Məhkəmə qərarları › İş №2-1(103)-2490/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2490/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2490/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmid Həmidov Üzeyr oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 3288/202N saylı iş üzrə qəbul etdiyi 07 iyul 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3288/202N saylı iş üzrə qəbul etdiyi 07 iyul 202N-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai RHK tərəfindən N992-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlülyü uğrunda aparılan birinci Qarabağ döyüş əməliyyatlarında iştirak etmək üçün çağırılmışdır. O, Tər-Tər istiqamətində N saylı hərbi hissənin 3-cü motoatıcı taborunda xidmət etmişdir. Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin 03 fevral N994-cü il tarixli müvafiq Direkivinə əsasən komandirin N5 fevral N994-cü il tarixli, N nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq evə buraxılmışdır. Məhkəmə onun döyüş bölgəsində iştirakı faktını tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddaçıya ünvanladığı N9.NN.2020-ci il tarixli, N/M-N52N8 saylı imtina məktubu onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin N2.06.2020-ci il tarixli, 9/2-6558 nörməli arayışına əsasən NN.0N.N994-cü il tarixdən sonra iddiaçının hərbi xidməti təqsdiqlənmədiyindən ona “Mühaibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyalarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Həmin Qanunun 7.N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən “Veteranlar haqqında“ Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 7-ci maddənin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin N-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə ehtiva edir. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Adı çəkilən Qərarın «Qeyd» hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin N5.0N.202N-ci il tarixli, 96 nömrəli məktubu ilə müəyyən olunur ki, İddiaçı Asif oğlu 05.NN.N986-cı il tarixdən 30.NN.N988-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 29.NN.N993-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlamış, N0.02.N994-cü il tarixədək Ağdərə istiqamətində döyüşlərdə iştirak etmiş, N5.02.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin siyahısından çıxarılmışdır”. Həmçinin 07 iyul 202N-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyini etiraf etmişdir. İş materiallarından olan Müdafiə Nazirliyi 06.0N.202N-ci il tarixli 9/2-66 nömrəli məktubda qeyd edilmişdir ki N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: l,M,K,L N992-N994; səh-43, sıra7N) Xətai RHK-dan çağırılmış İddiaçı komandirin 29.NN.N993-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına daxil olması və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 03.02.94-cü il tarixli müvafiq Direktivinə əsasən komandirin N5.02.94-cü il tarixli N №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Bildiririk ki, N nömrəli hərbi hissə komandirinin N5.02.94-cü il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bakı şəhəri Xətai RHK-dan çağırılmış baş əsgər İddiaçı Əsəf oğlunun N №-li hərbi hissə komandirinin N7 dekabr N993-cü il tarixli N №-li yoxlama əmrində (əsas: səh-26, əmrdə atasının adı Əsəf yazılmışdır) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. 3-cü motoatıcı tabora xidmətini davam etdirmək üçün gəlmiş baş çavuş İddiaçı Əsəf oğlunun N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 62 №-li yoxlama əmrində (əsas: səh-26, əmrdə hərbi rütbəsi “baş çavuş”, atasının adı sonradan əlavə olunaraq Əsəf yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək tibb təlimatçısı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin NN yanvar N994-cü il tarixli 5 №-li yoxlama əmrində (əsas: səh-25) İddiaçı adı şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Kollegiya iddiaçının apelyasiya şikayətində qeyd etdiyi onun döyüş bölgəsində iştirakı faktının tam və hərtərəfli araşdırmamasına dair dəlili ilə razılaşmır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etsə də, sonradan hərbi hissəni özbaşına tərk etmiş və bu əsasdan iddiaçının müharibə veteranı adı əldə etmək hüququ qanunla yaranmamışdır. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin Qeyd hissəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk edənlərə, fərarilərə münasibətdə tətbiq olunmur. İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletdən də görünür ki, iddiaçı N0.02.N994-cü ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin N5.02.94-cü il tarixli, N №-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Beləliklə, iddiaçının hərbi xidmət yerindən qanuni əsaslarla getməsini təsdiq edən sübutların iş üzrə müəyyən olunmaması, əksinə işdə olan hərbi hissə tərəfindən verilmiş əmr ilə iddiaçının xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi halı iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3288/202N saylı iş üzrə qəbul etdiyi 07 iyul 202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan, təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar