Məhkəmə qərarları › İş №2-1(103)-2495/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2495/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2495/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 41 saylı notariat ofisinin notariusu X9 qarşı “notariat haqqında şəhadətnamə verilməsi və ya kompensasiya tələbi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Nəsimi rayonunun 41-ci notarial ofisinin notariusu X6 21 fevral 2022-ci il tarixli 31 nöməli aktının qanunsuz və qüvvəsini itirmiş hesab edilməsi; 41 saylı notarial ofisin notariusunun üzərinə X1 adına ünvan 1 ünvanında yerıəşən mənzil üzrə 1/2 payın vərəsəlik hüquu haqqında şəhadətnaməsinin İddiaçı verilməsi və X10 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ya notariat haqqında Qanuna əsasən notarius X3 63.800 manat həcmində (hər kvadrat metri üçün 4000 manat) pulun tutulması; Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş hesab edilməsi; Bakı İnzibati Məhkəməsinin qərarı ilə birlikdə təqdimat üzrə inzibati xətalar haqqında inzibati işin materialları X4 və X7 nikahı haqqında sübutların saxtalaşdırılması və dələduzluq faktları üzrə cinayət işinin qaldırılması və bu barədə qəsdən yalan məlumatların qərara daxil edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi tələbi irəli sürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadda qeyd etdikləri ilə bağlı bildirilir ki, Bakı İnzibati Məhkəməsi notariat orqanı tərəfindən yol verilən kobud qanun pozuntularına, o cümlədən Daşınmaz Əmlakın Reyestri Xidmətinin qanun pozuntularına diqqət yetirməli idi. İddiaçı açıq məhkəmə iclası zamanı qeyd etmişdir ki, notarius tərəfindən verilmiş 2006-ci ilin vərəsəlik hüququ haqqında şəhadətnamədə 2015ci ilin 2(009)-1083/2015 saylı mülki işin nömrəsi göstərilib. O, vərəsəlik hüququ haqqında şəhadətnaməni saxta hesab edir. İddiaçı həmçinin 2(009)-1083\2015 saylı mülki işdə saxtakarlıq faktlarına və X2 və X8 nikahı haqqında qərara qəsdən yalan məlumatların daxil edilməsi faktlarına diqqət çəkir. İddiaçı onu da qeyd edir ki, X12 vətəndaşlıq vəziyyəti aktlarında ölmüş hesab edilməsi aşkar edilməmişdir ki, bu da özlüyündə qanuna ziddir və əmlak payının 1/2 hissəsinin X11 qanunsuz olaraq Reyestr Xidmətində qeydiyyata alınmaqla verilməsi özlüyündə qanuna ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu qənaətinə gələrək, iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddiaçının səlahiyyətli məhkəməyə müraciət etməsi ilə bağlıdır. İşdən aydın olduğu kimi, iddiaçı Nəsimi rayonunun 41-ci notarial ofisinin notariusu X6 21 fevral 2022-ci il tarixli 31 nöməli aktının qanunsuz və qüvvəsini itirmiş hesab edilməsini, 41 saylı notarial ofisin notariusunun üzərinə X1 adına ünvan 1 ünvanında yerıəşən mənzil üzrə 1/2 payın vərəsəlik hüquu haqqında şəhadətnaməsinin İddiaçı verilməsini və X10 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və ya notariat haqqında Qanuna əsasən notarius X3 63.800 manat həcmində (hər kvadrat metri üçün 4000 manat) pulun tutulmasını məhkəmədən tələb edir. İlk növbədə Kollegiya qeyd edir ki, iddia tələbinin kompensasiya hissəsi ilə bağlı iddiaçının cavabdeh orqana müraciətinin olmamasını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə mümkün saymamışdır. İddianın digər hissəsinə (Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair) gəldikdə isə Kollegiya aşağıdakıları qeyd edir : (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarında qeyd olunmuşdur ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, iddiaçının notariusun hərəkətlərindən şikayəti ümumi məhkəmədə baxılmalı olduğu halda, iddiaçı iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə deyil, inzibati məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, iddiaçı notarius X9 və X11 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X6 hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” iddia tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmış və qətnamə qəbul edilmişdir. İddia tələbi qalan hissədə vəsatət xarakterli olduğundan, iddia mümkün sayılmadığından birinci instansiya məhkəməsi prosessual qənaət prinsipindən çıxış edərək həmin hissəyə münasibət bildirməyi haqlı olaraq zəruri hesab etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı sayır. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar