı qərarı ilə cavabdeh İdarənin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1 (103)- 2817/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2019- cu il tarixli, 2-1(102)-1167/2019 saylı qərarı 21 may 2019-cu il tarixdə idarəyə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1 (82)- 2941/2018 nömrəli qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyinə dair idarəyə hər hansı hüquqmüəyyənedici sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Bundan əlavə, İdarəyə təqdim olunmuş eskizlə sözügedən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, müvafiq qeyri-yaşayış sahəsi daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. Lakin aparılmış yenidənqurma işlərinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.Bundan əlavə, müvafiq qeyri-yaşayış sahəsinin ümumi sahəsi 13103,3 kv.m-dir. "xxxx" MMC-yə xx.xx.2007-ci il tarixdə texniki pasport verilmişdir (ü/s-196563,7 kv.m). “X5” Bakı filialının mülkiyyətində olan sahə qeyri-yaşayış binasının 3-cü mərtəbəsində yerləşir. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair arxiv qovluğunda yerləşmə sxemi, bölgü sxemi və s. olmadığından qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqləşdirmək və texniki pasport tərtib etmək mümkün olmamışdır. Hesab edir ki yuxarıda qeyd edilən sonradan məlum olan hallar məhkəmə tərəfindən nəzərə alınmalı və iş üzrə icraat təzələnməlidir. Göründüyü kimi, qeyd olunan hallar nə işə birinci instansiya məhkəməsində, nə apellyasiya instansiya məhkəməsində, nə də kassasiya instansiya məhkəməsində baxılarkən məlum olmamışdır ki, bu da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1 (82)-2941 /2018 nömrəli qərarının ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır.Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1 (82)-2941/2018 nömrəli qərarı ləğv edilməli, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli, ekspertiza təyin edilməli və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçı «X5»Bakı filialının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(82)-2939/2019 nömrəli qərardadı ilə (hakim E.Mustafayev) Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ərizə rədd edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(82)-2939/2019 saylı qərardadlarının ləğv edilməsini, İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1(82)-1941/2018 nömrəli qərarının ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyətinin , Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinə qarşı etiraz-mülahizə təqdim edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi (12 noyabr 2018-ci il tarixli, 2018/1852 nömrəli “X5” Bakı filialının müdiri A.K.Najafimarqanmaskan tərəfindən imzalanmış etibarnaməyə əsasən: X2) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə qeyd edilən Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmələri zərurətini təsdiq edən heç bir sənəd sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. AR İPM-nin 106-cı maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, AR İPM-nin 100-cü maddəsinin məzmunundan belə nəticə çıxır ki, hazırkı iş üzrə məhkəmə icraatının təzələnməsi yalnız o halda mümkündür ki, sonradan aşkar olunmuş yeni sübutlar və hallar ərizəçidən asılı olmayan səbəblərdən işin ilkin icraatı zamanı təqdim olunmamışdır.Bu zaman həmin halların təqdim edilə bilməməsi ərizəçi tərəfindən sübüta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən irəli sürülmüş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1 (82)-2941/2018 nömrəli qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Lakin, cavabdeh tərəfindən müvafiq yoxlama-ölçü işlərinin aparılmsını və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılmasının hansı səbəbdən cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinə baxılan zaman və ya işin ilkin icraatı zamanı deyil, yalnız məhkəmə qərarının icrası ilə bağlı həyata keçirildiyi açıqlanmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülən dəlillər iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində ortaya çıxa bilən haldır.Bu halların hansı səbəbdən sonradan cavabdeh orqana məlum olması barədə sübutlar təqdim edilmədiyindən, kollegiya həmin dəlilləri formal xarakterli olması kimi qiymətləndirir və onların AR İPM-nin 100-cü maddəsinin təsir dairəsinə düşmədiyini qeyd edir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə qeyd olunan inzibati orqanların üçüncü şəxs qismində cəlb olunması barədə isə qeyd edir ki, AR İPM-nin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Eyni zamanda, AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına, habelə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməklə, məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs,yalnız onun hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu təqdirdə inzibati icraat üzrə üçüncü şəxs qismində cəlb edilə bilər. Lakin, hazırkı iş üzrə cavabdeh tərəfindən qeyd edilən, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqları Qərarda qeyd olunduğu kimi əhəmiyyətli dərəcədə pozulmur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq onların hüquqlarına və qanuni maraqlarına toxunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(82)-2939/2019 nömrəli qərardadı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2485/2019
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2485/2019
08.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver