Məhkəmə qərarları › İş №2-1(103)-2490/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2490/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2490/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X5 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X3 və X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1209/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02 iyun 2022-ci il tarixli **********158384 №-li Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2019 - aprel 2022 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170400 saylı qərarı ilə İddiaçı MMC 2020-2021-ci illər üzrə 3.731.584,23 manat mənfəət vergisi və ona tətbiq olunmuş 1.866.232,12 manat maliyyə sanksiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən arayışı müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 440 manat maliyyə sanksiyasına cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********170400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli **********158404 nömrəli aktına əsasən cəmiyyətə 2019- 2021-ci illərin mənfəət vergisi yoxlanılmışdır. Həmin akt üzrə 3731584,23 manat məbləğində mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış vergi məbləğinin 50 faizi miqdarında yəni, 1866232,12 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuş və xx.xx.2023-cü il tarixli qərar ilə 3731584,23 manat məbləğində mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış vergi məbləğinin 50 faizi miqdarında yəni, 1866232,12 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması rəsmiləşdirilmişdir. Aşağıdakı səbəblərə görə səyyar vergi yoxlamasının nəticəsi ilə iddiaçı razı deyildir: 1. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin gəlirləri cəmiyyətlə heç bir əlaqəsi olmayan, 2022-ci ilin may ayında cəmiyyətdə keçirilmiş operativ vergi nəzarəti zamanı götürülmüş kompyuterlərdə olan excel cədvəllərində qeyd olunmuş rəqəmlər əsas götürülərək formalaşdırılmışdır. Halbuki həmin cədvəllərin heç bir hüquqi əsası yoxdur və həmin cədvəllərə əsaslanaraq, vergilərin hesablanması Vergi Məcəlləsinin prinsiplərinə ziddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.2-ci maddəsinin tələbinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 2. Cəmiyyətin fəaliyyəti yükdaşıma xidməti olduğu üçün xidmət göstərilən müştərilərdən əldə olunmuş komisyon haqq əsas götürülməklə vergilər hesablanmalı olduğu halda, səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən xidmət göstərilmiş müştərilər üçün gətirilmiş və gömrükdə idxal bəyannaməsi ilə rəsmiləşdirilmiş malların dəyəri də, cəmiyyətin gəlirlləri kimi qəbul edilərək, vergilər hesablanmışdır. Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və həmin məcəllə ilə müəyyən edilməyən, yaxud qeyd olunan məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmçinin vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir. Barəsində bəhs edilən Məcəllənin 32-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunur.

5. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, yoxlamaya xx.xx.2022-ci il tarixdə başlanılmış, xx.xx.2023-cü il tarixdə başa çatdırılaraq nəticələri xx.xx.2023-cü il tarixli **********158404 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Göstərilənlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli **********170400 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması vergi ödəyicisinə məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlərdə, o cümlədən elektron sənədlərdə mövcud olan məlumatlardakı vergidən yayınma risklərinin olması səbəbindən təyin edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli **********6267 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar əsasında İddiaçı MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli **********6277 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsui haqqında” Qərarla cəmiyyətə məxsus sənədlər, o cümlədən elektron formatda olan sənədlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq götürülmüşdür. Operativ nəzarət tədbiri zamanı vergi ödəyicisindən sənədlərin, o cümlədən elektron formatda olan səndlərin götürülməsinə dair tərtib olunmuş protokollar cəmiyyətin direktoru X18 tərəfindən imzalanmışdır. Götürülmüş sənədlər araşdırıldığı zaman vergidən yayınma faktları aşkar edilmiş və həmin sənədlər vergilərin hesablanması məqsədi ilə istifadə olunmuşdur. Belə ki, Operativ vergi nəzarət tədbirinin nəticəsi olaraq götürülmüş ilkin mühasibatlıq sənədlərinə əsasən 2020-ci ildə vergitutuma məqsədləri üçün gəlirlərin ********.54 manat, 2021-ci ildə vergitutuma məqsədləri üçün gəlirlərin ********.0 manat, ümumilikdə 1********.54 müəyyən edildiyi halda təqdim edilmiş vergi bəyannamələrinə əsasən gəlirlər 2020-ci ildə 88349.47 manat, 2021-ci ildə 153559.2 manat, ümumilikdə 241908.67 manat göstərilmişdir ki, nəticədə 2020-ci il üzrə ********.07 manat, 2021-ci il üzrə ********.8 manat, ümumilikdə 1********.87 manat gəlirlərin bəyannamələrdə bəyan edilməyi müəyyən edilmişdir. Bununla əlaqədar mənbəyi bəlli olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və vergitutma obyektinin gizlədilməsi əlamətləri müəyyən edildiyi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Cəmiyyətin real gəlirlərinin müəyyən edilməsi məqsədilə cəmiyyətdən götürülmüş elektron sənədlərdən TİR (2020) qovluğunda olan 390 ədəd fayl, TİR (2021) qovluğunda olan 689 ədəd faylın məlumatları icmallaşdırılaraq hesablamada istifadə edilmişdir. Səyyar vergi yoxlaması zamanı bəyannamə məlumatları vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında yoxlanılan zaman gəlirlərin azaldılaraq bəyan edildiyi müəyyən edilmişdir. Belə ki, cəmiyyətdən qanunamüvafiq şəkildə protokollaşdırılaraq (protokol yoxlama materialına əlavə olunur) götürülmüş yuxarıda qeyd edilən sənədlər, o cümlədən elektron formada olan sənədlər cəmiyyətin gəlirlərinin bəyannamə məlumatlarından fərqli olduğunu əks etdirir. Bu səbəbdən də mənfəət vergisi məqsədləri üçün Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisindən götürülmüş sənədlərin məlumatlarından istifadə edilmişdir. Həmin sənədlərdə cəmiyyət tərəfindən 2019-cu il üzrə məlumatlar olmamış, 2020-2021-2022-ci illər üzrə malların daşınmasını sifariş edən müştərilərin adları, maşınların dövlət qeydiyyat nişanı nömrələri, malların növləri, çəkisi, həcmi, 1 kiloqram yükün daşınmasına görə cəmiyyət tərəfindən sifarişçilərdən alınmış məbləğ və ümumi gəlirlər göstərilmişdir. Qeyd edilən məlumatların əsasında icmal cədvəllər hazırlanmış, həmin cədvəllərdə cəmiyyətin ümumi gəlirləri müəyyən edilmiş və vergilərin hesablanması məqsədləri üçün istifadə edilmişdir. Hazırlanmış icmal cədvəllər yoxlama materialına əlavə edilmişdir. Cəmiyyətdən götürülən sənədlər gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri əhatə etmədiyi üçün xərclərin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Vergilərin əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri barədə məlumatlar əsasında hesablanması mümkün olmamışdr. Bununla əlaqədar müxtəlif şəxslərə aid yüklərin Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına daşınması ilə bağlı sifarişlərin qəbulu, həmin yüklərin idxalı ilə əlaqədar gömrük rəsmiləşdirilməsi (karqo) fəaliyyəti üzrə gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə sorğu edilmiş, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyənləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı), 67.2.2-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi), 67.2.3-cü fəaliyyət göstərilən ərazi maddədə nəzərdə tutulan meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri olaraq "xxxx" QSC-nin (VÖEN **********), “X22-Az” MMC-nin (VÖEN **********), “X1 Company” MMC-nin (VÖEN **********), “X17” MMC-nin (VÖEN **********) məlumatları araşdırılmış, lakin obyektlərin sayı, sahəsi, dövriyyələri, yüklərin daşındığı ölkələr fərqli olduğu üçün əlaqəli məlumat olaraq vergilərin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq MMC-nin mənfəətinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları tətbiq edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1209/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi qismən təmin edilərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170400 saylı Qərarı - bəyannamələrin vaxtında təqdim edilmədiyinə görə tətbiq olunmuş 440 manat maliyyə sanksiyası istisna olmaqla digər hissələrdə ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində prosessual xərcin X7, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1209/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1209/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq idarəsinə İddiaçı MMC-nin (VÖEN **********) Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi **********170400 nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə iddia ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1209/2024 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170400 saylı Qərarı bəyannamələrin vaxtında təqdim edilmədiyinə görə tətbiq olunmuş 440 manat maliyyə sanksiyası istisna olmaqla digər hissələrdə ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1209/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə aşağıda qeyd olunan səbəblərə görə razı deyildir. İşin halları ilə bağlı bildirilir ki, Baş idarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********158384 nömrəli Qərarına əsasən yoxlama keçirilmişdir. Yoxlamaya xx.xx.2022-ci il tarixdə başlanılmış, xx.xx.2023-cü il tarixdə başa çatdırılaraq nəticələri xx.xx.2023-cü il tarixli **********158404 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Göstərilənlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli **********170400 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Yoxlanılan dövrdə cəmiyyət Türkiyə Cumhuriyyətindən yüklərin Azərbaycan Respublikasına daşınması, malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və müştəriyə təhvil verilməsi (karqo) fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinə məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlərdə, o cümlədən elektron sənədlərdə mövcud olan məlumatlardakı vergidən yayınma risklərinin olması səbəbindən təyin edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli **********6267 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar əsasında İddiaçı MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli **********6277 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarla cəmiyyətə məxsus sənədlər, o cümlədən elektron formatda olan sənədlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq götürülmüşdür. Operativ nəzarət tədbiri zamanı vergi ödəyicisindən sənədlərin, o cümlədən elektron formatda olan səndlərin götürülməsinə dair tərtib olunmuş protokollar cəmiyyətin direktoru X18 tərəfindən imzalanmışdır. Götürülmüş sənədlər araşdırıldığı zaman vergidən yayınma faktları aşkar edilmiş və həmin sənədlər vergilərin hesablanması məqsədi ilə istifadə olunmuşdur. Belə ki, Operativ vergi nəzarət tədbirinin nəticəsi olaraq götürülmüş ilkin mühasibatlıq sənədlərinə əsasən 2020-ci ildə vergitutuma məqsədləri üçün gəlirlərin ********.54 manat, 2021-ci ildə vergitutuma məqsədləri üçün gəlirlərin ********.0 manat, ümumilikdə 1********.54 müəyyən edildiyi halda təqdim edilmiş vergi bəyannamələrinə əsasən gəlirlər 2020-ci ildə 88349.47 manat, 2021-ci ildə 153559.2 manat, ümumilikdə 241908.67 manat göstərilmişdir ki, nəticədə 2020-ci il üzrə ********.07 manat, 2021-ci il üzrə ********.8 manat, ümumilikdə 1********.87 manat gəlirlərin bəyannamələrdə bəyan edilməyi müəyyən edilmişdir. Bununla əlaqədar mənbəyi bəlli olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və vergitutma obyektinin gizlədilməsi əlamətləri müəyyən edildiyi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar vergitutma obyektinin müəyyən edilməsi üçün əsas olduğu üçün vergi ödəyicisində keçirilmiş yuxarıda qeyd edilən operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş və cəmiyyətə aid sənədlər əsasında vergilərin hesablanması həyata keçirilmişdir. Cəmiyyətin real gəlirlərinin müəyyən edilməsi məqsədilə cəmiyyətdən götürülmüş elektron sənədlərdən TİR (2020) qovluğunda olan 390 ədəd fayl, TİR (2021) qovluğunda olan 689 ədəd faylın məlumatları icmallaşdırılaraq hesablamada istifadə edilmişdir. Mənfəət vergisi üzrə: Səyyar vergisi yoxlaması zamanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********158567 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməyə əsasən yoxlama üçün zəruri olan sənədlər tələb edilmiş, cəmiyyətin fəaliyyətinə dair tələbnamədə göstərilən sənədlərdən yalnız 8 (səkkiz) səhifədə yük gömrük bəyannamələri yoxlamaya təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin sənədlər Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş idarə tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli **********159763 nömrəli “Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında” Qərarı ilə müvafiq qaydada protokollaşdırılaraq götürülmüşdür. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarda göstərilən digər sənədlərin cəmiyyətdə olmadığını bildirmişdir. Sənədlərin olmamasının əsası kimi cəmiyyətin nümayəndəsi X14 bütün sənədləşmələrin elektron formada aparıldığı və həmin sənədlərin xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin X13 üzrə Nəzarət Baş İdarəsi tərəfindən, daha sonra isə xx.xx.2022-ci il tarixdə DTX tərəfindən keçirilmiş tədbir zamanı kompüterlərlə birlikdə götürülməsi ilə əlaqədar olduğunu bildirmişdir. Bununla əlaqədar cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iştirakı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq iki nüsxədən ibarət “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” akt tərtib edilmişdir. Bununla yanaşı xx.xx.2022-ci il tarixli **********6267 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar əsasında İddiaçı MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli **********6277 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarla cəmiyyətə məxsus sənədlər, o cümlədən elektron sənədlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq götürülmüş və cəmiyyətə məxsus ilkin mühasibat sənədləri, o cümlədən elektron formatda olan sənədlər vergidən yayınma faktları olması səbəbindən səyyar vergi yoxlamasının predmeti olaraq yoxlamaya təqdim edilmişdir. Operativ nəzarət tədbiri zamanı vergi ödəyicisindən sənədlərin, o cümlədən elektron formatda olan səndlərin götürülməsinə dair tərtib olunmuş protokollar cəmiyyətin direktoru X18 tərəfindən imzalanmışdır. Götürülmüş sənədlər araşdırıldığı zaman vergidən yayınma faktları aşkar edilmiş və həmin sənədlər vergilərin hesablanması məqsədi ilə istifadə olunmuşdur. Yoxlama ilə cəmiyyətin 2019, 2020 və 2021-ci illər üzrə “Mənfəət vergisi” bəyannamələrinə münasibət bildirilmişdir. 2019-cu il üçün cəmiyyətdən götürülmüş sənədlərdə müəssisənin gəlir və xərclərinə dair məlumat olmamışdır. 2020-ci il üçün vergi orqanı tərəfindən kameral qaydada əlaqəli məlumatlar əsasında vergi ödəyicisinin 73624.56 manat xərcləri, 88349.47 manat gəlirləri müəyyən edilmiş və müvafiq olaraq 14724.91 manat mənfəət, nəticədə 2944.98 manat mənfəət vergisi hesablanmışdır. Lakin səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə cəmiyyətdən götürülmüş elektron sənədlərə əsasən müəssisənin gəlirlərinin ********.54 manat olduğu müəyyən edilmişdir. 2021-ci il üçün cəmiyyət tərəfindən “Mənfəət vergisi” bəyannaməsi boş təqdim edilmiş və həmin arayışda cəmiyyətin gəlirləri və xərcləri olmadığı bəyan edilmişdir. 2021-ci il üçün vergi orqanı tərəfindən kameral qaydada vergi ödəyicisinin 127996.32 manat xərcləri müəyyən edilmiş və 153559.2 manat gəlir və müvafiq olaraq 25562.88 manat mənfəət, nəticədə 5112.58 manat mənfəət vergisi hesablanmışdır. Lakin səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə cəmiyyətdən götürülmüş elektron sənədlərə əsasən cəmiyyətin gəlirlərinin ********.0 manat olduğu müəyyən edilmişdir. İddiaçı MMC-dən götürülmüş elektron sənədlərdə cəmiyyətin real gəlirlərini əks etdirən fayllar həmin gəlirlərin müəyyən edilməsi üçün əsas olmuşdur. Belə ki, cəmiyyətin real gəlirlərinin müəyyən edilməsi üçün cəmiyyətdən götürülmüş elektron sənədlərdən TİR (2020) qovluğunda olan 390 ədəd fayl, TİR (2021) qovluğunda olan 689 ədəd faylın məlumatları icmallaşdırlımışdır. Həmin icmallaşdırılmış məlumatlarda toplanmış material hesablamanın aparılması zamanı istifadə edilmişdir. İcmallar yoxlama materialına əlavə edilmişdir. Səyyar vergi yoxlaması zamanı bəyannamə məlumatları vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında yoxlanılan zaman gəlirlərin azaldılaraq bəyan edildiyi müəyyən edilmişdir. Belə ki, cəmiyyətdən qanunamüvafiq şəkildə protokollaşdırılaraq (protokol yoxlama materialına əlavə olunur) götürülmüş yuxarıda qeyd edilən sənədlər, o cümlədən elektron formada olan sənədlər cəmiyyətin gəlirlərinin bəyannamə məlumatlarından fərqli olduğunu əks etdirir. Bu səbəbdən də mənfəət vergisi məqsədləri üçün Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisindən götürülmüş sənədlərin məlumatlarından istifadə edilmişdir. Həmin sənədlərdə cəmiyyət tərəfindən 2019-cu il üzrə məlumatlar olmamış, 2020-2021-2022-ci illər üzrə malların daşınmasını sifariş edən müştərilərin adları, maşınların dövlət qeydiyyat nişanı nömrələri, malların növləri, çəkisi, həcmi, 1 kiloqram yükün daşınmasına görə cəmiyyət tərəfindən sifarişçilərdən alınmış məbləğ və ümumi gəlirlər göstərilmişdir. Qeyd edilən məlumatların əsasında icmal cədvəllər hazırlanmış, həmin cədvəllərdə cəmiyyətin ümumi gəlirləri müəyyən edilmiş və vergilərin hesablanması məqsədləri üçün istifadə edilmişdir. Hazırlanmış icmal cədvəllər yoxlama materialına əlavə edilmişdir. Cəmiyyətdən götürülən sənədlər gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri əhatə etmədiyi üçün xərclərin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergilərin əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri barədə məlumatlar əsasında hesablanması mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Bununla əlaqədar müxtəlif şəxslərə aid yüklərin Türkiyə Cumhuriyyətindən Azərbaycan Respublikasına daşınması ilə bağlı sifarişlərin qəbulu, həmin yüklərin idxalı ilə əlaqədar gömrük rəsmiləşdirilməsi (karqo) fəaliyyəti üzrə gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə sorğu edilmiş, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyənləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı), 67.2.2-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi), 67.2.3-cü fəaliyyət göstərilən ərazi maddədə nəzərdə tutulan meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri olaraq "xxxx" QSC-nin (VÖE **********), “X22-Az” MMC-nin (VÖEN **********), “X2 Company” M (VÖEN **********), “X17” MMC-nin (VÖEN **********) məlumatları araşdırılmış, lakin obyektlərin sayı, sah dövriyyələri, yüklərin daşındığı ölkələr fərqli olduğu üçün əlaqəli məlumat olaraq vergilərin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq MMC-nin mənfəətinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları tətbiq edilmişdir. Belə ki, Qaydaların 6.1.1 bəndinə müvafiq olaraq vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında xərcləri müəyyən edilərək illər üzrə həmin xərclər nəzərə alınmaqla aşağıdakı qaydada 20 faiz rentabellik norması ilə mənfəət vergisinin hesablanması həyata keçirilmişdir. M1 = G1 : ( 100 + R) x R X = G1 - M1 burada: M1 - vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; X - xərc; R şərti rentabellik normasıdır. Qaydaların 6.1.3 bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Beləliklə yoxlama ilə İddiaçı MMC-nin gəlirlərinin əldə edilməsinə çəkilmiş xərclər 20 faiz rentabellik norması tətbiq edilmək yoxlama ilə əhatə olunan illər üzrə müvafiq olaraq aşağıdakı kimi müəyyən olunmuşdur: 2020-ci il üzrə: M1 = ********.54 : (100+20) x 20 = 6799540.59 manat X = ********.54 -6799540.59=********.95 manat. Beləliklə 2020-ci il ərzində müəssisənin gəlirləri ********.54 manat, xərcləri şərti rentabellik norması nəzərə alınmaqla ********.95 manat, mənfəəti 6799540.59 manat təşkil etmişdir ki, həmin mənfəətdən (6799540.59*20%)=1359908.12 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üçün 2944.98 manat mənfəət vergisi hesabladığını nəzərə alaraq səyyar vergi yoxlaması ilə cəmiyyətə (1359908.12–2944.98)=1356963.14 manat əlavə vəsait hesablanmışdır. 2021ci il üzrə: M1 = ********.0 : (100 + 20) x 20 = ********.33 X = ********.0 - ********.33=********.67 manat. Beləliklə 2021-ci il ərzində müəssisənin gəlirləri ********.0 manat, xərcləri şərti rentabellik norması nəzərə alınmaqla ********.67 manat, mənfəəti ********.33 manat təşkil etmişdir ki, həmin mənfəətdən (********.33 *20%)=2379733.67 manat mənfəət vergisi hesablanmışdır. 2021-ci il üçün 5112.58 manat mənfəət vergisi hesabladığını nəzərə alaraq səyyar vergi yoxlaması ilə cəmiyyətə (2379733.67 – 5112.58) = 2374621.09 manat əlavə vəsait hesablanmışdır. Bununla da vergitutma obyektinin azaldılaraq bəyan edildiyinə görə Vergi Məcəlləsinin 67.1.9-cu və 104-cü maddələrinə əsasən mənfəət vergisi üzrə 3731584.23 manat əlavə vergi məbləği hesablanmışdır. Mənfəət vergisi üzrə hesablanmış 3731584.23 manat əlavə vergi məbləğinin 50%-i miqdarında, yəni 1865792.12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qərarında qeyd olununr ki, hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqimüəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bildirilir ki, səyyar vergi yoxlaması **********126700 saylı xx.xx.2022-ci il tarixli xidməti məlumata əsasən təyin edilmişdir. Həmin xidməti məktubdan görünür ki, yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi hər hansı dövriyyə bəyan etməmişdir. Yoxlamanın əhatə etdiyi dövrlərdə iddiaçının fəaliyyəti dayandırılmamışdır. Qanunvericiliyin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyimizə əsasən vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qərarının müvafiq dəlilinə münasibətdə bildirilir ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar ilkin uçot sənədi hesab edilir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri–maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-c maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş elektron daşıyıcılarda aşkar edilmiş məlumatlar və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Məhkəmə, VM-nin 67.1.9-cu maddəsinin hazırki redaksiyası ilə bağlı bildirir ki, bu maddəyə dəyişiklik 01 yanvar 2022-ci il tarixdən sonra qüvvədə olmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə həmin maddənin tətbiqi ədalətli olmazdır. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildiririk ki, istinad edilən norma səyyar vergi yoxlamasının aparıldığı dövrdə qüvvədə olduğundan qeyd olunan müddəanın tətbiqində cavabdeh hər hansı yanlışa yol verməmişdir. Bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçındə (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, cəmiyyətdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2020-2021-ci illər üzrə, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 3731584,23 manat məbləğində mənfəət vergisi ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aparılır. Əlavə olaraq bildirilir ki, məhkəmə qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7172 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyini əsas sübut kimi qəbul etmişdir. Ekspert rəy verərkən yalnız “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun maddələrini rəyə köçürmüş, heç bir əsaslandırma aparılmadan və yalnız yekunda ümumi sözlərlə xx.xx.2023-cü il tarixli, **********158404 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış 2019-2020-ci illər üzrə mənfəət vergisinin düzgünlüyünün müəyyən olunmadığı və yoxlama zamanı vergilərin hesablanmasına əsas olan, vergi orqanı tərəfindən istinad edilən sənədlər (fləşkartda olan məlumatlar, excel cədvəlləri) ciddi hesabat sənədləri hesab edilmədiyi barədə rəy vermişdir. Cavabdeh tərəfindən ekspert rəyinə dair yazılmış mülahizədə ekspert rəyinin bütün dəlillərinə ətraflı münasibət bildirilmiş, rəyin mötəbər sübut kimi sayılmaması üçün hallar əsaslandırılmışdır. İnzibati işin icraatı zamanı cavabdeh tərəfindən vergi orqanının apardığı hesablamanın qanuni və əsaslı olması bildirilmiş, ekspertiza keçirilməsinə zərurət olmadığı əsaslandırılmış, lazımi sübut və sənədlər məhkəmə baxışı zamanı ətraflı araşdırılma aparılması üçün məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə tərəfindən cavabdehin mövqeyi və etirazı nəzərə alınmadan məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu səbəbdən hesab edilir ki, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin cavabdeh orqandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi əsassızdır. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1209/2024 saylı qərarı qanuni və əsaslı deyildir. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 1209/2024 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

10. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X6 və X16 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişlər.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 12.Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 13.Maddə 59. İ.Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

14. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

15. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə.

16. Maddə 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.

17. Maddə 43.11. Vergi ödəyicisi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları təqdim etmədiyi, bu Məcəllənin 16.1.6-cı maddəsində göstərilən elektron daşıyıcıda, uçot bazalarında və sistemlərində olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmadığı və ya həmin sistemlərdə olan məlumatlar vergi orqanının tələbi ilə təqdim edilmədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi və ya həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasının təmin edilməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.

18. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

19. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

20. Maddə 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.

21. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 6-1-ci, 6-2.4-cü, 7.1-7.3-cü, 7.6-cı, 7.7-ci, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara şamil edilmir.

23. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

24. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

26. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

27. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə

28. Bənd 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.

30. Maddə 2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

31. Maddə 2.1.12. Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.

32. Maddə 2.1.13. Analitik uçot – aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır.

33. Maddə 2.1.14. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır.

34. Maddə 2.1.15. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir.

35. Maddə 2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır. X4 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları

36. Bənd 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur.

37. Bənd 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.

38. Bənd 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir.

39. Bənd 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

40. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

41. Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir.

42. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.

43. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

44. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

45. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.

46. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

47. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

48. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

49. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

50. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

51. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

52. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

53. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

54. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

56. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

57. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

58. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

59. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

60. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

61. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.

62. Maddə 111.1. İnzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.

63. Maddə 115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.

65. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2-1(102)- 851/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli 2-1(102)-1255/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli 2-1(102)-1245/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1971/2023-cü il tarixli qərarları. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

69. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

70. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya Məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

72. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

73. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

74. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

75. Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC tərəfindən mübahisələndirilən qərar əsasında sonuncuya mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir.

76. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

77. Qanunun tələbinə əsasən səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

78. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

79. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

80. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.

81. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş bununlada yoxlamanın qanuniliyini əsaslandırmaq vəzifəsini yerinə yetirməmişdir.

82. Məhkəmə araşdırması zamanı isə cavabdehin apardığı növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etməsi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırılması, yoxlamanın keçirilməsi üçün qanunla müəyyən olunmuş əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi öz təsdiqini tapmamışdır.

83. Belə ki, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir.

84. Hazırkı işdən müəyyən olunur ki, cavabdehin apardığı yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221743941 saylı çıxarışa əsasən, yoxlamanın başlama tarixi xx.xx.2022-ci il, sona çatma tarixi xx.xx.2022-ci il tarixidir. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti (təxminən 08 ay 11 gün) keçdikdən sonra xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir.

85. Daha sonra səyyar vergi yoxlamasının aktından görünür ki, vergilərin və icbari ödənişlərin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 3.731.584,23 manat azaldılmasına görə azaldılmış məbləğin 50%-i miqdarında, yəni 1.865.792,12 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eyni zamanda yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən vergi orqanının 2019-cu il üçün “Mənfəət vergisi” bəyannaməsi, 2019-cu ilin 2-ci, 3-cü, 4-cü rübləri üçün “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi” bəyannamələri, 2022-ci ilin 1-ci rübü üçün “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsini, 2019-cu ilin 2-ci rübü üçün “İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər)” bəyannaməsi, 2019-cu ilin 2-ci rübü üçün “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (011) bəyannaməsi, 2019-cu ilin 3-cü və 4-cü rübləri üçün “MDSS-Muzdla işləyənləri işə götürən sığorta edənlər (0112)” bəyannaməsi, 2019-cu ilin 3-cü və 4-cü rübləri üçün “Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik)” bəyannamələri, təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hər bəyannamə üçün 40 manat olmaqla, ümumilikdə 440 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

86. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170400 saylı qərarı ilə iddiaçı 2020-2021-ci illər üzrə 3.731.584,23 manat mənfəət vergisi və ona tətbiq olunmuş 1.866.232,12 manat maliyyə sanksiyasına; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən arayışı müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 440 maliyyə sanksiyasına cəlb edilmişdir.

87. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7172 saylı rəyindən müəyyən olunur ki, yoxlama ilə vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı qara muhasibatlıq sənədləri (fleşkartda olan məlumatlar, excel cədvəllər) nəzərə alınmaqla hesablama aparılmışdır. Qara muhasibatlıq sənədləri ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlanılan vergi dövrlərində qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Eyni zamanda qeyd edilir ki, hazırki iz üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi də imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin sənədlərdə olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olubolmaması və.s müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin. Bundan başqa qeyd edilir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə xx.xx.2022-ci il tarixindən dəyişiklik edilib. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2019-2020-ci illər üzrə fəaliyyəti yoxlanan zaman isə həmin maddə qüvvədə olmamışdır. Göstərilənlərə əsasən qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, **********158404 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış 2019-2020-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Yoxlama zamanı vergilərin hesablanmasına əsas olan, vergi orqanı tərəfindən istinad edilən sənədlər (elektron fayliar- excel cədvəllər) ciddi hesabat sənədləri hesab edilmir.

88. Kollegiya qeyd edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan, yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının nəticəsi olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7172 saylı rəyində istinad olunanlar inzibati işdə olan digər sübutlarla öz təsdiqini tapdığından bu rəy mötəbər sübut növü olaraq qiymətləndirilməlidir. Belə ki, cavabdehin iş materiallarına əlavə etdiyi qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatları əhatə etmədiyindən, həmin məlumatlar yoxlama dövrünün vergi öhdəliyinin müəyyən olunması zamanı ekspert tərəfindən düzgün olaraq nəzərə alınmamışdır.

89. Apellyasiya şikayətində rəyə etirazını bildirən cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə etmişdir. Halbuki, bir daha da qeyd olunur ki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar - cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər əsasında əldə olunduğu qeyri-müəyyəndir. Beləliklə, yoxlamada əldə edilən “qara mühasibatlıq” sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir.

90. Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir.

91. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.

92. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergi orqanı tərəfindən əlavə hesablanmış vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında alış və satışa dair elektron qaimə fakturalar, VHF, ödəniş sənədləri, mədaxil məxaric orderləri, mənfəət və mənfəətin əldə edilməsi ilə bağlı xərc sənədləri, bank reysterləri və s. öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı nəzərə alınmış fləşkarta yüklənərək götürülmüş excel fayllarında olan cədvəl məlumatları ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlamanın dövrdə qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Eyni zamanda müvafiq olaraq məhkəmə mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, mübahisələndirilən qərar əsasında aparılmış yoxlama zamanı cavabdeh məhz ciddi hesabat blankı hesab olunmayan sənədlər əsasında araşdırma aparmışdır ki, ümumiyyətlə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisəsi tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış 2019-2020-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur.

93. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir.

94. Məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyinə də, istinad edərək bir daha qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz.

95. Kollegiya VM-nin 67.1.9-cu maddəsinin hazırki redaksiyası ilə bağlı bildirir ki, bu maddəyə dəyişiklik 01 yanvar 2022-ci il tarixdən sonra qüvvədə olduğundan səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə həmin maddənin tətbiqi ədalətli deyildir. Qeyd olunan normada göstərilənlərin yoxlama zamanı tətbiqi mümkün olsa belə, nəzərə alınmalıdır ki, “vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” özündə yetərli qədər mötəbər məlumatlar əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz.

96. Bundan başqa vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir.

97. Hazırkı inzibati işə apellyasiya qaydasında baxılarkən daha sonra müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini E.Camalovun xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı MMC-də vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına görə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən xitam verilmişdir.

98. İstinad olunan qərardan görünür ki, müraciət, müraciətə əlavə edilmiş sənədlər və cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü üzrə vergi öhdəliklərinin yoxlanılması ilə vergidən yayınma deyil, qanunsuz sahibkarlıq yolu ilə qanunsuz gəlir əldə edilməsi nəticəsinə gəlinmiş, 481.251,86 manat qanunsuz gəlir və həmin məbləğin bir misli olmaqla, ümumilikdə 962.503,72 manat məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixli BPM**********09 nömrəli mədaxil qəbzi ilə dövlət büdcəsinə köçürülməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq hesabına köçürülmüş, yəni qanunsuz əldə edilmiş gəlirin faktiki olaraq müsadirə edilməsi və qəbul edilmiş 25 fevral 2023-cü il “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə əmələ hüquqi qiymət verilməklə, işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddələrinə əsasən xitam verilmişdir. Belə ki, iş materiallarında olan 17 noyabr 2022-ci il tarixli CİC-12/22 saylı mütəxəssis rəyindən çıxarışdan görünür ki, “Şah Karqo” kommersiya adı altında İddiaçı MMC adından xx.xx.2018-ci ildən xx.xx.2022ci il tarixədək həyata keçirilən sahibkarlıq fəaliyyəti üzrə yerinə yetirilmiş öhdəliklərin düzgünlüyünün yoxlanılması zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 481.251,86 manat qanunsuz gəlir əldə etməsi müəyyən edilmişdir. Göründüyü kimi hazırda istintaq olunan ********* nömrəli cinayət işi üzrə İddiaçı MMC-də vergi öhdəliklərinin hesablandığı dövr 2020-2021-ci illəri əhatə etmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə isə MMC-nin xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək vergi öhdəliklərinin əhatə etdiyi dövr, yəni 2020-2021-ci illər də əhatə olunmaqla, araşdırılaraq hüquqi qiymət verilmişdir.

99. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçındə keçirdiyi səyyar vergi yoxlamasının nəticəsində 2020-2021-ci illər üzrə, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 3731584,23 manat məbləğində mənfəət vergisi ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılan ********* nömrəli cinayət işi izrə icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

100. Beləliklə, kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya hesablanmış əsas vergi borcunun əsassız olması araşdırma zamanı öz təsdiqini tapdığından, mövcud olmayan borca görə maliyyə sanksiyasının hesablanması mümkün olmadığından iddiaçının mübahisələndirilən qərarın “mənfəət vergisi üzrə əlavə vergi məbləğinin və maliyyə sanksiyasının” hesablanması hissəsində ləğvinə dair iddia tələbi əsaslıdır.

101. Məhkəmə mübahisələndirilən qərarın “arayışların müəyyən olunmuş müddətdə təqdim edilməməsi” hissəsi ilə bağlı qeyd ki, iddiaçı vergi orqanının 2019-cu il üçün “Mənfəət vergisi” bəyannaməsi, 2019-cu ilin 2-ci, 3-cü, 4-cü rübləri üçün “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi” bəyannamələri, 2022-ci ilin 1-ci rübü üçün “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsini, 2019-cu ilin 2-ci rübü üçün “İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər)” bəyannaməsi, 2019-cu ilin 2ci rübü üçün “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (011) bəyannaməsi, 2019-cu ilin 3-cü və 4-cü rübləri üçün “MDSS-Muzdla işləyənləri işə götürən sığorta edənlər (0112)” bəyannaməsi, 2019-cu ilin 3-cü və 4-cü rübləri üçün “Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik)” bəyannamələrini vaxtında təqdim edildiyini təsdiq edən hər hansı mötəbər, təkzib olunmaz sübutunu apellyasiya instansiyasına da təqdim etmədiyindən, cavabdeh VM-nin 57.1-ci maddəsinə əsaslanaraq iddiaçıya hər bəyannamə üçün 40 manat olmaqla cəmi 440 manat məbləğində maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Ona görə də mübahisələndirilən qərarın bu hissədə ləğvinə dair iddia tələbi əsassızdır.

102. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbini qismən təmin edib, məhkəmə xərclərini cavabdehə aid edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

103. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1209/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar