Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-249/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsinin rəisinin 250679/m nömrəli 10 iyun 2019-cu il tarixli qərarın ləğv edilməsi və onun, yəni 01 iyul 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi Lənkəran rayonu, Ləj kəndində yaşayan 01 iyul 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 saylı Sərəncamı ilə 01 iyul 1969-cu ildə Azərbaycan Respublikasının Lənkəran rayonunda anadan olmuş İddiaçı onun vəsatəti əsasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir. Göründüyü kimi artıq mübahisə həll olunub və məhkəmə müstəvisində baxış predmeti mövcud deyil. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-249/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-249/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver