Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2492/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Məmməd Allah verdi oğlku Məmmədovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3751/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 xx.xx.1955-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 25 may 1974-cü il tarixli hərbi biletdən görünür ki, İddiaçı 25 may 19744-cü il tarixdən 27 may 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT-İ seriyalı ******* saylı 27.04.1979-cu il tarixli Əmək kitabçasından görünür ki, İddiaçı 01.03.1972-ci ildə Qazı-Məhəmməd 5 №li rabitə şöbəsinə poçtalyon vəzifəsinə qəbul edilmiş, 16.05.1974-cü ildə işdən azad edilmişdir. 01.08.1976-cı ildə 3 saylı Tikinti idarəsinə işə qəbul olunmuş, 25.10.1978-ci ildə “Ximqazpromstroy (X20 Tikintisi”)-3 X6 X5 İdarəsinə üçüncü dərəcəli suvaqçı təyin olunmuş, 17.11.1978-ci ildə “Aztransqaz” İstehsalat Birliyində 3-cü dərəcə üzrə Maşinistocaqçı vəzifəsinə qəbul edilmiş, 11.04.1979-cu ildə üçüncü dərəcə üzrə xəttiborudüzən vəzifəsinə keçirilmiş, 01.12.1980-ci ildə 3-cü dərəcə üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, 01.08.1988-ci ildə elektrik montyoru vəzifəsinə təyin edilmiş, 01.11.1996-cı ildə Boru kəmərlərinin korroziyadan mühafisəzi üzrə 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, 01.05.1998-ci ildə Qaz kompressor sexində elektrik montyoru, 26.10.2009-cu il tarixdə Qaz kompressor stansiyasında elektik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, 17.05.2010-cu il tarixdə işdən azad olunmuş, 18.05.2010-cu il tarixdə Qaz kompressor stansiyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə təyin olunmuş, 12.05.2020-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı X3 ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********0 saylı 07 dekabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus İT-İ ******* saylı 20.04.1979-cu il tarixli əmək kitabçasında qeyd olunan 18.05.2010-12.05.2020-ci il tarixləri arasındakı dövr ərzində “Qaz İxrac” idarəsinin X13 Kəmərləri sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci l tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş neftin qazılması və hasilatı, neft qaz kondesatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) nəzərdə tutulmuş bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifəsinə uygun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət emiş, lakin sonuncu onun onun işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında öz əksini tapmamasına istinad edərək onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğu üçün rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş 20.04.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 18.05.2010-12.05.2020-ci il tarixləri arasındakı dövr ərzində “Qaz İxrac” idarəsinin X13 Kəmərləri sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci l tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş neftin qazılması və hasilatı, neft qaz kondesatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) nəzərdə tutulmuş bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifəsinə uygun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3751/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X3 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X1 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 07.12.2020-ci il tarixlidir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasına dair sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə 21.01.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı X1 tələbi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının güzəştli iş stajının kifayət qədər olmaması (12 il 6 aydan az olması), eyni zamanda iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmaması təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş “Qaz İxrac İdarəsinin” SOCAR **********30490075X00182 saylı 16 iyun 2021-ci il tarixli məktubundan görünür ki, X3 “AzQazTəchizat” İstehsalat Birliyinin X4 X15 İdarəsində 17.11.1978-ci il tarixindən 10.04.1979-cu il tarixinədək qazanxana maşinisti peşəsində, 11 04.1979-cu il tarixindən 30.11.1980-ci il tarixinədək xəttiborudüzən peşəsində, 01,12.1980-ci il tarixindən 30.04.1998-ci il tarixinədək elektrik montyoru peşəsində işləmişdir. 01.05.1998-ci il tarixindən 30.06.2009-cu il tarixinədək "xxxx" QSC-nın “Azəriqaznəql” X2 X15 İdarəsinin Qaz kompressor sexində elektrik montyoru peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 366 nömrəli sərəncamına əsasən "xxxx" QSC SOCAR-ın tabeliyinə verilmişdir. SOCAR-ın 21.07.2009-cu il tarixli 95 saylı və 31.07.2009-cu il tarixli 100 saylı əmrləri ilə “Azəriqaznəql” İB ləğv edilərək onun bazasında Qaz Nəqli İdarəsi yaradılmışdır. 01.09.2009-cu il tarixindən X13 Kəmərləri İdarəsi ləğv edilərək onun bazasında X13 Kəmərləri sahəsi yaradılmışdır. B.Qəhrəmanov 01.07.2009cu il tarixindən 25.10.2009-cu il tarixinədək “Azəriqaz" İB-nin Qaz Nəqli İdarəsinin X13 Kəmərləri sahəsinin Qaz kompressor- stansiyasında elektrik montyoru peşəsində işləmişdir. 26.10.2009-cu il tarixindən 17.05.2010-cu il tarixinədək "xxxx" X9 Nəqli İdarəsinin X13 Kəmərləri sahəsinin Qaz kompressor stansiyasında elektik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. 18.05.2010-cu il tarixindən 28.02.2013-cu il tarixinədək "xxxx" X2 X15 sahəsinin Qaz kompressor stansiyasında elektik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. SOCAR-ın 15 yanvar 2013-cü il tarixli 05 nömrəli əmrinə əsasən “Azəriqaz İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən X13 Kəmərləri sahəsi mövcud təşkilatı hüquqi forması saxlanılmaqla SOCAR-ın “Qaz İxrac” İdarəsinin tabeliyinə verilmişdir. B.Qəhrəmanov 01.03.2013-cü il tarixindən 12.05.2020-ci il tarixinədək SOCAR-ın “Qaz İxrac” İdarəsinin X13 Kəmərləri sahəsinin kompressor stansiyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışmışdır. SOCAR-ın strukturuna daxil olan qurumlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə (2016-2020) uyğun olaraq "Qaz İxrac" İdarəsinin X13 Kəmərləri Sahəsi üzrə iş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün aparılmış sonuncu instrumental ölçmə işləri nəticəsində B.Qəhrəmanovun çalışdığı Hacıqabul kompressor stansiyasının elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə istehsalat mühitinin fiziki amillərindən biri olan səs-küy səviyyəsinin 80 dBA normadan 5 dBA artıq olduğu, digər amillərin normada olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu, neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.5.2ci yarımbəndində fəhlələr sırasında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi qeyd olunmuşdur. Lakin həmin istehsalatlarla “Qaz İxrac” İdarəsinin fəaliyyəti uyğun deyil. Belə ki, “Qaz İxrac” İdarəsinin əsas fəaliyyəti qazın nəql xidmətlərinin, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılmasından ibarətdir. Göründüyü kimi, iddiaçının işlədiyi Hacıqabul kompressor stansiyasının elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə istehsalat mühitinin fiziki amillərindən biri olan səs-küy səviyyəsinin 80 dBA normadan 5 dBA artıq olduğu, digər amillərin normada olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu, neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.5.2-ci yarımbəndində fəhlələr sırasında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinin vəzifələrinin həmin istehsalatlarla “Qaz İxrac” İdarəsinin fəaliyyətinə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda “Qaz İxrac” İdarəsi X13 Kəmərləri sahəsi tərəfindən verilmiş NA-01- 06/449 saylı 31.05.2020-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X3 18.05.2010-cu il tarixindən 12.05.2020-ci il tarixinə kimi SOCAR-ın “Qaz İxrac” İdarəsinin X13 Kəmərləri sahəsinin Hacıqabul Kompressor stansiyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən (Netf qaz və kondesatının hasilatı) onun güzəştli şərtlərlə 09 il 11 ay 24 gün iş stajı vardır. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da nəzərə alır ki, iddiaçının sözügedən tələbinin təmin olunmaması onun “həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi” barədə tələbinin də təmin olunmasını mümkünsüz edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən birincisi, yəni onun “25 il ümumi stajının olması” şərti ödənilsə də, digər- 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajının olması şərti tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3751/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3751/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2492/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2492/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver