Məhkəmə qərarları › İş №2-1(103)-2485/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2485/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2485/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizəyə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını itirdiyinə görə onu hansı tarixdə alması yadında deyil, vəkilə müraciət etdikdən sonra mübahisələndirilən qərarı təkrarən xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə yenidən almışdır. İş materiallarında olan (i.v.61) “sənədin surətinin alınması barədə “qəbz”dən” görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarı İddiaçı tərəfindən 06 mart 2023-cü il tarixdə qəbul edilmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-2614/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarın ona verilməsini xahiş etmiş, (i.v.62) “sənədin surətinin alınması barədə “qəbz”dən (i.v. 63) görünür ki, mübahisələndirilən qərar ona yenidən xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili ərizəni müdafiə edərək bildirmişdir ki, iddiaçının səhhətində problemlər yaranmış, təzyiqi olmuş, buna görə də məhkəmə qərarını hara qoyduğunu bilməmiş, onu itirmiş, odur ki, həmin qərarın ona yenidən təqdim olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Hesab edir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı ona yenidən təqdim olunduğu üçün xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verməklə tərəfindən prosessual müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məhkəmə qərarı ilk dəfə ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuş, lakin iddiaçı həmin qərardan apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, daha sonra məhkəmə qərarının ona təkrarən verilməsini tələb etdiyi üçün qərar ona ikinci dəfə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bu dəfə iddiaçı xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək prosessual müddətin bərpasını istəmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona ilk dəfə məhkəmə qərarı təqdim olunduqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində operativlik göstərərək onu mübahisələndirməmişdir. Sonradan məhkəmə aktının təkrarən təqdim olunması halı isə həmin məhkəmə aktından qanunla müəyyən edilmiş müddət daxilində apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımının yenidən başlanılması üçün əsas ola bilməz. O ki qaldı müddətin bərpası ilə bağlı iddiaçının ərizə və izahatında göstərdiyi dəlillərə, bu barədə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər ötürülmüş prosessual müddətin iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülməsini təsdiq edən dəlil kimi qiymətləndirilə bilməz. İddiaçı müddətin onun tərəfindən üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, Kollegiya hesab edir ki, iddiaçının müddətin bərpası ilə bağlı gətirdiyi səbəblər müddətin onun tərəfindən üzrlü olaraq ötürülməsi və nəticədə müddətin bərpası üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyündən və bu müddətin bərpasının üzrlü səbəblərdən mümkünlüyü onun tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, ötürülmüş prosessual müddətin bərpası üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2614/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş “müddətin bərpası” barədə ərizə təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar