Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2494/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1547/2022 saylı 10 may 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus 15 iyul 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1975-ci il, xx.xx.1977-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997, xx.xx.1999-xx.xx.2005-ci il tarixlərdə və xx.xx.2005-ci il tarixdən bu günədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan dövrlərdən xx.xx.1977-xx.xx.1991-ci il tarixlərdə "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktökmə” zavodu) fəaliyyət göstərmişdir. Həmin müəssisədə xx.xx.1977-xx.xx.1978-ci il tarixlərdə qəlibçi şagirdi, xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə peşəsi 2-ci dərəcəli qəlibçi, xx.xx.1978-xx.xx.1984-ci il tarixlərdə 1-ci dərəcəli nəqliyyat üzrə yardımçı fəhlə, xx.xx.1984-xx.xx.1989-cu il tarixlərdə 2-ci dərəcəli suvaqçı, xx.xx.1990- xx.xx.1991-ci il tarixlərdə 3-cü dərəcəli suvaqçı kimi işləmişdir. "xxxx" ASC-nin 03 saylı xx.xx.2021-ci il tarixli “araşdırıcı arayışı”ndan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixindən (əmr 490, xx.xx.1977) xx.xx.1991-ci il tarixinədək (əmr 177, xx.xx.1991) “Mərkəzielektriktökmə“ zavodunda işləyib. xx.xx.1977-xx.xx.1978-dək Metaltökmə sexində zərərli əmək şəraitində tam iş günü rejimində qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində çalışıb (əmr 490, xx.xx.1977). xx.xx.1978-xx.xx.1989-dək Təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində tam iş günü rejimində çalışıb. Metaltökmə sexlərində, qəlibləmə sexlərində də təmir inşaat işləri ilə məşğul olub. İşlədiyi müddət ərzində məzuniyyətinə əmək şəraitinə görə əlavə günlər ödənilib (əmr 539, xx.xx.1978). xx.xx.1989-xx.xx.1991-dək təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışıb (əmr 429, xx.xx.1989). xx.xx.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində suvaqçılar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 15 iyun 1974-cü il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 17 fevral 2021-ci il tarixli 3 nömrəli araşdırıcı arayışında xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Təmir inşaat sahəsində suvaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Bundan başqa onun Mərkəzi Filiala təqdim etdiyi yuxarıda qeyd olunan sənədlərdə xx.xx.1978-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi yardımçı fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktökmə” zavodunda) xx.xx.1977-xx.xx.1991-ci illər ərzində əmək şəraiti zərərli və ağır olan peşələr üzrə xüsusi əmək stajı nəzərə alınaraq, 2011-ci ilin oktyabrın 10-dan, yəni 55 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü il tarixində həmin rayonun “Oktyabr” toxumçuluq sovxozunda fəhlə qismində əmək fəaliyyətinə başlamışdı, hərbi xidmətlə bağlı xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1975-xx.xx.1977-ci illər ərzində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı Elektriktökmə ASC-nə (keçmiş “Mərkəzielektrıktökmə” zavoduna) xx.xx.1977-ci ildə əmək şəraiti xüsusi zərərli şərtlər əsasında günəmuzd əmək haqqı ödənilməklə qəlibçi şagirdi peşəsinə işə qəbul olunmuş və eyni şərtlərlə ona xx.xx.1978-ci il tarixdə qəlibçi peşəsi üzrə 2-ci dərəcə verilmiş, xx.xx.1978-ci il tarixdə həmin cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsinə zərərli əmək şərati əsasında günəmuzd əmək haqqı ödənilməklə fəhlə (fəhlə yardımçısı) peşəsinə keçirilmiş, xx.xx.1989-cu ildə ona suvaqçı peşəsi üzrə 2-ci dərəcə verilmiş və xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş və hazırda Bakı şəhərinin 9 saylı Vəkil Bürosunda vəkillik fəaliyyətini davam etdirir. Təmir-tikinti sahəsində işlədiyi müddətdə müxtəlif peşələr üzrə dərəcələrin verilməsinə baxmayaraq, əslində əmək şəraiti dəyişməmiş və o, həmin cəmiyyətin əmək şəraiti zərərli, xüsusilə zərərli və ağır olan sex, habelə digər sahələrində cari təmir-tikinti işlərini icra etmişdir. Faktiki olaraq o, həmin cəmiyyətin əmək şəraiti zərərli, xüsusilə zərərli və ağır olan sex, habelə digər sahələrində yüksək atmosver təzyiqi altında işləyən qəlibçi dəzgahların özüllərinin vaxtaşırı yenisi ilə əvəz edilməsi və s. işləri icra etmişdir. Ağır və zərərli əmək şəraitinə görə onun vəzifə maaşına artım əmsalı tətbiq edilmiş və bu faktlar hər ay görülmüş işlərin icrası ilə bağlı tərtib edilmiş əmək haqqı naryadları ilə təsdiqlənmişdir. Bundan başqa, əmək şəratinin ən azı 50% zərərli, xüsusilə zərərli və ağır olmasına görə hər il ona 12 gün əlavə məzuniyyət verilmiş və müvafiq təlimata əsasən hər gün süd məhsulları ilə təmin edilmişdir. Bu faktlar adına verilmiş xx.xx.1974-cü il tarixli əmək kitabçası və "xxxx" ASC-nin təqdim etdiyi 03 saylı xx.xx.2021-ci il tarixli araşdırıcı arayışı ilə qismən təsdiqlənir. Sözügedən əmək fəaliyyəti nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Filialın təqdim edilmiş **********6 saylı xx.xx.2021-ci il tarixli məktubdan belə qənaətə gəlmək olur ki, güya o, xx.xx.1978-xx.xx.1989-cu illərdə Cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsində, xx.xx.1989-xx.xx.1991-ci illərdə isə Təmirtikinti sahəsində suvaqçı peşəsində işləyib. Bu faktla bağlı bildirir ki, qeyd edilən tarixdə cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsinin sadəcə adı dəyişdirilərək, Təmir-tikinti sahəsi adlandırılmışdır. Həmin cəmiyyətdə yalnız bir təmir-tikinti sahəsi fəaliyyət göstərmiş və həmin sahənin adının dəyişdirilməsi onun əmək şəraitinin dəyişdirilməsi ilə nəticələnməmişdir. Qeyd olunan bu faktların təsdiqi üçün həmin müddətlərdə bağlanmış əmək haqqı naryadlarına diqqət yetirilməsi kifayətdir. "xxxx" ASC (keçmiş “Mərkəzielektriktökmə” zavodu) onun adına verilmiş xx.xx.1974-cü il tarixli Əmək kitabçasında müvafiq qeyd aparmış, lakin bu faktları 03 saylı xx.xx.2021-ci il tarixli araşdırıcı arayışında təsdiq etməmişlər. 1997-ci ilə qədər əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışdığına görə, onun 13 il 9 ay 23 gün xüsusi əmək stajı vardır. 2011-ci ilin oktyabrın 10-da 55 yaşı tamam olmuş və həmin gün onun 39 il, 11 ay, 19 gün ümumi iş stajı olmuşdur. Buna görə də hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunmuşdur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1547/2022 saylı 10 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın “xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” hissəsində ləğv edilərək yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərarın “xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” barədə hissəsi AR Konstitusiyasının normalarına ziddir və konstitusion normaların tələblərini kobud şəkildə pozur. Məhkəmə qərar qəbul edərkən tətbiq edilməməli hüquqi normaları tətbiq etmiş, bu isə AR MPM-nin 385.1 və 385.1.1-ci maddələrin tələbinə görə həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini, öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının “xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” hissəsində ləğv edilərək yeni qərar qəbul edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini iddiaçının apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktökmə” zavodunda) xx.xx.1977-xx.xx.1991-ci illər ərzində əmək şəraiti zərərli və ağır olan peşələr üzrə xüsusi əmək stajı nəzərə alınaraq, 2011-ci ilin oktyabrın 10-dan, yəni 55 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Təmir inşaat sahəsində suvaqçı peşəsində işlədiyi sahənin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edildiyinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində suvaqçılar peşəsisinə aid olmaması, həmçinin xx.xx.1978-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi yardımçı fəhlə peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamasına, bu səbəbdən də onun güzəştli iş stajının 12 il 6 aydan az (1 il 26 gün) təşkil etməsi əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası təmin olunmuşdur. Belə ki, işə birinci instnsiya qaydasında baxmış məhkəmə iddiaçının təhsil aldığı və hərbi xidmət dövrünün onun ümumi iş stajına daxil edilməklə xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 33 il 08 ay 28 gün, güzəştli iş stajının 13 il 10 ay 23 gün olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək (hərbi xidmət müddəti) 2 il, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək sovxozda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək qəlibləyici, xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək yardımçı fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək suvaqçı, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək işlədiyi dövrlər nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən artıq (33 il 08 ay 28 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan 25 il ümumi iş stajına malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilir. İddiaçıya ünvanlanmış imina məktubunun, iddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqanın imtinasının əsasını məhz iddiaçının xx.xx.1978-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi yardımçı fəhlə peşəsinin güzəştli olması və bununla da onun güzəştli iş stajının kifayət qədər olması mübahisələndirilir. Bununla bağlı Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən iddiaçının istinad etdiyi güzəştli iş stajı ilə bağlı müvafiq sənədlər alınmış və məhkəmə iddiaçının işlədiyi peşəni 2 saylı Siyahı üzrə 2150100a bəndi üzrə fəhlələr peşəsinə (çıxardılma iş sahələrində və doğranma, qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalatındakı nəqledicilər kod 2150100a-19219) uyğunlaşdırmışdır. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün onun zərərli iş stajının qanunla tələb olunan 12 il 6 ay olması inzibati orqan tərəfindən mübahisələndirilir və ona istinad olunur ki, iddiaçının xx.xx.1978-xx.xx.1989-cu illər ərzində işlədiyi “yardımçı fəhlə” peşəsi adı çəkilən və istinad olunan Siyahıda nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı xx.xx.2020-ci il tarixli icmal məktubunda göstərilmişdi ki, ğunu “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. Bu məqsədlə hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi yardımçı fəhlə peşəsinin və xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək təmir inşaat sahəsində malavuran peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Mərkəzielektrotökmə” zavodu keçmiş SSRİ Elektrotexnika və Cihazqayırma Nazirliyinin yeganə xüsusiləşdirilmiş metaləritmə zavodu olduğu üçün burada iş rejimi intensiv olmuş, çuqun tökükləri üzrə illik istehsal həcmi 62000 ton, alüminium tökükləri üzrə isə 3000 tona qədər olmuşdur. Müəssisənin adından bəlli olduğu kimi, burada müxtəlif sex və sahələrdə çalışan işçilər insan sağlamlığı üçün zərərli və xüsusi zərərli əmək şəraitində işləmişdir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Mərkəzielektrotökmə” zavodunda işləmişdir. xx.xx.1977xx.xx.1978-ci ilədək metallakin bu peşə tökmə sexində zərərli əmək şəraitində tam iş günü rejimində qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində (Azərbaycan Respublikası nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarına sasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm, “Metal emalı”, 2150100a bəndi üzrə “Tökmə istehsalı”nda (2150100a-19411), xx.xx.1978-xx.xx.1989-cu ilədək Təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində tam iş günü rejimində çalışmışdır. İddiaçı zərərli sexlər sayılan metaltökmə (əlvan metaltğkmə və qara metaltökmə) sexlərində, qəlibləmə sexlərində təmir inşaat işləri ilə məşğul olmuşdur. Lakin bu peşə “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahıda” öz əksini tapmamışdır. Müəsisədaxili əmrlərdə İddiaçı zərərli əmək şəraitində işləməsi qeyd edilmişdir, amma onun gördüyü işin əmək fubksiyası müəssisənin aid olduğu “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahının” Metal emalı, Tökmə istehsalındakı peşələrin əmək funksiyalarının hər hansı biri ilə eynilik təşkil etmir. Onun gördüyü peşənin əmək funksiyaları “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə aiddir. xx.xx.1989-xx.xx.1991-ci ilədək Təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışmışdır. xx.xx.2001-ci ildən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı Sərəncamına əsasən “Mərkəzielektrotökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaradılmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi “yardımçı fəhlə” peşəsi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşələr siyahısında işlədiyi müəssisənin zərərli fəaliyyət istiqaməti üzrə XİV bölüm “Metal emalı” sahəsində zərərli peşə kimi göstərilməmiş, buna görə də işlədiyi “yardımçı fəhlə” peşəsi zərərli istehsalat sahəsində həyata keçirilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi müəssisə tərəfindən verilmiş arayışda onun işlədiyi “yardımçı fəhlə” peşəsinin əmək funksiyalarının “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinə aidiyyatı ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin peşə müvafiq Siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilmiş olsa belə, yenə də həmin peşədə iddiaçının işlədiyi dövrün zərərli iş stajına daxil edilməsi mümkün deyil. Belə ki, iddiaçının qeyd olunan dövrdə işlədiyi müəssisənin fəaliyyət istiqaməti müvafiq Siyahıda istinad olunan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsinə aid olmayıb, “Metal emalı” sahəsinə aid olmuşdur. Yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı xx.xx.2020-ci il tarixli icmal məktubunda göstərilənlərin tələbinə görə isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas şərtlərdən biri də zərərli peşənin mövcudluğu ilə yanaşı, onun həm də zərərli sahəyə aidiyyatının müəyyən edilməsidir. Hazırki halda isə iddiaçının işlədiyi peşənin zərərli olması təsdiq olunsa belə onun işlədiyi müəssisənin fəaliyyət istiqamətinə uyğun olan zərərli sahədə mövcudluğu iş materialları ilə təsdiq olunmur. Buna görə də iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti (zərərli iş stajının 12 il 6 ay olması) iş üzrə ödənilmədiyindən ona istədiyi şərtlərlə yaşa görə pensiya təyin olunması barədə tələbi əsassızdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən tam təmin olunmaqla yanaşı, məhkəmə qərarının nəticəvi hissəsində təyin olunan pensiyanın ödənilməsi qaydasını da müəyyən etmişdir. İşin apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində isə iddiaçının iddiasının məhkəmə tərəfindən düzgün olmayaraq təmin olunması müəyyən edildiyindən Kollegiya hesab edir ki, iddiaçının iddiası əsassız olub rədd edildiyi üçün onun apellyasiya şikayətində göstərdiyi dəlilin, yəni təyin olunan pensiyasının ödənilmə qaydasının müəyyən edilməsi ilə bağlı dəlilin əlavə olaraq araşdırılmasına zərurət qalmır. Çünki iddia əsassız olduğu üçün rədd edildiyindən təyin edilməli olmayan pensiyanın ödəniş qaydasından söhbət gedə bilməz və onun müəyyənləşdirilməsi tələbi artıq əhəmiyyətini itirir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1547/2022 saylı 10 may 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1547/2022 saylı 10 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2494/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2494/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver