Məhkəmə qərarları › İş №2-1(103)-2493/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2493/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2493/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2629/2022 saylı, 05 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2629/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunmuş, şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin və məhkəmənin iddianı təmin etməməkdə istinad etdiyi “MTN-ə müvafiq əmrin daxil olmaması” ona görə əsassızdır ki, AR NK-nın xx.xx.2005-ci il tarixli, 125 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına edimiş əlavəyə əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. İddiada isə ikiqat əmək haqqının xx.xx.2005-ci il tarixədək olan dövr üçün ödənilməsi tələb olunur. xx.xx.2005-ci il tarixli qərara qədər isə hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçularının, o cümlədən iddiaçının da döyüş şəraitindəki əmək haqqı AR Hərbi Əks-kəşfiyyat Xidmətində ikiqat ödənilmişdir (bu barədə DTX-dan müvafiq təsdiqləyici sənəd daxil olmuşdur). AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 741 nömrəli Fərmanı ilə AR Hərbi Əks-kəşfiyyat Xidməti MTN-nin tərkibinə daxil edilmişdir. Buna görə də MTN-də xx.xx.2002-cı ıl tarixdən əmək haqqının ikiqat ödənilməsi üçün hüquqi əsas mövcud idi. (Çünki AR Hərbi Əkskəşfiyyat Xidməti ləğv edilməmiş və struktur Xidmət kımı MTN-ın tərxıbinə daxıl edilmişdi). Bu səbəbə görə məhkəmə iddianı təmin etməli idi. Həmçinin, bu məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müsbət həllini tapmaqla hüquqi xarakter almışdır və heç cür mübahisələndirilə bilməz. Məhkəmə iclasında iştirak edən apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin qismən təmin edildiyini, tələbin təmin edilən hissəsinə münasibətdə iddia tələbindən imtina etdiyini bildirdi. Qqalan hissədə idda tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin qismən təmin edildiyini bildirdi. Qalan hissəyə münasibətdə apelyasiya şikayətini əsassız hesab edərək mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilən hissəsinə münasibətdə üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı 1992- ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarəyə həqiqi hərbi xidmətə qəbul olunaraq müxtəlif vəzifələrdə xidmət etmiş, 2005-ci ilin fevral ayından isə keçmiş MTN-nin Hərbi Əkskəşfiyyat Baş İdarəsində xidmət etmiş, 2015-ci ilin fevral ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik hərbi rütbəsində ehtiyata buraxılmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(81)-2348/2019 saylı qərarına əsasən İddiaçı döyüş bölgəsindəki Azərbaycan Respublikası Prezidenti yanında keçmiş Xüsusi İdarənin Füzuli Qarnizonu üzrə şöbəsində (702 saylı hərbi hissə) xidmət etdiyi 1993-cü ilin fevral ayının 25-dən 1993-cü ilin noyabr ayının 5- dək, eləcə də 31 iyul 2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər (702 saylı hərbi hissə) güzəştli xidmət illərinin bir gün üç gün kimi və 13 sentyabr 2004-cü il tarixdən 26 fevral 2005-ci il tarixədək (702 saylı hərbi hissə) isə bir gün iki gün hesablanmaqla pensiya illərinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir. Hazırda iddiaçı onun döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsini tələb edir. Apelyasiya baxışı zamanı İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin müvafiq hissəsindən imtina edilməsi barədə ərizə ilə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, “... iddiada qeyd olunan 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək xidmət illərinə görə verilməli olan pul əlavəsi, DTX tərəfindən hesablanaraq 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində, xx.xx.2022-ci il tarixdə bank hesabım vasitəsilə mənə ödənilmişdir. Bu barədə təsdiqləyici rəsmi sənəd xx.xx.2022-ci il tarixdə Məhkəməyə təqdim olunmuşdur. Yeni yaranmış bu vəziyyətə görə və İPM-in 54-cü maddəsinə müvafiq olaraq, iddia həcmini azaldaraq, iddiamın “xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin, cavabdeh DTX tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb mənə ödənilməsi” hissəsindən imtina edirəm.” İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, həqiqətən iddiaçının tələb etdiyi 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək xidmət illərinə görə verilməli olan pul əlavəsi DTX tərəfindən hesablanaraq 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində, xx.xx.2022-ci il tarixdə bank hesabı vasitəsilə iddiaçıya ödənilmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbi “onun döyüş şəraitində xidmət etdiyi fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi” hissəsində cavabdeh tərəfindən təmin olunduğundan həmin tələb artıq hüquqi mübahisə predmeti deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışında iddiaçının iddiadan imtina etməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanın istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə əsas iddia tələbi “iddiaçının döyüş şəraitində xidmət etdiyi fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi” hissəsində cavabdeh tərəfindən təmin olunduğundan, iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “iddiaçının döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddia tələbinin “iddiaçının döyüş şəraitində xidmət etdiyi fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi” hissəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar