Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2487/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cu il tarixli, 2-1(81)-6105/2017 saylı qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının "xxxx" ASC-nin maraqlarına toxunduğu üçün həmin inzibati iş üzrə 3-cü şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, işdə iştirak etməyə cəlb edilməyən vət. X4 da ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının hüquq və vəzifələrinə toxunduğu üçün İPM-nin 28.1-ci maddəsinə əsasən inzibati iş üzrə 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC və X3 ərizələri təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-6105/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" ASC və X4 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və qanuni qüvvəsini almış qərar üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil İ.Əsədov apellyasiya şikaytinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı üçüncü şəxsin cəlb edilməsindən şikayət verilmədiyini qeyd edərək şikayətin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında hesab etmişdir ki, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir...” İPM-in 28.1-ci maddəsi isə nəzərdə tutur ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Birinci instansiya məhkəməsinin qərardadında Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından irəli gələn şərhi və İPM-in sözügedən tələbləri nəzərə alınmaqla, iş materiallarına əsasən araşıdrma apararkən müəyyən etmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 21(103)-345/10 saylı qərardadı ilə qeyd olunan qeyriyaşayış sahəsinin "xxxx" ASCnin istifadəsinə və sərəncamına verilməsi ilə əlaqədar "xxxx" ASC ilə "xxxx" MMC arasında imzalanmış barışıq sazişi təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1765/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən isə həmin qərardadla təsdiq edilmiş barışıq sazişinə görə həmin ünvanda yerləşən yaşayış və qeyri yaşayış sahələrinin üzərində "xxxx" ASC-nin hüququnun qabaqcadan qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7222/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı həm "xxxx" MMC ilə X4 arasında, həm də "xxxx" MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Beləliklə də məhkəmə müəyyən etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş qeyri-yaşayı sahəsi ilə əlaqədar "xxxx" ASC və X3 iştirak etdiyi məhkəmə mübahisələri vardır. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı, "xxxx" ASC və X4 arasında mübahisə mövcuddur. Qeyd olunanlar hazırkı iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının həm "xxxx" ASC-nin, həm də X3 maraqlarına toxunmasını təsdiq edir...” Göründyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından irəli gələrək işdə iştirak etməyən ərizəçilər "xxxx" ASC və X3 birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ilə onların qanunla qorunan maraqlaına toxunduğunu müəyyən edərək üçüncü şəxs qismində onları işə cəlb edərək iş üzrə icraatı təzələməsi proessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 28.5-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məcəllinin sözügedən maddəsinin tələbindən göründüyü kimi, məhkəmənin qərarı qanunla qorunun maraqlarına toxunan şəxsin üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatətinnin təmin edilməsi barədə çıxarılmış məhkəmə qərardadından şikayət verilmir. Belə vəsatətin təmin edilməməsi barədə qəbul edilmiş məhkəmə qərardadından şikayət verilir. İPM-in 83.1-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, iddiaçının prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, Bakı İnzibati Məhkəməsinin üçüncü şəxslərin cəlb olunması barədə 2-1(112)-6105/2022 saylı xx.xx.2022-ci qərardadından prosessual qanunvericiliklə şikayət verilməsi nəzərədə tutulmadığına görə iddiaçının hazırkı apellyasiya şikayətinin məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması, icraata qəbul edilməsindən imtina olunaraq geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən Bakı İnzibati 2-1(112)-6105/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2487/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2487/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver