Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2496/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8555/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə” həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8555/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-916/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı qanuni qüvvəsini almış və həmin qərar məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2021-ci il tarixli qərarın icrası məqsədi ilə iddiaçının pensiyasının xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq qərarın icrası tam başa çatdırılmışdır. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı cavabdeh tərəfindən icra edilsə də məhkəmə qərarının icrası nəticəsində onun aldığı pensiyanın ümumi məbləği artmamışdır. Çünki cavabdeh tərəfindən Əmək pensiyaları haqqında Qanunun 29.2-ci maddəsi tətbiq edilərək qulluq illərinə görə pensiyaya əlavənin məbləği azaldılmışdır. Lakin "Qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin" əmək pensiyalarının əlavəsinin 2023-cü il yanvarın 1- dək olan dövr üçün 37.3.1-ci maddəyə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə, hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun tətbiq edilməməsi barədə hər hansı norma hazırda mövcud deyil. 2022-ci ildə müraciət edən hərbi pensiyaçılar 2023-cü ildə müraciət edən hərbi pensiyaçılar ilə Qanunun 37.3.1-ci maddəsinə əsasən eyni hüququ qazanmış sayılır. Eyni hüquqi vəziyyətdə olanlara fərqli münasibət göstərilməsi diskriminasiyadır. Əmək pensiyaları haqqında Qanunun müxtəlif dövrlərdə müddəalarına dəyişikliklər edilib, xx.xx.2017-dək Əmək pensiyaları haqqında Qanunda ümumiyyətlə işləyən pensiyaçının ödədiyi sığorta haqqlarından yenidən hesablanma hallarına dair qulluq illərinə görə pulun azaldılması barədə hər hansı müddəalar mövcud olmayıb, xx.xx.2017-xx.xx.2019 arası isə yalnız xx.xx.2017-dən sonra pensiyaya çıxmış işləyən pensiyaçılar barədə müddəalar qüvvədə olub, xx.xx.2019- xx.xx.2023 arası isə 29.2-ci maddə əsasında Konstitusiya Məhkəməsinin qərarı ilə tətbiq edilib, lakin hazırda “Əmək Pensiyaları haqqında” Qanunda işləyən Pensiyaçının ödədiyi sığorta haqqlarından pensiyanın yenidən hesablanması hallarına münasibətdə qulluq illərinə görə pulun hər hansı azaldılması müddəaları yoxdur. Bu o deməkdir ki, müxtəlif dövrlərdə qazanılmış eyni hüquqa münasibət fərqli olub. Nəticə etibarilə Konstitusiyanın 25-ci və 149-cu maddələrinin tələblərinə uyğun olmayan vəziyyət yaradılıb Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə aşağıdakılar qərara alınmışdır: -“Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8555/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun izah verilsin. İddiaçının pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablansın.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar artıq tərəflərindən icra edildiyinə görə ona MPM-in 230.3-cü maddəsi baxımından izah verilə bilməz. Məhkəmənin mövqeyi ilə razlaşmaq mümkün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdə ləğv edilməsi müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasina əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşd iran” hal kimi qəbul oluna bilməz. Qanunun 29.2-ci maddəsinin xx.xx.2023- cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqin heç bir hüquq əsası yoxdur.Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış p msiya kapitalı əsasında enun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiya; ının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qayda pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminal nın imkanları baxımından mümkün deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının əmək pensiyasının qanuna müvafiq fərdi hesabında yığılmış sığorta kapitalı həcmində artırılıb, həmin miqdarda da azaldılmaqla, yenidən hesablandığını bildirərək qərardadın ləğv edilməsini və iddiaçının izah barədə ərizəsinin rədd olunmasını, İddiaçı isə isə onunla razılaşmamış, onun pensiya kapitalına uyğun əmək pensiyasının yenidən hesablanıb artırılmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddaları tətbiq olunur. Bu Məcəllədə isə qərarının izahı ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır. Belə olan halda MPM-in 230-cu maddəsinin tələbində isə göstərilir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8555/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilən hallardan görünür ki, xx.xx.1997-ci il tarixdən hesablanmaqla, hərbi qulluqçu kimi iddiaçıya əmək pensiyası təyin olumuş, lakin bundan sonra da o, əmək fəaliyyətin istahsalat sahələrində davam etdirmiş və fərdi hesabının sığorta hissəsində 2006-cı ildən 2019-cu ilə kimi 33203,10 manat məbləğində vəsait (pensiya kapitalı) toplanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Eyni zamanda, həmin Qanunun məhkəmənin qərarı qərar qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxt qüvvədə olan: 9.6-cı maddəsinin redaksiyasına əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesblana bilər. 37.3.1-ci maddəsinin redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun qeyd olunan normalarından aydın görünür ki, pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləmiş şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçirildikdə onların fərdi hesablarında pensiya kapitalının toplanması davam etdirilir və fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesblanır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında da məhz, Qanunun qeyd olunan normalarının tələbləri baxımından, iddiaçının güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının fərdi hesabının sığorta hissəsinə toplanan kapitala əsasən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarın mənasından açıq-aşkar görünür ki, toplanmış pensiya kapitalı nəzərə alınmaqla, iddiaçının əmək pensiyasının yenidən hesablanması cavabdehə həvalə olunmuş və burada toplanmış kapitala müvafiq pensiyanın azaldılması ehtiva olunmamışdır. Cavabdehin apellyasiya şikayətində və nümayəndəsinin izahatında ifadə olunan mövqeyindən görünür ki, iddiaçı 2006-2019-cu illərdə 33203,10 manat məbləğində pensiya kapitalı topladığı halda, cavabdeh tərəfindən məhkəmənin qərarının icrası istiqamətində aparılan yenidən hesablama nəticəsində onun əmək pensiyasında heç bir artım baş verməmiş, artım “0”-a bərabər olumuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də məhz, haqlı olaraq qeyd olunanlar baxımından, belə qənaətə gəlmişdir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Cavabdeh Orqanın isə Qanunun 29.2-ci maddəsinə (indeksləşdirməyə) istinad edərək pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğini azaltması baxılan işin mahiyyətinə ziddir, iddiaçının pensiyası onun pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası qərardadın nəticə hissəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8555/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına verilən izahın - “İddiaçının pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablansın” ifadə formasında verilməsini qərarın mahiyyətindən irəli gələn icra qaydasına izah kimi qiymətləndirir və həmin ifadə formasının dəyişdiriləmsini zəruri hesab etmir. Bu baxımdan, məhkəmə kollegiyası, həm də belə hesab edir ki, qeyd olunan ifadə forması icra olunacaq qərarın məzmunun dəyişdirilməsi kimi başa düşülə bilməz. Ona görə də cavabdehin müvafiq dəlilləri əsassızdır. Cavabdehin MPM-in 230.3-cü maddəsinə istinadən, qərarın artıq icra olunduğuna istinadən ona izah verilməsinin əsassız olduğunu mübahsələndirən dəlillərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi, 2006-2019-cu illərdə iddiaçının topladığı pensiya kapitalı 33203,10 manat təşkil etdiyi halda, cavabdehin qərarın icrası istiqamətində apardığı yenidən hesablama nəticəsində onun əmək pensiyasında artım baş verməməsi, “0”-a bərabər olması həmin qərarın icra olunmuş hesab edilməsi kimi qiymətləndirilməsinə əsas vermir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyayası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8555/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə də qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8555/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2496/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2496/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver